Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-124/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu) “torpaq sahəsinə dair daşınmaz ə mlakın dövlət reyestrində aparılmış qeydiyyatın və tərtib olunmuş plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021ci il tarixli, 2-1(103)-1668/2021 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsi tərəfindən 20.06.2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X2 icarəyə verilmişdir. İcarədar M.H.Sətyarov 23.11.2015-ci il tarixdə vəfat etmişdir.
2. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İb rahimov Elman Cavanşir oğlunun adına X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə aparılmış A 26821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsi barədə qərar qəbul olunma sını xahiş etmişdir.
5. İddiaçı ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsi tərəfindən 20.06.2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X1 icarəsinə verilmiş, icarədar M.H.Sətyarov 23.11.2015-ci ildə vəfat etmişdir. İbrahimov Elman Cavanşir oğlunun DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın verilməsi barədə iddiası məhkəmədə araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mübahisəli yer Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin inzibati ərazisində deyil, Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən bir bağ sahəsidir. Üçüncü şəxs İbrahimov Elman 24 il müddətində ona ayrılmış 500 kvadrat metr torpaq sahəsinin yerini belə müəyyən edib-tapa bilməmişdir. 24 ildən sonra ona aidiyyəti olmayan, əlli ildən artiq müddət ərzində atası Mirzə Hüseynin, əmilərinin və atasının atası Həmzənin istifadə etdiyi həmin sahədə 2007-ci il tarixdən köhnə tikilinin yerində müvafiq yeni yaşayış evi və yardımçı tikililər tikilmiş, müxtəlif ağaclar əkilməklə bağ sahəsi salınmışdır. Üçüncü şəxs qanunsuz olaraq torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib etdirmişdir. Halbuki, “Bağ tikinti kooperativlərinin tərkibində bağ sahəsi ilə təmin edilib, lakin 2 ildən çox müddətdə heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 1992-ci il tarixli, 941 saylı Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli Aktın təsdiq edilmiş surətindən aydın görünür ki,1988ci-1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına və digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün, verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Belə olan halda, İbrahimov Elman Cavanşir oğluna verilən üzvlük kitabçası ləğv edildiyi üçün onun adına X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN-426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin heç bir hüquqi əsası yoxdur və saxta bir sənəd olması g öz qabağındadır. Məhkəmə ilk növbədə İbrahimov Elman Cavanşir oğlunun adına qeydiyyata alınmış torpaq sahəsi ilə iddiaçının atasının adına icarəyə verilmiş sahənin fərqli və ayrı-ayrı bağ sahələri olması faktına qiymət verməlidir. Yəni Azərbaycan Dövlət Neft Akademiyasına aidiyyəti olmayan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin inzibati ərazisində Ləhiş bağ massivində yerləşən 500 kvadrat metr bağ sahəsinə deyil, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi inzibati ərazisində yerləşən, sahəsi 500 kvadrat metr olan 39 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsinə qiymət verməlidir. Eyni zamanda məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21 may 20 13-cü il tarixli və 13 avqust 2013-cü il tarixli məktublarla “Ayrıc Aktı” adlı Siyahının Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərara əlavə edilməməsi barədə” və nümayəndənin Milli Arxiv İdarəsinin Bakı Filialına sorğuya aldığı cavabda da Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərarda hətta “Adlı Siyahının, Ayrıc Aktının və Cizginin” də olmaması faktına qiymət verilməlidir. İddia ərizəsinə əlavə etdiyi sübutlara əsasən, Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 saylı Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan çıxarışdan da aydın görünür ki, onlara 50 nəfər üçün ayrılmış bağ sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə deyil, Sabunçu rayonu, Nardaran qəsəbəsinin inzibati ərazisinə aid bir torpaq sahəsidir. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə aid torpaq sahəsi ilə həmin torpaq sahələri bir-birindən çox uzaq məsafədə yerləşir və fərqli ərazilərdir. Məhkəmə tərəfindən müvafiq ekspertizaların təyin edilməsi nəticəsində qeyd edilənlər öz təsdiqini tapacaqdır. Onlar sonradan dublikat kimi hazırladıqları 20 oktyabr 1989-cu il tarixli,11 saylı Protokolda tərcüməni özlərinə sərf edən formada dəyişdirərək “Ləhiş bağ massivi” sözlərini artırmışlar. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 40 saylı arayışdan da görünür ki, qəsəbənin inzibati ərazisində yerləşən 20 iyul 2007-ci il tarixli müqavi lədə nəzərdə tutulmuş 1200 kv.metr torpaq sahəsində 2009-cu ildə vəfat etmiş atası X4 tərəfindən ev tikilmişdir. Həmin sahədə ağaclar əkmiş və bağ salmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi və digər qeyd etdiyi inzibati və mülki iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 39 saylı arayışına və digər arayışlara əsasən qəsəbə nümayəndəliyinin inzibati ərazisində iddiaçı İbrahimov Elman Cavanşir oğluna, X10 və X3 məxsus torpaq sahəsi və tikili mövcud deyildir və heç bir söküntü işləri də həyata keçirilməmişdir. Belə olan halda 50 ildən qabaq və 2007-ci ildən sonra da mövcud ağacların əkildiyi, hasarlanmış, yaşayış evi və yardımçı tikililərin olduğu bir torpaq sahəsinə dair İbrahimov Elman Cavanşir oğlunun adı na 28 yanvar 2013-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi mümkün deyildir. Göründüyü kimi “Torpaq sahəsinin planı və ölçüsü“ bu torpaq sahəsinə deyil, Nardaran qəsəbəsinin inzibati ərazisinə aid torpaq sahəsinə verilmişdir. Kürdəxanı qəsəbə Bələdiyyəsinin 25 iyun 2018-ci il tarixli, 66 saylı, 30 avqust 2018-ci il tarixli, 60 saylı arayışlarına və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə Bələdiyyəsinin 05 aprel 2017-ci il tarixli, 73 saylı məktubuna əsasən X3 məxsus torpaq sahəsi Bələdiyyə tərəfindən qeydiyyata alınmamışdır, eləcə də X5 vergi ödəyicisi deyildir. Qeyd olunandan başqa, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin inzibati ərazisində 1200 (bir min iki yüz kvadrat metr) torpaq sahəsi vergi ödəyicisi kimi 20 iyul 2007-ci il tarixli, 1424 saylı torpaq i carə müqaviləsi ilə X1 adına qeydiyyata alınmışdır və orada 2007-ci il tarixdən müvafiq yaşayış evi və yardımçı tikililər tikilmiş və müxtəlif ağaclar əkilməklə bağ salınmışdır. Hətta 50 (əlli) ildən artiq müddətdə həmin sahədən mərhum Mirzə Hüseyn və onun mərhum atası Həmzə istifadə etmiş və incir ağacları, üzüm tingləri və digər ağaclar əkərək meyvələrindən istifadə etmişlər. Odur ki, hazırki iddia ərizəsi ilə X17 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A seriyalı 426821 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədin ləğv edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4072/2018 saylı qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmi n qərardaddan İddiaçı apelyasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini, daha sonra iddiaçının nümayəndəsi X12 02 aprel 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2-1(82)4072/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi-vəkil X12 21 may 2019-cu il tarixində ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin üzrlü hesab edilməsi və inzibati işin apelyasiya şikayəti ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2-1(82)4072/2018 saylı qərardadı ilə İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2-1(82)-4072/2018 saylı qərardadından iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2-1(103)-2111/2019 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, apelyasiya şikayətinin verilməsinə dair buraxı lmış müddətin bərpa edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2-1(82)-4072/2018 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilərək buraxılmış müddət bərpa edilmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2738/2019 saylı qərardadına əsasən apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin18 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4072/2018 saylı qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin yerinə yeti rilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2738/2019 saylı qərardadından kassasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2-1(102)-633/2020 saylı qərardadı ilə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2738/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı İnzibati Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)-1101/2021 n ömrəli (hakim M. Qarayeva) qərarı ilə iddia tələbi təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üçüncü şəxsin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 28.01.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməkdə haqlı olmuş, həqiqətən də həmin sənəd verilərkən torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməmiş, nəticə etibarı ilə uzun müddət iddiaçının mərhum atasının istifadəsində olmuş, sonradan isə onun istifadəsinə keçmiş torpaq sahəsinin koordinatları səhvən həmin sənəddə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerqur uluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının mərhum atası X1 icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmiş, iddiaçının həmin uyğunsuzluqla əlaqədar şikayətlərinə baxmayaraq, sonradan aidiyyəti dövlət orqanları tərəfindən dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada müəyyən edilməsi həyata keçirilməmişdir.
17. Üçüncü şəxs apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apelyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(103)-1668/2021 nömrəli (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 21.Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Əlavə olaraq, üçüncü şəxs kassasiya şikayətində məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etirazda şikayətin təmin olunmaması və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qoru nur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlar ın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3 Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4 Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük bileti və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdı rılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Torpaq Məcəlləsi. Maddə
4. Torpaq sahəsi - X17nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keç irilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə
65. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tə ləbləri göstərilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əs aslar müəyyən edilməmişdir
31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bun unla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Hazırkı mübahisə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə aparılmış A 26821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsi ilə bağlıdır.
34. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsi ilə X4 arasında bağlanmış icarə müqaviləsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi X2 icarəyə verilmişdir. İcarədar M.H.Sətyarov 23.11.2015-ci il tarixdə vəf at etmişdir. Hazırkı iddiaçı X1 varisidir və onun “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən həmin müqavilə ilə icarəyə verilmiş 1.200 kv.m torpaq sahəsi üzərində istifadə hüquqları yaranmışdır.
35. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin 20.09.2019-cu il tarixli, 78 saylı arayışından görünür ki, Kürdəxanı Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli, 1424 saylı icarə müqaviləsi əsasında X2 verilmiş və hazırda İddiaçı faktiki istifadəsində olan Ləhiş bağ massivindəki 1200 kv.m. torpaq sahəsi Kürdəxanı qəsəbə Bələdiyyəsinin inzibati ərazisinə daxildir.
36. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən təqdim edilmiş 05 aprel 2017-cı il tarixli, 42 saylı arayışa əsasən, qəsəbənin inzibati ərazisində yerləşən 1200 kv.m. torpaq sahəsi 26.07.2007-ci il tarixli müqavilə əsasında X2 verilmişdir və həmin torpaq sahəsində onun tərəfindən 2009-cu ildə ev tikilmişdir.
37. Mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsinin 12.02.2018-cı il tarixli, 04 saylı arayışından görünür ki, X2 20.07.07-ci il tarixdə, 1424 saylı icarə müqaviləsi əsasında verilmiş 1200,0 kv.metr torpaq sahəsi torpaq və əmlak vergisinə cəlb olunmuşdur. X4 2015-ci ildən vergi ödəyicisidir və heç bir vergi borcu yoxdur.
38. Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 saylı qərarı əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahə sindən İbrahimov Elman Cavanşir oğlunun adına 39 saylı, 500 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin qərardan, Azərbaycan Neft və Kimya İnstitutu rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokolundan çıxarışdan, Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş arayışdan, üzvlük kitabçasından üçüncü şəxsə ayrılmış torpaq sahəsinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə deyil, Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisinə aid olduğu görünür. Qeyd edilənlər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələri ilə də təsdiq olunur. Belə ki, ekspert rəyində göstərilir ki, Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə bağçılıq məqsədləri üçün A zərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi Nardaran qəsəbəsinin inzibati ərazisinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 500 kv.m. torpaq sahəsinin Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə aidd ir və ərazisi Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsi ilə X4 arasında bağlanmış 20.07.2007-ci il tarixli, 1424 saylı icarə müqaviləsinə əsasən mərhum X2 icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişir və üst-üstə düşür.
39. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 saylı Qərarından görünür ki, Azərbaycan Neft Kimya İnstitutuna 50 nəfərdən ibarət bağçılığın təşkili üçün keçmiş Lenin rayonunun Nardaran qəsəbəsinin şimal-qərb hissəsində torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokolundan Çıxarışın Dublikat kimi hazırlanmış tərcüməsində “Ləhiş bağ massivi” sözləri artırılmışdır.
40. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçının vəkilinin sorğusu əsasında 16 may 2017-ci il tarixli,1471 saylı məktubla Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı təqdim olunmuş, məktubda həmin qərara hər hansı adlı siyahının, ayrıc aktının və cizginin əlavə olunmadığı göstərilmişdir.
41. İş materiallarında olan “Bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ilə təmin edilmiş, lakin iki ildən çox müddətdə heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının təsdiqlənmiş kserosurətindən görünür ki, 1988-ci ildən Bağlar Təsərrüfatı İdarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlər inin tərkibində vətəndaşların istifadəsinə verilmiş və bir çox vətəndaşlar tərəfindən onlara ayrılmış bağ sahələrində bu günə kimi heç bir abadlıq və becərmə işləri aparılmamışdır. Heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi, akt əsasında abadlıq və becərmə işləri görməyən vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlara verilmiş orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar Təsərrüfatı İdarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilməsi qərara alınmışdır.
42. İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 1992-ci il tarixli, 941 saylı Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, 1988-1990-cı illər ə rzində Azərbaycan Dövlət Neft Akademiyasına, digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri aparılmadığı üçün verilmiş üzvlük kitabçalarının və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.
43. Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 43 saylı arayışından Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ilə təmin edilib, lakin iki ildən çox müddətdə heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamı və onun əsasında tərtib edilmiş 03.09.2005-ci il tarixli Akt məhkəməyə göndərilmişdir.
44. İş materiallarında olan Baki şəhəri, Nərimanov Ra yon Prokurorunun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 10.02.2017-ci il tarixli, 56-8-17 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakinləri X6 və qeyriləri tərəfindən Nərimanov rayon prokurorluğuna ünvanlanmış kollektiv müraciətdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2016-cı il tarixli, 941 saylı Sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Neft Akademiyasına 09.10.1989-cu il tarixli 11/387 saylı Qərarla ayrılmış bağ sahəsinə dair üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Buna baxmayaraq, ləğv edilmiş həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni sənədlər verilmişdir və bu da məhkəmədə əsassız mübahisəyə səbəb olmuş və təmin edilməmişdir. Odur ki, ləğv edilmiş həmin sənədlərin əsasında torpağa dair qeyriqanuni sənədlərin verilməsinin qarşısının alınması xahiş edilmişdir.
45. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.06.2018-ci il tarixli qərarından görünür ki, İbrahimov Elman Cavanşir oğlunun ona məxsus torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi barədə şikayəti üzrə hər-hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Qərarda Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21.07.2017-ci il tarixli, **********15 saylı məktuba istinadən göstərilmişdir ki, elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşdiyi “Gülüstan-2” bağçılıqyoldaşlığa aid ayrıc aktı barədə heç bir məlumat aşkar edilməmişdir.
46. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə Nümayəndəsinin 30.08.2018-cı il tarixli, 60 və 63 saylı arayışlarından görünür ki, Kürdəxanı qəsəbəsinin inzibati ərazisində İbrahimov Elman Cavanşir oğlunun adına torpaq sahəsinin və hər hansı bir tikilinin olması barədə arxivdə heç bir sənəd aşkar olunmamışdır.
47. Kollegiya hesab edir ki, Kürdəxanı bələdiyyəsi və X4 arasında ba ğlanmış icarə müqaviləsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən X2 icarəyə verilmiş torpaq sahəsi ilə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğluna bağçılıq məqsədləri üçün ayrılmış torpaq sahəsinin müxtəlif inzibati ərazi vahidlərinə aid olduğu, üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə aparılmış A 26821 seriyalı qeydiyyatın və “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin əsassız olaraq X2 icarəyə verilmiş torpaq sahəsinin üzərinə işlənildiyi mübahisəyə dair işin müəyyən olunmuş halları ilə təsdiq olunur.
48. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin B akı şəhər şöbəsi tərəfindən üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına X17 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə aparılmış A 26821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, həmin dövrdə qüvvədə olan “Torpaq Məcəlləsinin” 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sah ədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə y uxarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırkı mübahisə üzrə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin tərtib olunması zamanı həmin tələblərə əməl olunmamış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X17 kitabında 28 yanvar 2013-cü il tarixli, 33389 nömrəli A 26821 seriyalı qeydiyyat qanunla müəyyən olunmuş qaydalara uyğun aparılmamış, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar əlahiddə şəkildə həyata keçirilmişdir. Nəticədə iş üzrə materiallardan göründüyü kimi, başqa ərazidə və başqa şəxsin adına olan torpaq sahəsinə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi v erilmişdir.
49. Nəzərə almaq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Odur ki, apelyasiya instansiya məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
50. Nəticə etibarı ilə kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98 -ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(103)-1668/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.