Məhkəmə qərarları › İş №2-1(102)-124/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-124/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-124/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması; təhsil alınan ölkədə faktiki olma müddətinin az olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “X2 və Xidmət Universiteti tərəfindən verilmiş 28 may 2020-ci il tarixli 020056 qeydiyyat nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“Turizm”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqq ında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli 2-1(103)1140/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2015-ci il tarixdən 43.03.03 “Turizm” hazırlıq istiqaməti üzrə ödənişli yerlərdə (xx.xx.2015-ci il tarixli 60D0Q6/-0147 ali təhsil proqramına uyğun olaraq təhsil haqqında müqavilə) qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul olunmuş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçməklə bakalavr dərəcəsi almış, 43.03.02 Turizm ixtisası üzrə ali təhsilin bakalavriat proqramını bitirmiş və 105006 ******* saylı (xx.xx.2020-ci i l tarixli 382/5 nömrəli xaric haqqında əmr) bakalavr diplomu almışdır.

2. İddiaçı diplomunun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yara nmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 və Xidmət Universiteti tərəfindən verilmiş 28 may 2020-ci il tarixli 020056 qeydiyyat nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“Turizm”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi nin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini hazırki qərarın 1-2-ci bəndində sadalanan işin halları ilə əsaslandırmışdır.

5. Cavabdeh iddia tələbinə yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9935/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən edilmir. İddiaçının ali təhsil aldığı universitetin məktubundan görünür ki, uni versitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Cavabdehin 2015/2016-cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris ili üzrə - 4 gün, 2017/2018-ci tədris ili üzrə -15 gün, 2018/2019-cu tədris ili üzrə - 8 gün, 2019/2020-ci tədris ili üzrə - 8 gün müddətində təhsil aldığı ölkədə olduğundan iddiaçının qiyabi təhsilalma formasında oxuyaraq diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirməsi qeyri-mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil iddiaçının təhsilinin əyani formada təhsilalma formasında olduğu halda nəzərə alına bilər. Hazırkı işin hallarına uyğun olaraq təhsilalma əyani formada deyil, qiyabi olduğundan məhkəmə cavabdehin qeyd edilən dəlilini iddianın təmin edilməməsi üçün əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bak alavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçının təhsil aldığı universitet (X2 və Xidmət Universiteti) tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) fərdi qrafik üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasında bakalavr təhsil dərəcəsi üzrə diplom (“Turizm” ixtisası üzrə 28 may 2020-ci il tarixli, 020056) almışdır. Qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqlə ndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə təhsil aldığı zaman qüvvədə olan Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhs il sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbinə cavab verməsi şərtdir. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün iddiaçının təhsil aldığı zaman qüvvədə olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 10 iyul 20 24-cü il tarixli, 21(103)-1140/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, cavabdehin imtinasının əsas dəlili iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasıdır. İddiaçı isə iddia edir ki, bütün sessiyalarda ildə iki dəfə iştirak etmişdir. 2020ci ilin mart ayından sonra imtahanları, o cümlədən dövlət imtahanını online qaydada vermişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş X2 və Xidmət Universitetinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər X2 və Xidmət Universitetinin Mahaçqala filialında qiyabi təhsil almışdır. O, xx.xx.2015-ci il tarixdən 43.03.03 “Turizm” hazırlıq istiqaməti üzrə ödənişli yerlərdə (xx.xx.2015-ci il tarixli 60D0Q6/-0147 ali təhsil proqramına uyğun olaraq təhsil haqqında müqavilə) qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul olunmuş (xx.xx.2015-ci il tarixli, 1349/5 nömrəli qəbul haqqında əmr), dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçib və bakalavr dərəcəsi almışdır. 43.03.02 Turizm ixtisası üzrə ali təhsilin bakalavriat proqramını bitirmiş və 105006 ******* saylı (xx.xx.2020ci il tarixli 382/5 nömrəli xaric haqqında əmr) bakalavr diplomu almışdır. Qiyabi təhsil üçün təhsil prosesi xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan müddətdə distant təhsildən istifadə etməklə həyata keçirilən aralıq attestasiyadan ibarət idi. Qiyabi aralıq attestasiya cari tədris ilinin cədvəlinə və təqvim tədris cədvəlinə uyğun olaraq həyata keçirilir və ona əlaqə işi, tələbənin müstəqil işi, məsləhətləşmələr və nəzarət formaları daxildir. İddiaçı universitetə ali təhsil proqramı (bakalavr) üzrə tədris planının həyata keçirilməsi üçün gəlmişdir. 2015/2016 tədris ili xx.xx.2015 - xx.xx.2015, xx.xx.2016 - xx.xx.2016, xx.xx.2016 - xx.xx.2016 2016/2017 tədris ili xx.xx.2016-xx.xx.2016, xx.xx.2017 - xx.xx.2017; 2017/2018 tədris ili xx.xx.2017 - xx.xx.2017, xx.xx.2018 - xx.xx.2018, xx.xx.2018 xx.xx.2018; 2018/2019 tədris ili xx.xx.2018-xx.xx.2018, xx.xx.2019 - xx.xx.2019, xx. xx.2019 - xx.xx.2019; 2019/2020 tədris ili xx.xx.2020 - xx.xx.2020, xx.xx.2020 xx.xx.2020, xx.xx.2020 və pandemiya ilə əlaqədar olaraq distant formada imtahanlarını verib (akademik borc, ara attestasiya və dövlət yekun attestasiya buraxılış ixtisas işinin müdafiəsi formasında) xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər. Göstərilənlərə münasibətdə kollegiya qeyd etmişdir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ, alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Hazırki inzibati işdə iddiaçıya münasibətdə qiyabi və distant təh sil formasına dair tələblər tətbiq olunmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı 2015/2016cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris il i üzrə - 4 gün, 2017/2018-ci tədris ili üzrə -15 gün, 2018/2019-cu tədris ili üzrə - 8 gün, 2019/2020-ci tədris ili üzrə - 8 gün təhsil almışdır. İddiaçı təhsilini distant formada aldığını qeyd etsə də, X2 və Xidmət Universiteti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş arayışda iddiaçının pandemiya ilə əlaqədar olaraq distant formada imtahanlarını verdiyi dövr - xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər qeyd olunmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçıya bakalavr təhsilini ümumilikdə distant formasında almasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da, o, məhkəməyə bununla bağlı hər hansı sənədi təqdim etməmişdir. Odur ki, hazırda iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır. Azərbaycanda bakalavria t təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda qeyd edilən tələbləri ilə uzlaşmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

11. İddiaçı həmin qərarda n kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin baxılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla X2 və Servis Universiteti arasında təsdiq edilmiş, qüvvəsini almış müqavilədə qiyabi təhsilin distant qaydada həyata keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. Bu barədə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında və iddiaçının apellyasiya şikayətinə verdiyi yazılı etirazda iddiaçı ilə təhsil müəssisəsi arasında müqavilədə qiyabi təhsilin distant formasında həyata keçirilməsinə qarşılıqlı razılığın olması i lə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına bildirilsə də, bu əhəmiyyətli hüquqi fakt araşdırılmamış və qiymət verilməmişdir. Onun adına verilmiş arayışda həm pandemiya ilə bağlı distant formada imtahanların verilməsi, orta məktəbdən 11 illiyi orta və əla qiymətlərlə qurtaran Rusiyada təhsillə bağlı olduğu müddətdə də bütün akademik borclarının verilməsi, eləcə də, distant qaydada isə bütün tədris buraxılış ixtisas imtahanlarının yüksək göstəricilərlə verməsi inzibati iş materiallarında sənədlərlə təsdiq edilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilm əsi prosesi və onun nəticəsidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” Bənd 3.2. Tədrisin təşkili... 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. …

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi ü zrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Qanunvericiliyin tələbinə əsasən, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəy yən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə (təhsil müəssisəsində) faktiki olma müddətləri hər bir halın fərdi xüsusiyyətləri də nəzərə alınmaqla, sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

24. Kollegiya hesab edir ki, hazırkı işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və bu səbəbdən də Azərbaycan Respublikasında təhsilin müvafiq struk turlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilər.

25. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, bütün sessiyalarda ildə iki dəfə iştirak etmiş, 2020-ci ilin mart ayından sonra imtahanları, o cümlədən dövlət imtahanını online qaydada vermişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ, alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dai r tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

27. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi, məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

28. Həmçinin, məhkəmə kollegiyası iddiaçının xaricdə təhsil alınar kən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmasıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq, Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, iddiaçı tərəfind ən, qeyd edilən tələbə onun iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair hər hansı sübut da təqdim edilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(103)-1140/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar