Məhkəmə qərarları › İş №2-1(102)-1243/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1243/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1243/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-734/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir.

2. İddiaçı həmin icra vərəqəsinin ləğv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır.

3. Məhkəmə tərəfindən həmin iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Hazırda icra sənədi ilə bağlı iddia qaldırıldığından və icra sənədi mübahisələndirildiyindən, iddiaçı hesab edir ki, icra hərəkətləri bu işə baxılıb qurtaranadək dayandırılmalıdır.

4. İddiaçı icraatın dayandırılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmişdir. Lakin bu günədək icra hə rəkətləri dayandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı 27 yanvar 2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə iddia tələbinə məhkəmədə baxılıb qanuni qüvvəsini almış yekun qərar qəbul edilənədək həmin icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şəbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X2 qarşı nikahın pozulması və uşağın iddiaçının yanında qalması tələbinə dair iddia qaldırmışdır. B akı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, onlar arasında bağlanmış 12 mart 2015-ci il tarixli nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 2016-cı il təvəllüdlü X3 anası X1 (həmin iş üzrə cavabdeh) himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan müvafiq tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6036/2021 sa ylı iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin iş üzrə 19 mart 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsində məhkəmə aktının nəticə hissəsi aşağıdakı məzmunda qeyd olunmuşdur: tərəflərin birgə nikahı pozulduqdan sonra onların birgə nikahından doğulmuş 30 mart 2016-cı il təvəllüdlü X4 anası X1 himayəsinə verilsin. O, hesab edir ki, həmin icra vərəqə si məhkəmə tərəfindən qanunvrericiliyin tələbləri pozularaq tərtib edildiyindən, ləğv edilməlidir. Bu barədə o, həmin icra vərəqəsinin ləğv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən həmin iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Hazırda icra sənədi ilə bağlı iddia qaldırdığından və icra sənədini mübahisələndirdiyindən hesab edir ki, icra hərəkətləri bu işə baxılıb qurtaranadək dayandırılmalıdır. O, icraatın dayandırılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmişdir. Lakin bu günədək icra hərəkətləri dayandırılmamış, hətta tələbin könüllü icrası haqqında bildiriş və qərar da göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 22 avqust 2022-ci il tarix li, 21(112)-9342/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliyin tələbinə zidd olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə ilə bağlı verilmiş icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanmış icra icraatının dayandırılmasını inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla tələb edir ki, bu da İPM-in 2.1 cə 35.1-ci maddələrinin tələbləri baxımından, iddianın mümkün sayılmasını istisna edir

9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-9342/2022 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata götürülməsini xahiş etmişdir. b) apellyasiya i nstansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.Ə.Baxışov) 2-1(103)-734/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-9342/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddia tələbin in məzmunu ilə oxşardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olara q məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Kollegiya hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. M ümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. B elə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara da ir işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

25. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

26. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələ rinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda, icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə, tələbkarın müvafiq xahişi olduqda.

27. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda.

28. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır.

29. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.

30. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyat a keçirilir.

31. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir.

32. Həmin Qanunun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

33. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra qanunvericiliyi icraatın dayandırılması üzrə “məcburi” və “mümkün” olan halları ayrılıqda müəyyən edir. Qanunvericilik həmçinin nəzərdə tutur ki, icraatın d ayandırılmasının “məcburi” halları üzrə icra məmuru tərəfindən bu barədə qərar, “mümkün” halları üzrə isə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında müvafiq məhkəmə tərəfindən akt qəbul olunmalıdır. Lakin hazırkı iş üzrə İddiaçı yuxarıda qeyd olunanlara zidd olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə ilə bağlı verilmiş icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanmış icra icraatının dayandırılması üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Bu isə, İPM-in 2.1 və 35.1-ci maddələrinin tələbləri baxımından, iddianın mümkün sayılmasını istisna edir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayət i təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-734/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar