Məhkəmə qərarları › İş №2-1(102)-1241/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1241/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1241/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)2996/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021ci il tarixdən ömürlük ikinci dərəcə əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-7292/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi DSMF-nin Bakı şəhəri Xətai ra yon Xidmət Nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışlar da nəzərə alınaraq iddiaçının diqqətinə çatdırılır ki, DSMF-nin Nizamnaməsində əlilliyin müəyyən edilməsi sahəsində hər hansı vəzifəsi və səlahiyyəti müəyyən edilməmişdir və həmin arayışlar hazırkı mübahisənin həllində rəhbər tutula bilməz. Məhkəmə TSERAS-da olan məlumatlarla iddiaçının pensiya işində olan TSEK-də müayinə aktından çıxarışlar arasında uyğunsuzluğun (iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda TSERAS-da əks olunmaması) olması ehtimalını da araşdırmış və müəyyən etmişdir ki, ilkin əlillik təyinatı xx.xx.2007-ci il tarixdə aparılmış, xx.xx.2016-cı il tarixədək hər il 1 il müddətinə uzadılmış, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Göründüyü kimi, i ddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı TSEK-də müayinə aktından çıxarış pensiya işində mövcud deyil. Bu səbəbdən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı olmayan məlumatın da TSERAS-a yerləşdirilməsi cavabdehdən tələb edilə bilməz. Həmçinin iddiaçının pensiya işinin araşdırılması ilə əldə olunan məlımatlar onun dönə-dönə istinad etdiyi həmin arayışların həqiqəti əks etdirməməsi və əsassız olmasını təsdiq etmişdir. Bundan başqa, iddiaçı ona 10 il müddətində fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edildiyini bildirsə də, məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik ilk dəfə 2007-ci ildə təyin edilmiş, sonuncu dəfə onun əlilliyi xx.xx.2016-cı il tarixində 5 il müddətinə uzadılm ışdır. Beləliklə, iddiaçının əlilliyi cavabdeh tərəfindən uzadılarkən sözügedən 10 il tamam olmamışdır. Belə olan halda, cavabdeh orqan da haqlı olaraq əlilliyi müddətsiz yox, 5 il müddətinə təyin etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2996/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş ömürlük ikinci dərəcə əlillik statusunun xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətlərinə cavab olaraq, onun əlillik mü ddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra barəsində ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə yeni göndəriş daxil olmadığı, sözügedən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə onun əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. İddiaçının, sonradan isə məhkəmə sorğusuna əsasən inzibati orqanın təqdim etdiyi “Əlillik” altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən bir illik müddətə ikinci dərəcə əlillik təyin olunmuş, sonradan həmin əlillik eyni diaqnozla hər il bir il müddətinə artırılmaqla 2016-cı ilə qədər davam etmiş, 2016-cı ildə eyni diaqnozla ikinci dərəcə əlillik 5 il müddətinə verilmiş, həmin əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmişdir. Cavabdeh iddiaçıya xx.xx.2007-ci il tarixdə təyin olunmuş əlilliyin “Əlillik” altsistemində öz təsdiqini tapmadığı üçün onun müraciətinin təmin olunmasından imtina etmişdir.

6. Göründüyü kimi, iddiaçıya 2007-ci ildən eyni diaqnoza görə təyin edilmiş ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 ildən çox davam etmişdir. “Əlillik” altsistemindən çıxarışa əsasən iddiaçıya ikinci dərəcə əlillik müddətsiz verilmişdir. Bu fakt Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə verilmiş arayışlarla da təsdiq olunur. Belə ki, həmin arayışların məzmununa görə, iddiaçı 021677 nömrəli pensiya işi üzrə ikinci qrup əlilliyə görə ömürlük pensiya alır. Hazırkı vəziyyətdə iddiaçı ona ikinci dərəcə əlilliyin “müddətsiz” verildiyinə istinad edərək həmin əlilliyinin bərpa olunmasını tələb edir. Lakin cavabdeh qurum iddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdə bitməsinə istinad edərək onun bərpasının mümkün olmadığını bildirir. İddiaçının uzun illərdir (10 ildən artıq fasiləsiz olaraq) davam edən xəstəliyi ilə bağlı ona xx.xx.2016-cı ildə 5 il müddətinə verilmiş ikinci dərəcə əlillik xx.xx.2021-ci il tarixədək qüvvədə olsa da, altsistemdən çıxarışa əsasən onun əlilliyi 2007-ci ildən “müddətsiz” kimi qeyd olunmuş, lakin xx.xx.2021-ci ildə bu faktlar nəzərə alınmadan iddiaçının əlilliyi qiymətləndirilərkən onun “müddətsiz” əlilliyi bərpa edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş tibbi sənədlər, tibbi göstərişlər və bütün xəstəlik məlumatları, o cümlədən xəstəliklər və ağırlaşmalar tam olaraq araşdırılmamış, altsiste mdəki “müddətsiz” əlillik təyin olunma faktı da nəzərə alınmamış və nəticədə müvafiq əlilliyin bərpasının mümkünlüyü formal yoxlanılaraq inzibati orqan tərəfindən öz səlahiyyətlərindən irəli gələn vəzifələr lazımi qaydada icra edilməmişdir.

7. Cavabdeh orqan iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı ildə 5 il müddətinə verilmiş ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, altsistemdən çıxarışa əsasən (həmin çıxarışdakı məlumatlar cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur) iddiaçının ikinci dərəcə əlilliyinin “müddətsiz” olduğunu, xx.xx.2021-ci il tarixdə müalicə həkimi tərəfindən doldurulmuş ambulator kitabçadan çıxarışda qeyd olunan məlumatları, tibbi göstərişlərə görə iddiaçıda uzun illər mövcud olan, eyni diaqnozla 10 ildən artıq fasiləsiz müddətdə xəst əliyinin, onun ağırlaşmalarının davam etdiyini nəzərə alaraq həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına görə ikinci dərəcə əlilliyin ona yenidən “müddətsiz” verilməsini təmin etməli idi. İddiaçının tələbinin onun ikinci dərəcə əlilliyinin “xx.xx.2021-ci il tarixdən” bərpa olunması məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçının müddətsiz əlilliyi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslandırmaya görə cavabdeh qurumun üzərinə iddiaçının müddətsiz olan ikinci də rəcə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpası vəzifəsi qoyulmalıdır.

8. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyat a keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq ed ildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasi ya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə koll egiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparma ğa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsas ında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

13. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsip lərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2134 /2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1353/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2692/2023 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-113/2025 nömrəli qərarları).

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli o lmuşdur.

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) möv cudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2996/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar