Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1238/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; kassasiya qaydasında hüquqi qiymət verilmiş hissə ilə bağlı təkrar şikayətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)276/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 47 yaşının tamam olduğu xx.xx.2008-ci il t arixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə, əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 2 mart 2022-ci il tarixli 21(103)-938/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022ci il tarixli, 2-1(102)-1085/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)-938/2022 nömrəli qərarı İddiaçı təhsil illərinin ümumi iş stajına əlavə edilməklə, əmək pensiyasının təyin olunmasının rədd olunması hissəsində ləğv edilərək, iş bu hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-276/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərarı “iddiaçının təhsil illərinin onun ümumi iş stajına əlavə edilməklə pensiyasının təyin olunması və yaranmış fərqin ona ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, iddiaçının 1977-1981-ci illərdə Bakı Politexnikumunda oxuduğu təhsil müddəti onun sığorta stajına əlavə edilməklə, xx.xx.2013-cü il tarixdən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə e dilmişdir.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-276/2023 nömrəli qərarının qismən - 47 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməs ində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... Maddə
98. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
11. Belə ki, hazırkı işə ilk dəfə kassasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)1085/2022 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsinin iddiaçının 47 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini təmin etməməklə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yəni, iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissəsində iddiaçının şikayəti əsaslı olmadığından, onun kassasiya şikayəti bu hissədə təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı isə hal-hazırda iddia tələbinin kassasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılan hissəsində təmin edilməsi ilə bağlı yenidən kassasiya şikayəti vermişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin mümkünlüyünün əsaslarını yoxlayarkən, onun İPM-in 94-95-ci maddələrində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina edilməlidir.
14. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)-1085/2022 nömrəli qərarı ilə yoxlanılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
15. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-276/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.