Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1236/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2-1(103)-3573/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DSMF Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2012-ci il tarixli sərəncam ilə İddiaçı pensiya məbləği yenidən hesablanaraq, 151 manat 78 qəpik məbləğində müəyyən olunmuşdur
2. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “Sığorta kapitalına görə əmək pensiyasının hazırda yenidən hesablanmasının mümkün olmaması haqqında” xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 20 mart 2012-ci il tarixində D SMF-nin Nəsimi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən Fondun Nəsimi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq 202,89 manatdan 255,86 manata artırılmışdır. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2020-ci il tarixindən etibarən 307,28 manat müəyyən edilmişdir. Əmək pensiyasının qanunvericiliyin tələblə rinə uyğun qaydada 307,28 manat məbləğində müəyyən edilməklə hazırda mərkəzi filial tərəfindən müvafiq kart hesabına köçürülür.
3. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X7 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021xx.xx.2021-ci il tarixədək yenidən hesablanmış pensiya məbləği 342,21 manat müəyyən edilmiş, xidməti araşdırma ilə əlaqədar pensiyanın verilməsi dayandırılmışdır.
4. Bakı Baş Səhiyyə Mərkəzi “1 nömrəli X6” Publik hüquqi şəxsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 10 mart 2022-ci il tarixli 36 №li “aydınlaşdırıcı arayış”da göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən 86 saylı əmrlə Bakı şəhər 1 nömrəli X4 pəhriz tibb bacısı vəzifəsinə təyin olunmuşdur. O, xx.xx. 1997-ci il tarixdən 01 №-li əmr ilə Baş tibb bacısı vəzifəsinə keçirilmişdir. O, işlədiyi müddət ərzində Dispanserin stasionar şöbələrində müalicə olunan xəstələrlə mütəmadi olaraq təmasda olur. Belə ki, həmin xəstələrə dərmanların verilməsinə, hesabatların hazırlanmasına nəzarət edir, onun vərəm xəstəliyinə yoluxma riski var. O, işlədiyi müddətdə və hal-hazırda zərərli sahədə işləyən əməkdaşlara verilən güzəştli məzuniyyətdən istifadə edir (əlavə 6 gün) və onun əmək haqqından 15 % zərərli işə əlavə ödəniş aparılır. Vərəm Dispanseri zərərli sahə olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə (xüsusi xarakterli işlərdə çalışan işlərin qısaldılmış iş vaxtı) əsasən, həftə ərzində iş vaxtı 36 saat hesab olunur. Vərəm Dispanserinin işçilərinin işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2004-cü il tarixli, 2 №-li Qərarı ilə (büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi) zərərli sahədə işləyən işçi heyətinə daxil edilmişdir. Baş tibb bacısı vəzifəsi ştat cədvəlində və əmək haqqının ödənilməsi tarif cədvəlində orta tibbi heyətə daxil olunmuşdur.
5. İddiaçının müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 yanvar 2022-ci il tarixli cavablandırılmış eyni məzmunlu 21 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının səhiyyə və sosial təminat idarələri bölməsində (19) vərəm və infeksion idarələrində, bölmələrində (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1997-ci il tarixindən bugünədək 1 saylı X2 baş tibb bacısı işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi baş tibb bacısı vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarifİxtisas sorğu kitabçası”na əsasən Səh iyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunun orta və kiçik tibb heyətində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2012-ci il tarixindən DSMF Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25.584,65 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavab dehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi, ona 2022-ci il yanvar ayından hal hazıradək ödənilməmiş əmək pensiyasının ödənilməsinin təmin edilməsi və cavabdeh tərəfindən qanunsuz hesablanmış 25.584,65 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi, ona 2022-ci ilin yanvar ayından hal-hazıradək ödənilməmiş əmək pensiyasının ödənilməsinin təmin edilməsi və cavabdeh tərəfindən qanunsuz hesablanmış 25584,65 manat pul borcunun silinməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və cavabdeh tərəfindən qəbul edilmiş İddiaçı əmək pensiyasının dayandırılmasına dair qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının və həmin qərar əsasında iddiaçıya hesablanmış 25.584,65 manat borc məbləğinin ləğv edilməsi və ona yəni, İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fili ala həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Bakı şəhəri 1 saylı Vərəm dispanserinə pəhriz tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1997-ci il tarixdə Baş tibb bacısı vəzifəsinə keçirilmişdir. 1 saylı Vərəm Dispanserinin ştat cədvəlinə və əmək haqqının ödənilməsi tarif cədvəlinə əsasən onun vəzifəsi “orta tibb heyəti”nə daxil olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ç alışan sığorta olunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşlədiyi müddətdə vəzifə funksiyalarından irəli gələrək o, vərəmdən müalicə olunan stasionar xəstələr ilə mütəmadi qaydada təmasda olmuşdur. Həmin xəstələrə dərmanların verilməsinə, hesabatların hazırlanmasına nəzarət etmiş, buna görə də vərəm xəstəliyinə tutulma riski olmuşdur. Əmək şəraiti zərə rli sahə olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsi tətbiq olunmaqla zərərli əmək şəraiti ilə əlaqədar ona əmək haqqında əlavələr ödənilmiş, əlavə məzuniyyət günləri verilmiş və iş günü isə qısaldılmış qaydada müəyyən olunmuşdur. İşlədiyi müddətdə o, işəgötürən tərəfindən “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2004-cü il tarixli 2 saylı qərarına uyğun zərərli sahədə işləyən işçi heyətinə daxil edilmişdir. Qeyd olunan məsələlər Azərbaycan Respublikası İcbari Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin “1 saylı X6” X10 tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli 36 nömrəli arayışla təsdiq edilir. 20 mart 2012-ci il tarixində ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi (hazırkı eyni adlı Xidmət nümayəndəliyi) tərəfindən zərərli əmək şəraiti ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlən ilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixində onun ərizəsi əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyası yenidən hesablanmış və 202.89 manatdan 255.86 manata artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olar aq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə onun pensiyası indeksləşdirilərək 307.28 manat müəyyən edilmişdir. Bundan sonra 2022-ci il yanvar ayında yenidən indeksləşdirmə ilə bağlı müraciət etdikdə, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli **********7 nömrəli məktubu ilə əmək pensiyasının ödənişinin dayandırıldığı və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində pensiya kimi ödənilmiş ümumilikdə 25584,65 manat pulun qaytarılmasının zəruri olduğu bildirilmişdir. Bundan sonra ona güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi və ona 2022-ci ilin yanvar ayından hal-hazıradək ödənilməmiş əmək pensiyasının ödənilməsinin təmin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdehin 08 aprel 2022-ci il tarixli **********6 nömrəli məktub ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7845/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərar, həmin qərar əsasında iddiaçıya hesablanmış 25.584,65 manat borc məbləği ləğv edilmiş və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyas ı məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3573/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası gəldiyi mövqeni onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, iddiaçı inzibati icraata cəlb olunmamış, aparılan araşdırma barədə ona ətraflı məlumat verilməmiş və nəticədə qüvvədə olan əlverişli inzibati akt ləğv edilmədən pensiyanın dayandırılması barədə əsassız qərar qəbul edilmişdir.
14. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini “Əmək pensiyaları haqqında Qanunun” 37.8.3 və “İnzibati icraat haqqında” Qanunun 13.1, 21.1, 24.1, 24.3, 64.1, 64.2, 64.3, 67.1-67.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik olmadığı müəyyən olmuş və bu səbəbdən ona təyin olunmuş pensiyanın ödənişinin ödənilməsi Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 №-li qərarı ilə dayandırılmışdır.
17. Belə ki, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1997-ci il tarixindən bugünədək 1 Saylı X2 baş tibb bacısı işlədiyi qeyd olunmuşdur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının səhiyyə və sosial təminat idarələri bölməsində (19) vərəm və infeksion idarələrində (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur.
19. Göründüyü kimi onun işlədiyi baş tibb bacısı vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 19 iyun 2017-ci il tarixinədək q üvvədə olan redaksiyasına əsasən Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunun orta və kiçik tibb heyətində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəşti iş stajı yoxdur.
20. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsəd inə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1.2. İnzibati orqanın təşəbbüsü və ya qanunla n əzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə
67. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordi nasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, iddiaçıya xx.xx.2012-ci il tarixdə DSMF Nəsimi rayon şöbəsi tərəfindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş (hazırda bu funksiya DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir), daha sonra cavabdeh tərəfindən iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğuna istinad edilərək, təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixli, **********5 №-li qərarla dayandırılmışdır.
33. Mübahisənin predmeti iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi ilə bağlıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi xx.xx.2012-ci il tarixdə inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə ol maqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. 35. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
36. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq i nzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icr aat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan “İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı cavabdehə pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən pensiya təyin olunmasına dair inzibati akt ləğv edilənə, dəyişdirilənə, qüv vədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normala rının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3573/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.