Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1244/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.07.2022 Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti /VÖEN: **********/) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-17/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 10 dekabr 2004-cü il tarixli, 193 nömrəli sərəncamı ilə Quşçu kənd sakini mərhum X3 28 mart 2003-cü il tarixli 33 nömrəli sərəncama əsasən icarəyə verilmiş 400 hektar qış otlaq sahəsi X1 adına rəsmiləşdirilmişdir.
2. JN-8068 KOD 41000001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən, Şamaxı rayonu, Quşçu kənd sakini X2 cavabdehin 10 dekabr 2004-cü il tarixli 193 nömrəli sərəncamı və 2005-ci il tarixli, 69 nömrəli icarə müqaviləsi ilə Şamaxı rayonu “Cülcə-Quşçu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 400 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir.
3. Cavabdehin 2 oktyabr 2013-cü il tarixli, 94 nömrəli sərəncamı ilə Şamaxı rayonu, Quşçu kənd sakini X4 vəfat etdiyi üçün rayon icra hakimiyyəti başçısının 10 dekabr 2004-cü il tarixli, 193 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmiş, “Cülcə-Quşçu” qış otlaq sahəsindən 400 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Tərəflər arasında torpağın icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli, 15 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, 400 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir.
4. Cavabdehin 7 dekabr 2016-cı il tarixli, Ş-03-1466 nömrəli və 27 fevral 2017-ci il tarixli Ş-03-216 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublik ası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsas lar ləğv olunduğuna görə, 29 noyabr 2016-cı il tarixli 138 nömrəli sərəncama əsasən, icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı 12 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamının və bu sərəncama müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış torpağın icarəyə verilməsi barədə 02 oktyabr 2013-cü il tarixli icarə müqaviləsinin qüvvədən düşməsinə dair qərarların ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onunla bağlamış olduğu icarə müqaviləsini birtərəfli qaydada ləğv etməklə torpaqdan istifadə ilə bağlı hüquqlarını və qanuni mənaf elərini pozmuşdur. Ləğv olunmasını tələb etdiyi sərəncamın məzmunundan göründüyü kimi, bu sərəncamla təkcə onun deyil, fermer kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlarla digər fermer təsərrüfatı sahiblərinin də hüquqları pozulmuşdur. Belə ki, o, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət istiqaməti heyvandarlıqdır. Cavabdehlə bağladığı müqaviləyə müvafiq olaraq, uzun müddətdən bəri Şamaxı rayonunun inzibati ərazisinə daxil olan “Padar” massivində 400 ha torpaq sahəsini, ona aid olan çoban evləri, qoyun və quzu tövlələrinə malik torpaq sahəsini icarəyə götürmüşdür. Artıq bu torpaq sahəsi 10 ildən artıqdır ki, onun istifadəsindədir. Həmin torpaqlarda heyvandarlıqla məşğul olmaq və onu inkişaf etdirmək üçün infrastrukturlar yaratmış, tikintilər həyata keçirmişdir. Bütün bunlarla yanaşı, dekabr ayının əvvəllərində cavabdehin müvafiq strukturlarından, istifadəsində olan torpaq sahəsinin geri alınmasına dair xəbərdarlıq məktubu almışdır. Halbuki, onunla bağlanmış və qüvvəyə minmiş icarə müqaviləsi mövcuddur. Bu müqaviləyə etimad göstərdiyi üçün həmin torpaq sahəsinə xeyli miqdarda vəsait xərclənmişdir.
7. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qaba qcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, cavabdehin 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə üçüncü şəxsin icarəsindədir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 7 avqust 2019-cu il tarixli, 2-1(085)760/2019 nömrəli qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia tələbi rədd edilmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2-1(105)-694/2019 nömrəli qərardadı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, N.M.Nəsibov və Z.İ.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqti sadi Məhkəməsinin 7 avqust 2019-cu il tarixli, 2-1(085)- 760/2019 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
11. Sumqayıt İnzibati Məhkəməsinin 6 fevral 2020-ci il tarixli, 2-1(118)-672/2020 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Məhkəməyə təqdim edilmiş 29 noyabr 2016-cı il tarixli 138 nömrəli sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olu nması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar qış otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı və 15 mart 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürülərək, sərəncama əlavə edilən siyahıd a qeyd edilən – Şamaxı rayon “Padar” massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890.42 hektar olmaqla 1 nömrəlidən 348.0 hektar, 2 nömrəlidən 695.0 hektar, 3 nömrəlidən 254.0 hektar, 4 nömrəliden 1421.42 hektar, 5 nömrəlidən 787.0 hektar, 9 nömrəlidən 1625.0 hektar, 10 nömrəlidən 1873.0 hektar, 12 nömrəlidən 1120.0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223.0 hektar, 18 nömrəlidən 185.0 hektar, 19 nömrəlidən 1799.0 hektar, 20 nömrəlidən 799.0 hektar, 21 nömrəlidən 531.0 hektar, 22 nömrəlidən 1078.0 hektar və 23 nömrəlidən 1255.0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir.
13. İddiaçı iddia tələb inin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli 15 saylı müqavilənin ləğv edilməsinə əsas olmuş cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-97/2021 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qış otlaq sahəsi kimi iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı dəyişdirildiyindən, cavabdehin qəbul etdiyi inzibati akt (sərəncam) qanuni və əsaslı olmuş, cavabdeh tərəfindən qanun pozuntusun a yol verilməmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə, həmin torpaq sahələrinin əkinçilik məqsədi ilə eyni şəxslərin istifadəsinə verilib-verilməməsi icarəyə verənin mülahizəsinə aid olduğundan icarəyəverən buna məcbur edilə bilməz.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-17/2022 nömrəli qərarı (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-97/2021 nömrəli qərarı dəyişdirilmədən saxlan ılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının icarəsinə verilmiş 400 ha Cülcə-Quşçu qış otlaq sahəsinə dair bağlanmış icarə müqaviləsi, cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş, həmin torpaq sahəsinin hamısının təyinatı dəyişdirilmişdir. Belə olan halda, sərəncama əsasən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanmasına əsas olmamışdır. Torpaq sahəsinin hərhansı hissəsi əkin dövriyyəsinə cəlb edilməsəydi, o zaman, iddiaçı ilə yenidən həmin hissəyə dair icarə müqaviləsi bağlana bilərdi. Hazırkı halda, cavabdeh inzibati orqan qanunun tələblərini g özləmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçı hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndi, “Torpaq icarəsi haqqında” Qanunun 13 və 31ci maddələrinin tələblərinə riayət edilməmiş və düzgün qiymət verilməmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi 15 nömrəli sahədə yerləşir və həmin sahə barəsində cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamında heç bir göstəriş yoxdur. Lakin bu hala məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa, analoji iş üzrə cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 say lı sərəncamı həmin iş üzrə iddiaçı X5 tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(105)-42/2018 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ləğv olunaraq iddia təmin edilmişdir. Həmin analoji iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi eyni nömrəli sahədə yerləşir. Lakin analoji iş üzrə iddia təmin olunmuş və həmin qərar qanuni qüvvəsini almışdır. Buna baxmayaraq hazırkı iddia tələbi əsassız və qanunsuz olaraq həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində təmin edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia m ümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Belə ki, hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, cavabdehin 2 oktyabr 2013-cü il tarixli 94 nömrəli sərəncamı ilə “Cülcə-Quşçu” qış otlaq sahəsindən 400 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və bununla bağlı, torpağın icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli 15 nömrəli müqavilə bağlanmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə c əlb edildiyi üçün təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi ilə əlaqədar olaraq 29 noyabr 2016-cı il tarixli 138 nömrəli sərəncama əsasən icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur.
27. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə əsas, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı olmuşdur.
28. İş materiallarında olan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torp aq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün 14890.42 hektar qış otlaq sahəsinin (o cümlədən, 1 nömrəlidən 348.0 hektar, 2 nömrəlidən 695.0 hektar, 3 nömrəlidən 254.0 hektar, 4 nömrəliden 1421.42 hektar, 5 nömrəlidən 787.0 hektar, 9 nömrəlidən 1625.0 hektar, 10 nömrəlidən 1873.0 hektar, 12 nömrəlidən 1120.0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223.0 hektar, 18 nömrəlidən 185.0 hektar, 19 nömrəlidən 1799.0 hektar, 20 nömrəlidən 799.0 hektar, 21 nömrəlidən 531.0 hektar, 22 nömrəlidən 1078.0 hektar və 23 nömrəlidən 1255.0 hektar) əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilmişdir.
29. Cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqc ıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı və 15 mart 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürülərək, sərəncama əlavə edilən siyahıda qeyd edilən – Şamaxı rayon “Padar” massivində yerləşən qış otlaq sahə lərindən ümumilikdə 14890.42 hektar olmaqla 1 nömrəlidən 348.0 hektar, 2 nömrəlidən 695.0 hektar, 3 nömrəlidən 254.0 hektar, 4 nömrəliden 1421.42 hektar, 5 nömrəlidən 787.0 hektar, 9 nömrəlidən 1625.0 hektar, 10 nömrəlidən 1873.0 hektar, 12 nömrəlidən 1120.0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223.0 hektar, 18 nömrəlidən 185.0 hektar, 19 nömrəlidən 1799.0 hektar, 20 nömrəlidən 799.0 hektar, 21 nömrəlidən 531.0 hektar, 22 nömrəlidən 1078.0 hektar və 23 nömrəlidən 1255.0 hektar torpaq sahəsinə dair icarə müqavilələri və həmin müqavilələrə aid rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir. Heyvandarlıqla məşğul olan icarədarların istifadələrindəki torpaq sahələrinin əkin dövriyyəsi nə cəlb olunmayan hissəsinə yenidən icarə müqaviləsinin bağlanması, icarə müqavilələri qüvvədən düşmüş icarədarlara bildirişin göndərilməsinin RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağamustafa Vahidova tapşırılması, əkin dövriyyəsinə cəlb edilmiş 14890.40 ha torpaq sahəsinin sərhəd hüdudlarının göstərilməsi və mərz nişanlarının qoyulmasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin 16 saylı Şamaxı Layihə-Tədqiqat İdarəsinə tövsiyə edilməsi qərara alınmışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamının qanuniliyinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının istifadəsində olan torp aq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamının və cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 nömrəli Sərəncamının əhatə dairəsinə düşdüyü, başqa sözlə, sözügedən sərəncamlara əsasən təyinatı dəyişdirilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb - düşməməsi müəyyən edilməlidir.
31. İşə baxan aşağı instansiya məhkəmələri bununla bağlı müəyyən hərəkətlər etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin işin hallarının araşdırılması ilə bağlı xidməti vəzifəsi tam icra edilməmişdir.
32. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikasının Nazirlər K abinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı sərəncamı ilə Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədilə təyinatı dəyişdirilmiş torpaq sahələrinin Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 94 saylı sərəncamı ilə Cülgə-Quşçu adlı qış otlaq torpaq sahəsindən ayrılmış 400 ha torpaq sahəsinə aiddiyyətinin olubolmamasına dair məlumatın məhkəməyə təqdim olunması xahiş edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü) təqd im edilmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır.
33. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli məktubu ilə Əmlak Məsələləri Dövlət Xidmətindən aşağıdakı suallar barədə rəy verilməsi xahiş olunmuşdur: - “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8063 nömrəli (əslində JN-8068 nömrəlidir, texniki səhv olaraq belə yazılıb-qeyd Ali Məhkəməyə aiddir) şəhadətnaməyə, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 94 saylı sərəncamına əsasən, 15 il müddətinə iddiaçının icarəsinə ayrılmış 400 ha Cülgə-Quşçu adlı qış otlaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 154 saylı sərəncamı ilə üçüncü şəxsin icarəsinə ayrılmış 14890.42 ha torpaq sahəsinin döngə nöqtələrinin korrdinatları üst-üstə düşürmü? Üst-üstə düşdüyü təqdirdə, həmin hissənin dəqiq ölçüsü müəyyən edilsin və bu barədə, torpaq sahəsinin planı tərtib edilsin. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s nömrəli Sərəncamı ilə Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş torpaq sahələri və Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 94 saylı sərəncamı ilə CülgəQuşçu adlı qış otlaq sahəsindən ayrılmış 400 ha torpaq sahəsi üst-üstə düşürmü? Üstüstə düşdüyü təqdirdə, həmin hissənin dəqiq ölçüsü müəyyən edilsin və bu barədə, torpaq sahəsinin planı tərtib edilsin.
34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadast rı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 08/176 nömrəli arayışda bildirilmişdir ki, iş materiallarında təqdim olunmuş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8063 nömrəli (kod ********) şəhadətnamədə koordinatlar və dəqiq ölçülər olmadığından, həmçinin Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 94 saylı sərəncamına əsasən, “Cülgə-Quşçu” qış otlaq sahəsindən 15 il müddətinə İddiaçı icarəsinə ayrılmış 400 ha torpaq sahəsinə dair koordinatlar və dəqiq ölçülər olmadığından mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
35. Sumqayıt Apellyasiya Məhkəməsinin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda iddiaçının icarə sində olan 400 ha sahədən ibarət Cülcü-Quşçu qış otlaq sahəsinin hansı hissəsinin əkin dövriyyəsinə cəlb edilərək üçüncü şəxsin icarəsinə verilməsi barədə, həmçinin əkin dövriyyəsinə cəlb edilməyən hissəsi vardırsa, həmin hissəyə dair cavabdehin xx.xx.2016-cı il tarixli 138 saylı sərəncamının 2-ci bəndinə əsasən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatın verilməsi xahiş olunmuşdur.
36. Cavabdehin xx.xx.2022-ci il tarixli Ş-06-53 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s nömrəli Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyin atı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, cavabdehin xx.xx.2016-cı il tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. İddiaçının icarəsində olan 400 ha Cülgə-Quşçu otlaq sahəsi bütünlüklə əkin dövriyyəsinə cəlb olunmuşdur və hazırda həmin sahə üçüncü şəxsin icarəsindədir.
37. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərdə koordinatlar və dəqiq ölçülər olmadığından, təyinatı dəyişdirilmiş torpaq sahəsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin m üəyyən edilməsi mümkün olmamışdır.
38. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iş üzrə tərəflərin (iddiaçının, cavabdehin və üçüncü şəxsin) və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakı ilə yerli baxış keçirməli, iddiaçının faktiki isifadəsinə verilmiş torpaq sahəsinin koordinatları və ölçüləri mütəxəssis tərəfindən müəyyən edilməli, daha sonra isə həmin koordinatlar əsasında, iddiaçıya məxsus torpaq sahəsi ilə təyinatı dəyişdirilmiş torpaq sahəsinin üstüstə düşüb-düşməməsi müəyyən edilməlidir.
39. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə Şamaxı rayon “Padar” massivində yerləşən bəzi torpaq sahələrinin (1-5, 9-10,12-13, 16,18-23 saylı) təyinatı dəyişdirilmişdir. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin həmin sahələrdə yerləşib-yerləşməməsi də müəyyən edilməlidir. Kassasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin 15 nömrəli sahədə yerləşdiyi bildirilsə də, bu halı təsdiq edən sübut iş materiallarında olmadığından, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından bununla bağlı müvafiq araşdırma aparmalıdır.
40. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbinin mümkünlüyü məsələsi də araşdırılmamışdır.
41. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İddia tələbinin əsaslandırılmasından, o cümlədən iddiaçıya müxtəli f orqanlardan tərəfindən ünvanlanan məktublardan (iş v.1718;22;27-28;30;32-34;36-37) iddiaçının 2017-2018-ci illərdə mübahisələndirilən sərəncamdan və onun məzmunundan xəbərdar olması müəyyən olunur. Belə olan halda, hazırkı iddia tələbinin mümkünlüyü məsələsinə İPM-nin 38.1-ci maddəsi baxımından qiymət verilməlidir.
42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipi pozulduğundan, iş üzrə əhəmiyyətli hallar hərtərəfli araşdırılmadığından, iddianın mümkünlüyü məsələsi qiymətləndirilmədiyindən, məhkəmənin iş üzrə nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-17/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.