Məhkəmə qərarları › İş №2-1(102)-124/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-124/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-124/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edildiyi üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 11 iyul 2023-cü il tarixli, 2-1(103)1305/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 1191987,26 manat, faizlər üzrə 27136,18 manat, ümumilikdə 1219123,44 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-3553/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2 017-ci il tarixə mövcud olan 75748,43 manat əsas vergi borcu və 27136,18 manat faiz borcu olmaqla, ümumilikdə 102884,61 manat məbləğində borcun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

4. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2-1(103)-1305/2023 nömrəli qərarı ilə iddiaçının və cavabdehin ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

7. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.

8. İş üzrə kassasiya icraatı zamanı cavabdeh tərəfindən vəsatət verilərək, iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə təmin olunan 102884,61 manat hissədə borcunu ödədiyi bildirilmiş və 102884,61 manat hissədə məhkəmə mübahisəsi olmadığı üçün həmin hissədə inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

9. Həmçinin iş üzrə kassasiya icraatı zamanı iddiaçı ərizə verərək, ca vabdeh inzibati orqanla aralarındakı mübahisə həllini tapdığından iddianın əhəmiyyətini itirdiyini bildirmiş və İPM-in 55-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin v ə ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və iddiaçının iddia tələbindən imtinaya dair ərizəsini nəzərdən keçirərək hesab edir ki, iş üzr ə icraata xitam verilməlidir.

12. Belə ki, hazırkı qərardadın 10-cu bəndində istinad olunan normaların məzmunundan görünür ki, iddiaçı məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiadan imtina edə bilər.

13. Hazırkı mübahisəyə münasibətdə iddiaçı iddia tələbindən imtinaya dair ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanla aralarında olan mübahisə həllini tapdığından iddianın əhəmiyyətini itirdiyini bildirmiş və İPM-in 55-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

14. Eyni zamanda iş üzrə kassasiya icraatı zamanı cavabdeh tərəfindən vəsatət verilərək, məhkəmə mübahisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.

15. Belə olan ha lda, iddiaçının ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir.

16. Eyni zamanda, iddiadan imtina edilməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 10-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar