Məhkəmə qərarları › İş №2-1(102)-1238/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1238/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1238/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkilsiz tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X1, X4, X2, X5) “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,1 4 ha. torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0,14 ha. torpaq sahəsi ilə birlikdə və həmin 0,18 ha. torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 21(105)-75/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon Aqrar İslahat Komissiy asının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş 0,14 ha. torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0,04 ha. torpaq sahəsi ilə birlikdə və həmin 0,18 ha. torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia qismən təmin edilərək JN-098A kod 30213078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,14 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş birmərtəbə li, 3 otaq və dəhlizdən ibarət yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

4. Həmçinin, qərardan narazı qalan iddiaçı da apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 nömrəli qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-75/2022 nömrəli qərarına əsasən (sədrlik edən R.Ə.Ağayev, hakimlər H.Ç.Babayeva və İ.K.Dəmirov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2 iyul 2021-ci il tarixli, 2-1(118)-26/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-75/2022 nömrəli qərarının ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kas asiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü Kassasiya şikayətinin mümkünlüyü

9. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022ci il tarixli, 2-1(105)-75/2022 nömrəli qərarından kassasiya şikayəti tərtib etmiş, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kassasiya məhkəməsinin mövqeyi

10. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. Bu barədə kassasiya şikayətini tərtib etmiş iddiaçıya 7 iyun 2022-ci il tarixli məhkəmə bil dirişi göndərilmiş, şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək ona göstərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

11. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kassasiya şikayətini təqdim etməmişdir.

12. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

13. Yuxar ıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-75/2022 nömrəli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar