Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1241/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, şikayətin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci ildə anadan olub: FİN-xxxxxxx) cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin xx.xx.1963-cü il tarixli 10 saylı protokolu və xx.xx.1963-cü il tarixli, 03/2022 saylı orderi əsasında Sumqayıt şəhə ri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16,74 metr kv olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi” barədə inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-248/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin 18 may 1963cü il tarixli 10 saylı protokolu və 24 may 1963-cü il tarixli, 03/2022 saylı orderi əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16,74 metr kv olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciə t etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X1 adına AZTZ müəssisəsində dülgər çalışmış, 1962-ci ildə X2 ilə ailə həyatı quraraq evlənmiş, nikahları 14 sentyabr 1962-ci ildə Dəvəçi rayon VVAQ şöbəsində rəsmiləşdirilmişdir. 18 may 1963-cü il tarixində Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin 10 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 2ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16.74 m2 olan 1 otaqlı mənzil 24 may 1963-cü il tarixli, 03/2022 saylı order əsasında atası X3 2 nəfərdən ibarət ailə tərkibi olaraq verilmişdir. Həmin vaxt atası ilə anası göstərilən ünvanda yerləşən bir otaqlı mənzildə yaşamış, sonra isə ona məlum olmayan səbəblərdən mənzil X4 adına rəsmiləşdirilərək 27 dekabr 1974-cü il tarixli, 1791 saylı order verilmişdir. 8 iyun 1995-ci ildə mənzil özəlləşdirilmiş, 1999-cü ildə isə mənzil alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Mənzil bir neçə dəfə özgəninkiləşdirilmişdir. Mərhum atasının adına verilmiş order və digər sənədlər əsasında verilmiş mənzilin iddiaçının adına rəsmiləşdirməsi üçün ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə müraciət etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-374/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli (hakim İ.R.Quliyev) qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli (hakimlər: F.G.Zeynallı /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
7. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış, habelə şikayətə vəkilin orderi əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adı nın və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunma lıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Mülki Prosessual Məcəllə: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əla və edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilməlidir.
11. Belə ki, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış, həmçinin vəkilin orderi işə əlavə edilməmişdir.
12. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 1 iyun 2022-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, xx.xx.2022-ci il tarixədək nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.
13. İddiaçı qeyd olunan tarixədək vəkil tərəfindən imzalanmış kassasiya şikayətini, həmçinin vəkilin orderini məhkəməyə təqdim etmişdir.
14. Lakin iddiaçı, habelə vəkil tərəfindən imzalanmış və Ali Məhkəməyə göndərilmiş kasasiya şikayəti İPM-in 90.3-cü maddəsinə uyğun tərtib edilməmiş, İPM-in 94.2-ci maddəsinin tələb etdiyi kimi əsaslandırılmamışdır.
15. Kollegiya qeyd edir ki, kassasiya şikayəti verilərkən şikayətin əsaslandırılmış olmasına dair İPM-də təsbit edilmiş normalar elə bir əsaslandırma tələb edir ki, şikayətdən iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərarını nəyə görə qanunsuz və əsassız hesab etdiyini müəyyən etmək mümkün olsun. Sözsüz ki, bu zaman şikayət verənin mövqeyi işin halları ilə əlaqələndirilməli, eləcə də müvafiq ma ddi və prosessual hüquq normalarına istinadlar edilməlidir. Şikayətin əsaslandırılmış olmasına dair tələb heç bir halda belə qəbul edilə bilməz ki, şikayətin dəlilləri məhkəmənin qəbul etdiyi və son nəticədə apellyasiya instansiyası məhkəməsinin qərarının və ya qərardadının ləğvinə gətirib çıxaran dərəcədə əsaslı dəlillər olmalıdırlar. Əgər şikayətdə mübahisə predmeti nəzərə alınmaqla əlaqədar normativ hüquqi aktlara istinadla onların düzgün tətbiq edilmədiyi göstərilmişdirsə, kassasiya şikayətinin əsaslandırılması baxımından həmin şikayət lazımi qaydada əsaslandırılmış şikayət kimi qəbul edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır.
16. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətdə yalnızca ümumi qaydada qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını bildirmiş, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı əsaslandırma əks olunmamış, eləcə də hər hansı maddi və prosessual hüquq normasına əlaqəli şəkildə istinad olunmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən qanunsuz qərar və ya qərardad qəbul edildiyinin bildirilməsi, eləcə də ümumi qaydada iddianın əsaslı olduğunun göstərilməsi şikayətin əsaslandırılmış olduğu anlamına gəlməz. Şikayətdə qanunsuzluğun nədən ibarət olduğu konkret şəkildə bildirməli, həmçinin işin halları ilə əlaqələndirməklə məhkəmənin yol verdiyi maddi və prosessual hüquq normalarının pozuntularının nələrdə ifadə olunduğuna dair mövqe aydın şəkildə təsvir edilməlidir. Göstərilən mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti lazımi qaydada əsaslandırılmış şikayət hesab oluna bilməz.
17. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.