Məhkəmə qərarları › İş №2-1(102)-124/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-124/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-124/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti) “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2506/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 1128-ci keçid, döngə 671 ünvanında 180 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

2. Məhkəmənin sorğusuna Səbail rayonu İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildirilmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

3. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən iddiaçıya “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncam məhkəməyə təqdim edilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları i stisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsinin hüdudları daxilində olduğu üçün həmin ərazidə (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, 1128-ci keçid ünvanında yerləşən 671 nömrəli 180 kv.m. torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərdə tutulmur.

5. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,018ha torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

6. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə büraciət edərək, sözügedən torpaq sahəsi üzərind ə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********49 nömrəli məktubla müraciətin icrasından imtina olunduğu bildirilmiş və qeyd edilmişdir ki, təqdim olunmuş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, qeyd edilən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 15 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının "Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə" 1 oktyabr 1994-cü il tarixli, 3149 nömrəli sərəncamı ilə ona 600 kv.m (altı yüz) torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi də təsdiq olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli, 179 nömrəli arxiv arayışı ilə də sərəncam təsdiq edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10438/2021 nömrəli, 1 7 sentyabr 2021ci il tarixli qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin ölçüsü faktiki olaraq 180.0 kv.m təşkil edir. Əraziyə X1 tərəfindən müraciət daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********49 saylı, xx.xx.2020-ci il tarixli və **********32 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır.

12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən İddiaçı faktiki istifadəsində olan 0,018 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (1128-ci keçid) döngə 671 ünvanında yerləşən 0,018 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2490/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (1128-ci keçid) döngə 671 ünvanında yerləşən 180 kv.m. torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

15. Məhkəmə iş materiallarına əsaslanaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və fak tiki olaraq ölçüsü 180 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (1128-ci keçid) döngə 671 ünvanında yerləşən 180 kv.m. torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən qeyd edilən torpaq sahəsi üçün avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmadığı müəyyən edilmişdir.

16. Cavabdeh qurumun “yaşayış məntəqəsinin torpaqları” kateqoriyalı torpaq sahələrinə aid ərazinin fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan yolkənarı ərazinin bir hissəsi olmasına dair dəlilini məhkəmə məntiqli və ağlabatan hesab etməmiş dir. Cavabdeh qurum qeyd edilən torpaq sahəsinə dair başqa şəxs (X1) tərəfindən müraciət daxil olduğunu bildirsə də, hər hansı müraciəti və həmin şəxsə aid hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2506/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2490/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia ərizəsinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQU Q

24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təs diq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatınd an imtina -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında v erilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışı nın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Həmçinin qan unvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (1128-ci keçid) döngə 671 ünvanında yerləşən 0,018 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçının sözügedən bağ sahəsi üzərində hüququ bu qərarın 24-cü bəndində istinad olunan normada təsbit olunmuş hüquqmüəyyənedici sənədə-Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamına əsaslanır. Belə ki, həmin normaya görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas h esab olunur. Bu zaman nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı iddiaçının həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb hüququnun, cavabdehin isə iddiaçı qarşısında həmin bağ sahəsini qeydiyyata alma öhdəliyinin mövcudluğunu şərtləndirir.

34. Həmçinin, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından sözügedən torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmadığı, faktiki ölçüsü 180 kv.m olmaqla iddiaçının istifadəsində olduğu, həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcud olmadığı, həmin torpaq sahəsinin yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyi, eləcə də ona münasibətdə yolun m ühafizə zolağının nəzərdə tutulmadığı görünür. Odur ki, hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları baxımından iddiaçı hüququnun qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Kassasiya şikayətində istinad olunan dəlillər üzərindən iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası əsassız hesab edilməlidir.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2506/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar