Məhkəmə qərarları › İş №2-1(102)-1238/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1238/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1238/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Cavabdeh2nə (üçüncü şəxs X4) qarşı iş üzrə Açar sözlər: sərəncamın və çıxarışın ləğv edilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, üçüncü şəxs X1 vəkili Gülalıyev Zəngi Qəhrəman oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı (bundan sonra DƏDRX -nin 16 saylı Ucar Ərazi İdarəsi yazılacaq) “sərəncamın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-78/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.2012-ci ildə Cavabdeh2nə ərizə ilə müraciət edərək, rayon ərazisində mövcud olan dövlət torpaq fondundan 9 nömrəli otlaq sahəsindən 200 hektar torpaq sahəsinin heyvandarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə ona icarəyə verilməsini xahiş etmişdir. Cavabdeh2 x x.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə iddiaçının mülkiyyətində olan 600 baş xırda buynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün rayonun inzibati ərazisindəki 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövləttorpaq fondunun 200 hektarı İddiaçı icarəyə verilmiş və bu barədə tərəflər arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, icarə müddəti 15 il müəyyən edilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmış və bu barədə onanla xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə A-306551 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, bu torpaq sahəsi üzərində X1 icarə hüququ xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, qeyd olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh2 başçısının sərəncamının və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamının və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X2 icarəyə verilmiş 80 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha to rpaq sahəsinin bir hissəsidir. Halbuki, onunla bağlanmış icarə müqaviləsi hal-hazıradək qüvvədədir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi hər hansı ətraflı dəlil irəli sürmədən iddianın əsassız olduğunu bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi iddiaya dair yazılı etiraz verməsə də, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıya icarəyə verilmiş 200 ha və X2 icarəyə verilmiş 80 ha torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilərsə, o halda, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı qanunsuz olduğu üçün ləğv edilə bilər. Lakin İddiaçı icarəyə verilm iş torpaq sahəsinə onun icarə hüququ qeydiyyata alınmadığına görə torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-510/2019 saylı, 21 noyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icarəsinə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin sahənin X2 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda iddiaçı X2 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. İddiaçının ləğv edilməsini təl əb etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Cavabdeh2 xx.xx.2018-ci il tarixli sərəncamı əsasında verildiyinə görə həmin sənədin də ləğvi üçün əsas yoxdur. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-510/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-78/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi) V.Məlikov və M.Hüseynov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanıl mışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlansa da, iddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş, yəni torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməmiş, onların planı və ölçüsü tərtib edilməmiş, icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş və bu səbəbdən də üçüncü şəxsə icarəyə verilmiş mübahisəli torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, yenidən həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılm asını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası tərəfindən iş tam araşdırılmalı olduğu halda tam araşdırılmamışdır. Həmin qış otlaq sahəsi ilə bağlı başqa bir şəxslə də mübahisəsi var. Həmin şəxs də iddia edir ki, ona icarəyə verilmiş torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, Göyçay Rayon Məhkəməsində həmin şəxsə qarşı torpaq sahəsinin dəqiq müəyyən edilməsinə dair iddia qaldırmışdır. Həmin iddia üzrə hakim tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza Ucar Ərazi X8 Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr xidmətinin və "Bakı Şəhər Alternativ Ekspertiza Mərkəzi" mütəxəssisləri tərəfindən aparılır. Əgər ikili ekspertiza tərəfindən həmin torpaq sahəsinin koordinatla rı müəyvən edilərsə, həmin rəyin sürətini yaxın günlərdə təqdim edəcəkdir. Ona verilmiş qış otlaq sahəsinin planında torpaq sahəsinin koordinatları açıq və aydın şəkildə görünür. Həmin torpaq sahəsinin planı, əvvəllər fəaliyyət göstərmiş Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin mütəxəssisləri tərəfindən tərtib edilmişdir. Cavabdehin təqsiri üzündən onun fermer təsərrüfatı məhv olmaq üzrədir. Bu torpaq sahəsi icarəyə verilmiş şəxs isə heç bir fermer təsərrüfatı ilə məşğul olmur. Onun məqsədi icarəyə götürdüyü qış otlaq sahəsini dağlıq ərazilərdən arana köç edən çobanlara icarəyə verməklə gəlir əldə etməkdir. Cavabdeh2 həmin şəxsə torpaq sahəsini verən zaman heç bir araşdırma aparmamış və kənd bələdiyyə sədrinin yalandan tərtib etdivi arayışa əsaslanaraq həmin şəxsə qış otlaq sahəsini icarəy ə vermişdir. Tərəflərin izahatları Üçüncü şəxs X1 vəkili Gülalıyev Zəngi Qəhrəman oğlu kassasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə iddiaçının həmin torpaq sahəsinə hüququ yaranmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Əsaslandırıcı hissə Kollegiya iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü m addəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işin hallarından göründüyü kimi Cavabdeh2 xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondundan 200 hektar, xx.xx.2018-ci il tarixli sərəncamı ilə isə X2 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı qış otlaq sahəsinin yerquruluşu planı (miqyas 1:10000) tərtib edil mişdir. X2 ayrılmış torpaq sahəsi ilə bağlı isə örüş sahəsinin yerquruluşu planı, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixli sərəncamla X1 icarəsinə verilmiş 80 ha torpaq sahəsinin, əvvəllər onun icarəsinə verilmiş torpaq sahəsindən verildiyini iddia edir və bu əsasla həmin sərəncamın, habelə Mahmud Mahmudovun icarə hüquqlarının daşınmaz əmlakın dövlət reystrində apaorılmış qeydin ləğvini tələb edir. Bu iddia tələbi mübahisələndirmə iddiasıdır. Mübahisələndirmə iddialarının hüquqi əsasını təşkil edən «İnzibati icraat haqqında» Qanunun 67.1 və 67.2-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulmasıvəya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı bu tələbinin faktiki əsası kimi isə ona istinad edir ki, onun icarəsinə verilmiş torpaq sahəsinin 80 ha hissəsi, icarə müqaviləsi qüvvədə olduğu halda başqasına verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətini rədd edərkən əsaslandığı dəlillərdən biri ondan ibarətdir ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təmin vermir. Məhkəmə kollegiyası xatırladır ki, bu normanın tətbiqi ilə bağ lı Konstitusiya Məhkəməsinin «V.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin bu qərarında ifadə olunmuş mövqeyinə əsasən, apelyasiya instansiyası məhkəməsinin Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə istinadı qanuna uyğun deyildir. Məhkəmənin iddianı rədd edərkən əsaslandığı digər dəlil ondan ibarət olmuşdur ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin, üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr iddiaçıya verilmiş torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini təhlil etməkdə haqlı olmuşlar. Çünki cavabdehin mübahisələndirilən sərəncamının qanuniliyi, üçüncü şəxsə verilmiş torpağın iddiaçıya verilmiş torpaq (və ya onun bir hissəsi) olub olmamasından asılıdır. Məhkəmələrin bu araşdırması ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məktub göndərərək, aşağıdakı suallara cavab ver ilməsini xahiş etmişdir:

1. Göyçay RİH başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə X5 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi və Göyçay RİH başçısının xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə X2 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşürmü?

2. Həmin torpaq sahəsi üst-üstə düşürsə, hansı hissədə düşür? Bu məktubun icrası həvalə olunmuş «xxxx» MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin rəisi xx.xx.2019-cu il tarixli arayış tərtib edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə cavabdehə məxsus **********66 saylı çıxarışın olmasına baxmayaraq, iddiaçıya məxsus sənədlərdə hüquq müəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığından məhkəmə tərəfindən qoyulan sualların araşdırılması mümkün ol mamışdır. Məhz bu arayışa əsasən məhkəmələr o nəticəyə gəlmişdir ki, iddiaçının torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmur və bu səbəbdən də həmin sahənin üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu araşdırması yarımçıqdır və Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi ilə tam uzlaşmır. Çünki həmin normaya görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1-ci maddə). Mə hkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). Həmçinin apelyasiya instansiyası məhkəməsi iddiaçının alternativ ekspertiza təyin olunması barədə vəsatətini də rədd etmiş və «xxxx» MMC-nin Ağsu LayihəTədqiqat İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli arayışına istinad etməklə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin olunacağı təqdirdə belə mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə rəy verilməsi mümkün olmayacaqdır. Daha sonra məhkəmə göstərmişdir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələr inin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisə çərçivəsində həll olunan məsələ hüququn yaranması məsələsi deyildir. Məhkəmənin istinad etdiyi Torpaq Məcəlləsinin 68-ci maddəsində sadalanan sənədlər toplusu iddiaçıda olmasa da, nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsinin yerquruluşu planı - torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks e tdirən xəritədir. Həmin maddənin ikinci hissəsində deyilir ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İddiaçının icarə müqaviləsində göstərilən 200 ha torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən Göyçay RİH-nin sərəncamı, icarə müqaviləsi və torpaq sahəsinin yerləşməsini əks etdirən, müqavilə bağlanan dövrdə səlahiyyətli dövlət orqanlarının – Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planı işə əlavə olunmuşdur. Həmin plan 1: 1000 miqyasla tərtib olunmuşdur və ərazidən keçən kanallar, orada yerləşən tikililər və nömrələnməklə seçilən torpaq sahələri qeyd olunmuşdur. Bu halda, qanuni liyi və mötəbərliyi mübahisə doğurmayan həmin sənədlər əsasında məhkəmə kollegiyası, «texniki kadastr sənədi» olmadığını bildirməklə yerquruluşu mütəxəssisinə tapşırıq verə bilərdi ki, iş materiallarının 51-ci səhifəsində olan yerquruluşu planını əsas götürməklə iddiaçının torpaq sahəsinin hüdudlarını müəyyən etsin. Məhkəmə kollegiyası həmçinin mütəxəssisə izah edə bilərdi ki, qeyd olunan yerquruluşu planında mübahisəli torpaq sahəsini müəyyən etməyə imkan verən, istinad nöqtəsi kimi istifadə olunacaq daşınmaz əmlak (yataq tikililəri), kanallar əksini tapmışdır. İşin vəziyyətindən görünür ki, iddiaçıya 200 ha torpaq sahəsinin verilməsi danılmaz fakt kimi qəbul olunur, lakin səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş böyük ölçüdə olan bu torpaq sahəsinin yeri müəyyən olunmur. Bu halda y alnız iddiaçıdan sübut (plan ölçü sənədi və sair) tələb olunması və cavabdehdən işin hallarına aydınlıq gətirilməsi, yəni iddiaçıya verdiyi torpaq sahəsinin harada yerləşdiyi barədə sübut tələb olunmaması, İPM-nin 14-cü maddəsində təsbit olunmuş sübut etmə vəzifəsi barədə müddəlara uyğun deyildir. İşin xüsusi olaraq nəzərə alınmalı halı ondan ibarətdir ki, torpaq sahəsini həm iddiaçıya həm də üçüncü şəxsə icarəyə verən subyekt - cavabdehdir. Mübahisəli torpaq sahəsi dövlətə məxsusdur və bu torpaq sahəsi cavabdehin sərəncamındadır (Torpaq Məcəlləsinin 66-ci maddəsi, Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli Fərmanın ın 1-ci bəndinin 5-ci hissəsi, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci maddəsi). Buna müvafiq olaraq cavabdeh, iddiaçıya verilmiş torpaq sahəsinin harada yerləşməsini yerində göstərməyə borcludur. Bu həm də ondan irəli gəlir ki, rayon (şəhər) icra hakimiyyəti orqanlarına dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi hüququ verilməklə yanaşı, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci maddəsinin 4-cü bəndində həm də onların, torpaq sahiblərinin və istifadəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri müəyyən olunmuşdur. Əsasnamənin 3-cü maddəsində yerli icra hakimiyyəti başçısının fəaliyyətinin vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi prinsipi, 4cü maddəsində müəyyən olunmuş fəaliyyətini həyata keçirərkən vətənd aşların hüquq və azadlıqların yerli mənafelərlə uzlaşdırılmalı olması, 35-ci maddəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması səlahiyyətləri əksini tapmışdır. Lakin bu prinsip və səlahiyyətlər, məcmu halda götürüldükdə, habelə «İnzibati icraat haqqında» Qanunda əksini tarmış prinsip və təminatlar əsasında təhlil olundunda o nəticəyə gəlmək olar ki, icra hakimiyyətləri üçün səlahiyyət kimi müəyyən olunmuş hərəkətlər də əslində icra hakimiyyətlərinin vəzifəsi kimi çıxış edir. Bundan başqa, Azərbaycan Respublikası İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməlidirlər. Göründüyü kimi hazırki icraatda Cavabdeh2, iddiaçıya icarəyə verilmi ş torpaq sahəsinin yerini müəyyən edib göstərmək vəzifəsi daşıyır. Lakin məhkəmə mütəxəssisə torpağın yerini müəyyən etməklə bağlı tapşırıq verərkən cavabdehin də ölçü işlərində iştirakını təmin etməmiş, bununla bağlı ona vəzifələri bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin bu iş üzrə araşdırmasını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. İşə təkrar baxan məhkəmə, iddiaçı ya verilmiş torpaq sahəsinin yerquruluşu planına əsasən torpaq sahəsinin yerini müəyyən etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh2 (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılmış dəlillər əsasında nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmas ı tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-78/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş materialları təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar