Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1244/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və Şəki şəhər İcra Hakimiyyətinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Faiq Ələkbərzadənin cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və Şəki şəhər İcra Hakimiyyətinin iştirakı ilə) qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-198/2021 nömrəli iş üzrə 23.04.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Firuzə Səmədova tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı cavabdehin 06.11.2019-cu il tarixli *** *******93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X3 adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə bi rinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” əsasında Şəki bazarı 1997-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. 2001-ci ildə həmin bazar açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. O, 2001-ci ilin aprel ayının 10-da "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilmiş və həmin vəzifədə 2010-cu ilin may ayının 7-nə kimi işləmişdir. 2001-ci ilin iyun ayının 4-də isə Şəki bazarını “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müstəqil surətdə özəlləşdirmişdir. İdarə heyətinin səd ri seçilən zaman onunla birlikdə səhmdarların sayı 69 olmuşdur. Bazar, ümumiyyətlə, istifadəyə yararsız olmuşdur. Ətrafında 1500 m-lik sahə istifadə olunmamış, həmin ərazilərdə 67 ədəd mağaza olsa da, heç biri bazarın balansında olmamışdır. Bazara müdir təyin olunduqdan sonra 80 mağaza tikdirib bazarın balansına daxil etmişdir. Həmçinin, bazarın balansında olan mağazalarda işləyən hər sahibkarla fərdi qaydada icarə müqaviləsi bağlanmışdır. Sahibkarlar hər biri icarə pullarını bazarın kassasına ödəmişlər. Bazara müdir təyin edildikdən sonra bazarda tikinti, quruculuq işləri aparmış və 194 yeni iş yeri açaraq Şəki camaatını işlə təmin etmişdir. Sonradan bazarın səhmlərinin hamısını almışdır. Şəki bazarına məxsus torpaq da ona aid olmuşdur. Yəni bazarın faktiki sahibi o, olmuşdur. Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə yaxın dostu və qohumu X6 Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin vaxt Firuzənin 22 yaşı olmuşdur. İcra başçısının 01 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmişdir. O, əvvəllər öz şəxsi vəsaiti hesabına orada tikinti işləri aparmışdır. 2008-ci ilin sonlarında artıq bazarın yeni tikintisinin 70%-i hazır olmuşdur. Həmin vaxtdan vəsait çatışmazlığı yaranmışdır. Şəki rayonunda yeni ticarət mərkəzinin tikilməsi barədə xəbərlər yayıldığına görə müxtəlif vətəndaşlar ticarət mərkəzinə baxıb orada t ikinti işlərinin həyata keçirilməsini görərək özlərinə ticarət cərgəsindən yerlər və mağaza icarəyə götürməkdən ötrü ona müraciət etmişlər. Ticarət mərkəzinin tikintisinin tez bir zamanda tamamlanmasına kömək məqsədilə, həmçinin gələcəkdə həmin pul verən şəxslərin bazarda fəaliyyət göstərəcəkləri dövrdə onların icarə haqqından azad olunması şərti ilə onlardan qəbzlə pul qəbul edilmişdir. Bundan başqa vətəndaşların yeni açılacaq bazarın tikilməsi üçün ödədikləri pulların elə hamısı bazarın tikintisinə xərclənmişdir. Beləliklə də vətəndaşların verdikləri pullar ilə tikinti işləri yenidən 2009-cu ilin yay aylarında bərpa edilmişdir. 1800 nəfərlik iş yeri və bütün sənədlər hazır olmuşdur. Lakin bazarın açılmasına icazə verilməmişdir. O, sözügedən torpaq sahəsində dəyəri 300 min manata qədər ol an ticarət cərgələri, qurğu və avadanlıqlar öz vəsaiti hesabına tikdirmişdir. Eyni zamanda bu obyektin sənədləşdirilməsi süni şəkildə problemə çevrilmişdir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Yaxın dostu olan Natiq Səmədov vəfat etdikdən sonra qızı Firuzə kimlərinsə təsiri ilə həmin obyektlərin onun adına rəsmiləşdirməsinə razılıq vermir. X2 adına olan 2 ha torpaq sahəsində toplam 182 ticarət obyektləri inşa etdirmişdir. Qeyd etdiyi kimi Firuzənin həmin zaman 22 yaşı olmuş, həmin 2 ha torpaq sahəsinin harada yerləşməsindən, orada hansı inşaat işlərinin aparılmasından onun xəbəri olmamışdır. 2010-cu il tarixdə həmin yeni bazarın açılışını etmək istəmiş, lakin müəyyən səbəblərdən onun açılışını edə bilməmişdir. 2010-cu ildə həmin yeni bazarın açılışını edə b ilmədikdə vətəndaşlar ona verdikləri (hansı ki, həmin pulları bazarda ticarət cərgələrinin inşasına xərcləmişdir) pulları tələb etdikdə onları qaytara bilməmiş və buna görə də ondan şikayət etmişlər. Nəticədə onun barəsində CM-nin 178.3.2, 179.3.2, 193-1.3.2 və 213.1-ci maddələri ilə cinayət işi başlanılmış və o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək cəzalandırılmışdır. Cəzasını çəkib qurtardıqdan sonra yenidən bazarın açılmasına çalışmış və nəhayət 2016-cı il tarixdə onun açılışını edə bilmişdir. Ümumiyyətlə 2007-ci ildən qeyd edilən yeni bazarın saxlanılması xərci onun tərəfindən qarşılanmışdır. Qeyd edilən hökm həmin torpaq sahəsində inşa edilən tikili və qurğuların onun tərəfindən tikilməsini bir daha sübut edir. Bundan başqa qeyd edi lən 2 ha torpaq sahəsində tikinti işləri aparılması üçün X9 ilə aralarında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu, 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi bağlamış və bu barədə 19 iyun 2006-cı il tarixli aktı təsdiq etdirmişlər. Həmçinin 14 avqust 2015-ci il tarixdə X9 ilə aralarında yuxarıda qeyd edilən razılaşma protokolunu, müqaviləni və aktı özündə cəmləyən müqavilə də bağlamışlar. Həmin müqavilədə cavabdeh X12 şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondunda 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı i lə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını həmçinin, həmin əmlakların ona aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin, yəni onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Bütün bu sənədlər Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə Firuzə Səmədovanın adına Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü 2 ha torpaq sahəsində inşa edilmiş tikililərin, qurğuların və avadanlıqların onun tərəfindən inşa edilməsini sübut edir. Sö zügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Buna görə də həmin əmlakların onun tərəfindən tikdirilməsi hüquqi faktı müəyyən edilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(075)-4127/2018 qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X4 adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfində n tikilməsi hüquqi faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(116)447/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 8.0.9.2, 10.2, 11.1, 15-ci maddələrinə, İPM-nin 34.1-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.05. 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.10.2020-ci il tarixli, 2-1(107)-334/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Mahir Əsədli və İmanverdi Şükürov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərаrının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X4 adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qə rb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlarına İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq və adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 240.1, 243.1, 243.2, 243.3, 712.1.1, 712.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 58.1, 81, 9 9.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 11, 12, 13, 19, 24, 67-ci maddələrinə, İPM-nin 1.2, 14.2, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
8. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(107)-334/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat
9. Ali Məhkəmənin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 21(102)-378/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən tə min edilməsi, apelyasiya instansiyası məhkəməsinin 27.10.2020-ci il tarixli, 2- 1(107)334/2020 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Ali Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, “ işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.” apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli, 21(107)-198/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Gündüz Abbasov) qərarı ilə iddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(116)447/2020 nömrəli qərаrının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X4 adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlarına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınaraq və adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240, 243-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8.0.4-cü-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13, 19, 24, 67-ci maddələrinə, İPM-nin 14.2-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
13. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir.
14. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə X4 adına verilmiş 23 may 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında yüklülük çıxarışı, X5 icarəsində olan torpaq sahəsində tikintiyə icazə verilməsi barədə Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli, 1/240 saylı sərəncamı, ticarət cərgisinin baş memar tərəfindən t əsdiq edilmiş layihəsi, tikintisi başa çatmış obyektin X4 adına istismara qəbul aktı, ticarət cərgisinin X4 adına rəsmiləşdirilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 27 yanvar 2010-cu il tarixli, 1/12 saylı sərəncamı, X5 qarşı Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən qeyri-yaşayış binasının (ticarət cərgisinin) İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi barədə Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(075)4127/2018 saylı qətnaməsi, cavabdeh X9 tərəfindən Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(075)-4127/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi barədə Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(107)684 saylı qətnaməsi, cavabdeh X9 tərəfindən Şəki Apelyasiya Məhkəməsini n 05 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(102)-4942 saylı qətnaməsi vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqular dövlət qeydiyyatına alınmalıdır.
15. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mü lkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, planci zgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
18. Göründüyü kimi, torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan bütün sənədlər X4 adınadır və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgisinin) İddiaçı tərəfindən inşa edilməsi faktı müəyyən edilmişdir, bu isə yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən tələb olunan sənə dləri əvəz etmir.
19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(107)-198/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
20. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə qərarı iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, işdə olan 23.05.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsi 20 il müddətinə X5 icarəyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz ə mlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləs inə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüq uqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8- ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daş ınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Hesab edir ki, hazırkı halda iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşa yış sahəsinin ona aid olmasına dair heç bir sənəd yoxdur. Məhkəmə qərarları ilə Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. Şəki rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli qətnaməsi yuxanda sadalanan qanunvericiliyin normalarına əsasən tələb olunan sənədləri əvəz etmir.
21. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(107)198/2021 nömrəli qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndəriməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyəti tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
24. Məhkəmə iclasında işt irak edən iddiaçının vəkili F.Ələkbərzadə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili F.Ələkbərzadənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
26. İşdə iştirak edən şəxslər məhkəmə iclasının v axtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
29. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hes ab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
32. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsini n 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıl ır. 35. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
36. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs.
37. Beləliklə yuxarıda göstərilən prosessual və maddi hüquq normalarından göründüyü kimi, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ bütün fiziki və hüquqi şəxslərə məxsusdur. (MPM-nin 4.1-ci maddəsi).
38. Bununla belə, iddiaçı iddia ərizəsində onun iddiasının məhkəmə tərəfindən mümkün hesab edilməsi üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
39. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, inzibat orqanın imtinasının əsası ondan ibarət olmuşdur ki, təqdim edilən sənədlərin torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər X4 adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgəsinin) İddiaçı tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2.0 ha torpaq sahəsinə X4 adına verilmiş 23 may 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli yüklülük çıxarışı ləğv edilərək, icarə müqaviləsinin İddiaçı ilə bağlanılması öhdəliyinin Şəki şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun İddiaçı adına tanın araq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.
40. Apelyasiya məhkəməsi iş üzrə belə qənaətə gəlmişdir ki, cavabdeh orqan mübahisə predmeti olan Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X4 adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində iddiaçının adına mülkiy yət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi olduğu halda bunu etməmiş, nəticədə imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, X1 fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının İddiaçı həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, X1 fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrıl mış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Bundan başqa, Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə İddiaçı arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan X7 müqavi lə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsind ə olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür.
41. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.11.2018-ci il tarixli 2(075)- 4127/2018 nömrəli qətnaməsi ilə, idd iaçının Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2016-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh X4 adına Şəki şəhəri S.Sümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir.
42. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2016-cı il tarixli 1/110 sərəncamı ilə X4 adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət fondunun 20 il müddətinə sahibkarl ıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 hektar torpaq sahəsi icarəyə verilmiş, həmin sərəncama müvafiq olaraq Şəki şəhər İcra Hakimiyyəti ilə F.N.Səmədova arasında 25.08.2006-cı il tarixdə torpağın icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmçinin torpağın ayrılması barədə akt tərtib edilmiş, eyni zamanda F.N.Səmədovaya sözügedən torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə icazə verilməsi haqqında Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli, 1/240 saylı sərəncam qəbul edilmiş, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində tikilmiş ticarət cərgələrinin F.N.Səmədovanın adına rəsmiləşdirilməsi barədə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən 27.01.2010-cu il tarixli 1/12 saylı sərəncam verilmişdir.
43. Qeyd edilməlidir ki, yuxarıda göstərilmiş faktlar işin təkzibolunmaz h allarıdır.
44. Beləliklə sözügedən torpaq sahəsi ilə və orada tikilmiş tikililərlə bağlı olan bütün rəsmi sənədlər F.N.Səmədovanın adına olmaqla, iddiaçının adına buna dair Şəki şəhər İcra Hakimiyyəti tərəfindən heç bir sənəd mövcud deyildir.
45. Belə olan halda iddiaçının hazırkı iddianın irəli sürülməsi üçün hər hansı subyektiv hüququnun olmaması və qanunla qorunan hüquqlarına toxunulmaması aşkardır.
46. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə gö rə yoxlamalıdır.
47. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanı lması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddia çı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
49. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin ona aid olmasına dair heç bir sənəd yoxdur. Məhkəmə qərarları ilə Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüququ faktı müəyyən edilməsi barədə. Şəki Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olsa da belə iddiaçının adına qeydiyyata alınması üçün qanunvericiliyin normalarına əsasən tələb olunan sənədləri əvəz etmir.
50. Sözü gedən məsələ ilə əlaqədar iddiaçının həmin tikililərin inşa edilməsinə xarclədiyi pul vəsaitinin F.N.Səmədovadan tələb edilməsi hüququ mövcuddur.
51. Belə olan məhkəmə kollegiyası hesab edir kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin və üçüncü şəxs F.N.Səmədovanın kasasiya şikayətləri qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli, 21(107)-198/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.