Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1246/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati orqanlar arasında mübahisə üzrə iddianın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 21(103)-1026/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 №-li sərəncamının etibarsız hesab edilməsini xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat İddiaçının əsaslandırması:
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında “Yeganə” firmasının, “Arazavia” firmasının və “Elçin” firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 33 nömrəli müraciəti, “Yeganə” firmasının xx.xx.2021-ci il tarixli, 03 nömrəli və “Elçin” firmasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli razılıq məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubşərqi, Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarının və aparılmış müvafiq sənədləşmə işlərinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı qanunsuzdur və həmin sərəncam etibarsız hesab edilməlidir.
3. Yuxarıda qeyd edildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli Sərəncamı ilə “Yeganə” firmasına, “Arazavia” firmasına və “Elçin” firmasına torpaq sahələri ayrılmışdır. Qeyd edilən torpaq sahələri ticarət mərkəzlərinin inşası məqsədilə ayrılmışdır və torpaq ayrılan zaman həmin ərazi boş (üzərində tikili olmayan torpaq sahəsi) olmaqla qeyd edilən sərəncam yerli i cra hakimiyyəti orqanının səlahiyyətlərinə uyğun olmuşdur. Torpaq sahələri ayrılandan sonra həmin ərazidə tikililər (ticarət mərkəzləri) inşa edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncam verilərkən torpaq sahələri üzərində tikililər mövcud olmaqla həmin ərazi boş sahə olmamışdır. Qanunvericiliyə əsasən üzərində fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin barəsində sərəncamvermə (alqı-satqı, icarə, istifadə və s.) səlahiyyəti yerli icra hakimiyyətinə deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı qanunsuz o lmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11444/2022 nömrəli, 3.11.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq ic ra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1026/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı il ə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3.11.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadı qəbul edərkən hüquq normalarının təfsirində və tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə görə, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasın ın səlahiyyətlərini onun hüquqi şəxs olmayan orqanları həyata keçirir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.7ci bəndinə görə, dövlət və bələdiyyə orqanları, ancaq qanunla onlara səlahiyyət verildiyi hallarda inzibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər.
13. Hazırkı inzibati mübahisənin ümumi (publik) hüquq sahəsinə aid olmasına, inzibati mübahisənin həlli ilə bağlı xüsusi prosessual normaların və icraat qaydalarının mövcudluğuna baxmayaraq məhkəmənin iddiaya məhkəmə tərəfindən baxılmasının qeyrimümkünlüyü ilə bağlı mövqeyi tamamilə əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasından verilər bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən, eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin icraat üzrə başlanılmış icraata xitam verilir.
14. Göründüyü kimi, qanunvericilikdə inzibati aktın inzibati və ya məhkəmə qaydasında baxılması ilə bağlı seçim hüququ şikayət (inzibati iddia) vermiş şəxsin öhdəsinə buraxılmış, eyni zamanda həm inzibati orqana, həm də məhkəməyə şikayət verildiyi halda şikayətə məhkəmə tərəfindən baxılmalı olduğu nəzərdə tutulmuşdur. Məhkəmə, eyni zamanda qeyd olunan nəticəyə gələrkən mübahisənin inzibati orqanlar arasında yarandığından nəzarət qaydasında yuxarı inzibati orqan tərəfindən həll edilməsinin mümkünlüyünü qeyd etmiş, bununla bağlı hər hansı qanunvericilik aktına istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman, onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur.
21. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil.
22. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əm əl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
23. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. 24. “İnzibati icraat haqqında” Qanunun – - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı in zibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
25. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və y a fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur.
26. Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddia mümkünsüzdür.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1026/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.