Məhkəmə qərarları › İş №2-1(102)-1247/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1247/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1247/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)-261/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 16 nömrəli, 18 sentyabr 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi yaşayış məntəqəsinin hüdudları daxilində 700 kv.m torpaq sahəsi alqı-satqı qaydasında X2 ayrılmış və buna dair torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir.

2. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etmişdir. Cavabdeh 1 oktyabr 2020-ci il tarixli, **********28 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və adına uyğunsuzluğun olduğunun müəyyən edildiyi də, qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 nömrəli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsinin X1 qərara alınmışdır. Torpaqların alğı-satqısına dair akta əsasən İddiaçı tərəfindən Əzizbəyov rayon Kapital bankının **********0 saylı hesabına torpağın dəyəri olaraq 1904 manat pul ödənilmişdir. X5 orqanının nümayəndəsi X3, torpaq alan İddiaçı və Şəhər Torpaq Şöbəsinin müdiri Məlikov Natiq tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq Şöbəsində 30 oktyabr 2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(112)-2228/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Məhkəmə Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, Torpaq Məcəlləsinin 55, 66.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 22.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-261/2022 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və m əruzəçi, M.Tağızadə və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apelyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üç ün Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 8.0.7, 11.1, 12.1, 23-cü maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1, 6.2-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağı dakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bunun la belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

22. İşin məhkəmələr tərəfindən araşdırılmiş hallarına görə iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı və alqı-satqı aktı əsasında iddiaçının qanuni istifadəsində və sahibliyindədir.

23. Cavabdehin həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilməməsi barədə bildirdikləri ilə bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur, torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bəl ədiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir və cavabdeh Şağan bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyətdə olması barədə sübutları təqdim etməmişdir.

24. Eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 aprel 2021-ci il tarixli, **********73 nömrəli məktubla təqdim edilmiş arayışa əsasən, iş üzrə müraciətə əlavə edilmiş kadastr planında (**********0053 nömrəli) qeyd edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəka n bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir.

25. Belə olan halda apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

26. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzi fəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-261/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar