Məhkəmə qərarları › İş №2-1(102)-1240/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1240/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1240/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-234/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin tərəfindən kameral qaydada tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********374000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” qərarı ilə iddiaçıya aparılmış kameral yoxlama nəticəsində 10.441.228,39 manat əlavə vergi hesablanmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, **********031000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar ilə 05 may 2021-ci tarixli qərar ləğv edilmiş, eyni zamanda kameral yoxlama nəticəsində iddiaçıya – 919,69 manat əlavə mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarlarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 may 2021-ci il tarixli **********374000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların ın hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2020-ci il hesabat dövrü üzrə 10.441.228,39 manat əlavə vergi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, sözügedən qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində 2020-ci il ərzində alınmış alış aktlarının 52.206.141,94 manat hissəsi vergi orqanında uçotda olan şəxslərdən, hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçi fiziki şəxs vergi ödəyicisi kimi öz adından və vergiödəyicisinin muzdlu işçisindən alınmışdır ki, bu da kənarlaşmanın səbəbi olmuşdur. Belə ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “etaxes” portalının “aktlar” alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakin həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarla 10.441.228,39 manat məbləğində əlavə kameral hesablama aparılmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin baza məlumatlarına əsasə n 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir: 1) vergi orqanında uçotda olan şəxslərdən (vergi ödəyicilərindən) alınan mallar üzrə elektron qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə əldə olunması hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması; 2) fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması; 3) vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması; 4) eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Eyni zamanda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 28.194,75 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) cəmi üzrə hesablanmış 23.596,29 manat sığorta haqlarının məbləğindən 4.598,46 manat artıq olması nəticəsində kənarlaşma yaranması ilə əlaqədar vergi ödəyicisinə 23 aprel 2021-ci il tarixli uyğunsuzluqlar barədə” bildiriş, 2 aprel 2021-ci il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının dürüstləşdirilməsi, bu barədə ətraflı izahat məktubunun və dəqiqləşdiri lmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən 2020-ci il ərzində vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərdən 52.206.141,94 manat dəyərində 39.926.664,69 kq kənd təsərrüfatı malları alınmış və alınan mallar 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq, da vergi ödəyicisinə 13 mart 2021-ci il, 17 mart 2021-ci il tarixli və 8 aprel 2021-ci il tarixli məktublarla müraciət edilərək vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərlə bağlanmış elektron alış aktı barədə zəruri sənədlərin (fiziki şəxs tərəfindən imzalanmış alış aktları) təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi bildirilməsinə bax mayaraq, İddiaçı MMC tərəfindən kənarlaşmaya səbəb olan alış aktları vergi orqanına təqdim edilməmişdir. Eyni zamanda, fərdi sahibkarlar müraciətlərində MMC-yə hər hansı malın təqdim edilmədiyini bildirmiş, qeyd olunan kənarlaşmalar ilə əlaqədar olaraq, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə, eyni zamanda 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları dürüstləşdirilmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 10.442.148,08 manat ((52.206.141,94 + 4598,46) x 20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may 2021-ci il tarixli **********031000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının "hesablanması barədə” qərarlar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Belə kı, mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “e-taxes" portalının “aktlar" alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakın həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********37 4000 saylı qərarla 10.441.228.39 manat məbləğində əlavə kameral hesablama aparılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 2-1(112)- 1184/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı müvafiq elektron alış aktını tərtib etməklə, habelə bu əməliyyatı vergi orqanına bəyan etməklə həmin əməliyyat üzrə vergi ödəyicisi kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Satış dövriyyəsini müvafiq qaydada bəyan etmək mal satan kimi həmin fiziki şəxslərin vəzifəsidir və dövriyyəsini gizlətdiyi halda, m üvafiq məsuliyyəti onlar daşıyır. Eləcə də məhkəmə vurğulamışdır ki, sözügedən alqı-satqı əməliyyatları üzrə İddiaçı MMC-nin vergi hesabatı 2021-ci ilin mart ayının 31-dək bəyan edilmiş olsa da, 2020-ci ilin müvafiq dövrlərində elektron alış aktları vergi orqanına müəyyən edilmiş müddət ərzində təqdim olunmuş, lakin vergi orqanı elektron alış aktlarına münasibətdə münasibəti həmin dövrdə bildirməmişdir. Cavabdeh orqan iddiaçıya eyni dövr üzrə eyni əməliyyata görə eyni növ vergini müxtəlif məbləğlərlə olsa da, iki dəfə hesablamış və iki qərar qəbul etmişdir. Bu isə, qanunvericiliklə (Vergi Məcəlləsinin 37-ci maddəsində) nəzərdə tutulmur. Mübahisə predmeti olan qərarlardan birində – 6 may 2021-ci il tarixli qərarda vergi ödəyicisinin 10.456.526,84 manat məbləğində vergi borcunu bəyan etdiyin ə istinad olunsa da, məhkəmə icraatında iddiaçı tərəf bu halı təkzib etmiş, cavabdeh inzibati orqan isə əksini təsdiqləyən sübut təqdim etməmişdir. Belə olan halda, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı MMC-nin sözügedən alqı-satqı əməliyyatları üzrə vergi ödəyicisi kimi hansı vəzifələri yerinə yetirməməsi barədə hazırkı iş üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübut təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçıya mənfəət vergisinin hesablanması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 16, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 37, 53.3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-234/2023 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X1) Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, "xxxx" MMC-yə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisinin baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 28.194,75 manat məbləğ, həmin hesabat ili üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) cəmi üzrə hesablanmış 23.596,29 manat sığorta haqlarının məbləğindən 4.598,46 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə edir ki, işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh kameral yoxlamanın nəticələrinə dair 5 may 2021 -ci İl tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ilə əlavə vergilər hesablanmışdır. Belə ki, işə əlavə olunmuş 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarından görünür ki, həmin qərarla əlaqəli məlumata əsasən iddiaçıya 2020-ci ilin vergi dövrü üçün, onun bəyan etdiyi 15.298,45 manat məbləği çıxılmaqla, 10.44.1.228,39 manat məbləğində əlavə mənfəət vergi hesablamışdır. Eyni zam anda, işdən görünür ki, kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi 6 may **********03100 nömrəli ikinci bir qərarı bir daha iddiaçıya əlaqəli məlumata əsasən 919,0 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır ki, həmin qərarın da 6-cı bəndində təsbit olunur ki, bu qərara əsasən əvvəlki **********374000 nömrəli xx.xx.2021-ci il tarixli qərar barədə məlumat qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğa baxmayaraq, tərəflərin nümayəndələrinin izahatlarına habelə, iddiaçının işə əlavə olunmuş şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli birinci qərarla hesablanmış vergi məbləği qüvvədədir, iddiaçının şəxsi hesabına borcu kimi qeydə alınmışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsi isə nəzərdə tutur ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, kameral yoxlamanın nəticələri üzrə yalnız bir qərarın qəbul edilərək vergi ödəyicisinə göndərilməsini nəzərdə tutur. Hər bir halda, iki qərar qəbul edilməsinin nəzərdə tutulduğu müəyyən olunmur. Ən azından, məhkəmə praktikasında belə hallara rast gəlinməmişdir. Digər bir tərəfdən, işin mahiyyətinə gəldikdə, məhkəmə | kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan i mübahisələndirilən qərarları ilə iddiaçıya 2020-ci ilin vergi dövrü üçün əlavə mənfəət vergisinin hesablanması əsassızdır.

13. İşin faktiki hallarını nəzərə alaraq hesab edilməlidir ki, məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin tələbindən göründüyü kimi vergi orqanında uçotda olan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək iddiaçının vəzifəsidir. Həmin Məcəllənin 71-2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 130.1 -1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71 -2.3-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azər baycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.

14. Həmçinin, məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə əsasan iş üzrə obyektiv həqiqəti öyrənmək üçün mütəxəssisi, yoxlayıcıları və iddiaçıya mal təqdim edən şəxsləri şahid qismində dindirməli olduğu halda tam hərəkətsizlik nümayiş etdirmiş, iş üzrə araşdırma aparmadan şəxsi mülahizələri əsasında qərar qəbul etmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı üçün əlverişsiz olan cavabdehin tədqiq olunan hər iki qərarı “inzibati icraat haqqında” 58.3-cü və 61.1-61.2 və 61.4- cü maddələrinin tələblərin uyğun əsaslandırılmamış və həmin qərarlarda iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirinin sübuta yetirildiyi müəyyən olunmur. Qeyd olunanlara əsasən bildirilməlidir ki, məhkəmə məsuliyyət qərarına nəzər yetirmədən əsassız olaraq inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmadığını qeyd etmişdir. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır.

15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-234/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məlum olduğu kimi, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi b arədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarlarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022- ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-234/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

23. Məhkəmə kollegiyası ilk öncə iddiaçının mübahisələndirdiyi cavabdehin xx.xx.2021-ci il tarixli, **********374000 saylı və xx.xx.2021-ci il tarixli, **********03100 saylı qərarlarını nəzərdən keçirməyi zəruri hesab edir.

24. İşin 75-ci səhifəsində olan cavabdehin tərəfindən kameral qaydada tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********374000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” qərarın 3-cü sətrində yazılmışdır ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 10.456.526,84 manatdır.

25. Həmin qərarın 4 və 5-ci sətrində isə göstərilmişdir ki, “kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 10.331.228,39 manatdır.”

26. Lakin işin 74-cü səhifəsində olan cavabdeh tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, **********031000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın 9-cu sətrində yuxarıda göstərilmiş 05 may 2021-ci tarixli qərarın ləğv edilməsi vurğulanmış, eyni zaman 06 may 2021-ci il tarixli qərarın 4 və 5-ci sətirlərində yazılmışdır ki, “kameral yoxlama nəticəsində: əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 919,69 manatdır”.

27. Qeyd edilməlidir ki, cavabdehin 06 may 2021-ci il tarixli qərarının 1-ci sətrində göstərilmişdir ki, “təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 10.456.526.84 manatdır.”

28. Eyni rəqəm cavabdehin özü tərəfindən ləğv edilmiş 5 may 2021-ci il tarixli, qərarının “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” adı ilə qeyd edilmiş 3-cü sətrində öz əksini tapmışdır.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda artıq göstərildiyi kimi, cavabdehin 6 may 2021-ci il tarixli qərarı ilə onun 05 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, bunu cavabdeh məhkəməyə təqdim etdiyi yazılı sənədlərdə özü də bildirir, yəni iddiaçının iddia ərizəsində mübahisələndirdiyi 2 qərardan (05 və 06 may 2021-ci il tarixli) biri – 05 may 2021-ci il tarixli qərar cavabdeh tərəfindən 06 may 2021-ci il tarixli qərarla ləğv edilmiş, yəni iddiaçı cavabdehin artıq mövcud olmayan, nəticə etibarı ilə də iddiaçının faktiki olaraq həmin qərarı mübahisələndirmək üçün hüququ marağı olmadığı 05 may 25021-ci il tarixli cavabdehin qərarının mübahisələndirilməsi yolverilməzdir ki, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsi hissəsində İPM-in 35.1-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.

30. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar ləğv olunduğu, yəni xx.xx.2021-ci il tarixli qərarda cavabdehin vergi pozuntusu sayılaraq müəyyən etdiyi v ergiyə aid bütün rəqəmlər öz mötəbərliliyini itirdiyi halda, çap olunma tarixi olan xx.xx.2021-ci il tarixli iddiaçının şəxsi hesab vərəqəsində (iş səhifəsi 30) xx.xx.2021-ci il tarixli qərarın 5-ci sətrində (iş səh. 75) “əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” adı ilə 10.441.228,39 manat məbləğinin yenidən daxıl edilməsi qanuna uyğun deyildir.

31. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.1, 3.1, 3.2, 3.3, 4.1-ci bəndlərinə əsaslanmaqla, doğru qənaətə gəlmişdir ki, “Birinci instansiya məhkəməsi də məhz, qanunvericiliyin qeyd olunan müddəalarına istinadən qeyd etmişdir ki, “iddiaçı müvafiq elektron alış aktını tərtib etməklə, habelə bu əməliyyatı vergi orqanına bəyan etməklə həmin əməliyyat üzrə vergi ödəyicisi kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Satış dövriyyəsini müvafiq qaydada bəyan etmək mal satan kimi həmin fiziki şəxslərin vəzifəsidir və dövriyyəsini gizlətdiyi halda, müvafiq məsuliyyəti onlar daşıyır. Eləcə də məhkəmə vurğulamışdır ki, sözügedən alqı-satqı əməliyyatları üzrə İddiaçı MMC-nin vergi hesabatı 2021-ci ilin mart ayının 31-dək bəyan edilmiş olsa da, 2020-ci ilin müvafiq dövrlərində elektron alış aktları vergi orqanına müəyyən edilmiş müddət ərzində təqdim olunmuş, lakin vergi orqanı elektron alış aktlarına münasibətdə münasibəti həmin dövrdə bildirməmişdir. Cavabdeh orqan iddiaçıya eyni dövr üzrə eyni əmə liyyata görə eyni növ vergini müxtəlif məbləğlərlə olsa da, iki dəfə hesablamış və iki qərar qəbul etmişdir. Bu isə, qanunvericiliklə (Vergi Məcəlləsinin 37-ci maddəsində) nəzərdə tutulmur”

32. Eyni zamanda apellyasiya məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, Mübahisə predmeti olan qərarlardan birində – 6 may 2021-ci il tarixli qərarda vergi ödəyicisinin 10.456.526,84 manat məbləğində vergi borcunu bəyan etdiyinə istinad olunsa da, məhkəmə icraatında iddiaçı tərəf bu halı təkzib etmiş, cavabdeh inzibati orqan isə əksini təsdiqləyən sübut təqdim etməmişdir. Belə olan halda, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı MMC-nin sözügedən alqı-satqı əməliyyatları üzrə vergi ödəyicisi kimi hansı vəzifələri yerinə yetirməməsi barədə hazırkı iş üzrə sübutetmə yükü daşıyan ca vabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübut təqdim edilməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərar qəbul etməsinin səlahiyyəti yoxdur, belə ki, cavabdehin həmin hərəkəti Vergi Məcəlləsinin “Vergi orqanında şikayətə baxıma” adlanan 63-cü maddəsinə ziddir ki, bu cür səlahiyyətlər yalnız qərar qəbul etmiş vergi orqanının yuxarı vergi orqanına verilmişdir.

34. Burada xatırlatmaq lazımdır ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək v əzifəsi qoyula bilməz.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı belə qərar qəbul etmək səlahiyyəti olmayan vergi orqanı tərəfindən qəbul edilməsi ilə yanaşı eyni zamanda prosessual məsuliyyətinə gəlincə də qanuna ziddir.

36. Belə ki, sözügedən məsələ üzrə “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş qaydalar çərçivəsində inzibati icraat aparmadan xx.xx.2023 tarixli qərar qəbul edildiyi tarixdən ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı hər hansı bir hərəkət etmədiyi, yəni vergi bəyannaməsi vermədiyi halda, yeni kameral qaydada yoxlamanın aparılması və qərar qəbul edilməsi yolverilməzdir.

37. Belə olan halda, xx.xx.2021-ci il tarixli qərarının ləğvi, həmin qərarla müəyyən edilmiş hər hansı bir əlavə vergilərin mövcud olmaması və iddiaçının bununla bağlı heç bir vergi öhdəliyi daşımaması deməkdir.

38. Beləliklə, iddiaçının 2020-ci il üzrə mənfəət vergisinə dair özünün bəyan etdiyi öhdəliklərdən başqa heç bir vergi öhdəliyi kameral qərarla yuxarıda göstərilən səbəblərdən yaranmamışdır.

39. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-234/2023 nömrəli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 2-1(112)-1184/2022 nömrəli qərarının cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarının ləğv edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalı, apellyasiya instan siyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. 40.. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-234/2023 nömrəli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 2-1(112)-1184/2022 nömrəli qərarının cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarının ləğv edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İddia həmin hissədə mümkün sayılmasın. Bakı Apellyasiya Məhkəməsinin qərarı qalan hiss ədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar