Məhkəmə qərarları › İş №2-1(102)-1239/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1239/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1239/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi” tələbinə dair inzibati iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2011-ci ildə ilkin təyin edilmiş “İstehsalat zədəsi” səbəbindən ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə 6 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0063003AADKZ nömrəli göndəriş əsasında iddiaçı Agentl ikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2021-ci il tarixindən “İstehsalat zədəsi” səbəbi ilə (əmək qabiliyyətinin 50% itirilməsi) müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 2. “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq təhqiqat komissiyası tərəfindən təhqiqat aparılaraq xx.xx.2003-cü il tarixdə 1 nömrəli “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmişdir. Həmin akt Bakı şəhər Ve rgilər Departamenti Operativ Nəzarət İdarəsinin rəisi tərəfindən möhürlənmiş və təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 28 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzərinə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin Operativ Nəzarət Şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Bakı şəhəri Vergilər Departamentinin 000076 saylı, 14 yanvar 2003-cü il tarixli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən “Elmar” firmasına məxsus çörək sexində xronometraj metodu ilə həmin sexin satış və istehsal dövriyyəsini müəyyən etmək vəzifəsi ona tapşırılmışdır. Çörək sexində istehsal axşam saat 00:00-dan sonra başladığı üçün iddiaçı sexə gedərkən 16 yanvar 2003-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Zığ yolu avtomobil hissələri zavodunun qarşısında idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində bədən xəsarəti almışdır. Baş vermiş bədbəxt hadisə haqqında 06 iyun 2003-cü il tarixdə 01 nömrəli “İstehsalada baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edi lmişdir. Aktın bədbəxt hadisənin baş verdiyi yer qrafasında Xətai rayonu, Nobel prospekti – avtomobil zavodunun yanı, işçini göndərmiş müəssisə qrafasında isə Bakı şəhəri Vergilər Departamenti qeyd olunmuşdur. İddiaçı 25 yanvar 2016-cı il tarixdə cavabdeh inzibati orqana müraciət edərək əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı nəzərə alınaraq ona dəymiş zərərə görə müvafiq ödəncin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 18 fevral 2016-cı il tarixli cavab məktubunda iddiaçının sağlamlığının pozulmasında və müvafiq olaraq əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) hər hansı bir formada təqsiri müəyyən edilmədiyindən iddiaçıya aylıq ödəncin verilməsinin mümkün olmadığını bildirmişdir. İd diaçı sonradan, xx.xx.2022-ci il tarixdə bir daha cavabdehə eyni məzmunlu müraciət ünvanlamış və cavabdeh müvafiq olaraq 2016-cı il tarixli cavab məktubuna istinad etməklə müraciətin icrasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar işəgötürənin maddi məsuliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 1-ci bəndinə əsas ən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Beləliklə, iddiaçının əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin hər hansı formada təqsiri müəyyən edilmədiyindən və təhlükəsizlik texnikası qaydalarının işəgötürən tərəfindən pozulması faktlarına rastlanmaması səbəbindən iddiaçıya aylıq ödəncin verilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçı şəxsi minik maşınından istifadə edən zaman qəza baş vermişdir. Bu hal yalnız o zaman istehsalat qəzasının təsir dairəsinə aid edil ə bilər ki, işəgötürənin bununla bağlı yazılı sərəncamı olsun. Mövcud vəziyyətlə bağlı işəgötürənin hər hansı bir sərəncamı yoxdur. Həmçinin iddia tələbi qeyrimüəyyən xarakter daşıyır. İddia tələbində göstərilən “müvafiq ödəncin verilməsi” tələbi ümumi məna kəsb edir, iddiaçının hansı dövrdən, hansı miqdarda ödəniş almaq arzusunu konkret olaraq ehtiva etmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının yolnəqliyyat hadisəsi baş verən zaman öz şəxsi minik avtomobilində olması və bununla bağlı işəgötürənin yazılı sərəncamının olmaması hadisəni istehsalat qəzasının təsir dairəsi nə aid etmir. Bu səbəbdən də baş vermiş hadisə nəticəsində işəgötürənin işçi qarşısında hər hansı bir maddi məsuliyyəti müəyyən olunmur.

8. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-528/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti ver ərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci və apellyasiya instansiyaları məhkəmələri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduqları halda, iddia tələbi üzrə hər hansı araşdrıma aparmamış, yalnız cavabdehin iddiaya etirazını əsas götürərək kifayətlənmişdir. Eləcə də, iddiaçının təqdim etdiyi sübutlara məhkəmənin qərarında hüquqi qiymət verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının Vergilər Nazirl iyi xx.xx.2004-cü il tarixli məktubla 2 saylı TSEK-ə müraciət edərək, iddiaçının avtomobil qəzası nəticəsində aldığı xəsarətə görə əlillik qrupunun dərəcəsinin və faizinin təyin edilməsini xahiş etmişdir. Həmçinin, ididaçının işdən azad edilməsi barədə xx.xx.2003-cü ildə k50 saylı, xx.xx.2003-cü ildə K246 saylı və xx.xx.2003-cü ildə isə 706 saylı əmr qəbul etmişdir.

13. Bundan başqa, məhkəmələr tərəfindən işə baxılarkən iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi və həmin sübutların yetərsizliyini təsdiq edən hallar araşdırma predmeti olmamış, iddiaçının hələ xx.xx.2004-cü ildən hal-hazıradək hazırkı tələblə cavabdeh inziabti orqana müraciət etməsi barədə cavabdehin xx.xx.2004-cü il tarixli məktubu, istehsalatda bədbəxt hadisə haqqında 01 saylı akt, iddiaçının əməlində cinayət hadisəsi nin olmaması barədə cinayət işinin xitam edilməsi haqqında qərar, TSEK-in müayinələri nəticəsində iddiaçının xx.xx.2004-cü ildən əmək qabiliyyətini itirməsini təsdiq edən müayinə aktından çıxarış və digər sübutlar ümumiytələ araşdırma predmeti olmamışdır. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının poz ulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qə rarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman m addi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia mümkün sayılmamalıdır.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

21. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin Operativ Nəzarət Şöbəsinin dövlət vergi müfəttişi o lmaqla, ona, ünvan 1 ünvanında yerləşən “Elmar” firmasına məxsus çörək sexində xronometraj metodu ilə həmin sexin satış və istehsal dövriyyəsini müəyyən etmək vəzifəsi tapşırılmışdır. Çörək sexində istehsal axşam saat 00:00-dan sonra başladığı üçün iddiaçı sexə gedərkən 16 yanvar 2003-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Zığ yolu avtomobil hissələri zavodunun qarşısında idarə etdiyi şəxsi nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə bədən xəsarəti almışdır.

24. İddiaçının hüquqi marağı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə dəymiş zərərə görə müvafiq ödəncin cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat h adisəsi 16 yanvar 2003-cü il tarixdə baş vermiş, iddiaçı ona əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə müvafiq ödənişin edilməsi ilə bağlı 23 mart 2004-cü il tarixdə cavabdehə müraciət etmiş və müraciətin icrasından imtina edilmişdir. (iş vər. 56)

26. Həmin vaxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

27. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən ed ilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

28. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı hüququnun pozulduğu ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməli idi.

29. Lakin, iddiaçı cavabdehin imtinasını mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır.

30. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, m üqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 31. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.

33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konven siyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün z əruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

36. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmadığından, məhkəmənin 2-1(103)-528/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia mümkün sayılmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-528/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar