Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1243/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarə sinə qarşı (üçüncü şəxslər- Əmlak Məsələləri Dövlət Xidməti, Zaqatala rayon Əliabad Bələdiyyəsi, X5) “torpaq sahəsinə hüququn dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X8 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-500/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad qəsəbə sakini X10 alqı-satqı yolu ilə satılmış və X15 kitabında xx.xx.2009cu il tarixdə 44 nömrə ilə uçota alınaraq N seriyalı 254007 nömrəli “Torpaq sahəsinin pla nı və ölçüsü” sənədi işlənmişdir.
2. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı hazırkı məzmunda ərizə ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Məsələnin daha dəqiq araşdırılması üçün qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olubolmamasına münasibət bildirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə xx.xx.2022-ci il tarixli ********** saylı məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və həmin torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə ad olduğu bildirilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və ona Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müraciət etməsini tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X10 alqı-satqı yolu ilə satılmış və X15 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin TEKUİS elektron baza məlumatlarında düzəliş edilməsi və həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq X8 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-1908/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Əliabad Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin Zaqatala rayonu Əliabad qəsəbə sakini X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçının əsaslandırması:
8. İddia onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad kənd sakini X10 0,18 ha istifadəsində olan torpaq sahəsinin satılması qərar alınmış, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin və DTXK Zaqatala rayon şöbəsinin müsbət rəyi nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid olması, yaşayış məntəqələri hüdudları daxilində yerləşməsi nəzərə alınaraq X1. Qeyd edilən torpaq sahəsinin satılmasına dair alqı-satqı Aktı əsasında torpağın dəyəri bələdiyyənin hesabı na köçürüldükdən sonra torpaq sahəsi X15 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A № 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş, yerquruluşu planı Əliabad Bələdiyyəsi və DTXK Zaqatala rayon şöbəsi tərəfindən möhürlə təsdiqlənərək verilmişdir.
9. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Məsələnin daha dəqiq araşdırılması üçün qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olubolmamasına münasibət bil dirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə 08 iyul 2022-ci il tarixli ********** saylı məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 15 iyul 2022-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və həmin torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə ad olduğu bildirilmişdir. Cavabdehin etirazları:
10. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********49 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mütəxəssis rəyi, arayışlar, arxiv sənədləri: 11. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2 019-cu il tarixli şəhadətnaməyə əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X8 vərəsələri arvadı X14, oğlu X9, oğlu İddiaçı Nürəddin oğlu və qızı X6r. Miras əmlak xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 911,3 ha olan əmlak kompleksi kimi müəssisə və 0,10419 ha torpaq sahəsindən ibarətdir.
12. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1800 kv.m torpaq sahəsi 0,2321 ha olmaqla TEKUİS elektron baza məlumatlarında kat eqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlara və mülkiyyət növü dövlət mülkiyyəti kimi işlənilmişdir. İddiaçının naturada istifadə etdiyi 0,2321 ha torpaq sahəsi hər-hansı bir başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşmür. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəli hüquqları dövlət reyestrində qeydə alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri, koordinatları, yerləşmə vəziyyəti və DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın N.Orucovun adına qeydə alınması tələb olunan 0,18 ha torpaq sahəsinin X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış 286 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin 3 -21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A seriyalı, 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq həmin 286 kv.m hissədə də torpaq sahəsinin qeydə alınması üçün ilk növbədə X5 və onun ailə üzvlərinin adına **********16 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tər tib olunmuş çıxarışı həmin (üst-üstə düşən) hissədə mübahisələndirməli, çıxarışın həmin hissədə ləğvinə nail olduğu təqdirdə 0,18 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir.
14. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X10 alqı-satqı yolu ilə satılmış və X15 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X8 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin X8 adına satılmasına istinad etsə də, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır.
18. Həmçinin işin hallarının araşdırılması zamanı mübahisəli torpaq sahəsi ilə 286 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilən torpaq sahəsinə dair xx.xx.2020ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən də müəyyən edilmişdir ki, X3 xüsusi mülkiyyətində olan, Əliabad qəsəbəsində, eyni ərazidə yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair sözügedən sənədin tərtib olunmasına əsas Zaqatala RİH başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı, yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam hüququnun həyata k eçirilməsi əsası qismində müvafiq icra hakimiyyəti orqanının qərarı çıxış etmişdir.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-500/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilmiş, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X10 alqı-satqı yolu ilə satılmış və X15 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sən ədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1514 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının mərhum atası X8 adına reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu, Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m to rpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəli hüquqları dövlət reyestrində qeydə alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri, koordinatları, yerləşmə vəziyyəti və DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
22. X10 Zaqatala rayonu, Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən 1800 kv.m torpaq sahəsi satılmışdır. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən görünür ki, həmin 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlə rinin adına dövlət reyestrində qeydə alınmış, 08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin 1800 kv.m torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi isə 1514 kv.m təşkil edir (1800-286=1514). İddiaçı da 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X8 adına reyestrdən çıxarış verilməsini xahiş etmişdir.
23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi 1514 kv.m torpaq sahəsinə dair hissədə təmin edilməlidir.
24. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbində qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.
25. Göründüyü kimi, hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahəsi iddiaçının mərhum atası X4 zaman bələdiyyənin mülkiyyətində olmuşdur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır.
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin tələblərinin pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddia tələbində göstərilən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun subyekti də Azərbaycan dövlətidir.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.2-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.4-cü maddəsinin tələbini pozaraq nəzərə almamışdır ki, sözügedən torpa q sahəsi dövlət mülkiyyətinə aid olduğundan onun özəlləşdirilməsi üçün iddiaçı qanunla müəyyən edilmiş qaydada hazırki halda Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci bəndinin tələblərini pozmuşdur. Sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğundan onun barəsində sərəncam vermək səlahiyyətinin Əsasnamə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq-vəzifələrinə aid olduğunu nəzərə almamışdır.
32. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.5-ci maddəsinin tələbini p ozmuş və nəzərə almamışdır ki, iddiaçının həmin torpaq sahəsinə təsdiqləyici sənədləri olsa belə, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan ona dair sərəncam vermək səlahiyyəti hazırki halda Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Buna görə də cavabdeh tərəfindən verilmiş imtina tam əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbini pozmuş və nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qey də alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12.1 və 14.3-cü maddəsinin tələbini pozmuş və nəzərə almamışdır ki, iddia olunan torpaq sahəsi – dürüstləşdirilmiş (TEKUİS) elektron məlumat bazasına əsasən dövlət mülkiyyəti torpaqlarına aiddir. Lakin, kompleks yerquruluşu layihələrinə əsasən sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Kompleks yerquruluşu layihələri isə – torpaq islahatı zamanı texniki qüsurlu, naturaya uyğun gəlməyən qaydada hazırlanmışdır. Bu səbəbdən, bu ziddiyyətli məsələni aydınlaşdırmaq üçün məhkəmə kol legiyası xidməti vəzifəsinə görə araşdırma aparılmalı olduğu halda, aparmamışdır (yəni, əsasnamə ilə hüquq-vəzifələrinə toxunulan Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı müvafiq sorğular göndərilməmişdir və sair).
35. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbini pozaraq inzibati orqanın onun səlahiyyətlərinə aid olmayan məsələnin icrasını həvalə etmişdir. Belə ki, qərarın – “...TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə..” hissəsinin icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Əsasnaməsi” ilə müəyy ən edilmiş idarənin vəzifə və hüquqlarına aid deyildir. b) kassasiya şikayətinə etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 22.2.. Müqavilə və ya dig ər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 38. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
43. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmi şdir ki, iş materiallarında olan DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.
44. Beləliklə, iddia olunan torpaq sahəsi iddiaçının mərhum atası X4 zaman torpaqların idarə olunması sahəsində dövlətin funksiyalarını icra edən DTXK-nın yerli orqanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu təsdiq etmişdir. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0, 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəf indən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
46. Göründüyü kimi Zaqatala rayonu, Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. 47. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
48. İddiaçının əsaslandığı bələdiyyə qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
49. Beləliklə, iddia olunan torpaq sahənin iddiaçının sələfinin mülkiyyətinə qanuni əsaslarla verildiyindən, yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir.
50. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüqu qun ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
51. Normanın məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında çıxarış deyil, arayış verilir. Başqa sözlə, ilk növbədə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı alınmalı, həmin arayış əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, yalnız bundan sonra həmin sənədlər əsasında daşınmaz əmlaka hüquqlar vərəsənin (və ya vərəsələrin) adına qeydə alınmalı və müvafiq çıxarışı verilməlidir.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin üzərinə 1514 kv.m torpaq sahəsinə hüququn mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-500/2023 nömrəli qərarı dəyişdirilir. Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X10 alqı-satqı yolu ilə satılmış və X15 kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə, həmin 1514 kv.m torpaq sahəsinə hüququn mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin ü