Məhkəmə qərarları › İş №2-1(102)-1240/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1240/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1240/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yoxlama dövründə mənzil sahəsinin satışının mövcudluğu, bazar qiyməti, vergi borcu, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(103)-2677/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında 0,8 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının tikintisi layihələşdirilməsi üçün İddiaçı MTK-ın istifadəsində verilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

3. Yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisi üzrə 10093.14 manat, ƏDV üzrə 1296228.31 manat, Əmlak vergisi üzrə 216.94 manat, MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 1050.0 manat, MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) üzrə 1050.0 manat, işsizlik sığortası üzrə 97.2 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 60.4 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tut ulan vergi üzrə 836.64 manat artıq hesablama nəzərə alınmaqla (1308795.99-836.64) 1307959.35 manat əlavə vəsait hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 654154.28 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il t arixli **********148194 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında ayrılmış 0,8 hektar torpaq sahəsində 1 ədəd 3 bloklu, 1 girişli, 15 mərtəbəli və 2 ədəd 14 mərtəbəli, 1 girişli olmaqla, cəmi 344 mənzilli yaşayış binaları tikilmişdir. Əvvəlki yoxlama xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmiş və yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə kooperativ tərəfindən 14140,87 manat məbləğində vergilərin yayındırılması müəyyən edilmiş və kooperativə 8033,75 manat məbləğində maliyyə s anksiyası tətbiq edilmişdir. Lakin əvvəlki yoxlama ilə lisenziyasız tikinti işləri ilə məşğul olması halı aşkar edilməmişdir. Hazırki aktın 1.8-ci bəndində yoxlamadan əvvəlki dövrə düşən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunaraq, 338286,23 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Ziddiyyət olması hansı aktın daha dürüst olduğunu müəyyən etməkdə çətinlik yaradır. Sonuncu məlumat əsas olaraq hesab edilsə, aktın 1.8-ci bəndində yoxlama dövrünü əhatə edən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunaraq 740952,46 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Aktın 2.1-ci bəndində kooperativin 2017-ci il üzrə əmlakın icarəyə verilməsindən gəlirinin 2033 9,04 manat, 2018-ci il üzrə yaşayış sahələrinin satışından gəlirinin 45829,83 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 66168,87 manat, 2019-cu il üzrə yaşayış sahələrinin satışından gəlirinin 282455,11 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 302794,15 manat olduğu qeyd olunmuşdur. Bundan əvvəlki cümlədə yaşayış sahələrinin satışından gəliri əks etdirən rəqəmləri topladıqda (45829,83+282455,11) nəticə 328284,94 manat olur ki, bu rəqəm aktın 1.8-ci bəndində qeyd olunan rəqəmdən (740952,46) kəskin şəkildə fərqlənir. Aktda bir birini inkar edən iki cümlə mövcuddur. Aktın mənfəət vergisinin hesablanmasının açıqlanması hissəsində ötən illərin zərərinin məbləği qeyd edilməmiş və qanunsuz gəlir hesablanarkən həmin zərər, həmçin in hesablanmış mənfəət vergisi nəzərə alınmamışdır. Halbuki Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət xalis mənfəət hesab olunur. Qeyd olunan hallar sonuncu səyyar vergi yoxlaması aktının dolğun olmadığından, həmçinin natamam tərtib olunduğundan xəbər verir.

6. Bundan əlavə, alqı-satqı müqavilələrindən görünür ki, satış 2017-2020-ci illər tarixində deyil, 2006-2013-cü illər tarixində satılmış və həmin tarixlərdə də mənzillər öz alıcılarına təhvil verilmişdir. Daha maraqlı məqam isə alqı- satqı müqavilələri olmadan sayğacların quraşdırılması tarixinə görə əlavə dəyər və mənfəət vergisinin hesablanmalı olduğu dövr müəyyən edilmişdir. Sayğacların quraşdırılması malların təqdim olunması hesab olunmur. Ona görə ki, Vergi Məcəlləsinin 13.2.10- cu maddəsinə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi, malların təqdim edilməsi hesab edilir. Su sərfiyyatına görə ödənilmiş məbləğlərə görə həmin mənzillərin məhz 2017-2020-ci illər tarixində təqdim edildiyini deyil, sa dəcə olaraq, orada yaşayışın olduğunu sübut edən bir haldır. 2006-2013cü illərdə alınmış mənzillərdə yaşayış 2017-ci il tarixindən su sayğacları quraşdırıldıqdan sonra başlanılmışdır. Göründüyü kimi, ziddiyyətli və aydın olmayan məqamlar mövcuddur. Bina 2019-cu ilin iyun ayında təhvil verildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirərkən, 2 mərtəbədən ibarət olan zirzəmi sahəsinin 1-ci mərtəbəsini, drenaj suları aktiv vəziyyətdə olduğu üçün istifadəyə yararsız hesab edərək, həmin mərtəbənin hər iki çıxışını bağlamışlar. Qeyd olunanlardan əlavə, Aktın 1.8-ci bəndində ekspert rəyinə istinad edilərək, mənzillərin 1 kvadrat metrinin real orta bazar qiymətinin 870,0 manat olduğu qeyd olunmuşdur. Lakin, ekspert tərəfindən real orta bazar qiymət inin müəyyən edilməsi məqsədilə, həmin zonada fərdi qaydada sorğu aparılmamış, yalnız internet resurslarında olan, eyni zamanda Bakıxanov kimi böyük bir qəsəbənin müxtəlif yerlərində qiymətlərin müxtəlif olması halı araşdırılmayaraq, mənbəyi bəlli olmayan məlumatlara istinad edilərək qiymət müəyyən edilmişdir. Halbuki, həmin zonada 1 kvadrat metrin real orta bazar qiyməti 550-600 manat arasında dəyişir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan nöqsanların mövcud olmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin nöqsanlar nəzərə alınmayaraq, natamam tərtib olunmuş akta istinad edilərək, vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul edilmişdir. Qərar əsasında cəmiyyətə 2017- 2019-cu illərin müvafiq ayları üzrə 1296228,3 manat məbləğində əlavə dəyər vergisi, 2019-cu il üzrə 10093,14 manat məbləğində mənfəət vergisi, 2017-2019-cu illər üzrə 216,94 manat məbləğində əmlak vergisi, 2019-cu ilin 1-4-cü rübləri üzrə 2100 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, 2019-cu ilin 1-4-cü rübləri üzrə 157,6 manat məbləğində işsizlikdən sığorta haqqı hesablanmış və 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması il ə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin sözügedən inzibati aktda vergi qanunvericiliyinin pozulması şəraitini təsdiq edən sənədlərin konkret olaraq, hansı sənədlərdən ibarət olması öz əksini tapmamışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisi üzrə 10093.14 manat, ƏDV üzrə 1296228.31 manat, Əmlak vergisi üzrə 216.94 manat, MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 1050.0 manat, MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) üzrə 1050.0 manat, işsizlik sığortası üzrə 97.2 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 60.4 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836.64 manat artıq hesablama nəzə rə alınmaqla (1308795.99-836.64) 1307959.35 manat əlavə vəsait hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 654154.28 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Həmin qərara əsasən hesablanmış ümumi 1962753,62 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair **********633200 saylı tələbnamənin göndərilməsi təmin edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********200215 saylı tələbnamə təqdim olunmuş və yoxlamanın predmetinə aid olan və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri və digər sənədlərin təqdim olunması tələb edilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri sənədlər təqdim olunması xx.xx.2020-ci il tarixli tələbnamə müəssisənin direktoruna əlbəəl təqdim edildikdən sonra sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Təqdim edilməyən sənədlərə dair Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən yoxlamaya sənədlər qismən təqdim olunduğundan cavabdehin xx.xx.2020-ci il tarixli **********141613 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarına və xx.xx.2020-ci il tarixli **********141612 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilmişdir. Bundan başqa, Vergilər Məcəlləsinin 23-cü və 41-ci maddələrini əsas tutaraq və həmçinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının yaşayış və qeyri yaşayış, zirzəmi sahələrinə və ərazisinə baxış keçirildi. Baxış zamanı binanın tam tikildiyi, binada əsasən yaşayış olduğu və sonuncu aktdan sonrakı dövrdə əlavə tikinti olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda ayrılmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A” binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B” bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri-yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkən, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Qeyd edilən binaların sahəsi əvvəlki yoxlama zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş və həm in qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş hal hazırda da qüvvədədir. Bundan başqa, Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanların fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq iddiaçı tərəfindən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi ayrılıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən "xxxx" MMC-nin mütəxəssisi X3 dəvət edilmişdir. Cari yoxlama zamanı keçirilə n baxışa əsasən müəssisə tərəfindən tikinti aparılmış binalarda hər hansı əlavə tikinti işlərinin aparılması müəyyən edilmədiyindən vergi ödəyicisi tərəfindən qəbul edilmiş sonuncu yoxlama aktında qeyd olunan sahələr nəzərə alınmışdır. Həmçinin, yaranmış zərurətlə əlaqədar "xxxx" ASC-dən alınmış məlumatlarda yaşayış binasının ayrı-ayrı fiziki şəxslərin (mənzil sahiblərinin) adlarına 2016-cı ilin iyun ayından başlayaraq sayğaclaşdırılması aparılmışdır. Yoxlama zamanı yaşayış binasına baxış keçirilərkən binanın müəyyən hissəsi sakinlərlə məskunlaşdığı və müəyyən hissəsinin isə satılmadığı, təmirsiz olması müəyyən edilmişdir, iddiaçı bundan əvvəl ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2007-ci il 120489 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.x x.2007-ci il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə 15212.3 kv.m satışa yararlı sahə, həmin Departamentin xx.xx.2008-ci il tarixli qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə isə 12735.46 kv.m, ümumilikdə bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən iddiaçı tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirz əminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manata bərabər olduğu müəyyən edilmişdir. Yoxlama zamanı qeyri-yaşayış sahəsi və satışa yararlı zirzəmi sahəsinin satışı barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin sahələrin satışı yoxlama ilə əhatə olunmadı. Nəticədə yoxlanılan dövrün sonuna (157xx.xx-9767.10 = 6009.90) 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı müəyyən edilmişdir. Yoxlama nəticəsində aşağıda göstərilən kənarlaşmalar aşkar edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan sənədlər tələb edilmiş, lakin tələb olunan sənədlər səyyar vergi yoxlamasının keçirildiyi müddətdə cavabdehə tam təqdim edilməmişdir. Belə ki, sərəncam, digər müəssisə ilə bağlanmış müqavilə, FHN-nin sınaq nəticələri yoxlamaya təqdim edilmiş, lakin, nəzarət kitabçası, bank sənədləri, qaiməfakturalar, təhvil-təslim aktlan (forma-2), materialların alışını təsdiq edən sənədlər, kassamədaxil orderləri, əmək haqqı hesablanması və ödənilməsi barədə sənədlər, smeta sənədləri, xüsusi razılıq (lisenziya), habelə satılmış mənzilər ilə əlaqədar sənədləşmələr (müqavilələr, ödəniş sənədləri və sair) yoxlamaya təqdim edilmədiyindən vergi orqanı müvafiq hesablamanı aparmaqda haqlı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(103)-2677/2024 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X6 və X4) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 21(112)-116/2024 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarı ləğv edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir. Bundan əlavə, yoxlama zamanı cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək həmin illər üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tət biq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir.

13. Eyni zamanda yoxlama müddətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında yoxlama müddətinin 30 təqvim günü müəyyən edildiyi nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə yoxlama müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdığı müəyyən olunur. Lakin yuxarı vergi orqanı tərəfindən yoxlamanın uzadılması barədə qərarlar xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qəbul olunmuş və bununla da yoxlama reyestrdə qeydiyyata alınmadan aparılmışdır. Həmçinin cavabdeh tə rəfindən yoxlama ekspert və ya mütəxəssis rəyinin alınması əsası ilə 7 dəfə ardıcıl dayandırılmış, lakin sonda rəy əsasında hər hansı hesablama aparılmamışdır.

14. Bundan əlavə apellyasiya instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş hazırda ünvan 3 ünvanda ayrılmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları üzrə dövlət reyestrindən qeydiyyatdan keçmiş mənzillərin siyahısına əsasən çıxarışlara əsas olmuş müqavilələrin əsilləri və s. sənədlərə münasibətdə qeyd etmişdir ki, ünvan üzrə 262 mənzil və qeyri-yaşayış sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməklə mülkiyyətçilərə hüquqmüəyyənedici sənədlər verilmişdir (çıxarışlar). Həmin əmlaklardan 93-nə (doxsan üç) dair bağlanmış müqavilələr 200 6-2013- cü il tarixdə bağlanmış müqavilələrdir, qalan 169 əmlaka dair isə sorğuya cavab olaraq yalnız maliyyə arayışları və İddiaçı MTK üzvlərinin ümumi iclaslarının 2019-cu ilə aid protokoldan çıxarışları təqdim edilmişdir. Həmçinin sorğuya cavab olaraq İddiaçıMTKya məxsus olan mənzillərin Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən vətəndaşlara ayrılıb verilməsi barədə sənədlər təqdim olunmuşdur. İddiaçı MTK üzvlərinin ümumi iclaslarının 2019-cu ilə aid protokoldan çıxarışlarından İddiaçı MTK ilə fiziki şəxslər arasında bağlanmış müqavilələrin bağlanma tarixini müəyyən etmək mümkün deyil. Hansı ki, işin həmin halları inzibati icraat zamanı cavabdeh tərəfindən müəyyən edilməli idi. Lakin bu məsələlər cavabdeh tərəfindən aydınlaşdırılmamış, inzibati icraat qanunvericiliyin qaydalar ına zidd olaraq aparılmışdır

15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə Vergi Məcəlləsinin 16.1.3, 23, 38.3.5, 38, 41, 42, 58.1, 67, 83.2-ci maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

17. Bildirilmişdir ki, yoxlamalar zamanı iddiaçı tərəfindən kənarlaşmalara yol verildiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC-dən alınmış yaşayış binasının sayğaclaşdırılması və abonentlər tərəfindən su sərfiyyatına görə ödənilmiş məbləğlər barədə məlumatlara əsasən 117 mənzil (“A" binasın da 12 mənzil, “B” binasında 105 mənzil) “1A” binasının 984.33 kv.metr, “1B” binasının 8782.77 kv.metr, cəmi 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışının həyata keçirilməsi müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasında xx.xx.2017-xx.xx.2020-ci illər aralığında yaşayış və qeyriyaşayış sahələrinin (habelə zirzəmi sahəsi) 1 (bir) kv.m real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin xx.xx.2020-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxanlmışdır. xx.xx.2020-ci il tarixli ekspert rəyində MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.0 (səkkiz yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Nəticədə 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışı yoxlanılan dövrdə müvafiq aylarda ƏDV-yə cəlb edilərək Vergi məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-nin (9767.10 *870 /1.18 *18%=1296210.05) 1296210.05 manat azaldılması müəyyən edilmiş (ƏDV-nin hesablanması cədvəli,"xxxx" ASC-dən alınmış məlumat, müəssisənin təqdim etdiyi mənzillərin sayğaclaşdırılması barədə cədvəl, MTKda sakinlərə xidmət göstərən "X5 Company" MMC (VÖEN **********) tərəfindən xidmət göstərdiyi sakinlər üzrə tərtib olunmuşdur. Ümumilikdə yoxlama ilə 1296380.85 manat azaldılması və 152.54 manat artıq hesablaması müəyyən edildi. Yoxlama ilə ƏDV ü zrə əlavə olaraq ümumilikdə 1296228.31 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən hesabatda göstərilən əlavə dəyər vergisinin hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən 1296380.85 manat azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 648190.43 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

18. Mənfəət vergisi ilə bağlı qeyd edilmişdir ki, səyyar vergi yoxlaması nəticəsində 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması təsdiqini tapmamış və 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 10093.14 manat məbləğində azaldılması müəyyən edilmiş və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5046.57 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır.

19. Bundan əlavə əmlak vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrinin düzgünlüyü yoxlanıldı və hesablanmalı vergi məbləğlərinin 2017-ci il üzrə 77.62 manat, 2018-ci il üzrə 72.19 manat, 2019-cu il üzrə isə 67.13 manat, cəmi 216.94 manat azaldılması aşkar edilmişdi. MÖMV üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin tədiyyəçisi olmuşdur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 6 nəfər, ümumi əmək haqqı fondu 54130 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 232.32 manat olmaqla ümumi olaraq əmək haq qından 1673.28 manat gəlir vergisi tutulmuşdur. Vergi Məcəlləsinin 101.1-1 Maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manatadək “0” faiz, 8000 manatdan çox olan məbləğin“14” faiz dərəcə ilə tutulur. Bununla da yoxlama ilə müəssisə tərəfindən 2019-cu ildə 836.64 manat miqdarında artıq vergi məbləği hesablanmışdır. MDSS üzrə: Müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun İV rüb 2018-ci il - İV rüb 2019-cu il dövrü üzrə yoxlama ilə məcburi dövlət sosial sığortası üzrə müvafiq olaraq 2019-cu ilin l-İV rübləri üzrə cəmi 2100.00 manat sosial sığorta haqqı hesablanmışdır. Vergi Məcəlləsinin 1.4 və 58.1- ci maddələrinə əsasən sosial sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2100.00 manat azaldılmasına görə, azaldılmış sosial sığorta haqqı məbləğinin 50%-i miqdarında, yəni 1050.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşsizlikdən sığorta üzrə: Müəssisə tərəfindən “İşsizlik sığortası üzrə hesabatlar yalnız 2018-ci ilin İV rübü üzrə təqdim olunaraq icbarı ödəniş məbləği hesablanmışdır. Yoxlama ilə 2019-cu ilin İ- 2019-cu ilin İV rübləri üzrə müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun olaraq cəmi 157.60 manat işsizlikdən sığorta haqqı hesablandı. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 157.60 məbləğində azaldılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura ş əklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. əvvəlki redaksiyada deyilirdi: 13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqa sına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi. Maddə

14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.... 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan ço xu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulm uş qaydada faktiki satış qiyməti ilə uçota alınır.... 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yer li hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir ve rgiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablama q, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanma sı bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir..... 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfi ndən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli qərarla 2019-cu il üzrə 10093,14 manat mənfəət vergisi, 2017- 2019-cu illər üzrə 216,94 manat əmlak vergisi, 2017-ci ilin avqus t, 2018-ci ilin iyul, 2019-cu ilin may-avqust-oktyabr, 2020-ci ilin mart ayları üzrə 1296380,84 manat əlavə dəyər vergisi, 2019-cu ilin 1- 4-cü rübləri üzrə 157,60 manat işsizlikdən sığorta və 2100,00 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də 2018-ci ilin avqust ayı üzrə 152,54 manat əlavə dəyər vergisi və 2019-cu ilin yanvar-dekabr ayları üzrə 836,64 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi hesablanmışdır.

26. İddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

27. Apellyasiya instansiya məh kəməsi birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi qənaətini əsaslı hesab etməyərək qeyd etmişdir “... birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını əsaslandırmamış, yalnız cavabdehin izahatlarına əsaslanmış, sübutetmə yükünü iddiaçının üzərinə qoymuş və qərarda heç bir maddi və prosessual normalara istinad etməmişdir.”

28. Hazırda cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunvericiliyə zidd olduğunu bildirərək, bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq mübahisəli məqamlarla bağlı mövqeyinin şərh edilməsini, eləcə də növbəti apelyasiya baxışı zamanı təhlil edilməli olan halların müəyyən edilməsini məqsədə müvafiq hesab edi r.

30. Ümumiyyətlə qeyd etmək lazımdır ki, araşdırılma aşağıdakı istiqamətlə üzrə aparılmalıdır:

1. Satışın yoxlanılan dövrdə aparılıb aparılmaması

2. Satış yoxlama dövrünə aid olarsa, buna görə hesablanan vergilərin məbləği

3. Vergidən azad edilmə halının mövcudluğu

4. Əvvəllər satılmış mənzillərin alqı-satqı müqavilələrinin yenilənməsi

5. Quraşdırılmış sayğac əsasında vergilərin müəyyən edilməsinin mümkünlüyü Satışın yoxlama dövündə aparılıb aparılmaması

31. Hazırkı mübahisə predmeti ünvan 1 ünvanında yerləşən 0,8 ha torpaq sahəsi üzərində İddiaçı MTK tərəfindən tikilərək satılmış mənzillərlə bağlı yaranan vergi borcudur. İnzibati akt əsasında müəyyən edilmiş vergi borcu iddiaçı tərəfindən verilmiş sənədlər, keçirilmiş yoxlamalar, "xxxx" ASC-dən daxil olmuş məlumatlar, eləcə də mütəxəssi s və ekspert rəyi ilə hesablanmışdır.

32. İddia ərizəsindən, eləcə də cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,8 ha torpaq sahəsi üzərində iddiaçı tərəfindən tikilmiş 1 ədəd 3 bloklu, 1 girişli, 15 mərtəbəli və 2 ədəd 14 mərtəbəli 1 girişli olmaqla binalar mövcuddur (binaların sayı mübahisə predmeti deyil, yəni tərəflər torpaq sahəsi üzərində 3 ədəd binanın olduğunu qəbul edirlər).

33. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, vergi orqanı tərəfindən həmin binalarda satış həyata keçirilmiş mənzillərlə bağlı üç dəfə müxtəlif tarixlərdə səyyar vergi yoxlaması aparılmışdır. xx.xx.2007-ci il tarixli yoxlama aktı ilə 15212,3 kv.m, xx.xx.2009-cu il tarixli yoxlama aktı ilə 12735,46 kv.m satışa yararlı sahənin olduğu qeyd edilmişdir. xx.x x.2021-ci il tarixdə keçirilmiş yoxlama zamanı isə cavabdeh 1A və 1B binalarında ümumi sahəsi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığını bildirmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında binaların (hər üç binaya münasibətdə) ümumi sahəsi, eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri dəqiq mövcud deyildir. Növbəti apelyasiya baxışı zamanı binaların ümumi sahəsi ilə yanaşı, yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri müəyyən edilməlidir. Bunun aparılmasına məqsəd hər bir yoxlama zamanı nə qədər sahənin vergiyə cəlb edilməsi və ya cəlb edilməməsi ilə bağlı obyektiv həqiqətə nail olmaqdan ibarətdir.

35. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən əvvəllər vergiyə cəlb edilmiş sahələrin yenidən vergiyə cəlb edilməməsi halının olmamasına əmin olmalı, inzibati orqan tərəfindən yoxlama aparılarkən yoxlamanı əhatə edən dövrdə binalarda satılmamış nə qədər yaşayış sahəsinin olub olmaması məsələsini də aydınlaşdırmalıdır. Əksinə yanaşma, yəni əvvəllər vergiyə cəlb edilmiş sahələrin yenidən vergiyə cəlb edilməsi Vergi Məcəlləsində təsbit edilmiş eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməmə prinsipinə zidd olar (Vergi Məcəlləsi 53.2-ci maddə).

36. Eyni zamanda apellyasiya instansiya məhkəməsinin araşdırılma predmetindən biri də tikilmiş binalarda cavabdeh inzibati orqan tərəfindən aparılmış yoxlamaların sayının müəyyən edilməsi və eləcə də həmin yoxlamaların əhatə etdiyi dövrlərlə bağlı olmalıdır. Belə ki, işdə olan sənədlərlə cavabdeh inzibati orqan tərəfindən qeyd edilən binalar la əlaqədar 3 dəfə yoxlama aparıldığı müəyyən edilir, (yuxarıda da göstərildiyi kimi bunlar 2007, 2009, 2021-ci illərdə baş verib), lakin başqa yoxlama halının mövcud olub olmaması, yoxlamalar olduğu təqdirdə onlarla bağlı gəlinmiş nəticə iş materiallarında mövcud deyildir. 37. xx.xx.2025-ci il tarixdə Ali Məhkəmədə keçirilmiş şifahi məhkəmə baxışı zamanı iddiaçının vəkili izahat verərkən cavabdeh tərəfindən aparılmış yoxlamayadək qeyd edilən binalarda ümumiyyətlə, satılmamış sahənin qalmadığını bildirmişdir.

38. Apellyasiya instansiya məhkəməsi qeyd edilən bu faktın araşdırılması üçün qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən istifadə edərək lazımi sənədləri-alqı-satqı müqavilələrini əldə etməli, onların hər birini dəqiq təhlil edərək yoxlama dövrünə qədər iddiaçıya məxsus ünvan 1 ün vanında yerləşən binalarda bütün mənzillərin satılması ilə bağlı iddiaçının mövqeyinin doğruluğu aşkara çıxarılmalıdır. Əgər araşdırılma nəticəsində hazırkı yoxlama dövrünə qədər həqiqətən də satılmamış sahələrin qalmadığı aşkara çıxarılarsa, həmin sahələrin hamısı ilə bağlı vergiyə cəlb edilmə halı müəyyən edilməlidir. Lakin bu zaman Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərə tutulmuş müddətlərlə bağlı məsələ də diqqətdən kənarda qalmamalıdır.

39. Qeyd edilənlərin əksinə olaraq araşdırma nəticəsində 9767 kv.m sahənin satışının hazırkı yoxlama dövründə həyata keçirildiyi müəyyən edilərsə, bu halın özü belə mötəbər sübutlarla təsdiq edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyasının göstərişləri əsasında yuxarıda qeyd edilən birinci məsələ- Satışın yoxlanılan dövrdə baş tutub tutmadığı öz h əllini tapacaqdır. Satış yoxlanılan dövrə aid olarsa, buna görə hesablanan vergilərin məbləği

41. Əgər apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halların təhlili zamanı iddiaçı tərəfindən yoxlanılan dövrdə həqiqətən 9767 kv.m sahənin satıldığını (əvvəlki yoxlamalar zamanı həmin sahə vergi tutma obyekti olmamışdırsa) təqdim edilmiş mötəbər dəlillər əsasında müəyyən edərsə, mənzillərin qiymətləri ilə bağlı məsələnin təhlili araşdırma predmeti olmalıdır.

42. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 kv.metri üçün real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb etmiş, mütəxəssis rəyi əsasında həmin binada xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaşayış sahəsinin 1 kv.metrinin orta bazar qiymətinin 870 manat, qeyri-yaşayış sahəsinin hər kv. metrinin 1500 manat, zirzəminin isə hər kv.metrinin real orta bazar qiymətinin 600 manata bərabər olduğu qeyd edilmişdir.

43. Lakin birinci instansiya məhkəməsi həmin rəy ilə razılaşmadığından 2017-2020-ci illərdə həmin binanın 1 kv.metrinin orta bazar qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyində ünvan 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasında satışa yararlı sahələrin (təmirli mənzilin) 2017-2020-ci il tarixlərdə 1 kv.metrinin orta bazar qiymətinin 55,0 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir.

44. Birinci instansiya məhkəməsi təqdim edilmiş eksp ert rəyinə tənqidi yanaşaraq onun etibarlı olmadığını və natamam olduğunu qeyd etmişdir.

45. Beləliklə, göründüyü kimi iş üzrə keçirilmiş ekspertiza rəylərinin heç biri məhkəmə tərəfindən qəbul edilməmişdir.

46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası satılmış mənzillərin dəyərinin müəyyən edilməsi ilə bağlı “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli qərarında əks edilmiş hüquqi mövqeyin növbəti apellyasiya baxışında rəhbər tutulmalı olması qənaətindədir.

47. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd edilmişdir ki, müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır (Vergi Məcəlləsinin 14.6.4-cü maddəsi). Buna baxmayaraq, bazar qiymətinin nəzərə alınması ilə vergilərin hesablanması Vergi Məcəlləsinin 14.3-cü maddəsi ilə tələb edilir. Həmin norma bazar qiymətinin tətbiqinin əsası kimi konkret bir neçə halları, o cümlədən təsərrüfat əqdlərinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilməsini və ya 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsini müəyyən edir. Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsəd ləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.... Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulma lı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmu ş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur”.

48. Beləliklə, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun bazar qiymətinin müəyyən edilməsi ilə bağlı mövqeyini rəhbər tutaraq bildirir ki, apellasiya instansiya məhkəməsi işin hallarının obyektiv araşdırılması və satılmış mənzillərin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə əmətəəşünaslıq ekspertizası keçirilməli, əgər verilmiş rəy natamam olarsa və ya rəyin mötəbərliyi bu və ya digər səbəbdən məhkəmədə şübhə yaradarsa müvafiq olaraq əlavə və təkrar ekspertiza institutlarından istifadə edilməlidir.

49. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, bazar qiyməti ilə bağlı məsələnin aydınlaşdırılması məqsədi ilə apellasiya instansiya məhkəməsi zərurət yarandığı təqdi rdə Dövlət Statistika Komitəsinə müvafiq sorğu ilə müraciət edərək 20172020-ci illərdə binaların yerləşdiyi ərazilərdə oxşar parametrli yaşayış sahələrinin (təmirli və təmirsiz) qiymətləri barədə məlumat almalıdır.

50. Yalnız müvafiq rəylər və sorğuya cavablar əsasında qeyd edilən mənzillərlə bağlı bazar qiyməti məsələsinə aydınlıq gətirilməsi və buna uyğun olaraq cəlb edilmədiyi təqdirdə həmin mənzillərdə görə iddiaçının vergiyə cəlb edilməsi mümkündür.

51. Beləliklə, yalnız yuxarıda qeyd edilən xüsusatlar araşdırılmaqla iddiaçı barəsində düzgün vergi məbləği müəyyən edilə bilər. Vergidən azad edilmə halının mövcudluğu

52. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Bakı şəhər İcra Hakimiyyət başçısının müxtəlif dövrlərə aid sərəncamları mövcuddur. Həmin sərəncamların mətninə diq qət yetirildikdə müəyyən edilir ki, iddiaçıya məxsus binalarda olan mənzillərin müəyyən hissəsi bir qrup şəxslərin mənzil vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə onlara verilmişdir (cild 2, iş vər 18 ).

53. Lakin həmin mənzillərin alqı-satqı premdeti olub olmaması iş materialları ilə müəyyən edilmir. Növbəti apellyasiya baxışı zamanı işin bu halı da araşdırma predmeti olmalıdır. Yəni müəyyən şəxslərə ayrılmış mənzillərə görə iddiaçıya vəsait ödənilmişdirmi və bu mənzillərin sayı, eləcə də sahələri nə qədər olmuşdur. Əgər araşdırma zamanı həmin sahələrə görə ödənişlərin həyata keçirilmədiyi müəyyən edilərsə, bu sahələrin vergi tutmaya cəlb edilib edilməməsi ilə bağlı məsələ də araşdırılmalıdır. Əvvəllər satılmış mənzillərin sahibləri ilə alqı-satqı müqavilələrinin yenilənməsi

54. İddiaçı iddia edir ki, mənzillər yoxlama keçirilənədək satılmışdır. Ali Məhkəmədə şifahi məhkəmə baxışı zamanı iddiaçının vəkili bildirmişdir ki, vergiyə cəlb edilmiş mənzillər yoxlamadan əvvəl satılmışdır. Müqavilələrin yoxlanılan dövrə təsadüf edilməsi ilə bağlı məsələyə aydınlıq gətirən vəkil qeyd etmişdir ki, həmin müqavilələr əvvəllər bağlanmış müqavilə olmuş, daha sonra isə bu müqavilələrin yenilənməsinə ehtiyac duyulmuşdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, işin bu xüsusatı da növbəti apellyasiya baxışının predmeti olmalıdır. Yəni, məhkəmə hansı mənzillərin müqavilələrinin yeniləndiyini müəyyən etməli və yenilənmə səbəbləri araşdırılmalıdır. Məlumdur ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən malların təqdim edilməsi – mallar üzərin də mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilm əsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

56. Beləliklə, müqavilələrin yenilənməsi halına Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə münasibətdə qiymət verilməli, bu məqsədlə iddiaçıdan yeniləndiyi qeyd edilən mənzillərin ilkin müqavilələri tələb edilməklə məsələyə düzgün hüquqi qiymət verilməlidir. Bu halın müəyyənləşdirilməsində məqsəd yoxlama dövrünə təsadüf edilən müqavilələrin əvvəlki dövrlərdə bağlanmış müqavilələrin yenilənmiş versiyasının olub olmasını müəyyən etməkdir. Quraşdırılmış sayğac əsasında vergilərin müəyyən edilməsinin mümkünlüyü

57. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edərkən əsas istinad nöqtəsi kimi "xxxx" ASC tərəfindən verilmiş məlumat olmuşdur. Cavabdeh kassasiya şikayətində q eyd etmişdir ki, "xxxx" ASC-dən alınmış yaşayış binasının sayğaclaşdırılması və abonentlər tərəfindən su sərfiyyatına görə ödənilmiş məbləğlər barədə məlumatlara əsasən 117 mənzil (“A” binasında 12 mənzil, “B” binasında 105 mənzil) 1A binasının 984,33 kv.metr, 1B binasının 8782,77 kv.metr cəmi 9767,10 kv.metr yaşayış (mənzil) sahəsinin həyata keçirilməsi müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətindəki bu mövqeyi rəhbər tutmaqla iddia tələbinə konkret münasibət bildirmək mümkün deyildir. Əvvəla, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlarda vergidən yayınması ehtimal edilən mənzillərdə sayğacın hansı tarixlərdə quraşdırılması müəyyən edilmir (cild 1, iş vər 68).

59. Digər tərəfdən "xxxx" ASC iddiaçıya məxsus olan binada 2021-ci ilə aid 4 müqa vilə təqdim etmişdir. Lakin bu müqavilələrin aid olduğu mənzillərin məhz yoxlanılan dövrə aid olan mənzillər olduğu məlum deyildir.

60. Bundan əlavə iş materiallarında, konkret olaraq 1-ci cildin 170-177-ci səhifələrində adlı siyahı mövcuddur. Həmin siyahıda mənzillər, onların binada yerləşdikləri mərtəbələr, sahələr, otaq sayları və sakinlərin adları qeyd edilmişdir. Bu siyahının nəyə aid olduğu, kim tərəfindən tərtib edildiyi, orada öz əksini tapmış məlumatların iddiaçı tərəfindən inşa edilən və mübahisə predmeti olan binalarla nə kimi əlaqəsinin olduğunu müəyyən etmək mümkün deyildir. Növbəti apelyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi işin bu xüsusatına da diqqət yetirməli, siyahının tərtib edilmə əsasını və orada məlumatların əldə edilmə mənbəyini araşdırmaqla yanaşı, hə min məlumatların mötəbərliyi və mübahisəyə aidiyyəti məsələsinə xüsusi diqqət ayırmalıdır.

61. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, araşdırılması tələb edilən halları araşdırmadan obyektiv həqiqətə nail olmaq mümkün deyildir. Odur ki, obyektiv həqiqətə nail olmaq üçün işin bütün halları növbəti apelyasiya baxışı zamanı araşdırılmalı, qanuna əsaslanan düzgün və əsaslandırılmış qərar qəbul edilməlidir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən, formalaşmış presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidir (Papon Fransaya qarşı, (qər.)). Əsaslandırılmış qərarlar tərəflərə eşidildik lərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X7rşı, § 29). Məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da (Van de Hurk Niderlanda qarşı, § 61), qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb (bax: Boldea Rumıniyaya qarşı, § 30).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstər ilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

64. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfi ndən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(103)-2677/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar