Məhkəmə qərarları › İş №2-1(102)-1239/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1239/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1239/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılmış hərbi qulluçunun kirayə xərclərinin ödənilməsi və tikintidə köməklik göstərilməsi tələbi; “Hərbi qulluqçuların statusu” haqqında Qanununun 12-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), X1, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs: Zaqatala rayon Zaqatala bələdiyyəsi) qarşı “c avabdehin üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi və tikintidə, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-25/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2006-cı il tarixində H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, 20.06.2006-cı il tarixində Müdafiə Nazirliyi tərəfindən ona leytenant hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 11.01.2010-cu il tarixli 015 nömrəli əmri ilə Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuş və o 26.01.2010-cu il tarixində Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən qeydiyyata götürülmüş, 27.11.2014-cü il tarixindən başlayaraq iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmişdir.

2. Həmin tarixdə cavabdeh tərəfindən ona kirayə haqqı Zaqatala rayon Zaqatala bələdiyyəsi MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsini 05.08.2012-ci il tarixli AN-İ seiyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə vermiş və həmin tarixdə tərəflər arasında alqı-satqı müqviləsi bağlanmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 01.02.2017-ci il tarixində dövlət qeydiyyatına a lınmış və adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmiş və 01.04.2017-ci il tarixindən kompensasiya ödənilməsi dayandırılmışdır.

3. İddiaçının müvəqqəti yaşayış sahəsinin mənzil kirayə xərclərinin ödənilməsi və tikintidə, tikinti materialları almaqda kömək göstərilməsilə bağlı müraciətinə cavabdeh 19.06.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, Zaqatala bələdiyyəsi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi verildiyinə görə RİH tərəfindən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənişi dayandırılmışdır. Ərizədə qeyd olunmuş tikintidə, tikinti materialları almaqda kömək göstərilməsi ilə ba ğlı hissəyə münasibətdə cavabdeh bildirmişdir ki, dövlət büdcəsində bu məqsədlər üçün vəsait nəzərdə tutulduğu təqdirdə fərdi mənzil tikintisində iştirak etmək arzusunu bildirən zabit, gizir və miçmanların müraciətlərinə baxıla bilər.

4. İddiaçı eyni məzmunlu ərizə ilə Zaqatala rayon Zaqatala Bələdiyyəsinə müraciət etmiş, sonuncu 10.07.2019-cu il tarixli, 305 nömrəli cavab məktubu ilə bildirmişdir ki, həmin torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar tikinti materiallarının bələdiyyə tərəfindən verilməsi qanunda öz əksini tapmamışdır. Bundan başqa fərdi mənzil tikintisi üçün tikinti materiallarının alınmasına köməklik göstərilməsi ilə əlaqədar qeyd olunmuşdur ki, buna bələdiyyənin maddi imkanı yoxdur və bu istiqamətdə xərclər bələdiyyənin 2019-cu il büdcə layihəsində nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənilməsi və tikintidə, tikinti materiallarının alınmasında ona köməklik göstərilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçıya 27.11.2014-cü il tarixindən 01.04.2017-ci il tarixinədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmişdir. Zaqatala bələdiyyəsi tərəfindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli “Ehtiyat a və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Qərarına əsasən müvafiq kompensasiyanın ödənilməsi dayandırılmışdır. Bundan başqa qeyd olunmuşdur ki, fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərilməsi üçün rayon büdcəsinin xərclərində vəsait nəzərdə tutulmamışdır.

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli 2-1(84)-1226/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 12.10.2018-ci il tarixli 115 nömrəli sərəncamının ləğv edilməsi və İsmayıllı rayon Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi” barədə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, qərarla müəyyən olunmuş kateqoriyadan olan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. 05.08.2012-ci il tarixində iddiaçının mülkiyyətinə fərdi yaşayış evi nin tikintisi üçün torpaq sahəsi verildiyindən o, həmin tarixdən Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququnu itirmişdir. Göründüyü kimi, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmamış və dayandırılma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə uyğun olmuşdur. İddia tələbinin ikinci hissəsini də əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, cavabdeh olan Zaqatala İcra hakimiyətinin ehtiyatda və ya istefada olan hərbi qulluqçular tərəfindən aparılan tikiti işlərinə maddi və ya sair köməkliyin göstərilməsi onun vəzifə və səlahiyyətlərinə aid edilməmişdir. Eyni zamanda, qan unvericiliyə görə yerli icra hakimiyyəti başçıları qeyd olunan kateqoriyadan olan şəxslərə tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər ki, bu köməklik yalnız maliyyə vəsaitinin verilməsini ehtiva etmir. Bu köməklik sənədləşmənin aparılmasından, tikintiyə icazə verilməsindən, əlaqələndirici olaraq digər dövlət qurumları tərəfindən müvafiq işlərin görülməsindən və sair ola bilər. Tikinti materiallarının alınmasında köməklik göstərilməsi üçün isə buna müvafiq dövlət büdcəsindən vəsait ayrılmalıdır. Belə vəsaitin ayrılmasına dair isə hər hansı sübut mövcud deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir

9. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli 2-1(84)1226/2019 nömrəli qərarından аpellyаsiyа şi kayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli 2-1(107)-689/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli, 21(107)-25/2020 nömrəli qərarına əsasən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019cu il tarixli, 2-1(84)-1226/2019 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödən ilməsi və fərdi yaşayış evinin tikintisində, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Məhkəmə kollegiyası iddianın tələbinin birinci hissəsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab etmişdir ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndində hazırda xidmət keçən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüquqları nəzərdə tutulmuşdur. İddiaçı isə ehtiyata tərxis olunduğundan qeyd olunan maddə ona şam il oluna bilməz. Birinci instansiya məhkəməsi isə digər əsaslarla iddia tələbinin həmin hissəsini rədd etmişdir ki, məhkəmənin həmin mövqeyi qanunvericiliyə ziddir. Bundan başqa birinci instansiya məhkəməsi 11.10.2019-cu il tarixli 2-1(84)1226/2019 nömrəli qərarının əsaslandırıcı hissəsində hazırkı iddia tələbinin rədd edilməsi qənaətinə gəlsə də, qərarın nəticə hissəsində hazırda baxılan mübahisəyə heç bir aidiyyəti olmayan başqa bir iddianın rədd edilməsi nəticəsinə gəlmiş, İPM-in 76-cı maddəsinə uyğun olaraq məhkəmə qərarının mətninə düzəliş edilməsi haqqında qərardad çıxarılmamışdır.

13. Məhkəmə qərarını iddiaçı 17.02.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.

14. İddiaçı həmin qərardan 17.03.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli, 2-1(107)25/2020 nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə “Hərbi qulluqçular haqqında” Qanunun 12.5-ci maddəsində nəzərdə tutulan zabitlər, miçmanlar sözü həm də ehtiyatda olan hərbi qulluqçulara aiddir. Məhkəmə qanunun bu normasını yanlış olaraq şərh etmiş, bununla da tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmaq üçün hər hansı normaya istinad etməmiş, bununla da X2 Konvensiyasının 6.1-ci maddəsinin tələblərini pozmuşdur.

17. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.1, 12.5-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 89-90-cı maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün h esab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş q aydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərd i yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

22. Həmin maddənin 5-ci bəndinə görə, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kə nd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fədi yaşayış evinin tikintisi üçün torpa q sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət müh akiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, ehtiyatda olan hərbi qulluqçuların pulsuz torpaq sahəsi alması, onların müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ilə bağlı münasibətlər hazırkı qərarın 21ci maddəsində öz əksini tapan normalarla tənzimlənir. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə, iddiaçıya 27.11.2014-cü ildən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmiş, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 01.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, 01.04.2017-ci ildən kompensasiya ödənilməsi dayandırılmışdır. Göründüyü kimi, həmin normaların tələbləri baxımından cavabdeh orqan pozun tuya yol verməmişdir.

30. İddiaçı kassasiya şikayətinin dəlillərində apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 22-ci bəndində göstərilən normanı yanlış şərh etdiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.

31. Belə ki, göstərilən normanın məzmununda zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüquqları nəzərdə tutulmuş, ehtiyata tərxis olunmuş hərbi qulluqçulara göstərilən hüquqlar aid edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ehtiyata tərxis olunduğundan qeyd olunan maddə ona şamil oluna bilməz.

32. Eyni zamanda, iddiaçı mənzil kirayə xərc lərinin ödənilməsini, tikintidə, tikinti materiallarının alınmasında köməklik göstərilməsini tələb etsə də, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırkı qərarın 21-23-cü maddələrinin tələblərindən görünür ki, qanunvericilik cavabdeh inzibati orqan qarşısında belə bir tələb qoymamışdır və cavabdeh iddiaçının pulsuz torpaq sahəsi ilə təmin olunması ilə bağlı öz vəzifələrini yerinə yetirmişdir.

33. Kassasiya şikayətinin digər dəlilində iddiaçı apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 22-ci bəndində göstərilən normanın tələbini pozduğunu bildirsə də, məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab edir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə ağlabatan müddətdə, tərəflərin dinlənilmə hüquqlarını təmin etməklə baxmış, maddi və prosessual hüquq normalarını düz gün tətbiq etmiş, gəldiyi nəticəni işin halları və hüquq normaları ilə əsaslandırmışdır.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

36. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli, 21(107)-25/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar