Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1234/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, riskli vergi ödəyicisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-510/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 5 iyul 2019-cu il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və həmin tarixdən etibarən sahibkarlıqla mışğul məşğul olmuşdur.
2. İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC:NEÖV) **********) ilə müqavilə bağlayaraq 13 elektron qaimə-faktura əsasında 82.592,22 manat (ƏDV 14.866,60 manat), xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC:NEÖV) **********) ilə müqavilə bağlayaraq 14 elektron qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV 66.037,75 manat) məbləğində metal qırıntısı a lmışdır.
3. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarına əsasən, iyul 2021-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 66.037,75 manat təşkil etmişdir.
4. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarına əsasən, noyabr 2021-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.833,54 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarının tam və xx.xx.2022-ci il tarixli **********471300 nömrəli qərarının 14866,60 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 14 elektron vergi qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV-si 66.037,75 manat) məbləğində metal qırıntısı almış və 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əvəzləşməsinə daxil etmişdir. Lakin vergi orqanı iddiaçıya 23 avqust və 1 senty abr 2021-ci il tarixdə uyğunsuzluq məktubları göndərməklə "xxxx" MMC ilə apardıqları əməliyyatların riskli olduğunu qeyd etmişlər. Həmin məktublara cavab olaraq iddiaçı tərəfindən 24 avqust və 4 sentyabr 2021-ci il tarixlərdə cavab məktubarı göndərilmiş və izah edilmişdir ki, həmin şirkətlə əməliyyat apararkən və şirkət tərəfindən müəssisəyə e-qaimə təqdim edərkən “e-taxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdi r. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının həmin MMC ilə apardığı bütün əməliyyatlarını riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlar nəticəsində eqaimələr üzrə ƏDV əvəzləşməsini qəbul etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəvicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Daha sonra, iddiaçı həmin hesabat dövrü üzrə, yəni 2021-ci ilin iyul üzrə bir daha dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim edərək "xxxx" MMC-dən əldə etdiyi elektron vergi qaimə-fakturaları əvəzləşməyə daxil etsə də, cavabdeh verg i orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 dekabr 2021-ci il tarixli **********612600 nömrəli Qərarla yenidən iddiaçıya 66.037,74 manat ƏDV məbləğini bərpa etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində EBBE seriyalı 334040 nömrəli, EBBE seriyalı 146097 nömrəli, EBBE seriyalı 300754 nömrəli, EBBE seriyalı 063049 nömrəli, EBBE seriyalı 300803 nömrəli, EBBE seriyalı 481577 nömrəli, EBBE seriyalı 482150 nömrəli, EBBE seriyalı 326802 nömrəli, EBBE seriyalı 326510 nömrəli, EBBE seriyalı 415825 nömrəli, EBBE seriyalı 416115 nömrəli, EBBE seriyalı 300623 nömrəli, EBBE seriyalı 068052 nömrəl i, EBBE seriyalı 481860 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaiməfakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.00 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********125200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilmə si tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 55156,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********612600 nömrəli “Vergilərin, sosial sığortal işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı ş əhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və sorğuya verilmiş 13 iyun 2022-ci il tarixində **********078100 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC (VÖEN: **********) isə xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim H. Ağalarov) e-2-1(112)-4616/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarı ləğv edilmiş, cavabdeh tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********421900 n ömrəli qərarı 14866,60 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
11. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-510/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etm əmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)4616/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Qərardan kassasiya şikayəti verilərkən məhkəmə öz qərarında yanlış aşkarlamış, 13 mart 2023 tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-510/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərarında yol verilən aşkar yanlışlıq düzəldilməsi, qərarın təsviri hissəsində 2-ci səhifəsində 1-ci abzasdan sonraya “İddiaçının nümayəndəsi və vəkili 06 aprel 2022-ci il tarixdə, elektron qaydada “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarının tam və xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarının 14866,60 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir” qeyd edilməsi kimi qərar qəbul edilmişdir.
15. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbulm edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəfindən işin halları və imtina məktubunda qeyd edilən dəlillər təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, m əhkəmə iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələblərini araşdırmadan və maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir.
17. Məhkəmənin qərar qəbul edərkən əsaslandığı dəlil formaldır və qərarda adları istinad edilən vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.
18. İddiaçı tərəfindən ona göndərilmiş uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Habelə məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb o lunmamışdır.
19. Məhkəmə qərarında cavabdehin xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarını **********421900 nömrəli şəkildə göstərməklə yanlışlığa yol vermişdir, bu isə qərarın icrasını həmin hissədə mümkünsüz edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanıılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
21. İddiaçı tərəfindən vahid məhkəmə təcrübəsini əks etdirən analoji iş üzrə qəbul edilmiş yekun Ali Məhkəmənin 2-1(102)-1058/2022 nömrəli, 12 may 2023-cü il tarixli qərarı əlavə edilmiş və hazırkı iş üzrə qərar qəbul edərkən bunun nəzərə alınması xahiş edilmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətl əri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;.... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verg inin əvəzləşdirilməsinə əsas vermir....
23. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barə də qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 24. “İnzibati İcraat haqqında” Qanun Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsin ə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
25. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə v əzifəsi. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 26.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 27.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məh kəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə ko llegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla belə, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
32. İşin hallarından görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixli, "xxxx" MMC (VÖEN: **********) isə xx.xx.2021-ci il tarixli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
33. Vergi orqanları tərəfi ndən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC (VÖEN; **********) və "xxxx" MMC (VÖEN: **********) tərəflərindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunduğundan bu vergi ödəyiciləri riskli vergli ödəyiciləri hesab olunmuşdur. İddiaçı MMC tərəfindən 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC-dən aldığı vhf-lar, 2021-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində isə "xxxx" MMC-dən aldığı vhf-lar əvəzləşməyə təqdim edildiyindən uyğunsuzluqlar yaranmışdır.
34. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ” müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubları göndərilmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktublarında göstərilmiş müddət ərzində qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 66037,75 manat və 2021-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 15833,54 manat əlavə vergi məbləğləri hesablanaraq, müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edi r ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
36. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
38. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunm ası barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
39. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də kassasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.
40. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
41. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazı rkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində ris kli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.
42. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.
43. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli verg i ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
44. Beləliklə, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qənaəti ilə bölüşərək qeyd edir ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış v ə bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir.
45. Məhkəmə kollegiyası oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli və 12 may 2023cü il tarixli 2-1(102)-1058/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq kasasiya şikayətinin əsaslı olmadığı nəticəsinə gəlir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-510/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.