Məhkəmə qərarları › İş №2-1(102)-1241/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1241/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1241/2020 03.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2, vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış əsas borcun və maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 fevral tarixli 2-1(107)-126/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas borcun və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 16 dekabr tarixdə iş üzrə icraatın dayandırılması barədə vəsatətlə mə hkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən mənfəət vergisi üzrə 48431,44 manat azaldılma, əlavə dəyər vergisi üzrə 5781,04 manat azaldılma, ödəmə mənbəyində tutulan vergi üzrə 6975,00 manat azaldılma olmaqla büdcəyə çatası vergilərin cəmi 61187,48 manat azaldıldığı aşkar edilmiş, müvafiq olaraq 30753,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd ed ilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar ilə əlaqədar hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Göstərilənlərə uyğun olaraq, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin hazırki mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Bu səbəbdən cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 dekabr tarixli 2-1(84)-1130/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Həmin qərardaddan cavabdeh apellyasi ya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 fevral tarixli 21(107)-126/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 3 iyul tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin prosessual normalara uyğun verildiyini bildirərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin icraata qəbul edilməsinə etiraz edərək, şikayət üzrə kassasiyanın mümkün sayılmamasını xahiş etdilər. Əsaslandırma hissəsi: Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun. Hazırkı halda, iş üzrə icraatın dayandırılmasından imtinaya dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır. Eyni əsaslara görə, iş üzrə icraatın dayandırılmasından imtinay a dair birinci instansiya məhkəməsinin də qərardadından şikayət verilə bilməzdi. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 fevral tarixli 21(107)-126/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar