Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1239/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Xəzərtürk LTD" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə İddiaçı “Xəzərtürk LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi lər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 iyun 2021-ci il tarixli, **********094500 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-256/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********094500 nömrəli Qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804.32 (mənim qeydlərimdə 135 202,06 manat) manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinc i instansiya məhkəməsində icraat
2. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********844500 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********094500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hes ablanması barədə" xx.xx.2021-ci il tarixli, **********844500 nömrəli qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804,32 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən 2019-cu il ərzində 3744704,91 manat mal idxal edilməsinə baxmayaraq, təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində “Əsas vəsaitlər” və “Ehtiyatlar” başlıqlı sətirlərin dövr ərzində daxil olmuşdur sütununda 443424.91 manat az (3301280,0 manat) məbləğin əks etdirilməsi olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” (xx.xx.2021-ci il tarixli **********844500 nömrəli) xx.xx.2021-ci il tarixli, **********094500 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Tərə flərindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən gəlir 3239042,52 manat, gəlirdən çıxılan xərclər 3047051,32 manat, o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2310,21 manat, malın dəyəri 3023293,89 manat, icarə haqqı 2400 manat, bank xidməti üzrə xərclər 6510,2 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər 1554,24 manat, ödənilmiş sığorta haqları 92,95 manat, nəticədə vergitutma məqsədləri üçün mənfəət 191991,20 manat, mənfəət vergisi isə 38398,24 manat bəyan edilmişdir. Bəyannamənin 1 nömrəli əlavəsinin “Ehtiyatlar” sətrində dövr ərzində daxil olan ehtiyatların (malların) həcmi isə 3301280,0 manat əks etdirilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanının dəlili odur ki, tərəflərindən 2019-cu ildə cəm i 3744704,91 manat mallar idxal edildiyi halda, vergi bəyannaməsində həmin göstərici 3301280,0 manat əks etdirilmişdir. Halbuki, cəmiyyət tərəfindən il ərzində idxal edilmiş malların invoys dəyəri 3289319,88 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilir ki, 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən ümumi dövriyyə ilə mənfəət vergisi bəyannaməsində öz əksini tapan göstəricilər eynilik təşkil edir və həmin ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması ilə hər hansı kənarlaşma aşkar edilməmişdir. Bundan başqa, mənfəət vergisi, vergi ödəyicisinin il ərzində malların təqdim edilməsindən (xidmətlərin göstərilməsindən, işlərin görülməsindən) əldə edilmiş gəliri ilə, həmin gəlirin əldə edil məsi ilə bağlı çəkdiyi xərclər arasındakı fərqə müvafiq vergi dərəcəsinin tətbiqi nəticəsində hesablanan vergi növüdür. Hazırkı kameral vergi yoxlaması zamanı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərlə bağlı sətirlərdə vergi orqanı hər hansı kənarlaşma aşkar etməmiş, yalnızca bəyannamənin 1 nömrəli əlavəsinin dövr ərzində daxil olan mallar ilə bağlı sətirində öz əksini tapan göstəricilərdə kənarlaşma aşkar etmişdir. Bu halda sual yaranır: bəyannamənin gəlir və xərclərlə bağlı sətirlərində hər hansı kənarlaşma aşkar edilmədiyi halda, cəmiyyətə hansı əsasla əlavə vergi məbləği hesablanmışdır? Göründüyü kimi, cavabdeh vergi orqanı hər hansı hüquqi və faktiki əsas və vergi bəyannaməsində gəlir və xərclərlə bağlı hər hansı kənarlaşma olmadığı hal da, cəmiyyətə əsassız olaraq 2019-cu ilin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır. İnzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-yə (VÖEN: **********) 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 135202.56 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi bəya nnamənin 200-cü (malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətri üzrə 4056076.76 manat + 201-ci (amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətri üzrə 0 manat + 217-ci (yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən, mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat + bəyannamənin 1 N-li əlavəsinin 2.2.1.2-ci (alınmış avanslar) sətrinin “Hesabat dövrünün sonuna” olan 57002.74 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat avans məbləğinin fərqi 57002.74 manat, cəmi 4113079.50 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu hesabat ili üzrə təqdim edilmiş “Əlavə dəyər vergisi bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Dövriyyə məbləği ƏDV nəzərə alınmadan" sütunlarında (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3239040.21 manat məbləğində dövriyyə əks etdirilmiş və nəticədə də 874039.29 manat məbləğində fərq müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövr ərzində 3513578.27 manat məbləğində idxal və 231126.64 manat məbləğində e-qaimə ilə alış olmuşdur. Ödəyici tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsinin 1 N-li əlavəsində isə ödəyici ilin əvvəlinə 190892.90 manat dövr ərzind ə daxil olmuşdur sütununda 3744704.91 manat, ilin sonuna isə 575244.08 manat mal qalığı əks etdirməsinə baxmayaraq, bəyannamədə xərc kimi malların dəyəri 2704624.95 manat əks etdirildiyi üçün uyğunsuzluq yaranmışdır. Eyni zamanda, müvafiq bəyannamə üzrə 10889.83 manat əmək haqqı xərci, 2310.21 manat sosial sığorta xərci, 6510.2 manat bank xərcləri üzrərində uyğunsuzluq aşkar edilməmiş, lakin 2400 manat icarə xərci ÖMV bəyannamələrində əksini tapmadığı üçün uyğunsuzluq yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli, **********412400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə cəmi xərclər 3380063.97 manat (10889.83+2310.21+3129227.09+6510.2+231126.64) üzrə 135202.56 manat (3380 063.97/5*0,2) vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda, mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq xərcə görə rentabellik əsasında analoji qaydada hesablanmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********844500 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sosial sığorta haqlarının hesablanması barədə" qərar göndərilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1090/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbu l edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 iyun 2021-ci il tarixli, **********094500 nömrəli qərar ləğv edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olduğu, onların mötəbərliyini (həqiqliyini) təkzib edəcək hər hansı sübut olmadığı, eləcə də malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların gömrük dəyərini və malların alışına aid olmayan digər xərclər barədə elektron qaimə-fakturaları əsas götürərək, cəmiyyətə hüququ olmadığı halda Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-256/2022 nömrəli qərarı ilə (sədrlik edən F.Ə.Məmmədov, hakimlər H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnz ibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1090/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-256/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hazırkı işin hallarına Vergi Məcəlləsinin 16.1.3, 37.1, 37.3, 37.4, 67.1, 67.4, 67.14, 83.9-cu maddəl ərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə işin faktiki hallarının fərqinə varmadan və həmin halları əsas tutmalı olduğu halda əsas tutmadan qərar qəbul etmişdir.
13. Məhkəmə kollegiyası maddi hüquq normasını yanlış təfsir və tətbiq edərək (Mənfəət vergisi VM-nin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda AR VM-nin 83.9-cu maddəsinə və AR NK-nin müvafiq qərarına əsasən şərti rentabellik səviyyəsi 20 faiz götürülməklə hesablanmalı idi) cavabdeh tərəfindən müəyyən olunmuş vergilərin hesablanma əsaslarını şübhə altına almağa çalışmışdır. Belə ki, yoxlama ilə bağlı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatlar (vergi ödəyicisi tərəfindən təqdim edilmiş xərclər barədə məlumatlar) əsas götürülərək hesablama həyata keçirilmişdir.
14. Əlaqəli məl umatlar müəyyən edilmədən və onlara istinad edilmədən şərti rentabellik normasının tətbiq edilməsi imkan xaricindədir. Məhkəmənin mənfəət vergisinin hesablanması üzrə gəldiyi nəticə və bu nəticənin əsaslandırılması üzrə gətirdiyi dəlillər yanlış arqumentlər olmaqla tam əsassız və qanunsuzdur. Nəticə etibarilə məhkəmə kollegiyası qərarında mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünü istisna edən hər hansı bir dəlil irəli sürməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
15. Bundan başqa, məhkəmə kollegiyası heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq tətbiq edilməli olmayan Gömrük tarifi haqqında Qanunun 1.1.5, 3.5, 4.1 və 12.1-ci maddələri, Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzr ə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə tətbiq etməmişdir. Qeyd edilməlidir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən ibarətdir. Məhkəmə kollegiyası isə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək yanlış mövqe sərgiləmiş və nəticədə kameral vergi yoxlamasının nəticələrini şübhə altına almağa cəhd etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Vergi Məcəlləsinin 143 və 162-ci maddələri tətbiq edilməli və vergilərin hesablanması zamanı xərclər müəyyən edilərkən malların dəyəri olaraq da gömrük dəyəri götürülməlidir.
16. Məhkəmə kollegiyasının iş üzrə dəlillərinə diqqət etdikdə müəyyən etmək olur ki, məhkəmə kollegiyası iş üz rə qəti şəkildə araşdırma aparmamış, sadəcə birinci instansiya məhkəməsinin dəlil və nəticələrini olduğu kimi qərarına köçürmüşdür. Belə ki, məhkəmənin müəyyən etdiyi mənfəət vergisi bəyannaməsində satılmış malların dəyərinin 2.704.624,95 manat, malların təqdim edilməsindən əldə edilmiş ümumi gəlirinin isə 2.904.968,72 manat olması faktları mübahisələndirilən 7 iyun 2021-ci il tarixli məsuliyyət qərarının qəbul edilməsi əsasları kimi çıxış etməmiş və həmin göstəricilər iddiaçının özü tərəfindən sonrakı bəyannamələrdə dəyişdirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 23 aprel 2021-ci il tarixli bəyannamənin yoxlanılması zamanı aşkar edilmiş uyğunsuzluqlar yuxarıda ətraflı şəkildə qeyd edilmişdir. Həmçinin, sözügedən bəyannamənin malların dəyəri sətrində məbləğ 3.023.293,89 manat, ümumi gə lirlər sətrində məbləğ isə 3.239.042,52 manat əks olunmuşdur. Göründüyü kimi, vergilərin hesablanmasını əsassız hesab edən məhkəmə kollegiyası məsuliyyət qərarının qəbul edilməsinin əsas və səbəblərini düzgün müəyyən etməmiş və iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh vergi orqanının qənaətinə görə, iddiaçı 2019-cu il ərzində 3.126.651,29 manat dəyərində malları 4.056.076,76 manata sataraq 929.425,47 manat mənfəət əldə etmişdir və bu da iddiaçının satdığı malların üzərinə 30% ticarət əlavəsi qoyması deməkdir. Məhkəmə qə rarlarında qeyd edildiyi kimi, iddiaçı tərəfindən 2019-cu il ərzində ümumilikdə 3.289.319,90 manat dəyərində mallar idxal edilmiş və elektron qaimə-faktura əsasında hər hansı mal alınmamışdır. Lakin, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2019-cu il ərzində alınmış malların ümumi dəyərini 3.744.704,91 manat (o cümlədən, idxal edilmiş malların dəyəri 3.513.578,27 manat, e-qaimə əsasında alınmış malların dəyəri 231.126,64 manat) götürərək kobud səhvə yol vermiş və bu da yekunda vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması və iddiaçıya əsassız əlavə vergi öhdəliyinin hesablanması ilə nəticələnmişdir.
18. Cavabdeh 57.005,05 manat məbləğində kənarlaşmanın yarandığını bildirsə də, qeyd olunan “kənarlaşma” iddiaçıya mənfəət vergisi üzrə deyil, ƏDV üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas ola bilərdi. Belə ki, rəqəmlərdən göründüyü kimi, mənfəət vergisi üzrə cəmi dövriyyə (3.296.045,26 manat) ƏDV bəyannamələri üzrə cəmi dövriyyədən (3.239.040,21 manat) 57.005,05 manat artıq olmuşdur ki, bu da mənfəət vergisi üzrə hər hansı əlavə vergi məbləğinin hesablanmasını istisna edir. Eyni zamanda, mənfəət vergisi bəyannaməsində əks etdirilmiş hər hansı xərc məbləğinin doğruluğu həmin xərcə dair təsdiqedici sənədin mövcud olub-olmaması və ödənişin həyata keçirilibkeçirilməməsi əsasında müəyyən edilə bildiyi halda, cavabdeh bu istiqamətdə hər hansı araşdırma aparmadan, sadəcə ÖMV bəyannaməsinin təqdim edilməməsini kənarlaşma kimi qəbul etmişdir. Bundan başqa, 2.400,00 manat icarə haqqı məbləğinin mənfəət vergisi bəyannaməsində əks etdi rildiyi halda, ÖMV bəyannaməsində əks etdirilməməsi ÖMV bəyannaməsi üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas ola bilərdi. Beləliklə, cavabdeh vergi orqanının iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsini qəbul etməməsi və həmin bəyannamə üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün əsas gətirdiyi dəlillər faktiki olaraq mövcud olmamışdır ki, bu da həyata keçirilmiş kameral vergi yoxlamasının və onun əsasında qəbul edilmiş 7 iyun 2021-ci il tarixli qərarın qanunsuz olmasına dəlalət edir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması z amanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara şıyaşay) binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün mal ların ranışad) və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların,nirəlşi) xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliy yətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 20. "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə
3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Maddə
4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan... Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 1 2.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Maddə
139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınal ma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə
143. Aktivlərin dəyəri Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq)istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
21. İnzibati Pr osessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Vergi Məcəlləsinin 36 və 37-ci maddələrinə görə, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlər ə getmədənvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olansənədlərvə mənbəyi məlum olan məlumatlarəsasında keçirilir. Kameral yoxlamanəticəsindəvergi bəyannaməsindəvə ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışdavergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə5 iş günümüddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dairvergi orqanının qərarıgöndərilir.Vergi orqanının qərarın-dahesablamanın səbəbləri və vergi ödəyicisinin həmin Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi yoxlamaları, o cümlədən kameral vergi yoxlaması keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 29. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən cavabdehə mənfəət vergisi bəyan naməsi, dəqiqləşdirilmiş bəyannamə, əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş, müvafiq qaydada KYB tərtib olunmuşdur. Buna baxmayaraq ƏDV bəyannaməsi və MVB üzrə göstəricilər müqayisəli şəkildə yoxlanılmamış, kənarlaşmanın mövcudluğu, mövcud olduğu təqdirdə bunun səbəbləri araşdırılmamışdır. Ümumiyyətlə, kameral vergi yoxlamasının zəruriliyi cavabdeh tərəfindən vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbləri baxımından ümumiyyətlə əsaslandırılmamış, 2019-cu il ərzində iddiaçının idxal etdiyi malların dəyərinin nəyə istinadən artırıldığı, artırılmış məbləğin necə müəyyən edildiyi və bunun səbəbləri açıqlanmamışdır. Bundan başqa, kameral vergi yoxlaması zamanı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatların (vergi ödəyicisi tərəfindən təqdim edilmiş xərclər barədə məlumatların) əsas götürüldüyünü iddia etməsinə rəğmən, cavabdeh hazırkı mübahisəyə münasibətdə özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Qeyd etmək lazımdır ki, bir çox hallarda problem hətta şərti rentabelliyin qeyd olunan qaydada tətbiqində deyil, şərti rentabelliyin tətbiq olunduğu məbləği n müəyyən olunması şəkli və üsulu ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır.
32. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlard an istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
33. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskre sion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
34. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.
35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində öz əksini tapmış g əlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olmuş, iddiaçının vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş arayışla təsdiqini tapmışdır. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır.
36. Beləliklə, hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Başqa sözlə, cəmiyyətin xərclərini təsdiq edən sənədlərin mövcud olmasına rəğmən, onun əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən şərti rentabellik tətbiq olunmaqla cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir.
37. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqla rını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli 21(105)-256/2022 nömrəli qərarı dəyişdirilm