Məhkəmə qərarları › İş №2-1(102)-1236/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1236/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1236/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun dövlət nümunəli sənəd hesab edilməsi; TQDK-da imtahanları vermədən ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərə dövlət nümunəli təhsil sənədi – diplomun verilməsinin mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 nömrəli diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 21(103)-3574/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetin “Stomatologiya” ixtisası üzrə tam kursu bitirməsi, dövlət attestasiya komissiyasının 01 iyul 2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilməsi barədə xx.xx.2009-cu il tarixli BB-İ seriyalı 012585 nömrəli diplom verilmişdir.

2. Təhsil Nazirliyinin Xüsusi şöbəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, B Bİ 012585 nömrəli diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən 2009-cu il tarixdə Azərbaycan Beynəlxalq Universitetinə verilən dövlət nümunəli sənəddir.

3. Təhsil Nazirliyinin xx.xx.2018-cİ il tarixli məktubunda qeyd edilmişdir ki, BBİ 012585 nömrəli diplomun hüquqi əsası yoxdur.

4. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, BBİ 012585 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 nömrəli diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin idman və bədən tərbiyəsi fakültəsi üzrə əyani şöbəsinə daxil olmuş, 2006-cı ilin sentyabr ayından həmin universitetin stomatologiya ixtisası üzrə yerdəyişmə etmişdir. Universiteti 2009-cu ildə bitirmiş, ona BB-1№ 012585 nömrəli diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin H-18023/03-24 nömrəli, xx.xx.2016-ci il tarixli məktubu əsasında ona təqdim olunmuş diplomun dövlət nümunəli sənəd olması qeyd edilmişdir. Həmin vaxtdan diplomda qeyd olunmuş ixtisası üzrə stomatoloq həkim kimi müxtəlif klinikalarda fəaliyyət göstərmişdir. Nəhayət (saxta diplomların verilməsi şübhələrinin artması ilə bağlı) o, yenidən xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinə rəsmi ərizə ilə mürac iət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1 012585 nömrəli diplomunun hüquqi əsasının olub-olmaması barədə ona məlumat verilməsini xahiş etmiş, Elm və Təhsil Nazirliyi xx.xx.2023-cu il tarixli, 3-29/2H2147-4/2023 nömrəli məktubla bildirmişdir ki, BB-1 № 012585 nömrəli diplom blankı dövlət nümunəli sənəd hesab edilmir. Cavabdehin sözügedən məktubunun onun hüquqlarını pozduğunu, diplomunun qanuni olduğunu hesab edir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, həmin dövrdə qüvvədə olan 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni, test üsulu ilə) həyata keçirilir. Qeyd olunan Qanununun 21-ci maddəsinə əsasən, ali və or ta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığa üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Res publikası Təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. Qaydaların 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Beləliklə, qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədi hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

8. Məhkəmə icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddia ərizəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 dekabr 2016-cı il tarixli, H18023/03-24 nömrəli məktubu əlavə edilmişdir. Həmin məktub Təhsil Nazirliyi adınd an Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir. Bu səbəbdən, həmin məktubun səlahiyyətli şəxs tərəfindən imzalanmaqla, Nazirliyin mövqeyini əks etdirməsi qeyri-mümkün hesab edilməlidir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, M.Nəbiyev Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2004-cü il tarixli 11/300 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xüsusi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və xx.xx.2012-ci il tarixli, 11/06 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 11 iyul 2023 -cü il tarixli, 21(112)-8746/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunmamışdır. Belə olan halda isə o, Azərbaycan Beynəlxalq Universitetində təhsil də ala bilməzdi və onun adına da təbii ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankı Universitetə təqdim edilə bilməzdi. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının özünün təqdim etdiyi sənədlər (Azərbaycan Təhsil Nazirliyinin xx.xx.2016-cu il tarixli H-18023/03/24 nömrəli məktubu) də iddianın tam əsassız olduğunu, həqiqətən də U niversitetdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, məktub Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir. Belə olan halda, iddiaçıya verilmiş BB-İ seriyalı 012585 nömrəli diplom blankının hüquqi əsası olmadığından, cavabdehin üzərinə həmin diplomun dövlət nümunəli sənəd hesab edilməsi barədə öhdəlik qoyula bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və M.N.Tağızadə) 07 dekabr 2023-cü il tarixli, 21(103)-3574/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ali təhsil müəssisəsini bitirən şəxsə dövlət nümunəli blankda verilmiş diplom olduğu halda, məhk əmə Təhsil Nazirliyinin adi bir məktubuna istinad etmişdir. Belə ki, Təhsil Nazirliyi məhkəməyə BBİ 012585 nömrəli diplom blankının oğurlanması, itirilməsi və s. səbəbdən qanuni istifadədən çıxarıldığını sübut etmədən, dövlət blankında verilmiş həmin diplomun hüquqi əsası olmadığını söyləyə bilməz. Məhkəmə, diplomun iddiaçıda olma faktını araşdırmamış, cavabdeh tərəf isə bunun qanunsuzluğunu sübut edən hər hansı mötəbər sübut təqdim etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Təhsil Qanunu: Maddə

1. Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilmişdir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərmişdir. Maddə

7. Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X2 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sən ədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə

13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.

19. Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamə: Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd

6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;... Bənd

7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; 7.2. imtahan fənləri üzrə qəb ul proqramlarını hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 7.5-1. müəyyən edilmiş qaydada abituriyentl ərin biliyinin qiymətləndirilməsini həyata keçirir;...

20. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış, xx.xx.2019- cu ilə qədər qüvvədə olan “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimat: Bənd 1.4. Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilmişdir.... Bənd 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən m övcud qanunvericilik əsasında həyata keçirilmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydası: Bənd 2.2. Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir.... Bənd 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. K assasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apell yasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaç ının təhsil aldığını iddia etdiyi 2004-2009-cu illərdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, vətəndaşlar ali tədris müəssisələrinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X1) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunmuşlar. Təhsil müəssisəsini bitirdikdən sonra isə onların adına təhsil sənədinin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi vermişdir.

30. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmamışdır.

31. Digər tərəfdən, iddiaçının özünün təqdim etdiyi sənədlər (Azərbaycan Təhsil Nazirliyinin xx.xx.2016-cu il tarixli H-18023/03 /24 nömrəli məktubu) də iddianın tam əsassız olduğunu, həqiqətən də Universitetdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, məktub Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir. Belə olan halda, iddiaçıya verilmiş BB-İ seriyalı 012585 nömrəli diplom blankının hüquqi əsası olmadığından, cavabdehin üzərinə həmin diplomun dövlət nümunəli sənəd hesab edilməsi barədə öhdəlik qoyula bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, məhkəmə icraatı zamanı maddi və prosessual hüquq normaları pozulmamışdır.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(103)-3574/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar