Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1246/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (gömrük ödənişinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-504/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı mühərrik gücü 2998 m3 təşkil edən, 2017-ci il istehsalı olan “BMW 540 İ” markalı avtomobili 25.200 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 keçirilmiş açıq hərracda satın almış və avtomobilin karqo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1765 ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 28.145 ABŞ dolları təşkil etmişdir. İddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri gömrü k orqanına bəyan etmişdir. **********0865 sorğu nömrəli gömrük bəyannaməsi ilə 2017-ci il istehsallı mühərrik həcmi 2998 sm3 olan “BMW 540 İ” markalı minik avtomobilinin invoys dəyəri 28125 ABŞ dolları, gömrük dəyəri 56100, statistik dəyəri isə 33.000 ABŞ dolları göstərilmişdir.
2. Gömrük bəyannaməsi əsasında iddiaçı tərəfindən 24267.47 manat ödənilərək gömrük rəsmiləşdirilməsi başa çatmış, xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır.
3. İddiaçıya 26 avqust 2020-ci il tarixdə “Texniki eyniləşdirmə” Şəhadətnaməsi verilmiş və Şəhadətnamədə avtomobilin buraxılış ili 2017 göstərilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1613 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını və Texniki eyniləşdirmə ” Şəhadətnaməsində dəyişiklik edilərək avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsini xahiş etmişdir. 3
5. Cavabdeh 26 yanvar 2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, idxal edilən avtomobillərin rəsmiləşdirilməsi zamanı gömrük dəyəri “Gömrük tarifi haqqında” Qanuna əsasən altı gömrük qiymətləndirilməsi üsuluna uyğun müəyyən edilir. Bundan əlavə, gömrük bəyannamələrinin doldurulma qaydasının metodikasına uyğun olaraq gömrük bəyannamələrinin 31-ci qrafasında nəqliyyat vasitəsinin istehsal tarixi göstərilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ABŞ-dan onun adına göndərilmiş VİN: WBAJE5C51JWA93992, BMW 540 İ markalı avtomobilin göm rük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 1.613 manat pulun iddiaçıya geri qaytarılması, habelə avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, xx.xx.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə onlayn qaydada keçirilən hərrac vasitəsi ilə 25.200 ABŞ dolları məbləğində ödəniş edilərək alınmış, avto nəqliyyat vasitəsinin dəyəri vergi də daxil olmaqla 26.380 ABŞ dolları olmuş, Bakıya avtomobilin gətirilməsi üçün isə 1765 ABŞ dolları ödəniş edilmişdir. Qeyd olunan ödənişlərlə bağlı rəsmi sənədlər gömrü k orqanına təqdim edilmişdir. Göründüyü kimi ümumilikdə avtonəqliyyat vasitəsi ilə bağlı 28.145 ABŞ dolları ödəniş edilmişdir ki, bununla bağlı dəqiq məlumatlar sənədlərlə birgə gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı tərəfindən ondan əsassız olaraq avtomobilin dəyəri 33.000 ABŞ dolları kimi nəzərə alınmış, ondan əlavə olaraq 1.613 manat pul tutulmuşdur. Avtomobilin dəyəri müəyyən edilərkən onun qiymətinin hansı səbəbdən yuxarı qeyd edilməsi əsaslandırılmamışdır. Bu zaman avtomobilin qəzalı vəziyyətdə olması da nəzərə alınmamışdır. Eyni zamanda avtomobilin buraxılış ili də səhv olaraq 2017-ci il göstərilmişdir. Halbuki avtonəqliyyat vasitəsi 2018-ci il tarixlidir. Belə ki, istehsal ili və buraxılış ili ifadəsi fərqli anlayışlardır.
8. Cavabdeh tərəfindən iddia tələbinə qar şı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə avtomobilin statistik dəyərinin 33.000 ABŞ dolları olması bəyan edilmişdir. Bu və əlavə məlumatlar gömrük bəyannaməsində iddiaçı tərəfindən qeyd edilərək gömrük orqanına təqdim edilmiş, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunur ki, nəqliyyat vasitəsi ilə bağlı gömrük bəyannaməsi ilə əlaqədar tərəflər arasında heç bir mübahisə yaranmamışdır. Mübahisə olmadığına görə də gömrük ekspertizasının təyin edilməsinə zərurət də müəyyən edilməmişdir. Eyni zamanda araşdırma nəticəsində müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin istehsal ili 2017-dir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4958/2021 nömrəli, 26 iyul 2021- ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək təsdiqləmiş, əsaslı olaraq dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. İddiaçı malın dövriyyəyə buraxılışı həyata keçirildikdən sonra dəyərini mübahisələndirsə də, gömrük rəsmiləşdirilməsi zamanı isə iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə də gömrük orqanı tərəfindən gömrük ekspertizası təyin olunmamış, malın dəyərinin ekspert tərəfindən müəyyən edilməsinə zərurət müəyyən edilməmişdir. İddiaçı gömrük rəsmiləşdirilməsi zamanı gömrük ekspertizasının aparılmasına dair hüququndan istifadə etməmiş, mötəbərliyi şübhə doğurmayan iddiaçı tərəfindən doldurulmuş gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə də, iddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamənin 45ci qrafasında göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Bundan əlavə, məhkəmə nəqliyyat vasitəsinin buraxılış ilinin 2017-ci il, yoxsa 2018- ci il olması ilə bağlı da tərəflər arasında yaranmış inzibati mübahisəyə qiymət verilməsi ilə bağlı qeyd etmişdir ki, minik avtomobilinin markası, mühərrik həcmi, ban nömrəsi də daxil olmaqla, eyni zamanda buraxılış ili ilə bağlı məlumatlar da iddiaçı tərəfindən gömrük bəyannaməsində 31-ci qrafada göstərilmiş, həmin məlumatların düzgünlüyü də gömrük rəsmiləşdirilməsi zamanı mübahisə olmadığından təsdiq edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-504/2022 nömrəli, 10 mart 2022-ci il tarixli (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və C.İddiaçı) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən ABŞ-dan İddiaçı adına göndərilmiş VİN: WBAJE5C51JWA93992, BMW 540 İ markalı avtomobilin gömrük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilsin, artıq ödənilmiş 1.613 manat pul cavabdehdən tutularaq iddiaçıya geri qaytarılsın, adıçəkilən avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26 avqust 2020-ci il tarixli, xx.xx.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Qeyd edilən gömrük bəyannaməsinin iddiaçı tərəfindən doldurulmaması və bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adının qarşısında “İmza” bölməsinin boş qalması dəlili ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, gömrük bəyannaməsi iddiaçı tərəfindən deyil, gömrük işçiləri tərəfindən elektron sistem vasitəsi ilə doldurulmuş və iddiaçının istəyinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə bunu tələb etmə mişdir. Beləliklə, gömrük bəyannaməsində göstərilən məlumatlar iddiaçının sərbəst iradəsi ilə doldurulmadığından onun tərəfindən imzalanmayaraq təsdiqlənməmişdir. Lakin, onun idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassator əlavə olaraq qeyd edir ki, iddiaçı gömrük orqanına təqdim olunan invoysun nəzərə alınmalı olduğunu iddia etsə də, invoysda nəzərdə tutan q iymət əsas deyil, əsas bəyannaməçi tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən 56100,00 manat məbləğində olan gömrük dəyəridir. İddiaçı sərbəst iradə ilə **********0865 sorğu nömrəli gömrük bəyannaməsinin 45-ci qrafasında idxal etdiyi nəqliyyat vasitəsinin gömrük dəyərini 56100,00 manat, 46-cı qrafasında statistik dəyəri 33000,00 ABŞ dolları məbləğində göstərmiş, 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri təqdim etmiş və gömrük ödənişləri ödənildikdən sonra nəqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsindən keçirilərək 26 avqust 2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Gömrük rəsmiləşdirilməsi b əyannaməçinin, yəni iddiaçının gömrük orqanına nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi ilə bağlı 26 avqust 2020-ci il tarixdə **********0865 sorğu nömrəli bəyannaməsini təqdim etdiyi vaxtdan başlamış, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və qanunla nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatmışdır. Həmin bəyannamədə göstərilən məlumatların düzgünlüyü iddiaçı tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən **********0865 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
16. Digər tərəfdən, qanunvericilikdə “istehsal ili” və “buraxılış ili” ifadələri fərqləndirilmir. İddiaçının gətirdiyi avtomobilin istehsal ili 2017 olduğ undan, Şəhadətnamə də ona uyğun verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Gömrük Məcəlləsi: Maddə 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Maddə 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 19. “İnzibati icraat haqqında” Qanun Maddə 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbul unu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir.
24. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. Hazırkı iş üzrə iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) ABŞ-dan onun adına göndərilmiş VİN: WBAJE5C51JWA9 3992, BMW 540 İ markalı avtomobilin gömrük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 1.613 manat pulun iddiaçıya geri qaytarılması; 2) avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26 avqust 2020-ci il tarixli, xx.xx.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması.
26. İddiaçının ilkin tələbi ilə bağlı (avtomobilin gömrük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 1.613 manat pulun iddiaçıya geri qaytarılması) məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə məhkəmə kollegiyası aşağı dakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı iş üzrə tərəflər arasında iddiaçının gömrük rəsmiləşdirilməsindən keçirdiyi avtomobilin invoys dəyəri mübahisələndirilmir. Tərəflər arasında mübahisələndirilən yeganə hal, gömrük ödənişlərinin invoys dəyərinə uyğun olaraq yox, statik dəyərə uyğun (ehtiyat üsul ilə) hesablanması ilə bağlıdır. Kassatorun bununla bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçı öz iradəsi ilə gömrük bəyannaməsində avtomobilin statik dəyərini göstərmişdir.
31. İddiaçının gömrük ərazisinə gətirdiyi nəqliyyat vasitəsinə münasibətdə “ehtiyat üsul”un tətbiqinin iddiaçının öz iradəsinə uyğun olaraq baş verdiyinə, yəni iddiaçı özü gömrük bəyannaməsində dair cavabdehin dəlilləri əsassızdır. Belə ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobil in sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə 33.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir.
32. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
33. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
34. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir.
35. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir.
36. Qeyd edilənlərə əsasən, apellyasiya instansiya məhkəməsinin artıq gömrük ödənişinin geri qaytarılması ilə bağlı nəticəsi qanuni və əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası iddiaçının ikinci tələbi “avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26 avqust 2020-ci il tarixli, xx.xx.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi” barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
38. Buraxılış ili ilə bağlı məlumatlar da iddiaçı tərəfindən gömrük bəyannaməsində 31-ci qrafada göstərilmiş, həmin məlumatların düzgünlüyü də gömrük rəsmiləşdirilməsi zamanı mübahisə olmadığından təsdiq edilmişdir.
39. İddia tələbindən də göründüyü kimi iddiaçı “istehsal ili” ilə “buraxılış ili”nin fərqli anlayışlar olduğunu, buraxılış ili dedikdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxıldığı tarixi ehtiva etdiyini qeyd etsə də, məhkəmə qeyd olunan mövqe ilə razılaşmır. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, hərracın keçirildiyi və satılan avtomobillərlə bağlı ətraflı məlumatların qeyd edildiyi internet saytlarında gömrük bəyannaməsində də qeyd edilmiş hərracdan iddiaçı tərəfindən alınan nəqliyyat vasitəsinin ban nömrəsi ilə axtarışı zamanı nəqliyyat vasitəsinin buraxılış ilinin 2017-ci ilin oktyabr ayı olduğu dəqiqliklə göstərilmişdir. Bundan əlavə, qanunvericilik buraxılış ili və istehsal ili anlayışları arasında ümumiyyətlə fərqləndirmə aparmadığından, istehsal və ya buraxılış ili ifadəsi arasında qanunvericilik baxımından ziddiyyət təsbit edilmədiyindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi ilə bağlı buraxılış ilində 2017-ci ilin qeyd edilməsi qanuni və əsaslı olmuşdur.
40. Belə ki, Azər baycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X3 nəzarəti qaydaları barədə Təlimat”-a 13 nömrəli Əlavədə nəqliyyat vasitəsinə aid digər məlumatlarla yanaşı nəqliyyat vasitəsinin buraxılış ili ilə də bağlı hissə ayrıca göstərilmiş və beynəlxalq təcrübəyə də uyğun olaraq buraxılış ili xarici dildə olan variantla birlikdə qeyd edilmişdir. Əlavədən də göründüyü kimi buraxılış ili/Year of manufacture, yəni Azərbaycan dilinə tərcümədə istehsal ili ifadələri eyni olaraq istifadə edilmişdir.
41. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik aktlarında (Misal: Yol hərəkəti haqqında, Avtomo bil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanunları, Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətlərinə uyğun olaraq satılmasının təşkil edilməsi Qaydaları, Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat və s) ümumiyyətlə “istehsal ili” ifadəsindən istifadə edilməmiş, əvəzində “buraxılış ili” anlayışı qanunvericiliyin məqsədləri baxımından normativ aktlarda öz ə ksini tapmışdır.
42. Beləliklə, məhkəmə kollegiyası iddiaçının ikinci tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-504/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı qismən, ABŞ-dan İddiaçı adına göndərilmiş VİN: WBAJE5C51JWA93992, BMW 540 İ markalı avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26 avqust 2020-ci il tarixli, xx.xx.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -504/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.