Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1245/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qara mühasibat sənədləri əsasında verginin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulm asına görə məsuliyyətə cəlb edilməsi barədə” və “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)16/2022 saylı, 2 mart 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC-də iyul 2015-iyun 2018-ci illəri əhatə edən dövr üçün vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə başa çatmışdır.
2. Vergi yoxlaması nəticəsində xx.xx.2019-cu il tarixli, **********161557 saylı səyyar vergi yoxlaması a ktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 iyun 2020-ci il tarixli **********185923 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında vergi orqanı tərəfindən İddiaçı MMC-yə əsas borc üzrə 900108,68 manat, maliyyə sanksiyası üzrə 3030942,48 manat vergi borcu hesablanmışdır.
3. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********442100 saylı qərarı ilə İddiaçı MMCnin ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək cavabdehin 28 iyun 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və 01 iyul 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi, qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2008-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. Müəssisə 2014-cü ildən tikinti materiallarının idxalı və topdansatışı ilə məşğuldur. Yoxlanılan dö vr ərzində yalnız tikinti materiallarını xaricdən idxal etmiş və Azərbaycan Respublikası ərazisində topdan satışını həyata keçirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarına əsasən müəssisədə yoxlama aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə başa çatmışdır. xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələrinə görə akt tərtib edilmiş və surəti xx.xx.2019-cu il tarixdə tanış olmaq üçün müəssisəyə təqdim edilmişdir. Aktla tanış olduqdan sonra xx.xx.2019-cu il tarixli məktubla vergi orqanına səyyar vergi yoxlaması aktına etiraz təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə aktın müzakirə olunması üçün müəssisənin rəhbərliyi vergi orqanına dəvət edimişdir. Müzakirə zam anı müəssisənin nümayəndələri aktın tərtib olunması üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişlər. Lakin vergi orqanının əməkdaşları həmin sənədləri təqdim etməmişlər. Beləliklə, vergi orqanı tərəfindən xx.xx.2018-cu il tarixdə qanunsuz qərar qəbul edilmişdir. Yoxlama müddəti ərzində bir neçə dəfə yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilsə də, həmin qərarlar barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Bundan başqa yoxlamanın əsasən ekspert rəyinin alınması ilə bağlı olduğu qeyd edilsə də, ekspert rəyindən istifadə edilməmişdir. Bundan başqa iddiaçı vergi orqanının xx.xx.2018-ci il tarixli tələbnaməsinə cavab olaraq sənədlərin ünvan 1 ünvanında olmasını bildirmişdir. Lakin vergi orqanı aktda yalnız baza sənədlərinin və YGB-lərin müəssisə tərəfindən təqdim e dildiyini qeyd etmişdir. Sənədlərin təqdim olunmaması ilə bağlı vergi orqanı heç bir irad bildirməmiş və yeni tələbnamə göndərməmişdir. xx.xx.2019-cu il tarixdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi haqqında qərar və sənələrin götürülməsi haqqında tələbnamə müəssisəyə təqdim edilmişdir. Həmin gün də sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə qərar təqdim edilərək qanunsuz olaraq sənədlər və elektron avadanlıqlar məcburi şəkildə götürülmüşdür. Aktda mənfəət vergisinin hesablanması Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 saylı qərarını əsas gətirərək 20% rentabellik götürülmüşdür. Lakin bu hesablamanın tətbiqinin zəruri edən hallar aktda qeyd edilməmiş və əsassız olaraq mənfəət vergisi şişirdilmişdir. Operativ vergi yoxlamasından sonda hər bir anbar üzrə ayrıca akt və həmin günə qalıqda olan malların siyahısı çıxarılmış, lakin yoxlamanın nəticələrinə dair akt tərtib edilməmişdir. Vergi orqanı müəssisənin balansında olmayan kompüterin yaddaşnda aşkar edilmiş fayla əsaslanaraq vergi borcu hesablamışdlr. Halbuki, müəssisənin kassa sənədləri, alqı-satqı müqavilələri, yük gömrük bəyannamələri, mədaxil və məxaric orderlərinin hamısının mövcud olduğu halda "xxxx"dan söhbət gedə bilməz. Müəssisədə dəfələrlə xronometraj qaydasında yoxlamalar keçirilmiş və nağd əməliyyatların aparılması aşkar edilməmişdir.
6. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********159963 saylı qərarına əsasən iddiaçı müəsisədə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrləri əhatə etməkl ə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Lazımi sənədlərin təqdim edilməsi ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixdə tələbnamə verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli məktubla vergi orqanına müraciət edərək tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında olduğunu bildirmişdir. İddiaçı tərəfindən yoxlamaya yalnız baza sənədləri və YGB-lər təqdim edilmişdir. Qalan sənədlər, o cümlədən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, d övriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhviltəslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər, forma 2-lər (aktlar), müqavilələr (əmək müqavilələri, iş xidmət müqavilələri və s., nəzarət kitabı,nəqliyyat və digər xərc sənədləri yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi həmin sənədlərdən hər hansının olub-olmaması barədə vergi ödəyicisi tərəfindən yazılı və yaxud elektron qaydada müraciət olunmaqla heç bir münasibət bildirilməmişdir. Vergilər nazirliyi tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarət tədbirləri ilə əlaqədar xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, “Sənədlərin və nümunə kimi əşyaların götür ülməsi haqqında” qərara və “Sənədlərin təqdim olunması haqqında” tələbnamə çıxarılaraq vergi ödəyicisinə təqdim olunmuşdur. Tələbnamədə göstərilən, o cümlədən elektron daşıyıcılarda olan iddiaçıya məxsus bütün sənədlər götürülərək xx.xx.2019-cu il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdur. Götürülmüş sənədlərin xx.xx.2019-cu il tarixdə müəssisəyə qaytarılması təmin olunmuşdur. Sənədlər qaytarılarkən müəssisənin direktoru X1 götürülmüş sənədlərin iddiaçı müəssisəyə məxsus olduğunu tərtib olunmuş xx.xx.2019-cu il tarixli akta imza edərək təsdiqləmişdir. Götürülmüş sənədlərdə yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir. Yoxlama müd dəti ərzində iddiaçının 2016 və 2017- ci illər üzrə mənfəət vergisi müvafiq olaraq 88551.15 manat və 211784.88 manat, cəmi 300336,03 manat və 50 % miqdarında, yəni 150168,02 manat maliyyə sanksiyası; ödəmə mənbəyində tutulan vergi üzrə əlavə 42806,67 manat məbləğində vergi, həmin məbləğin 50 % miqdarında maliyyə sanksiyası - 21403,34 manat hesablanmışdır. Bundan başqa iddiaçı tərəfindən 563754,80 manat ƏDV-nin azaldılması və 31877,81 manat ƏDV- nin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı azaldılmış məbləğin 50 % həcmində, yəni 281877,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-24/2021 saylı 1 mart 2021-ci il tarixli (hakim V.Əzizova) qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsasl andırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda İddiaçı MMC-nin direktoru R.Hacıyev aktda göstərilən sənədlərin və əşyaların İddiaçı MMC-yə məxsus olmasını öz imzası ilə təsdiq etmişdir. Həmin sənələrin müəssisəyə məxsus olmaması və ya başqa bir qeyd akta əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, bu hal həmin sənədlərdə aşkar edilmiş məlumatların vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlara aid edilməsi üçün əsasdlr. Göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarınd a məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli 2-1(105)-16/2022 nömrəli (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 63,0 manat Ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31.50 manat və 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 31877.81 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sənədlərin və əşyaların geri qaytarılması barədə aktın direktor Rafiq Hacıyev tərəfindən imzalanması Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən qruplaşdırılaraq cədvəl şəklində cavabdeh vergi orqanına təqd im edilmiş və vergilərin hesablanması zamanı istifadə edilmiş məlumatların mötəbərliyinə dəlalət etmir. xx.xx.2019-cu il tarixli qərara əsasən təyin edilmiş operativ vergi nəzarəti tədbiri pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etdiyi halda, tədbiri həyata keçirən vergi orqanı tədbirin əhatə etdiyi məsələlərə aidiyyəti olmayan sənədlərin, o cümlədən komputer prosessorlarının və notbukun götürülməsini həyata keçirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərini pozaraq iddiaçıdan tədbirin predmetinə aid və zəruri olmayan sənədləri, eləcə də komputer prosessorlarını və notbuku götürmüş və bunun zəruri olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə və görülmüş tədbirlərin səbəbini əsaslandıra bilməmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsinin ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikaytində qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı "xxxx" MMC-nin sahibkarliq fəaiiyyəti ilə məşğuİ olduğu yuxarıda qeyd edilən obyektlərdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, hemçinin mallarin Vergi Məcəlləsi ilə müəyyən edilen elektron qaimə-faktura və ya elektron vergi hesab - faktura əsa sında alınmaması hallarına yol verilməsi faktı aşkar edilməmiş və bu barədə xx.xx.2019-cu il tarixli VN-16 seriyalı 009281, 009282, 009284, 009283 nömrəli aktlar tərtib edilmişdir. Cəmiyyətin rəhbəri tərtib edilmiş aktlarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmiş və bir nüsxələrimi qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********161557 nömrəli səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlama zamanı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********160097 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnams” təqdim edilmişdir. Vergi ödəyicisi yoxlamaya yalnız baza sənədlərini və bundan başqa YGB-lərini təqdim etmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrlə ri, dövriyyə cədvəllər, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvi - təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıq ı əməliyyatlara dair sənədlər, forma-2 lər (aktlar}, müqavilələr (əmək müqavilələri, iş, xidmət müqavilələri və s), Nəzarət kitabı, nəqliyyat və digər xərc sənədlər isə yoxlamaya təqdim edilməmişdir. Vergilər Nazirliyi tərəfindən yuxarıda qeyd olunan müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarəti tədbirləri çərçivəsində xx.xx.2019-cu il tarixli **********00874 nömrəli “Sənədlərin təqdim olunmas ı haqqında” Tələbnamə çıxarılaraq vergi ödəyicisinə təqdim olunmuşdur. Həmin tələbnamədə olan, o cümlədən elektron daşıyıcılarda olan İddiaçı MMC-yə məxsus bütün sənədlər götürülərək xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Götürülmüş sənədlər qaytarılarkən cəmiyyətin direkotoru X1 götürülmüş sənədlərin "xxxx" MMC-yə məxsus olduğunu tərtib olunmuş xx.xx.2019-cu il tarixli Akta imza edərək təsdiqləmişdir. Götürülmüş sənədlərdən yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmiş və vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə "xxxx" sənədləri vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüydən mənbəyi bəlli olan sənədlərdir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının vergi tutulan ə məliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edş bilməz. İddiaçının vergi tutulan əməliyyatlarını ı'lkifı mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, həmin əməliyyatları "xxxx" sənədlərində əkp etdirməsi öz-özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübut edən faktdır. Beləliklə, mübahisələndirilən qərar üzrə hesablanmış vergilər qeyd olunan sənədlər əsasında hesablandığından həmin sənədlərin tədqiqi həyata keçirilmədən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ümumiyyətlə iş üzrə heç bir mötəbər sübut əhəmiyyəti daşıya bilməz. Məhkəmə kollegiyası tərəfimizdən qeyd olunan dəlillərə heç bir təkzibedici münasibət bildirmədən əsassız olaraq he sablamanın əsasını təşkil edən məlumat və sənədləri qeyri-mötəbər hesab etmiş və mənbəyi bəlli olmayan məlumat saymışdır. Hesab edirik ki, məhkəmə vergilərin hesablanması əsasını təşkil edən məlumat və sənədləri mənbəyi bəlli olmayan məlumat hesab edirsə bunu əsaslandırmalı və təqdim etdiyimiz prosessua|l sənədlərdə bununla bağlı olan dəlil vö arqumentlərimizə də münasibət bildirməli idi. Həmçinin bildirməyi zəruri hesab edirik k, məhkəmə kollegiyası vergilərin hesablanması əsasları ilə mühasibat uçotunun aparılması qaydalarını fərqləndirməmiş və bu istiqamətləri eyni xətt hesab etdiyi üçün vergilərin hesablanması əsasları zamanı mütləq şəkildə rəsmi sənədlərə istinad edilməsini vacib tələb hesab etmişdir. Məlumat üçün bir daha bildiririk ki, operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yuxarıda qeyd edilən obyektlərdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, həmçinin malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab - faktura əsasında alınmaması hallarına yol verilməsi faktı aşkar edilməmiş və bu barədə xx.xx.2019-cu il tarixli VN-16 seriyalı 009281, 009282, 009284, 009283 nömrəli aktlar tərtib edilmişdir. Cəmiyyətin rəhbəri tərtib edilmiş aktlarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmiş və bir nüsxələrini qəbul etmişdir. Məlumat üçün bildiririk ki, məhkəmə kollegiyası mötəbər hesab etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021 -ci il tarixli 9/1733 nömrəli ekspert rəyini heç bir tədqiqat aparmadan və əsaslandırma olmadan mötəbər hesab etmişdir. Bütün yu xarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 2.03.2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarının qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddai tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Mə hkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2-1(105)-16/2022 nömrəli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli **********821200 nömrəli qərara əsasən İddiaçı MMC-də iyul 2015-iyun 2018 hesabat dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2019-cu il tarixdə bitmişdir. Vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********160097 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” təqdim edilmişdir. Vergi ödəyicisi xx.xx.2018-ci il tarixli **********257400 nömrəli məktubla vergi orqanına müraciət edərək, Tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 2 ünvanında olduğunu bildirmişdir.
19. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarəti tədbirləri ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********0871 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, xx.xx.2019-cu il tarixli **********00881 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlar və xx.xx.2019-cu il tarixli **********00874 nömrəli “Sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarıl araq vergi ödəyicisinə təqdim olunmuşdur. Tələbnamədə olan, o cümlədən elektron daşıyıcılarda olan İddiaçı MMC-yə məxsus bütün sənədlər götürülərək xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Götürülmüş sənədlərdən yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmiş və Vergilər Nazirliyi tərəfindən həmin kənarlaşmalar qruplaşdırılaraq (cədvəl şəklində - vergi növləri üzrə) xx.xx.2019-cu il tarixli **********094400 nömrəli məktubla 2 saylı Ərazi Vergilər Departamentinə təqdim edilmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir.
20. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli *** *******172974 nömrəli, xx.xx.2019-cu il tarixli **********174609 nömrəli və xx.xx.2019-cu il tarixli **********177734 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarlarına əsasən ekspertiza təyin edilmiş və bununla bağlı olaraq “Azərekspertiza” Birliyinə müraciət olunsa da Birlik tərəfindən ekspert rəyinin təqdim edilməsi təmin edilməmişdir. Yoxlamanın nəticəsində İddiaçı MMC-yə yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 300336.03 manat mənfəət vergisinin, 531876.99 manat Əlavə dəyər vergisinin, 42806.67 manat Ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (bəyannamədə göstərilməli olan məbləğin göstərilməməsinə görə) 453446,76 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblə rinin pozulmasına görə) 2577455.72 manat, 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.
21. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya Mənfəət vergisi üzrə 2016-cı ilə 88551,15 manat, 2017-ci ilə 211784,88 manat, ƏDV üzrə 2016-cı ilə 72682.74 manat, 2017-ci ilə 305869.76 manat, 2018-ci ilə 178417.48 manat, Ödəmə mənbəyində tutulan vergi üzrə 2017-ci ilə 26059.01 manat, 2018-ci ilə 16743.66 manat, ümumilikdə 900108.68 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsi nə əsasən (bəyannamədə göstərilməli olan məbləğin göstərilməməsinə görə) 453446.76 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) 2577455.72 manat, 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 40 manat, ümumilikdə 3030942.48 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, übahisələndirilən xx.xx.2019-cu il tarixli qərar ilə vergilərin hesablanmasının əsasının Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidməti) tərəfindən qruplaşdırılaraq cavabdeh vergi orqanına cədvəl şəklində təqdim edilmiş elektron daşıyıcıda olan o cümlədən şərti olaraq "xxxx" kimi adlandırılan yazıl ar hansısa kitablar, kompyuterdən olan informasiyaların məlumatların olması işin mübahisəsiz hallarındandır.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olun muş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin məzmunundan həm də o müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. (Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.4-cü maddələri).
24. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergiləri Vergi Məcəlləsinin 67.167.4-cü maddələrinin tələblərinə müvafiq olaraq rəsmi əlaqəli məlumatlara və ya analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesa bat məlumatlarına əsasən deyil, vergi ödəyicisinin obyektindən götürüldüyü iddia olunan elektron daşıyıcıda olan məlumatlara əsasən hesablamışdır ki, bu da qanuna uyğun deyil.
25. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş xx.xx.2019-cu il tarixli **********0871 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən obyektində pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
26. İş materiallarına əl avə edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********0881 nömrəli Qərara əsasən iddiaçıya məxsus 3 ədəd prosessorun, 1 ədəd notbukun, 17 ədəd qovluğun, 2 ədəd yaddaş qurğusunun, 2 ədəd hesabat kitabının götürülməsi təmin edilmiş və bununla bağlı olaraq xx.xx.2019-cu il tarixli Protokol tərtib edilmişdir. Protokol müəssisənin direktoru Rafiq Hacıyev tərəfindən imzalanmışdır. Nəzarət tədbiri zamanı götürülmüş sənədlər xx.xx.2019-cu il tarixdə iddiaçıya qaytarılmış və bununla bağlı tərtib edilmiş həmin tarixli akt direktor Rafiq Hacıyev tərəfindən imzalanmışdır.
27. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli qərara əsasən təyin edilmiş operativ vergi nəzarəti tədbiri pul vəsa itlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etdiyi halda, tədbiri həyata keçirən vergi orqanı tədbirin əhatə etdiyi məsələlərə aidiyyəti olmayan sənədlərin, o cümlədən komputer prosessorlarının və notbukun götürülməsini həyata keçirmişdir.
28. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
29. Belə olan halda apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərini pozaraq iddiaçıdan tədbirin predmetinə aid və zəruri olmayan sənədləri, eləcə də komputer prosessorlarını və notbuku götürmüş və bunun zəruri olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə və görülmüş tədbirlərin səbəbini əsaslandıra bilməmişdir. Eyni zamanda, qeyd olunan operativ vergi nəzarəti tədbirinin sonunda pul vəsaitlərinin uçotdan gizlədilib-gizlədilməməsi və malların qanunla müəyyən edilimiş qaydada alınıbalınmaması ilə bağlı hər hansı yekun akt tərtib edilməmişdir ki, bu da göstərilən nəzarət tədbirinin qanuniliyini və obyektivliyini şübhə altına alır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıdan götürülmüş komputer prosessorlarından və noutbukdan elektron məlumatların emal edilməsi xüsusi bilik tələb edən sahə olduğu halda, vergi orqanı həmin prosesi hər hansı mütəxəssisin iştirakı olmadan həyata keçirmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bu da emal prosesinin və həmin prosesin sonunda əldə edilmiş məlumatların obyektivliyini şübhə altına alır.
31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən qruplaşıdılaraq cədvəl şəklində cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən vergilərin hesablanması zamanı istifadə edilən məlumatlar (cədvəllər) iş materiallarına əlavə edilm iş, lakin həmin məlumatların hansı sənəd və ya elektron daşıyıcıda olan məlumatlar əsasında tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Hansı ki, həmin cədvəllərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real satış dövriyyəsini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.: alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür.
32. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran "xxxx" sənədlərind ən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir.
33. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ix rac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
34. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/1733 saylı rəyə əsasən xx.xx.2019-cu il tarixli **********161557 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət və ÖMV) üzrə yoxlama ilə aparılmış əlavə hesablamarın düzgünlüyü müəyyən edil məmişdir. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları arasında fərq olmadığı üçün hazırkı ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilməmişdir.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh nə vergi bazasını, nə də ki, dövrü müəyyən etməmişdir.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-16/2022 saylı, 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-16/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.