Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1244/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki paspo rtun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2ci mərtəbəsində yerləşən, ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-1072/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 27 may 2022ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 128,5 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İş kassasiya instansiyasına daxil olduqdan sonra kassasiyanın mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-279/2023 saylı qərarı 8 fevral 2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 13 mart 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
7. Bu səbəbdən cavabdehə müvafiq məhkəmə bildirişi göndərilməklə prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
9. Ərizədə qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarı elektron kabinetə yerləşdirilərkən texniki nasazlıqlar səbəbindən elektron bildirişdən cavabdeh məlumatlı olmamışdır. Bundan sonra, müvafiq qərar xx.xx.2023-cü il tarixində İdarəyə poçt vasitəsilə daxil olmuş, İdarə tərəfindən inzibati-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şikayətin verilməsi üçün prosessual müddət ötürülmədən kassasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən prosessual müddət üzrlü səbəblərdən ötürüldüyünə görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə qərardad çıxarılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Al i Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və iş üzrə materialları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalı, kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
12. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-279/2023 saylı qərarı 8 fevral 2023-cü il ta rixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 13 mart 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Beləliklə də, kassasiya şikayətinin verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.
13. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Ali Məhkəməyə müraciət edərək, texniki nasazlıqlar səbəbindən elektron bildirişdən məlumatlı olmadığını bildirmiş və buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
14. Bununla belə, qeyd edilən halları təsdiq edən müvafiq sənədlər müddətin bərpası barədə ərizəyə əlavə olunmamış, eləcə də məhkəməyə təqdim edilməmişdir. Halbuki, bu qərarın 10-cu bəndində istinad edilən normanın tələbinə görə, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
15. Həmçinin bu qərarın 10-cu bəndində istinad edilən normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə şikayətin verilməsi müddətinin buraxılmasının cavabdehin təqsirli davranışına bağlı olduğu iş üzrə materiallarla təsdiq olunur.
16. Odur ki, buraxılmış müddətin bərpası barədə ərizə əsassız olduğundan rədd edilməli, bu səbəb dən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(103)-279/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.