Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1235/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: İPM ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan verilmiş şikayət, şikayətin mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(103)-1340/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(114)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərb aycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.
3. Cavabdeh qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilmiş, işə baxılması 04 mart 2025-ci il tarixə saat 10:00-a təyin edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etmişdi r. Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü
6. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin şikayət verilməsi nəzərdə tutulmayan qərardadından verilmişdir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayıl maması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə
99. Kassasiya şikayətinə yol verilməməsi 99.1. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir. 99.2. Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz: 99.2.1. məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); 99.2.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; 99.2.3. sübutlar haqqında və ya sübutların cəlb ol unması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; 99.2.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; 99.2.5. məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; 99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
9. İş materiallarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1340/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərardadını mübahisələndirir.
10. İnzibati prosessual qanunvericilik məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı, eləcə də məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının kassasiya instansiya məhkəməsində mübahisələndirməsini birbaşa istisna edir.
11. Hazırkı mübahisə predmeti olan qərardad da yuxarıda qeyd edilən məhkəmə aktları kateqoriyasına (məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının) aid olduğundan verilmiş şikayətin qəbul edilməsi qanuni sayıla bilməz. Belə ki, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun.
12. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-1340/2025 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.