Məhkəmə qərarları › İş №2-1(102)-124/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-124/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-124/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2013-cü il 1 yanvar tarixədək inşa edilmiş tikinti obyektinə hüquqların qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli, 2-1(103)-604/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərəkx, 12 saylı mənzilə dair çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 05 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, mənzil dövlət reyestrindən iki otaq, yaşayış sahəsi 28,0 kv.m, ümumi sahəsi 47,5 kv.m qeydiyyatdan keçməsinə baxmayaraq, faktiki olaraq üç otaq, ümumi sahə 125,2 kv.m təşkil edir. Belə ki, mənzilin dövlət reyestrində qeydiyyatdan keçən sahəsi ilə faktik i istifadə olunan sahəsi arasında fərq mövcuddur. Faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 24 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x, 12 saylı mənzilə verilmiş MH seriyalı və xsaylı Qeydiyyat Vəsiqəsini "Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən 2004-cü il 20 aprel tarixdə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddianın əsaslarına görə, mübahisə predmeti olan ünvanda yerləşən mənzilin ikinci mərtəbəsinin tikintisinə Bakı şəhərinin Baş planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 1999-cu il 29 iyul tarixli, 704 saylı Sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin göstərişlərinə əsasən 1999-cu ildə başlanılmış və 2003-cü ildə tam təmir olunmaqla başa çatdırılmışdır. Tikinti ilə əlaqədar bütün müvafiq qurumların icazəsi və rəyləri alınmış və verilmiş layihə əsasında yerinə yetirilmişdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra 2004-cü ildə aidiyyəti üzrə “Bakı Şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nə, tikinti ilə əlaqədar bütün hüquqi sənədlər (əsli) təqdim olunmaqla, müraciət olunmuş və 2004-cü il 20 aprel tarixdə Reyestr kitabında qeyd olunmaqla Q. Abbasov küçəsi, ev 40, 12 saylı mənzilə yeni Texniki Pasport verilmişdir. Qeydiyyat Vəsiqəsində mənzilin ümumi sahəsi (əvvəlki ümumi sahəsi 47,5 kv.m) haqqında məlumat olmadığından və Texniki Pasport sənədinin 2004-cü ildə yenidən tərtib olunaraq 2 mərtəbəli mənzilin (sonuncu ümumi sahəsi 136,4 kv.m) göstəricilərinin bu pasportda öz əksini tapdığından hazırkı Qeydiyyat Vəsiqəsinin yenisi ilə dəyişdirilməsinə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən məsləhət görülmədiyindən dəyişdirilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin aidiyyəti qurumlara müvafiq göstərişlərinə əsasən, tikintisi başa çatmış, lakin hüquqi sənədləri tam qaydasında olmayan tikililərin sənədləri yerində araşdırılaraq yeni hüquqi sənədlərlə təmi n olunmalıdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli 2-1(81)4131/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, xküçəsi ev 40, 12 saylı mənzilə verilmiş MH seriyalı və xsaylı Qeydiyyat Vəsiqəsini “Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən 2004-cü il 20 aprel tarixdə verilmiş Texniki Pasportuna uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı Haqqında çıxarışla əvəz edilməsi öhdəliyi cavabdehin qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçının əmlaka hüquqlarının daşınmaz əmlakın döv lət reyestrində qeydiyyatından imtina əsasları mövcud olmadığından, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli, 2-1(103)-604/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud tikilinin istismara qəbul aktını məhkəməyə təqdim etməməklə yanaşı, aktın cavabdeh orqana göndərilməsini sübut edən hər hansı sənəd təqdim etməmiş, yəni istismara qəbul ak tının mövcudluğunu sübut edə bilməmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyəti olduğundan və mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minməzdən əvvəl əldə edildiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları yalnız həmin Qanunun 8.0.5-ci maddəsi ilə müəyyən edilə bilər.

13. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

14. Həmin maddənin tələblərinə əsasən, qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

15. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyə əsasən, istismara qəbul aktı daşınmaz əmlak üzəri ndə hüquqların əmələ gəlməsi üçün əsas kimi müəyyən edilməmişdir.

16. MH seriyalı, xnömrəli 1997-ci il 26 fevral tarixli qeydiyyat vəsiqəsinə əsasən, x, 12 saylı mənzili iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, qeydiyyat vəsiqəsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir və qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin qeydiyyat vəsiqəsi cavabdehə müraciət edilərkən ərizə ilə birlikdə təqdim edilmiş, həmçinin surəti inzibati iş materiallarının da içərisində olmuşdur.

17. Bundan başqa, 2004-cü il 20 aprel tarixli texniki pasportda mənzilin yenidənqurma işlərindən sonrakı texniki göstəriciləri əks olunmuşdur. Bununla da, ikinci mərtəbənin tikintisi başa çatdıqdan sonra mənzilin yeni göstəricilə ri müvafiq icra hakimiyyətinə bildirilmiş və qeydiyyata alınmışdır. Həmin texniki pasport həm cavabdehə, həm də məhkəməyə təqdim olunmuşdur.

18. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mənzilin üstündə ikinci mərtəbəsinin tikintisinə icazə verilməsi haqqında” 704 nömrəli 1999-cu il 29 iyun tarixli Sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2000-ci il 27 aprel tarixli, 18/04r-351 nömrəli məktubu tikinti işlərinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq aparıldığını və mənzilin ikinci mərtəbəsinin özbaşına tikili olmadığını təsdiq edən hüquqmüəyyənedici sənəddir. Buna baxmayaraq, qərarda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin olmaması iddianın rədd olunmasının əsası kimi göstərilmişdir. Göründüyü kimi, məhkəmənin əsa slandırması işin faktiki halları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

19. İstismara qəbul aktı mənzilin istismara yararlılığını təsdiq edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəddir. Bu sənəd şəxsin daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd deyildir.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qeyd edilməmişdir.

21. Beləliklə, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyi ilə tələb olunan bütün hüquqmüəyyənedici sənədlər müvafiq icra hakimiyyəti orqanına, o cümlədən məhkəməyə təqdim edilmişdir.

22. Mənzilin texniki göstəricilərini özündə əks etdirən istismara qəbul aktı iddiaçının qanuni gözləntisinin olduğu mənzilə çıxarışın verilməməsi üçün ciddi əsas deyildir. Ona görə ki, mənzilin istismara qəbul aktı yalnız formal xarakter daşıyan, mənzilin texniki olaraq istismara yararlılığını göstərən sənəddir. Əgər mənzilin istismara yaralılığı prinsipial əhəmiyyət daşıyırdısa, məhkəmə onu özü də müəyyən edə bilərdi. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mənzilin üstündə ikinci mərtəbəsinin tikintisinə icazə verilməsi haqqında” 704 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamı cavabdeh inzibati orqana təqdim olunmuşdur və həmin sərəncam inzibati iş materiallarının içərisində də vardır.

23. Mənzilin ikinci mərtəbəsi inşa olunandan sonra iddiaçı öz ailəsi ilə birlikdə orada 2003-cü ildən bəri yaşamışdır. Bu müddət ərzində təhlükəsizliklə bağlı hər hansı problem meydana gəlməmişdir. Odur ki, məhkəmə mövcud vəziyyətdə prinsipial əhəmiyyət daşımayan, formal qaydaları rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, məsələni hərtərəfli araşdırmamışdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.2-ci maddəsinə əsasən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. b. məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmə dikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

28. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

32. İddiaçı hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyəti olduğundan və mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minməzdən əvvəl əldə edildiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları yalnız həmin Qanunun 8.0.5-ci maddəsi ilə müəyyən edilə bilər. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin maddənin tələblərinə əsasən, qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

33. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə istinad vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, 2006-cı il iyulun 6-dək iddiaçıya verilmiş, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və daşınmaz əmlaka dair həmin sənəddə əks olunmuş qeydiyyat göstəriciləri (məlumatları) mübahisə olunmur. Cavabdeh imtinanın əsası kimi, daşınmaz əmlakın məhz qeydiyyat göstəriciləri ilə faktiki vəziyyəti arasındakı mövcud fərqə istinad edərək bu fərqli sahəyə dair hüquqmüəyyənedici sənədlərin olmadığını bildirir.

34. İddiaçı şikayətin dəlili kimi, həmçinin bildirir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mənzilin üstündə ikinci mərtəbəsinin tikintisinə icazə verilməsi haqqında” 704 nömrəli 1999-cu il 29 iyul tarixli Sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2000-ci il 27 a prel tarixli, 18/04r-351 nömrəli məktubu tikinti işlərinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq aparıldığını və mənzilin ikinci mərtəbəsinin özbaşına tikili olmadığını təsdiq edən hüquqmüəyyənedici sənəddir. Buna baxmayaraq, qərarda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin olmaması iddianın rədd olunmasının əsası kimi göstərilmişdir. Göründüyü kimi, məhkəmənin əsaslandırması işin faktiki halları ilə açıq-aşkar ziddiyyət təşkil edir. İstismara qəbul aktı mənzilin istismara yararlılığını təsdiq edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəddir. Bu sənəd şəxsin daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd deyildir....mənzilin istismara qəbul aktı yalnız formal xarakter daşıyan, mənzi lin texniki olaraq istismara yararlılığını göstərən sənəddir. Əgər mənzilin istismara yaralılığı prinsipial əhəmiyyət daşıyırdısa, məhkəmə onu özü də müəyyən edə bilərdi. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mənzilin üstündə ikinci mərtəbəsinin tikintisinə icazə verilməsi haqqında” 704 nömrəli, 1999-cu il 29 iyul tarixli Sərəncamı cavabdeh inzibati orqana təqdim olunmuşdur və həmin sərəncam inzibati iş materiallarının içərisində də vardır.

35. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə bağlı qeyd edir ki, mübahisə olunan tikilinin layihələndirilməsinə və inşasına icazə verilməsi həmin tikiliyə hüquqların qeydə alınması üçün iddiaçını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1-ci maddəsində təsbit olunmuş sənədləri təqdim etmək öhdəliyindən azad etmir. Həmin sənədlərin əhəmiyyəti isə qanunverici tərəfindən müəyyən edilmişdir.

36. Mənzilin istismara yararlılığının məhkəmə tərəfindən müəyyən edilməsi imkanına dair dəlilə gəldikdə, hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq məhkəmə icra hakimiyyətinin səlahiyyətinə aid məsələni inzibati orqanının əvəzinə həll etməli deyil. Başqa məsəlidir ki, inzibati orqanın qanunla ona verilmiş səlahiyyətlərdən (o cümlədən, tikinti obyektinin istismara yararlılığının müəyyən edilməsi ilə bağlı səlahiyyətlərdən) düzgün istifadə edib-etmədiyi məhkəmədə mübahisələndirilə bilər. Hazırkı işdə iddiaçı ilə tikinti obyektinin istismara yararlılığını müəyyən etməyə səlahiyyətli olan inzibati orqan arasında mübahisə yoxdur.

37. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmi şdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən əvvəl mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1-ci maddəsində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli 21(103)-604/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar