Məhkəmə qərarları › İş №2-1(102)-1241/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1241/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1241/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib olunması və dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pub lik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib olunması və dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-482/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəs., Xətai küçəsi, döngə 9, 1 №-li evdə yaşayan vətəndaş İddiaçı ərizə ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş edir. Ərizəyə əlavə olunmuş sənədlərdən (RMKTB-nin xx.xx.2018-ci il tarixli, 109 №-li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə istinad edərək M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitarıya vəziyyətinə nəzarəti təmin etməsinin tapşırılması, sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsinin vətəndaş İddiaçı tövsiyə olunması qərara alınmışdır.

2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 12 iyul 2017-ci il tarixli tikinti obyektinin istismarına icazənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tikinti obyektinin ümumi sahəsi 20,1 kvm., ümumi torpaq sahəsi 28,8 kvm., mərtəbə sayı 1, ümumi tikinti həcmi 72,0 kvm.-dir. Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 16 iyul 2017-ci il tarixdən Mirəli Qaşqay küçəsi 97 ünvanda yerləşən qeyri-yaşa yış sahələrinin istismarına icazə verilmişdir

3. Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 97 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 2018-ci il tarixli eskiz layihəsinin surətindən görünür ki, tikintinin sahəsi 28,8 kvm., ümumi sahəsi 20,1 kvm., torpaq sahəsi 0.00288 kvm.-dən ibarətdir. Eskiz layihə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.

4. Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli istismar yığımı müqaviləsinin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən 4 kvm. sahəyə görə istismar yığımı ilə bağlı (İstismar yığımı 4,0 kvm. x 0.60=2,48 manat) müqavilə bağlanmışdır.

5. Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış xx.xx.2018- ci il tarixli istismar yığımı müqaviləsinin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən 24,0 kvm. sahəyə görə istismar yığımı ilə bağlı (İstismar yığımı 24,0 kvm. x 0.60=14.40 manat) müqavilə bağlanmışdır.

6. Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 53 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, M.Qaşqay 97-də yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 53/109 saylı müqaviləyə əsasən vətəndaş İddiaçı istifadəsindədir. Qanuni sahibidir və 53 saylı MKİS-in balansındadır. Qeyri-yaşayış sahəsilə bağlı bütün kommunal xidmətləri İddiaçı ödəyir. Nərimanov rayon İcra Hakimiyyətinin 282 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənə dləşdirilməsinə icazə verilib.

7. İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı istifadəsində olan sahə Birliyin balansında olan 1981-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.

9. İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində h üquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 97 ünvanında yerləşən ona məxsus qeyriyaşa yış sahəsinin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təqdim olunmuş layihəyə uyğun olaraq onun adına sənədləşdirilməsinə icazə verilmiş, mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli qərarı ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Əri zəyə 2018-ci il tarixli eskiz layihəsini, baş planı, o cümlədən qeyri-yaşayış sahəsinin plan sxemini əlavə edir. Qanuni mülkiyyət hüququ əsasında sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müvafiq ərizə ilə müraciət olunmuş, lakin cavab olaraq göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş, həmçinin qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Hesab edir ki, İdarənin bu imtinası tam ədalətsiz, qanunsuzdur. Belə ki, göründüyü kimi ona aid olan bütün hüquq müəyyənedici sənədlər lazımı qaydada cava bdeh inzibati orqana təqdim olunmuş, qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədinin isə iddiaçıdan tələb olunması qanunun tələbinə ziddir.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətlə ri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə istinadən onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdeh in zibati orqanın onun müraciətini təmin etməməsi qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-482/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kass asiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

20. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

21. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik mara qlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

22. Daha sonra məhkəmə öz qərarında göstərmişdir ki, “Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış müqavilələr isə “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq mənzil fondunun saxlanılması üçün istismar yığımı barədədir.”

23. Lakin bu zaman məhkəmə iddiaçının uzun müddət əmlakdan heç bir dövlət orqanının müdaxiləsi olmadan maneəsiz və şəksiz istifadə etməsini, şəxsin əmlaka gözlənti ilə mülkiyyət hüququnun olmasını, iddiaçının uzun illərdir ki əmlakdan maneəsiz istifadə etməsini və iqtisadi maraqlarının mahiyyət etibarı ilə mülkiyyət hüququna bərabər tutulmasını nəzərə almamışdır.

24. İşdən göründüyü kimi M.Qaşqay 97-də yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2009cu il tarixli, 53/109 saylı müqaviləyə əsasən vətəndaş İddiaçı istifadəsindədir. Qanuni sahibidir və 53 saylı MKİS-in balansındadır. Qeyri-yaşayış sahəsi ilə bağlı bütün kommunal xidmətləri İddiaçı ödəyir. Nərimanov rayon İcra Hakimiyyətinin 282 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilib, İddiaçı istifadəsində olan sahə Birliyin balansında olan 1981-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.

25. İddiaçı həmin əmlakı maneəsiz və şəksiz idarə edir, onun q anuni istifadəsində və sahibliyindədir.

26. Xüsusi ilə vurğulayır ki, iddiaçının istifadəsində olan 24 kv.m sahə 9 mərtəbəli yaşayış binasının altında yerləşir. Bu işdə olan arayışından bir daha təsdiq olunur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə...” Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyy ən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa b orcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASİYASİ MƏHKƏMƏSİNİN NÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmi ş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eyn ilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı işdə iddiaçının hüquqi marağı Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 97 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlıdır.

37. İşin hallarına əsasən, M.Qaşqay 97-də yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2009cu il tarixli, 53/109 saylı müqaviləyə əsasən vətəndaş İdd iaçı istifadəsindədir. Qanuni sahibidir və 53 saylı MKİS-in balansındadır. Qeyri-yaşayış sahəsilə bağlı bütün kommunal xidmətləri İddiaçı ödəyir. Nərimanov rayon İcra Hakimiyyətinin 282 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilib, İddiaçı istifadəsində olan sahə Birliyin balansında olan 1981-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.

38. Nəzərə alınmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsi 2013-cü ilin yanvar ayının 1-dən sonra inşa edilmişdir.

39. Bununla bağlı maddi hüquq normalarının tələbinə görə, 2013-cü ilin yanvar ayının 1-dən sonra inşa edilən tikililərə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatı üçün dörd sənədin möv cudluğu tələb olunur: 1.tikintinin aparıldığı torpaq sahəsinə hüququ təsdiq edən sənəd və torpaq sahəsinin planı və ölçüsü; 2. tikintiyə icazə verilməsi barədə qərar; 3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4.tikinti obyektinin istismarına icazə sənədi...”

40. Lakin iddiaçının təqdim etdiyi sənədlər isə:

1. Qeyri-yaşayış sahəsinin 2018-ci ildə layihəçi “SinLine» MMC tərəfindən tərtib olunaraq üzərinə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin «sənədlər üçün» dairəvi möhürü vurulmuş və imza (kimliyi qeyd olunmamışdır) qoyulmuş eskiz layihəsi;

2. «Tikinti obyektinin istismarına icazə sənədi (№ 19; xx.xx.2017); 3.«Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında» Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2018-ci il t arixli 282 №-li sərəncamıdır.

41. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə qanunla müəyyən edilən sənədlərdən – iddiaçıda qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi üzərində hüququnu təsdiq sənəd, həmin torpaq sahəsinin planı və ölçüsü, habelə, tikintiyə icazə sənədi mövcud deyildir.

42. Eyni zamanda məhkəmə tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, iş materialları ilə iddiaçının qeyd olunan dəlilləri öz təsdiqini tapmır. Belə ki, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş eskiz layihəsinə, eləcə də, hazırkı mərhələdə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi, mübahisəli «daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən qe yriyaşayış sahəsi 28,8 kv m torpaq sahəsində yerləşir və sahələri 6.365 kv.m və 12,150 kv.m-dən ibarət olan otaqlardan ibarət olmaqla, 9 mərtəbəli yaşayış binasına bitişik, lakin kənar torpaq sahəsində yerləşir. (Eskiz layihədə 1,482 kv m s/q kimi qeyd olunan sahə də mövcuddur. Həmin sahə cavabdehin müayinə aktında 9 mərtəbəli yaşayış binasının məişət tullantıları üçün nəzərdə tutulmuş sahə kimi təsbit olunmuşdur).

43. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə əlavə olunmuş iddiaçının istinad etdiyi – “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 282 №-li sərəncamı isə istər torpağa hüququ təsdiq edən sənədi, istərsə də tikintiyə icazə sənəd ini əvəz edə bilən və onu qarşılayan inzibati akt kimi qiymətləndirilə bilməz. Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.

44. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublıkası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinə əsasən, rayon icra hakimiyyətı başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin, fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsinin tikinti altı torpaq sahəsinə dair sənədi, habelə həmin torpaq sahəsində inşa etdiyi İİ məsuliyyət səviyyəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə sənədi isə ümumiyyətlə yoxdur. Həmin tikilinin istismarına isə icazə sənədi isə müvafiq səlahiyyəti olmayan Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.

46. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması və texniki pasportun tərtib olunması üçün əsaslar mövcud olmamışdır.

47. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-482/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar