Məhkəmə qərarları › İş №2-1(102)-1237/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1237/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1237/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Mə sələləri Dövlət Xidməti) qarşı “Şəki şəhər İHB-nın 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(107)-566/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki şəhər İHB-nın xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamına əsasən, iddiaçının ərizəsi n əzərə alınaraq, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində, daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə istifadəsinə 1200 kv.m torpaq sahəsi verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, həmin ərazidə hər hansı bir tikinti işi aparılmasına icazə verilmir. Ərazi ancaq tor və ya məhəccərlə bağlana bilər.

2. X1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 01-01/A013/041 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir və torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz yoxdur. Ərazidən keçən 6 kV-luq İ və İİ Marxal h/x-İ 2014-cü ildə inşa edilmişdir və tor paq sahəsi üçün heç bir maneçilik yoxdur.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Təqdim edilmiş Şəki şəhər İHB-nın 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamında 0.12 ha torpaq sahəsinin yaşıllıq yaratmaq üçün tikinti işləri aparılması istisna olunmaqla verilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsini və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mümkünsüz edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Şəki şəhər İHB-nın 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində, daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizə ilə Şəki şəhər İH-nə müraciət edərək, bağçılıqla məşğul olmaq məqsədi ilə yaşıllıq yaratmaq üçün ona torpaq sahəsinin satılmasına razılıq verilməsini xahiş etmiş, Şəki şəhər İHB-nın 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində, daşlıq sahədən yaşıllıq yaratmaq məqsədi ilə onun istifadəsinə 1200 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bundan sonra o, həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmiş, həmçinin ona verilməli olan torpaq sahəsinin ayrılmasına dair sahənin seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Buna baxmayaraq o, uzun müddətdir ki, aldığı və ist ifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldıra bilmir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

7. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının göstərdiyi torpaq sahəsi 1554 kv.m olub, döngə nöqtələrinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarına əsasən, faktiki olaraq 1554 kv.m olub 240 kv.m hissəsi infrastruktura (yola), qalan 1314 kv.m hissəsi isə yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası tikintialtı olmaqla dövlət mülkiyyətinə aid ərazidir, iddiaçının naturada göstərdiyi torpaq sahəsi bildirdiyinə görə onun tərəfindən istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin qərb hissəsindən 6 kV-luq elektrik xətti keçir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 03 avqust 2023-cü il tarixli 2-1(116)-1073/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 23 avqust 2023-cü il tarixli 2-1(116)-1073/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində yerli icra hakimiyyətinin sərəncamı əsasında mübahisəli torpaq sahəsinin ona satılmasını bildirərək mülkiyyətinə verilməsinə istinad etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəki şəhər İHB-nın xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Hətta həmin sərəncamla həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilmiş, ərazinin ancaq tor və məhəccərlə bağlanmasına icazə verilmişdir. Bununla yanaşı, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hər hansı mülki hüquqi müqavilə və ya digər inzibati akt aşkar edilməmişdir. Beləliklə, mübahis əli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas verən hər hansı hal aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasının əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdu r (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

11. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 21 dekabr 2023-cü il tarixli, 21(107)-566/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir.. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanın ması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması ba rədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağl anmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.... Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qe ydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qəra rdadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə torpaq sah əsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Ş əki şəhər İHB-nın xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamı ilə iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Eyni zamanda, həmin sərəncamla həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilmiş, ərazinin ancaq tor və məhəccərlə bağlanmasına icazə verilmişdir. Aşağı instansiya məhkəmələrində icraat zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas ola bilən hər hansı sübut, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sərəncam isə yuxarıda qeyd edilən səbəblərə görə, onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas kimi çıxış bilməz.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apelly asiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(107)-566/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar