Məhkəmə qərarları › İş №2-1(102)-1245/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1245/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1245/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələri və həmin torpaq sahələrinin üzərində yerləşən tikililərə görə ümumilikdə 109250 manat pulun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən həmin məbləğin 20 faizi olan 21850 manat və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4.3-cü maddəsinin tələbinə əsasən çətinliyə görə ümumi məbləğin 7 faizi olan 7647,50 manatın, ümumilikdə 138747,50 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2-1(103)-2522/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 123 nömrəli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 853 sayl ı evdə pasport qeydiyyatında olan vətəndaş X1 xx.xx.2005-ci il tarixli razılıq ərizəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi 2/23-də yaşayan iddiaçının xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə əsasən, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllədə yerləşən 150 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.

2. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin mülkiyyətində olan 3126-cı məhəllə ünvanında yerləşən 200 kv.m torpaq sahəsi bağ-bostan sahəsi təyinatı əsasında müvəqqəti istifadə (i carə) hüququ ilə xx.xx.2009-cu il tarixədək iddiaçının icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2006-cı il tarixli 06/08 nömrəli icarə müqaviləsi bağlanmışdır.

3. Müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən aparılmış ƏEM/O-33-536/20 saylı xx.xx.2020-ci il tarixli qiymətləndiricinin rəyinə əsasən, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı bələdiyyə torpaqlarının müvəqqəti icarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahəsinin üzərində ümumi sahəsi təxminən 40 kv.m (1 kv.m x 250 manat) 3 daş üzərində tikilmiş orta təmirli fərdi yaşayış evinin daş hasar və dəmir darvaza ilə birlikdə (2880+500 manat) bazar dəyəri 13380 manat təşkil etmişdir.

4. İddiaçı kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orq ana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavininin yanında keçirilmiş iclasın 03 mart 2010-cu il tarixli, 1 saylı protokolunun 5-ci bəndinə əsasən, Bakı Metropoliteninin tikinti sahələrində, o cümlədən “Dərnəgül” elektrik deposunun ərazisində yerləşən tikili və qurğuların inventarizasiyasının aparılması məqsədilə Bakı Metropoliteni, Binəqədi rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkilinə və təhlükəsizliyinə Nəzarət şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi, Dövlət Qaçqınkomun məskunlaşma, Miqrasiya Məşğulluq şöbəsinin mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahılar tərtib olunmuş, müvafiq qaydada aktlaşdırılmış və komissiya üzvləri tərəfindən imzalanmışdır. Tərtib olunmuş siyahıda iddiaçının adına heç bir qeyd olunmamışdır. Belə ki, bütün bu işlər aparılan müddətdə komissiya üzvlərinə iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə aid heç-bir sənəd təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələri və həmin torpaq sahələrinin üzərində yerləşən tikililərə görə ümumilikdə 109250 manat pulun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən həmin məbləğin 20 faizi olan 21850 manat və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4.3cü maddəsinin tələbinə əsasən çətinliyə görə ümumi məbləğin 7 faizi olan 7647,50 manatın, ümumilikdə 138747,50 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərarına əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən və uzun müddət istifadəsində olmuş 150 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir. Daha sonra, Arzu Əliyeva özünə məx sus, mülkiyyətində olan 150 kv.m torpaq sahəsini ona satmış və həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 123 nömrəli qərarına əsasən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06/08 nömrəli icarə müqaviləsinə əsasən, bələdiyyənin mülkiyyətində olan 3126-cı məhəllədə 150 kv.m torpaq sahəsinə bitişik olan torpaq sahəsindən 200 kv.m torpaq sahəsi də onun icarəsinə verilmişdir. Qeyd edilən torpaq sahələri, yəni ümumilikdə 350 kv.m torpaq sahəsi onun tərəfindən birləşdirilərək, 10 daş hündürlüyündə mişar daşından tikilmiş hasarla əhatə olunmuş, eyni zamanda dəmir darvaza (2 qapılı: 3m x 2,5m) qoyulmuş və həyətdə ümumi sahəsi 40 kv.m olan, 3 daş üzərində tikilmiş (kürsülü), 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evi tikilmişdir. Cavabdeh tərəfindən “Dərnəgül” elektrik deposunun tikintisi zamanı ona məxsus olan 10 daş hündürlüyündə mişar daşından tikilmiş hasarla əhatə olunmuş, eyni zamanda dəmir darvaza (2 qapılı: 3m x 2,5m) qoyulmuş, ümumilikdə 350 kv.m torpaq sahəsi və həyətdə ümumi sahəsi 40 kv.m olan 3 daş üzərində tikilmiş (kürsülü) 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri kobud şəkildə pozularaq ona hər hansı məbləğdə kompensasiya ödənilmədən qanunsuz olaraq alınmışdır. Bundan sonra, o, bacısı ilə birlikdə müxtəlif dövlət orqanlarına kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlər etsə də, bu günə qədər onlara hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Cavabdeh tərəfin dən isə xx.xx.2020-ci il tarixli, 40 N-1/5-117 nömrəli məktubla ona formal cavab verilərək, ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahının tərtib olunması, siyahıda onun adına heç bir qeydin olmadığı göstərilərək kompensasiya ödənilməsindən əsassız şəkildə imtina edilmişdir. Əmlakının dövlət ehtiyacları üçün alınması nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilməsi və ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici "xxxx" MMC ilə 09 oktyabr 2020-ci il tarixli müqavilə bağlamışdır. Sonuncu tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli, ƏEM/O 33-563/20 nömrəli mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçı iddianın (mülkiyyətə verilmiş torpaq sahəsi: 150,0 kv.m x 250,0 manat/ 1 kv.m = 37500 manat, icarəyə verilmiş torpaq sahəsi: 200,0 kv.m x 150,0 manat/1 kv.m = 30000 manat, fərdi yaşayış evi, ümumi sahə - 40,0 kv.m (3 daş kürsülü olmaqla) x 250,0 manat/1 kv.m (100,0 manat tikinti xərci + 150,0 manat təmir xərci) = 10000 manat, daş hasar, L = 72,0 metr, H = 2,0 metr – 2880 manat, dəmir darvaza, 3,0 x 2,5 metr - 500 manat təşkil edir) mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələrinin üzərində yerləşən tikililərlə birlikdə bazar dəyəri ümumilikdə 80880 manat təşkil edir.

7. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Nazirinin müavinin yanında keçirilmiş iclasın 03 mart 2010-cu il tarixli, 1 saylı protokolunun 5-ci bəndinə əsasən, Bakı Metropoliteninin tikinti sahələrində, o cümlədən “Dərnəgül” elektrik deposunun ərazisində yerləşən tikili və qurğuların inventarizasiya sının aparılması məqsədilə Bakı Metropoliteni, Binəqədi rayon İcra Hakimiyyəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkilinə və Təhlükəsizliyinə Nəzarət şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi, “Dövlət Qaçkınkom”un Məskunlaşma, Miqrasiya Məşğulluq şöbəsinin mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahılar tərtib olunmuş, müvafiq qaydada aktlaşdırılmış və komissiya üzvləri tərəfindən imzalanmışdır. Tərtib edilmiş həmin siyahıda iddiaçının adına heç bir qeyd olmamışdır. Belə ki, bu işlər aparılan müddətdə komissiya üzvlərinə iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, elektr ik deposunun tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşən, köçürülməyə məruz qalan tikili və torpaq sahələri barəsində məlumatların Bakı Metropoliteni və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın üzvləri tərəfindən dəqiqləşdirilərək tərtib edilmiş siyahıda da iddiaçıya aid heç bir məlumat olmamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təsdiq olunmuş siyahı kadastr planlarından çıxarışlar hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmuşdur. Yalnız bundan sonra müstəqil qiymətləndirici təşkilat tərəfindən ərazidə yerləşən tikili və torpaq sahələri qiymətləndirilərək köçürülmə işləri icra olunmuşdur. Bələdiyyə ilə bağlanmış xx.xx.2006-cı il tarixli 06/08 nömrəli icarə müqaviləsinə əsasən, bağ-bostan təyinatı üçün 200 kv.m torpaq sahəsinə görə iddiaçının kompensasiya tələb etməsinə gəldikdə bildirilir ki, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması heç nə ilə təsdiqlənmir. Digər tərəfdən, müqavilədə torpaq sahəsinin icarə müddəti xx.xx.2009-cu il tarixədək qeyd olunmuşdur və onun müddətinin uzadılmasına dair mötəbər sübutun olmadığına və ya yeni icarə müqaviləsi bağlanmadığına görə həmin torpaq sahəsinə münasibətdə iddiaçının əmlak hüququna malik olması heç nə ilə sübuta yetirilmir, müvafiq olaraq onun bu torpaq sahəsi ilə əlaqədar subyektiv hüququ da ola bilməz. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi ilə bağlı ümumiyyətlə iddia irəli sürə bilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. İddiaçının vəkilinin müraci əti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi isə iddiaçının subyektiv mülahizələrinə istinadən verilmişdir ki, bu da həmin sənədin obyektivliyini şübhə altına alır.

8. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma zamanı peyk görüntülərindən məlum olur ki, (xx.xx.2013 sxem) 2013-cü ildə və o tarixdən əvvəlki illərdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən (mübahisələndirilən ərazidə) torpaq sahəsi üzərində tikililər mövcud olması görünsə də, həmin tikililərin ölçüsünü müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ona ayrılarkən və ya ayrıldıqdan həm əvvəl, həm də (sonra) hal-hazırda Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin hüdudları daxilində yerləşir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/6808 nömrəli ekspert rəyi mütəxəssis rəyi ilə eyni məzmundadır. 10. "xxxx" MMC tərəfindən verilmiş 01//22-299 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin üzərində icarə hüquqları nəzərə alınmaqla 1 kv. metrinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 280 manat təşkil edir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ve rilmiş xx.xx.2023cü il tarixli 105674 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Google proqramının ortofoto görüntülərinə əsasən, iddiaçıya məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllədə yerləşən mübahisəli ərazidə mövcud olmuş tikilinin yerləşdiyi sahənin 45 kv.m təşkil etdiyi müəyyən edilir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 14 mart 2023-cü il tarixli 21(112)-138/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq 54315 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyy ətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermiş və bununla əlaqədar həmin əmlaka dair iddiaçıya cavabdeh tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Bu, inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda dövlət büdcəsinin maraqları nəzərə alınaraq hesab etmişdir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə, kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğlərə uyğun olmalıdır. Mövcud b üdcə qanunvericiliyinin tələblərinə görə, aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidir. Beləliklə, iddia tələbi mütəxəssis rəyləri nəzərə alınmaqla, qismən təmin edilməli və iddiaçıya "xxxx" QSC tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəsində 54315 manat məbləğində kompensasiya ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı icarə müqaviləsinə əsa sən M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətində olan 3126-cı məhəllə ünvanında yerləşən 200 kv.m torpaq sahəsi (bağbostan sahəsi təyinatı ilə müvəqqəti istifadə (icarə) hüququ ilə) iddiaçının istifadəsinə verilmiş, müqavilənin qüvvədə olma müddəti xx.xx.2009-cu ilədək müəyyən edilmişdir. Qeyd olunan bağ sahəsinə dair müqavilə müddətinin artırılmasına dair hər hansı sübut təqdim edilmədiyindən, habelə sözügedən müqavilə 2009-cu il tarixədək qüvvədə olmaqla, hüquq münasibətlərinin yarandığı zaman mülkiyyətə müdaxilə edilən dövrdə artıq qüvvədə olmamışdır. Cavabdeh orqan tərəfindən söküntü işləri həyata keçirilərkən iddiaçının 200 kv.m torpaq sahəsi üzərində hüquqları mövcud olmadığından, həmin torpaq sahəsinə dair kompensasiya tələb edilməsinə dair iddiası da əsassızdır.

15. İddiaçı və cavabd eh ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini, iddiaçı iddianın tam təmin edilməsi, cavabdeh iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 19 dekabr 2023-cü il tarixli 21(103)-2522/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya dövlət büdcəsi hesabına 72952,50 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya ins tansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin müxtəlif səbəblər gətirməklə vaxtında lazımi kompensasiya ödəməkdən yayınaraq, söküntü işinin üstündən on ildən artıq müddət keçdikdən sonra iddiaçıya məxsus fərdi yaşayış evinin texniki xarakteristikasını mübahisələndirməsi ağlabatan və ədalətli deyildir. Baxmayaraq ki, həmin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçməsinə dair çıxarış olmamışdır, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Digər tərəfdən, müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən aparılmış ƏEM/O-33-536/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndiricinin rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/ 08 nömrəli icarə müqaviləsinə əsasən iddiaçıya ayrılmış 150 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin real bazar qiyməti 1 kv.m üçün 250 manat olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinə qiymət verərək hesab etmişdir ki, həmin apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında "... (11250 (250 x 45 kv.m) + 42000 (150 kv.m x 280=42000) = 53250+20%=54315) təşkil edir.” göstərilmişdir. Yəni, 53250 manatın 20%-ni 1065 manat hesab edərək, 53250+1065=54.315 olması qənaətinə gəlmişdir, Halbukı "... (11250 (250 x 45 kv.m) + 42000 (150 kv.m x 280=42000) = 53250+20%=63900) təşkil edir.” göstərilməli idi. Yəni, 53250 manatın 20%-ni 10650 manat təşkil edir. Bu is ə o deməkdir ki, 53250+10650=63900 olmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı, onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 7 ildən 8 ilədək müddət üçün - 7 faiz. İşdən görünür ki, iddiaç ı qeyd olunan torpaq sahəsini 2005-ci ildə əldə etmiş, qeyd olunan ərazidə söküntü işləri aparılan vaxta kimi 7 ildən artıq orada yaşamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab etmişdir ki, 53250+ (həmin məbləğ) 20%+10%+7% toplanmaqla, yəni, 53250 + 10650 + 5325 + 3272,5 manat = 72952,5 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfin dən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;... Maddə

5. Alına bilən torpaqlar... 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alına bilər və Qanunun məqsədləri baxımından “alınma” dedikdə, həm də istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür.... Maddə

7. Alınmanın təsirinə məruz qalan şəxs... 7.3.1. Torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanuna uyğun istifadə və ya icarə hüquqları olan şəxslər alın manın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Dövlətə məxsus torpaqların istifadəçiləri həmin torpaq sahələri geri alındıqda torpaq üzərindəki hüquqlarına görə kompensasiya almaq hüququna malikdirlər.... Maddə

32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi... 32.3. Alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.... Maddə

35. Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması... 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şə rti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.... Maddə

66. Çətinliklərə görə kompensasiya 66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. 66.2. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qa nunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz.

22. Torpaq Məcəlləsi: Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:... dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;... Maddə

81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları Torpaqdan təyinatı üzrə istifadə etmək, qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək, torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq, torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq, bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək və qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarıdır.

23. Mülki Məcəllə: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.... Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülk iyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.... Maddə

159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun o laraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin v erilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxı lması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılm ış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. İşin hallarından göründüyü kimi, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 123 nömrəli Qərarı ilə X1 xx.xx.2005-ci il tarixli razılıq ərizəsinə, iddiaçının xx.xx.2005-ci il tarixli ərizəsinə və bələdiyyənin yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən 150 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdı rılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qərar isə hazırkı vaxta mübahisələndirilməmişdir və qüvvədədir.

30. Eyni zamanda, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 105674 nömrəli ekspert rəyindən göründüyü kimi, mübahisələndirilən torpaq sahəsində mövcud olmuş tikilinin yerləşdiyi sahə 45 kv.m təşkil etmişdir. Həmin yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçıya məxsus olmuşdur. Müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən aparılmış ƏEM/O-33536/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndiricinin rəyinə əsasən, iddiaçıya ayrılmış 15 0 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin real bazar qiyməti 1 kv.m üçün 250 manat olaraq müəyyən edilmişdir.

31. İddianın hüquqi əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan daşınmaz əmlakın tamamının və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq daşınmaz əmlakın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər.

32. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ sökülmə nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsi və ona icarəyə verilmiş torpaq sahəsində olan tikilinin tamamilə itirilmiş olub-olmaması və tələb edilən kompensasiya məbləğinin məhz bu itkinin əvəzi olub-olmaması araşdırılmalıdır.

33. Məhkəmə araşdırmaları zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi və ona məxsus tikilinin tamamilə sökülməsinin cavabdeh "xxxx" QSC tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəs ində, yəni dövlət ehtiyacı ilə əlaqədar baş verdiyi və bununla əlaqədar ona cavabdeh tərəfindən kompensasiya ödənilmədiyi müəyyən edilmişdir.

34. İddiaçıya məxsus torpaq sahəsi və inşa edilmiş tikilinin real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmış və düzgün olaraq göstərilmişdir ki, mütəxəssis və ekspert rəyləri əsasında hesablanmış məbləğ 11250 (250 x 45 kv.m) + 42000 (150 kv.m x 280=42000) = 53250 manat təşkil edir. Həmçinin, iddiaçı qeyd olunan torpaq sahəsini 2005-ci ildə əldə etməklə, qeyd olunan ərazidə söküntü işləri aparılan vaxta kimi 7 ildən artıq orada yaşadığından qanunvericiliyin tələbləri nəzərə alınmaqla, 53250 manat məbləğin 20%, 10% və 7%-i də əlavə olunmaqla, başqa sözlə ümumilikdə 53250+10650+5325+3272,50=72952,50 manat kompensasiya iddiaçıya ödənilməlidir. Belə ki, həmin məbləğdə kompensasiya ödənilməsi işin hallarına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2-1(103)-2522/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar