Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1235/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 cavabdeh DSMF-nin Abşeron rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 62 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) X6, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil Kazım oğlunun iştirakları ilə, X1 cavabdeh DSMF-nin Abşeron rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci i l tarixli 2- 1(105)-67/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1946-cı ildə anadan olmuş, x xxxx 1962-ci ildən xx xxxx 1964-cü ilədək, xx xxxxxxxx 1964-cü ildən xx xxxxxxxx 1965-ci ilədək, xx xxxxxxx 1966-cı ildən xx xxxxxx 1968-ci ilədək, xx xxxxx 1968-ci ildən xx xxxxxx 1969-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, 1969-cu ilin dekabrından 1971-ci ilin dekabr ayına kimi hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra xx xxxxxxxx 1972-ci ildən xx xxxxx 1978-cı ilədək, xx xxxxxx 1982-ci ildən xx xxx 1982-ci ilədək, xx xxx 1982-ci ildən xx xxxxxxx 1998-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir.
2. İddiaçıya xx xxxxxx 2019-cı il tarixindən yaşa görə əmək pensi yası təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiya hüququ yarandığı vaxtdan hesablanmaqla 2006-cı ildən 2016-cı ilə kimi ödənilməyən pensiyanın hesablanıb ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh 2019-cu il 01 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, vətəndaşa 29 il 10 ay 10 gün sosial sığorta stajı hesablanaraq xx xxxxxx 2016-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. Hal-hazırda pensiya məbləği xx xxxxxx 2019-cu il tarixdən 202.92 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edi lmiş müddətlərə təyin edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 27 may tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək pensiya hüququ yarandığı vaxtdan hesablanmaqla 2006cı ildən 2016-cı ilə kimi ödənilməyən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, x xxxx 1962-ci ildən xx xxxx 1964-cü ilədək, xx xxxxxxxx 1964-cü ildən xx xxxxxxxx 1965-ci ilədək, xx xxxxxxx 1966-cı ildən xx xxxxxx 1968-ci ilədək, xx xxxxx 1968-ci ildən xx xxxxxx 1969-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, 1969-cu ilin dekabrından 1971-ci ilin dekabr ayına kimi hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra xx xxx xxxxx 1972-ci ildən xx xxxxx 1978-cı ilədək, xx xxxxxx 1982-ci ildən xx xxx 1982-ci ilədək, xx xxx 1982-ci ildən xx xxxxxxx 1998-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir.Onun 2006-cı ildə onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır, lakin o zaman onun əmək kitabçası “Avtobazada” itirildiyindən, o, pensiyaya çıxa bilməmişdi. O, uzun müddət əmək kitabçasının axtarılması ilə məşğul olmuş və 2019-cü ildə əmək kitabçası Azərbaycan Respublikası Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X5 tapılmışdır. DSMF-nin əməkdaşları onun əmək kitabçasına baxış keçirmiş və onun 29 il 10 ay 10 gün əmək stajı olması müəyyən edilmişdir. Lakin o, pensiyanın sənədləşdirilməsinin 2006-cı ildən aparılmasını xahiş etməsinə baxmayaraq, xx xxxxxx 2019-cı il tarixindən ona əmək pensiyası təyin edilmiş v ə pensiyanın hesablanması 3 il geriyə şamil edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(085)-1124/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsi qüvvəyə minməmişdən əvvəl müvafiq sübutlarla pensiya təyinatı ilə bağlı inzibati orqana müraciət etsəydi, onun hüququ yaranan tarixdən pensiya ödənişi həyata keçirilməli idi, lakin hazırkı vəziyyətdə həmin norma iddiaçının bu hüququnu istisna edir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələ binin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun pensiya hüququnun yarandığı - 62 yaşının tamam olduğu tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və xx xxxxxx 2016-cı ilə kimi keçmiş dövr üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020ci il tarixli 2-1(105)-67/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçının pensiya hüququnun yarandığı - 62 yaşının tamam olduğu tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının t əyin edilməsi və xx xxxxxx 2016-cı ilə kimi keçmiş dövr üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyinatı müraciət etdiyi vaxt nəzərə alınmadan hüququnun yarandığı gündən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ona ödənilməlidir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlə r təşkil edir. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (2008-ci ildə qüvvədə olan redaksiyada): Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qa dınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçm iş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir...
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 23. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun (iddiaçının 62 yaşının tamam olduğu 2008-ci ildə qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
24. Belə olduqda 1946-cı il təvəllüdlü iddiaçının 62 yaşının tamam olduğu 2008-ci ildə onun yaşa görə pensiya hüququ da yaranmış olur.
25. İddiaçının hüququnun yarandığı zaman qüvvədə olan “Əmək pensiy aları haqqında” Qanunun: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
26. Maddələrin tələblərinə görə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında hüququnun yarandığı gündən təyin edilməli və əmək pensiyası müddətdən asılı olmayaraq həmin gündən hesablanıb ödənilməlidir.
27. Maddələrin tələblərinin işin hallarına tətbiq i o nəticəni yaradır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyinatı müraciət etdiyi vaxt nəzərə alınmadan hüququnun yarandığı gündən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ona ödənilməlidir.
28. Cavabdehin istinad etdiyi Qanunun 32.1-1-ci maddəsində isə müəyyən edilmişdir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Lakin bu maddə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanununu ilə əlavə edilmiş və onun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi müəyyən edilmişdir. Halbuki, hüquq mü nasibətlərinə onların yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. 29. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyin dən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.
30. Hazırkı halda da iddiaçı yuxarıda aparılan təhlil və qiymətləndirməyə əsasən 2017-ci ilin iyulun 1-dək (2008-ci il tarixdən) yaşa görə pensiya hüququ əldə etdiyindən, həmin dövrədək olan qanunvericilik isə pensiya hüququnun realizəsi üçün müraciət müddətini məhdudlaşdırmadığından, iddiaçının müraciət etdiyi vaxt nəzərə alınmadan keçmiş müddət üçün alınmamış əmək pensiyasının fərq məbləği hesablanıb ödənilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəti cə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2- 1(105)-67/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov İ.Ə.Şəfiyev