Məhkəmə qərarları › İş №2-1(102)-1235/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1235/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1235/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1186/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə İİ qrup əlillik təyin edilərək, 1267,20 manat pensiya ödənilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinə həyata keçirmiş və **********5 nömrəli, 05 mart 2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərara əsasən, 33 nəfər şəxsin, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və onun tam reabilitasiya olunduğu qərara alınmışdır.

3. Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçıya əlilliyin təyin edilməsindən 11 mart 2022-ci il tarixdə imtina edilmişdir. 4. **********4 nömrəli, 25 aprel 2022-ci il tarixli “Əmək pensiyasıın dayandırılması haqqında” qərara əsasən, 1506,40 manat əmək pensiyası məbləği 28 fevral 2022-ci il tarixədək ödənilmiş, mart ayı üzrə ödəniş aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 21 aprel 2022-ci il tarixdə cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əmək pensiyasının tam şəkildə ona ödənilməsi, habelə əmək pensiyasının cari ilin 1 yanvar tarixindən 1 aprel tarixinədək 3 aylıq müddət üzrə ödənilməli olan 10 faiz artımın tam şəkildə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. Məhkəmənin müvafiq qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən əmək qabiliyyətli hesab olunmuşdur. 350 AZN Prezident təqaüdü cari ilin 1 mart tarixindən 1 aprel tarixinədək (mart ayı üzrə) ödənildiyi halda, həmin müddət üzrə ( mart ayı üzrə) 1506 AZN məbləğində əmək pensiyası və əmək pensiyasına 3 ay üçün (yanvar, fevral, mart ayları üzrə) 10 faiz artım ona ödənilməmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, müraciəti təmin olunmamışdır. Cavabdeh bildirmişdir ki, əmək qabiliyyətli hesab olunması barədə qərar 11 mart 2022-ci il tarixdə qəbul edilsə də, pensiyası rəsmi əmək qabiliyyətli hesab edildiyi aydan deyil, tibbi müayinələrd ən və komissiya müayinəsindən bir ay əvvəl keçməyə başladığı vaxtdan hesablanacaqdır. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, 11 mart 2022-ci il tarixdə rəsmi əmək qabiliyyətli hesab edildiyi nəzərə alınmaqla, əmək pensiyası həmin aydan sonrakı ayın, yəni aprelin 1-i tarixindən dayandırılmalı idi.

8. Cavabdeh iddia ərizəsinə qarşı etirazında hazırkı qərarın 1-2-ci bəndlərində qeyd olunan məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2022-ci ilin yanvar ayının 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavə alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləğ i ilə birlikdə ödənilməsi təmin edilir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) e-2-1(112)-8126/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əlilliyə görə əmək pensiyası məbləğinin və 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması:

10. İnzibati orqan iddiaçının tam reabilitasiya olunması barədə 2022-ci ilin mart ayında qərar qəbul edərkən hakimiyyət xarakterli tədbir kimi 33 nəfərə, o cümlədən iddiaçıya ünvanlanan akt qəbul etmiş, həmin aktı qərar formasında qəbul etmiş və iddiaçının tam reabilitasiya olunması il ə əlaqədar hüquqi nəticələrə səbəb olan iradə ifadəsini nümayiş etdirmişdir. Lakin həmin qərardan və işin digər faktiki hallarından görünür ki, inzibati orqan iddiaçı barəsində qərar qəbul edərkən iddiaçının tam reabilitasiya olunmasının 2022-ci ilin fevral ayında olması barədə hakimiyyət xarakterli tədbir həyata keçirməmiş, onun tam əmək qabiliyyətli hesab edilmə anının fevral ayından olması barədə hüquqi nəticə yaradan hər hansı akt və ya aktda əlavə müddəa nəzərdə tutmamışdır.

11. Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda inzibati aktda nəzərdə tutulmasa belə, hüquqa xitam vermə vaxtının ayrıca qanunvericilik aktlarında nəzərdə tutulması mümkün olsa da, cavabdeh hazırkı iş üzrə belə bir normativ hüquqi akta istinad etməmiş, heç bir hüquqi əsaslandırma olmadan iddiaçıya əmək pe nsiyasının müayinə tarixi əsas götürülməklə ödənilməməsi barədə mövqe nümayiş etdirmişdir. Halbuki, nə inzibati orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərarında, nə də hər hansı normativ hüquqi xarakterli aktda müayinə tarixinin əmək pensiyaçısının əmək qabiliyyətli hesab edilmə tarixi kimi göstərilməsi nəzərdə tutulmamışdır. Əksinə, inzibati icraat fiziki və hüquqi şəxslər, indiki halda onu hüquqdan məhrum etmə vaxtının konkretliyi barədə müddəalar müəyyən etmişdir ki, inzibati orqanın qəbul etdiyi inzibati akt məhz həmin vaxt, yəni iddiaçının 16 fevral 2022-ci il tarixdə müayinəsi nəticəsində olsa da, 2022-ci ilin mart ayının 5-də qəbul edilmişdir ki, beləliklə də inzibati orqanın iddiaçının əmək qabiliyyətli hesab edilməsi barədə gəldiyi hüquqi nəticə məhz həmin ay da müəyyən edilmişdir.

12. Bundan başqa, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli, 4 mart 2022-ci il tarixli Sərəncamının 1.1-ci bəndinin konkret tələbindən müəyyən edilir ki, cavabdeh 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etməlidir.

13. Pensiya işindən, o cümlədən məlumat vərəqindən də görünür ki, iddiaçı qulluq stajına görə əlavə alan əmək pensiyaçıdır. Belə olduğu halda, iddiaçı əmək pensiy asının dayandırıldığı tarixədək pensiya məbləği ilə birlikdə hər ay 10 faiz məbləğində aylıq maddi yardım da almalıdır.

14. Yuxarıda qeyd olunan Sərəncamın müvafiq müddəasının iddiaçıya tətbiqini istisna edən heç bir hal mövcud deyil. Maddi yardımın yanvar və fevral aylarından əlavə mart ayı üzrə də ödənilməsinə münasibətdə də yuxarıda göstərilən əsaslandırma tətbiq edilməlidir. Belə ki, maddi yardımın ödənilməsi əmək pensiyasının ödənilməsi ilə əlaqədar olduğundan, əmək pensiyasının ödənişlərinin dayandırılmalı olduğu müddət də 2022-ci ilin mart ayı yox, aprel ayının 1-dən olduğundan maddi yardım da aprel ayının 1-i üçün dayandırılmalıdır.

15. Bu zaman, məhkəmə onun da nəzərə alınmasını zəruri hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlilliyin təyinindən imtina sənədində təsdiq ləmə tarixinin 11 mart 2022-ci il, inzibati orqanın təqdim etdiyi qərarın 05 mart 2022-ci il tarixli olması da əlavə araşdırmaya zərurət yaratmir. Belə ki, hər bir halda, əmək pensiyasının ödənişlərinin dayandırılması növbəti ayın 1-dən yəni aprel ayının 1-dən olacaqdır ki, bu zaman mart ayının hansı gündə əlilliyin təyinindən imtina edilməsi əhəmiyyət daşımır.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 2-1(103)-1186/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin e dilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8126/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosia l təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

36. Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə və ya əmək qabiliyyəti bərpa olunduqda, əmək pensiyasının verilməsi müddəti -36.2. Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətlən dirilməsi Qaydaları”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qay danın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bənd 3.6. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 25. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli, 4 mart 2022-ci il tarixli Sərəncamı:... Bənd 1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;... 26. “İnzibati icraat haqqında” Qanun: -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarş ılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət k əsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. -57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırd ıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, e ləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı 16 fevral 2022-ci il tarixdə növbəti dəfə əyani müayinədən keçirilmiş və tam reabilitasiya olunduğu üçün ona yenidən əlilliyin təyinindən imtina edilmişdir. Həmin imtinadan verilən şikayətə baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 05 mart 2022-c i il tarixli qərarı ilə 16 fevral 2022-ci il tarixdə əyani müayinəsi aparılmış 33 nəfər şəxsin, o cümlədən iddiaçının tam reabilitasiya olunduğuna dair qərar qəbul edilmişdir. Qeyd olunan qərara istinadən iddiaçıya təyin olunmuş pensiya məbləğinin, eləcə də həmin məbləğin 10 faizi məbləğində aylıq maddi yardımın ödənilməsi mart ayından etibarən dayandırılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan iddiaçı barəsində qərar qəbul edərkən onun tam reabilitasiya olunmasının 2022-ci ilin fevral ayında olması barədə hakimiyyət xarakterli tədbir həyata keçirməmiş, onun tam əmək qabiliyyətli hesab edilmə anının fevral ayından olması barədə hüquqi nəticə yaradan hər hansı akt və ya aktda əlavə müddəa nəzərdə tutmamış dır. Cavabdeh hazırkı iş üzrə heç bir hüquqi əsaslandırma olmadan iddiaçıya əmək pensiyasının müayinə tarixi əsas götürülməklə ödənilməməsi barədə mövqe nümayiş etdirmişdir. Halbuki, nə inzibati orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərarında, nə də hər hansı normativ hüquqi xarakterli aktda müayinə tarixinin əmək pensiyaçısının əmək qabiliyyətli hesab edilmə tarixi kimi göstərilməsi nəzərdə tutulmamışdır. Əksinə, inzibati icraat fiziki və hüquqi şəxslər, indiki halda onu hüquqdan məhrum etmə vaxtının konkretliyi barədə müddəalar müəyyən etmişdir ki, inzibati orqanın qəbul etdiyi inzibati akt məhz həmin vaxtı, yəni iddiaçının 16 fevral 2022-ci il tarixli müayinəsi nəticəsində olsa da, inzibati orqanın iddiaçının əmək qabiliyyətli hesab edilmə barədə gəldiyi hüquqi nə ticə məhz 2022-ci ilin mart ayının 5-də müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır.

37. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya 10 faiz məbləğində aylıq maddi yardımın ödənilməməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə də razılaşır.

38. Belə ki, hazırkı qərarın 25-ci bəndində qeyd olunan qanunvericilik normasının tələbinə əsasən, cavabdeh 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əl avələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1186/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar