Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1235/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; məhkəmə aktından şikayət vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ s ahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1605/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 8 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət “5948” saylı bağ sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6532/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Cavabdeh ərizəsində müddətin buraxılmasının üzrlü səbəbi kimi məhkəmə qərarı ilə müəyyən edilmiş halların və daşınmaz əmlaka dair sənədlərin ətraflı və dəqiq araşdırılması və idarənin mütəxəssisləri tərəfindən m üvafiq ünvanda yoxlamaölçü işlərinin aparılmasının əlavə vaxt tələb etməsi kimi qeyd etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1605/2022 nömrəli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6532/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsindəki dəlilləri müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etməmişdir.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək q ərardadın ləğv olunması, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu qeyd etsə də, şikayətin dəlilləri bilavasitə mübahisənin mahiyyətinə aid olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin əri zəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
15. İş materiallarına əsasən Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6532/2021 nömrəli qərarı 26 noyabr 2021-ci il tarixdə (i.v.58) cavabdehə təqdim edilmişdir. Eyni zamanda 28 dekabr 2021-ci il tarixli m əktubla həmin qərar icra olunması üçün cavabdehə ünvanlanmış və 10 yanvar 2022-ci il (i.v.60) tarixdə cavabdehə təqdim edilmişdir.
16. Məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 10 gün sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir.
17. Cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizədə müddətin buraxılmasının üzrlü səbəbi kimi məhkəmə qərarı ilə müəyyən edilmiş halların və daşınmaz əmlaka dair sənədlərin ətraflı və dəqiq araşdırılması və idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılmasının əlavə vaxt tələb etməsi kimi qeyd etmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinadı inzibati orqanın qanunla ona həvalə edilmiş funksiya və vəzifəl ərin icrası ilə bağlıdır və idarəetmə işinin səmərəli təşkili inzibati orqanın öz üzərinə düşür. Buna görə də, məhkəmə kollegiyası cavabdehin dəlilini onun şikayət vermək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hal kimi qəbul etmir.
19. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1605/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.