Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1238/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reab ilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(107)-655/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 14740 nömrəli arayışı ilə müəyyən edilir ki, Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya “Sol kürək, sağ diz və sağ baldır nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sağ diz oynağının miogen kontrakturası. Barotravma (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 2 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuş. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir. 2. xx.xx.2022-ci il tarixli 969 nömrəli xəstəlik haqqında şəhadətnamədən və MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə müəyyən olunur ki, iddiaçıya “F06.3 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ik itərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Sağ diz və baldırın qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dən çapıqları” diaqnozu qoyulmuş, hərbi travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır qeyd edilmişdir.
3. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 700 nömrəli travma haqqında arayışından görünür ki, N nömrəli hərbi hissə MAHHXHQ baş çavuş İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma, qapalı kəllə-beyin travması" xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.
4. Azərbaycan Respublikası Sə hiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 9639 məktubunda iddiaya “Üzvi affektiv pozuntu, ağır depressiv epizodlar və intihar fikirləri ilə F06.3 Postkommosion sindrom F07.2” diaqnozu qoyulduğu qeyd edilmişdir.
5. İddiaçı əlilliyin təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 26 dekabr 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının əlavə müalicəyə ehtiyacı olduğundan ona əlillik təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. xx.xx.2015-ci ildən Silahlı qüvvələrdə xidmətdə olub. Müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. xx.xx.2020-ci ildə “İkinci Qarabağ müharibəsi" başladığı andan Respublikanın ərazi bütövlüyü uğrunda gedən aktiv döyüşlərə qatılmışdır. xx.xx.2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində travma almışdır. Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə olmuşdur. Müalicədən sonra müvəqqəti xidmətə yararsızlığa görə məzuni yyətə buraxılmışdır. xx.xx.2022-ci il tarixli əmrlə xəstəliyə görə ehtiyata buraxılmışdır. Hal-hazırda səhhətində ciddi problemlər mövcuddur. Özü özünü idarə etməkdə çətinlik çəkir. Əmək qabiliyyətini demək olar ki itirmişdir. Əlillik təyin edilməsi üçün sənədləri elektron qaydada göndərsə də, xx.xx.2022-ci ildə qiymətləndirmə aparılaraq imtina edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edildiyindən iddia tələbi əsaslı sayıla bilməz
9. Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1551/2023 nömrəli qərarı (hakim X4) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 2 il müddətin ə orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-655/2023 nömrəli qərarı (hakimlər X1 (məruzəçi), X6 və X2) ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı r.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabnetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad edilərək qeyd edilir ki, iddiaçıda aşkar edilmiş xəstəlik meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsində düşmür. Belə ki, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməmiş dir. Belə olan halda iddiaçıda olan xəstəlik “Əlilliyin müəyyən olunması meyarlar”ında səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yan var tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlill iyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonr a – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilm iş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaql a qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
26. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. N. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırılmış, əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuşdur.
28. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3”nə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli 3193 nömrəli məktubuda əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozdakı xəstəliklərə onda hazırda da rast gəlindiyi qeyd edilmişdir (iş vər 82-84).
29. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında - “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu" (F06.3) diaqnozu ilə eyniyyət təşkil etdiyini bildirmişdir.
30. Qeyd edilmişdir ki, hə min diaqnoz F06.3 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular) nəzərdə tutulmuşdur.
31. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bən də isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və mü ddəti “Əlilliyin müəyyən olunması meyarları”na·Əlavənin 7.6.2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirməklə apelyasiya instansiyası məhkəməsi düzgün və qanuni qənaətə gəlmişdir.
33. Belə ki, 7.6.2.1-ci bənd sözügedən diaqnozla bağlı digər simptomlarla yanaşı yüksək intihar riskini nəzərdə tutduğu halda, 7.6.2.2-ci bəndə 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar, (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin mövcudluğunu nəzərdə tutmuşdur.
35. İş materiallarında olan göndərişin məzmunundan görünür ki, iddiaçı sirkə turşusu içərək intihara cəhd etmişdir. Yəni, iddiaçıya münasibətdə yüksək intihar riskinin yox, real in tihar cəhdinin mövcudluğuna qiymət verilməlidir.
34. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi, intihar cəhdi səbəbindən daimi müşahidə zərurətinin mövcudluğu onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması faizi – 65-80 %, müddəti 2 il olaraq müəyyən edilməlidir.
35. Digər tərəfdən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbini onun əlavə müalicəyə ehtiyacının olması ilə əsaslandırsa da, Şəki rayonu Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 551 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçı faktiki olaraq xx.xx.2022-ci il tarixdən Şəki RPX-nın dispanser müşahidəsindədir və SQ BKH-da və Şəki RPX-da stasionar müalicələr almışdır, əhvalın üzvi mənşəli (affektiv) pozuntus u postkontuzion sindrom xroniki xarakter daşıyır və əlavə ixtisaslaşmış müalicə ilə ruhi vəziyyətində qismən sabitləşmə almaq mümkündür.
36. Beləliklə, göründüyü kimi müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozda qeyd edilən xəstəliyin xroniki xarakter daşımasını və əlavə ixtisaslaşmış müalicənin yalnız onun ruhi vəziyyətində qismən sabitləşməyə səbəb olacağını bildirir. Yəni, hazırkı mərhələdə iddiaçının əlavə ixtisaslaşmış müalicə alacağı halda tam reabilitasiya olması ehtimalı yüksək deyil.
37. Belə olan halda məhkəmə kollegiyası məhkəmələrin mövqeyini əsaslı hesab edərək bildirir ki, aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtin a etməkdə cavabdeh orqan haqlı olmamışdır.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-655/2023 saylı iş üzrə 14 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.