Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1237/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilməli olan vəsaitin ödənilməsi tələbi, inzibati aktın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)3669/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbə bi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Həmin əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixində “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir.
3. İddiaçı inzibati orqanın bu hərəkətini qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fil ialının xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçıya xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsi ilə əlilliyə görə əmək pensiyası təyin edilmiş və icrasına başlanılmışdır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya bildirmişdir xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 65098,50 manat və 200 manat maddi yardım olmaqla, cəmi 65298,50 manat keçmiş dövr üzrə fərq məbləği hesablanmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 4553,22 manat fərq məbləği ödənilmişdir. Qalıq 60745,28 manat ödənilməmiş vəsait 2023-cü ilin noyabr və dekabr aylarında aylıq pensiyaya əlavə edilmə klə tam ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası tə yin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırıldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra Reabilitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş, həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçının pensiyasının 3 il 3 ay ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2018-ci ildən ödənilməli olduğu halda xx.xx.2020-ci ildən ödənilməsinə başlanmışdır.
8. Cavabdeh orqan iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyə görə əmək pensiyasının dayandırıldığı 2018-ci ilin dekabr ayında yenidən hesablanıb ötən dövr üzrə vəsaitin ödənilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli SMS bildirişdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixdən 2504.52 manata çatdırılmas ı, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin cari pensiyaya əlavə edilərək ödəniləcəyi bildirilmişdir. Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanan məktubda xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 65098.50 manat və 200 manat maddi yardım olmaqla cəmi 65298.50 manat keçmiş dövr üzrə fərq məbləği hesablandığı və ödənildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbindən xx.xx.2018-ci il tarixindən dayandırılsa da, həmin tarixdən sözügedən hal mübahisələndirilməmişdir. Bu baxımdan qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən məhz 2023-cü il tarixd ən əvvəlki 3 il üzrə ödənişlər həyata keçirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4928/2024 saylı, 20 iyun 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3669/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: X2 /sədrlik edən və məruzəçi/, X3 və X4) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4928/2024 saylı, 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci mad dəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
16. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə müvafiq məhkəmə qərarından da məlum olur ki, iddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı Agentliyə müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, əlilliyinin etibarsız sayıldığı xx.xx.2018-ci il tarixdən həmin tarixədək 4 ildən çox müddət ərzində sözügedən hal mübahisələndirilməmişdir. Göründüyü kimi İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab e dilməsi səbəbindən xx.xx.2018-ci il tarixdən dayandırılsa da, hər hansı üzrlü səbəb olmadan bununla bağlı Agentliyə müraciət etməmişdir. Bu baxımdan qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən haqlı olaraq məhz 2023-cü il tarixdən əvvəlki üç il üzrə ödənişlər həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qan una uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
65. İnzibati aktın etibarsız sayılması... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
21. Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Cavabdeh apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün öd ənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə müvafiq məhkəmə qərarından da məlum olur ki, iddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı Agentliyə müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, əlilliyinin etibarsız sayıldığı xx.xx.2018-ci il tarixdən həmin tarixədək 4 ildən çox müddət ərzində sözügedən hal mübahisələndirilməmişdir. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbindən xx.xx.2018-ci il tarixdən dayandırılsa da, hər hansı üzrlü səbəb olmadan bununla bağlı Agentliyə müraciət etməmişdir. Bu baxımdan qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən haqlı olaraq məhz 2023-cü il tarixdən əvvəlki üç il üzrə ödənişlər həyata keçirilmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks et dirdiyi mövqeyi əsassız hesab edərək bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edildiyi, daha sonra həmin əlilliyin qiymətləndirilmə nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixində “Əlillik altsistemi”ndə etibarsız hesab edildiyi müəyyən edilir.
28. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-So sial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qərarını məhkəmə qaydasında mübahisələndirmiş və qanuni qüvvəsini almış qərarla xx.xx.2018-ci il tarixdən təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən, başqa sözlə xx.xx.2018ci il tarixdən bərpa edilməsi vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi 2017-ci il 01 iyul tarixədək pensiya hüququ yaranan, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilir (Əsas: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli kollegiyal qərardadı)
30. Halbuki hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciəti etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur.
31. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından birmənalı şəkildə anlaşılır ki, pensiyanın dayandırılmasında iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları məhkəmə qaydasında bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır.
32. Məhkəmə kolle giyası qeyd edir ki, mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.11-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir.
33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-7591/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli qərarı etibarsız hesab edilmişdir.
34. Hüquq nəzəriyyəsinə əsasən etibarsızlıq elə bir anlayışdır ki, etibarsızlıq halı təsdiq edildiyi andan tərəflər əvvəlki vəziyyətlərinə qayıtmış olurlar. Hazırkı işə münasibətdə: inzibati orqanın xx.xx.2018-ci il tarixli qərarı məhkəmə qaydasında etibarsız hesab edildiyindən tərəflər əvvəlki hüquqi vəziyyətlərinə, yəni xx.xx.2018-ci il tarixədək olan vəziyyətə qayıtmışlar. Odur ki, cavabdehin hazırkı mübahisə ilə bağlı hüquqi yanaşması qanuni və əsaslı deyildir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğunu bildirərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)- 3669/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.