Məhkəmə qərarları › İş №2-1(102)-1240/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1240/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1240/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar X3, X2 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X4 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: İddia müddətinin buraxılması ilə mümkün sayılmaması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçılar X3 və X2 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X4 iştirakı ilə) qarşı sərəncamın ləğv edilməsi edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-92/2020 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X3, X2 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X4 iştirakı ilə) qarşı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1563/2019 nömrəli (sədrlik edən hakim R.Məcidov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı X1 şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv e dilməsini, iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarınqəbul ediməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və M.Hüseynov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni olduğu kimi təkrarlamış, şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Be lə ki, cavabdeh Zərdab RİH tərəfindən inzibati akt qəbul edilərkən qanunun tələblərinə riayət edilməsi, inzibati icraat zamanı şəxsin iştirakının təmin edilməsi, onun izahatının dinlənilməsi, qəbul edilmiş inzibati akt barədə məlumatlandırılması və s. məhkəmə iclasında müəyyən edilməmiş və inzibati orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddianın verilməsi üçün 30 günlük iddia müddətinin hansı tarixdən hesablanması məlum deyildir. Çünki iş materiallarında həmin sərəncamın cavabdehin nümayəndəsi tərəfindən sözügedən iş üzrə məhkəməyə təqdim edilməsi və iddiaçıların hamısının həmin sərəncamla tanış olmaları barədə heç bir sənəd mövcud deyildir. Həmin sərəncamla bağlı sadəcə etiraz ərizəsində bir cümlə qeyd ed ilmişdir ki, ümumilikdə verilən bütün apelyasiya və kasasiya şikayətinin əsas dəlillərindən biri də həmin sərəncamın mövcudluğundan məlumatın olmaması, hazırkı vaxta kimi həmin sərəncamın özünün təqdim edilməməsidir. Əvvəlki iş üzrə də həmin sərəncam heç vaxt özü təqdim edilməmiş, ümumiyyətlə həmin sərəncamın mahiyyət və məzmunu barədə, əsaslandırılması barədə məlumatları olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılması barədə qərarınqəbul ediməsinixahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd e dilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılması barədə qərarınqəbul ediməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, digər iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan bax ılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadla, birinci instansiya məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddian ın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 2.3, 8.5, 8.6-cı bəndinə əsaslanmaqla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(107)-92/2020 nömrəli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayətinin əsasən müxtəlif maddi və prosessual hüquq normalarının sadalanması və apelyasiya şikayətindəki olan dəlillərə əsaslanmasını təşkil edir. İddiaçının kasasiya şikayətində əsas dəlili ondan ibarətdir ki, cavabdeh Zərdab RİH tərəfindən inzibati akt qəbul edilərkən qanunun tələblərinə riayət edilməsi, inzibati icraat zamanı şəxsin iştirakının təmin edilməsi, onun izahatının dinlənilməsi, qəbul edilmiş inzibati akt barədə məlumatlandırılması və s. məhkəmə iclasında müəyyən edilməmiş və inzibati orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddianın verilməsi üçün 30 günlük iddia müddətinin hansı tarixdən hesablanması məlum deyildir. Çünki iş materiallarında həmin sərəncamın cavabdehin nümayəndəsi tərəfindən sözügedən iş üzrə məhkəməyə təqdim edilməsi və iddiaçıların hamısının həmin sərəncamla tanış olmaları barədə heç bir sənəd mövcud deyildir. Həmin sərəncamla bağlı sadəcə etiraz ərizəsində bir cümlə qeyd ed ilmişdir ki, ümumilikdə verilən bütün apelyasiya və kasasiya şikayətinin əsas dəlillərindən biri də həmin sərəncamın mövcudluğundan məlumatın olmaması, hazırkı vaxta kimi həmin sərəncamın özünün təqdim edilməməsidir. Əvvəlki iş üzrə də həmin sərəncam heç vaxt özü təqdim edilməmiş, ümumiyyətlə həmin sərəncamın mahiyyət və məzmunu barədə, əsaslandırılması barədə məlumatları olmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, Dağıstan Xudaquluyev və İddiaçı3 cavabdeh Zərdab RİH-yə qarşı Zərdab RİHB-nin xx.xx.2011-ci il tarixli 123 nömrəli sərəncamının və onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələb i ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(84)-1597/2018 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(107)165/2019 nömrəli, kasasiya şikayəti isə xx.xx.2019-cu il tarixli, 2-1(102)2270/2019 nömrəli qərarları ilə təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Sözügedən məhkəmə qərarlarında Zərdab RİHB-nin xx.xx.2002-ci il tarixli 48 nömrəli sərəncamının xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə ləğv edilməsi və bununla da sərəncamın hüquqi qüvvəsini itirməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçılar hazırkı mübahisə predmeti olan sərəmcamdan həmin mübahisə zamanı, yəni 2018-ci il tarixdən məlumatlı olmuşlar. İddiaçı1 də birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında suallara cavab olaraq sərəncamdan 2018-ci il tarixdən məlumatlı olduğunu bildirmişdir. Belə olan halda, həmin sərəncamın mübahisələndirilməsi üçün iddia müddətinin axımı 2018-ci il tarixdən başlamışdır. Qeyd edilməlidir ki, ən azı iddiaçılar həmin sərəncamdan məlumatları olduğu zaman həmin anda sərəncamı mübahisələndirə bilərdilər. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin buna baxmayaraq, iddiaçılar 30 gün müddətində məhkəmə müdafiəsi hüquqlarında n istifadə etməmiş və sərəncamdan məlumatlı olduqları 2018-ci ildən 1 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(84)1597/2018 nömrəli qərarı isə iddiaçılara və vəkillərinə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə təqdim olunmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən məhkəmə qərarlarında Zərdab RİHB-nin xx.xx.2002-ci il tarixli 48 nömrəli sərəncamının xx.xx.2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə ləğv edilməsi və bununla da sərəncamın hüquqi qüvvəsini itirməsi qeyd olunmuşdur. İddiaçılar Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1597/2018 nömrəli qərarını əldə etdikləri vaxt mübahis ələndirilən sərəncamın onların pozulması ehtimal edilən mənafeyinə zidd olduğunu anlamalı və dərhal onun mübahisələnirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməli idilər. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti ü zrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibar ətdir. Hazırkı mübahisədə iddia müddətinin ötürülməsi iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamdan məlumatlı olmasına baxmayaraq həmin sərəncamın onun istifadəsində olan torpaq sahəsinə aid olmadığını hesab etdiyini bildirsə də, bu halı iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-92/2019 nömrəli qərardadı dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar