Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1240/2017 13.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Cavabdeh2, Bakı şəhəri X6 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1240/2017) Bakı şəhəri 13 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X9, vəkili X13, Bakı şəhəri X1 nümayəndəsi X5, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Cavabdeh2, Bakı şəhəri X6 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra cavabdehlər) qarşı “cavabdehlər tərəfindən əmlakına vurulmuş ziyana görə müştərək qaydada 141.000 manatın tutularaq onun hesabına ödənilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-124/2017 saylı, 24 yanvar 2017-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli 2930 nömrəli sərəncamı ilə “Bakı şəhərində n əqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 2.3-cü bəndində X23 Limanı-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulması nəzərdə tutulmuş və icraçı qurumlar kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilmişdir. X1 16.03.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının anası X4 adına 1 saylı 4 mərtəbəli binada qeydiyyata alınmış 3 otaqlı 68,53 kv.m sahəsi olan mənzili aidiyyəti orqanların göstərişi ilə sökülmüş və adıçəkilən şəxsə 53.453 manat məbləğində kompensasiya ödənilmişdir. Bu fakt iddiaçı tərəfindən mübahisələndirilmir. Bilgəh Bələdiyy əsinin 02.04.2014-cü il tarixli arayışında göstərilmişdir ki, 2011-ci ildə Kardioloji Sanatoriyanın ərazisində yerləşən yaşayış binalarının sökülməsi zamanı iddiaçının öz vəsaiti hesabına tikilmiş 2 otaqlı tikili (58 kv.m) qaraj (24 kv.m) və mağaza (12 kv.m) ona məxsus olmuşdur. İddiaçı tikililər üçün bələdiyyəyə vergiləri vaxtında ödəmişdir. İddiaçı 13 fevral 2015-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Cavabdeh2, Bakı şəhəri X6 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,cavabdehlər tərəfindən əmlakına vurulmuş ziyana görə müştərək qaydada 141.000 manatın tutularaq onun hesabına ödənilməsi barədə qərar çıxarılmasın ı xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri 1980-ci ilin əvvəllərində X2 işə qəbul edilmişlər. Eyni zamanda sanatoriyanın rəhbərliyi və həmkarlar komitəsi onların yaşaması üçün evləri olmadığını nəzərə alaraq sanatoriyanın ailəvi yataqxanasında 2 otaqlı mənzillə təmin etmişdir. Sonralar ailə tərkibi artdığından həmin mənzildə hamının yaşaması mümkün olmadığı üçün iddiaçı arvadı və uşaqları ilə birlikdə sanatoriyanın yaxınlığında olan torpaq sahəsində 58 kv.m-dən ibarət özütikili ev, 24 kv.m-dən ibarət qaraj və 12 kv.m-dən ibarət sonralar dükan kimi istifadə etdiyi tikililəri inşa etmiş və 1996-cı ildən 2010-cu ilə kimi ailə tarkibilə birlikdə həmin özbaşına tikili evdə yaşamışlar, göstərdiyi müddət ərzində həmin tikililərin əmlak və torpaq vergisini Bilgəh Bələdiyyəsinə ödəmiş, o cümlədən digər kommunal xərcləri də, yəni qaz, işıq və su haqlarını da vaxtlı-vaxtında ödəmişdir. 2011-ci ildə Bilgəh magistral avtomobil yolunun genişləndirilərək yenidən qurulması məqsədilə cavabdehlərdən ibarət komissiya yaradılmış və bununla əlaqədar Kardioloji Sanatoriyanın ailəvi yataqxanasının və onun yaxınlığında iddiaçının tikdiyi sahəsi 58 kv.m olan fərdi ev, sahəsi 24 kv.m olan qaraj və sahəsi 12 kv.m olan dükan kimi istifadə etdiyi qeyri-yaşayış sahələrinin sökülməsi qərara alınmışdır. Bundan sonra cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və X6 birləşərək daşınmaz əmlaklarının dəyərini sökdükdən sonra ödəyəcəklərini vəd verərək yaşadığı evi, dükanı və qarajı sökmüşlər. Söküntüdən keçən 4 il ərzində cavabdehlərə və aidiyyəti digər orqanlara dəfələrlə müraciət e tməsinə baxmayaraq qeyri-qanuni sökdükləri mülkün dəyərini hələ də ödəməmişlər. Həmin tikililəri inşa etməyə şifahi qaydada razılığı Cavabdeh2 və X1 rəhbərliyi vermişdir. Ona görə də 15 ildən yuxarı müddət ərzində həmin tikililərdən istifadə etməsinə müvafiq orqanlar tərəfindən etiraz bildirilməmişdir. Göstərilənlərə baxmayaraq cavabdeh “xxxx” ASC və digərləri onun daşınmaz əmlakının dəyərini qabaqcadan ödəmədən qüvvədə olan qanunvericilik normalarına zidd olaraq sökərək yerində magistral Bilgəh yolunu genişləndirmişlər. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 157.9, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinad edilmişdir. Birinci instansiya məhkəmə sinin 03.12.2015-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçıya məxsus olan tikililər Bilgəh-Sumqayıt avtomobil yolunun kəsişməsi ilə bağlı söküntü sahəsinə düşürmü? Əgər düşürsə, hansı hissədə? Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tikililərin yerləşdiyi torpaq sahəsinin müəyyən edilməsi ilə bağlı tərtib ediləcək arayış Mərkəzə təqdim edilmədiyindən, məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, iş materialları məhkəməyə qaytarılmışdır. Məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.04.2016-cı il tarixli m əktubu ilə qurumun müvafiq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə iddiaçıya məxsus olmuş tikililərin Bakı şəhəri Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilməsi ilə bağlı söküntü sahəsinə düşüb-düşməməsi ilə əlaqədar qeyd olunmuşdur ki, ƏMDK tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və İnventarlaşma Mərkəzi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar inventarlaşdırma işləri apararkən göstərilən koordinatlarda tikili mövcud olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2015-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 28 iyul 2015-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2015-c i il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qərardadı ilə iddia cavabdehlər Nəqliyyat Nazirliyinə və “Bilgəh” Kardioloji Sanatoriyasına münasibətdə mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X14, 2-1(82)-649/2016 saylı iş) 07 oktyabr 2016-cı il tarixli qərarı ilə cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus tikililər cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respub likası Maliyyə Nazirliyi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar sökülməmişdir. Odur ki, iddiaçıya söküntü ilə əlaqədar kompensasiya verilməsi yolverilən deyil. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X7 və X15, 2-1(103)-124/2017 saylı iş) 24 yanvar 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 30 mart 2017-ci il tarixdə qərarın surətini almış, 24 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 33 və 43-cü maddələrinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 6.1.9, 17.1, 21, 157.9 və 158-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 12.1, 12.2, 13 və 48.1-ci maddələrinin tələblərinə zidd qəbul edilmişdir. Məhkəmə qərarını əsaslandırdığı Məhkəmə Ekspertiza Mərkəzinin rəyindəki açıqlamaya məntiqi yanaşmamışdır. Çünki həmin rəydə iddiaçıya məxsus olmuş tikililərin Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilməsi ilə bağlı söküntü sahəsinə düşürmü və əgər düşürsə hansı hissədə? sualına verilən cavabda ölçmə işlərinin nəticəsi olaraq müəyyən edilən koor dinatlara görə Bilgəh-Sumqayıt avtomobil yolunun inşasından əvvəlki 2001-ci ilin peyk görüntüsündə mübahisələndirilən tikintilərin söküntü sahəsinə düşməsi bildirilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və İnventarlaşdırma Mərkəzi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar inventarlaşdırma işləri apararkən göstərilən koordinatlarda tikili mövcud olmaması müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, tikililərin mövcudluğu və söküntü sahəsinə düşməsi 2001-ci ilin peyk görüntüsü ilə sübut olunmuşdur. Ancaq inventarlaşma rəyində inventarlaşmanın söküntüdən əvvəl və ya sonra aparıldığı göstərilməmişdir. Ona görə də məhkəmə bu fakta müvafiq qiymət verməmiş və nəticədə əmlak hüququnu pozan qey ri-qanuni qərar qəbul etmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. Cavabdeh “xxxx” ASC-nin vəkili X13, Bakı şəhəri X1 vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. əsaslandırma hissəsi: Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və i şə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı mülkiyyətində olan tikilinin sökülməsinə görə cavabdehlərdən ona kompensasiya ödənilməsini xahiş etmiş, ona hər hansı kompensasiya ödənilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında c avabdehlərin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəyir. İddiaçının istifadəsində əvvəllər yaşayış sahəsi olması mübahisə olunmur. İddiaçıya görə ailəsinin istifadəsində olan yaşayış evi Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması zamanı sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 08 iyu l 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 2.3-cü bəndində X23 Limanı-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulması nəzərdə tutulmuş və icraçı orqanlar müəyyənləşdirilmişdir. İddiaçıya görə ona və ailəsinə məxsus yaşayış evi 2011-ci ildə sökülmüşdür. Aidiyyəti təşkilatların 27 may 2011-ci ildə tərtib etdiyi aktdan görünür ki, bəhs olunan avtomobil yolunun tikinti işləri Bilgəh qəsəbəsi ərazisində aparılır. Yolun genişləndirilməsi ilə əlaqədar layihə üzrə “Bilgəh” kardioloji sanatoriyasına məxsus torpaq sahəsi, şam ağacları və hasar avtomobil yolunun tikintisi ilə bağlı sökülmüşdür. Bəhs olunan akt da həm in ərazidə söküntünün 2011-ci ildə aparıldığını bir daha təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarı ilə ona görə razılaşmışdır ki, 11 aprel 2016-cı il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində iddiaçıya məxsus olmuş tikililərin Bakı şəhəri Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilməsi ilə bağlı söküntü sahəsinə düşüb-düşməməsi ilə əlaqədar qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və İnventarlaşdırma Mərkəzi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar inventarlaşdırma işləri apararkən göstərilən koordinatlarda tikili mövcud olmamışdır. Rəyə əlavə edilmiş torpaq sahəsinin sxemində qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən göstərilən koordinatlarda Kadastr və Yerquruluşu La yihə-Tədqiqat Mərkəzinin elektron kadastr baza məlumatına əsasən 2009-cu ildə Daşınmaz Əmlakın Kadastrı və İnventarlaşdırma mərkəzi tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar inventarlaşdırma işləri apararkən ərazidə sözügedən tikili mövcud olmamışdır. Sxemin fotoşəkilində də tikilinin olmadığı müəyyən olunur. Göründüyü kimi, 2001-ci ilin peyk görüntülərində iddiaçının bəyan etdiyi yerdə tikilinin olduğu təsdiq olunsa da, artıq 2009-cu ildə inventarlaşdırma işləri aparılarkən ərazidə sözügedən tikili mövcud olmamışdır. İddiaçı isə ona məxsus tikilinin 2011-ci ildə söküldüyünü iddia etsə də, həmin hal inventarlaşdırma sənədləri ilə təsdiq olunmur. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsi nə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymtələndirilir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmal ıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları əlaqəli şəkildə araşdırıb, onlara hüquqi qiymət verərək haqlı olaraq iddiaçıya məxsus olmuş tikilinin hələ X23 LimanıMərdəkan dairəsi-Bilgəh avtomobil yolunun yenidən qurulması ilə bağlı söküntü işləri apararkən mövcud olmadığı qənaətinə gəlmişdir. Cavabdehlərin hərəkəti nəticəsində iddiaçının hüquqlarının pozulması təsdiq olunmadığından kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin ed ilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-124/2017 saylı, 24 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1240/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1240/2017
13.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver