Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1242/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdeh xxxna qarşı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3756/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2018 və 01 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın tətbiq edilərək, artan pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 31 may 2023-ci il tarixli 2-1(1 12)-2000/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3756/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti, eləcə də ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırış la bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə da ir tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə mini r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
8. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. (i.v. 2-ci cild, səh 30). Lakin həmin qərardan kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) ay müddəti keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
10. İddiaçı müddətin bərpası barədə ərizədə yataq xəstəsi olduğu ilə əlaqədar kassasiya şikayətini bir neçə gün gecikdirdiyini bildirmişdir.
11. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
12. Hazırkı mübahisəyə münasibətdə iddiaçının ərizədə göstərilənlər ilə bağlı, yəni xəstəliyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.
13. Belə olan halda, iddiaçı tərəfindən kassasiya şikayə tinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən onun ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz.
14. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 21(103)-3756/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.