Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1247/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-743/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə Qubadlı rayonunda doğulmuşdur, onun 60 yaşı xx.xx.2020-cı ildə tamam olmuşdur.
2. AT Vİİİ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə Qubadlı rayon 99 nömrəli təsərrüfatarası texni ki səyyar dəstəyə 4-cü dərəcəli fəhlə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Milsutikinti trestinə iş ustası qəbul edilmiş, xx.xx.1993-cü ildə 2 nömrəli trestin 20 nömrəli SMD-nə köçürülmə yolu ilə keçdiyi üçün işdən azad edilmiş, xx.xx.1993-cü ildə 2 nömrəli trestə usta qəbul edilmişdir. Müəssisə xx.xx.1995-ci ildə “Sənayekommunaltikinti”nin 3 nömrəli filialı adlandırılmış, xx.xx.1999-cu ildə isə Azərsənayetikinti səhmdar cəmiyyətinin 2 nömrəli müəssisəsi adlandırılmış, iddiaçı xx.xx.1999-cu ildən həmin müəssisənin iş ustası hesab edilmiş, xx.xx.2009-cu ildə isə işdən azad edilmişdir. 3. 3723760 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 4. “Azərsənayetikinti” səhmdar cəmiyyətinin 2 nömrəl i müəssisəsinin arayışından görünür ki, iddiaçı xx.xx.1993- xx.xx.2009-cu illərdə müəssisədə iş ustası işləmişdir, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölmə: 2290000b-24441 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh **********8 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1999xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd edilmişdir. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün həmin dövr iş stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (15 il 28 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 3 ay 12 gün) təşkil edi r. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişd ir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 ildən çox ümumi əmək stajı var və həmin stajın 12 il 06 ayından çoxunu zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapmışdır. İşlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmamasının və məcburi dövlət sosial sığorta haqları ödəməməsi onun təqsiri üzündən baş verməmişdir. Hesab edir ki, xx.xx.1999 xx.xx.2009-cu il tarixləri arasındakı işlədiyi dövrün iş stajına daxil edilməməsi və bu səbəbdən ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilməsi qanunun tələbinə ziddir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 2-1(112)-6717/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması:
10. İddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illərdəki dövr onun ümumi sığorta stajına daxil edilmədiyindən həmin dövr xüsusi sığorta stajına da daxil edilə bilməz. Belə olan halda isə aydın olur ki, iddiaçının ümumilikdə 12 il 3 ay 12 gün xüsusi sığorta stajı olmuş, o, qanunvericiliyə əsasən zəruri olan güzəştli iş stajı ilə bağlı tələbi ödəməmişdir. 11. “Əmək pensiyaları haqqında” Qanunun istinad olunan normalarını və 10-cu maddəsinin tələblərini nəzərə aldıqda müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 40800 manat (144+(6560)×12)=204 (gözlənilən pensiya ödənişi müddəti); 204×200 (əmək pensiyasının minimum məbləği) = 40800) olmalıdır. Lakin işdən aydın olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manatdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: V.M.Məmmədov, hakimlər: V.Ə.Baxışova və R.Ə.Qurbanov) 2-1(103)-743/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İdd iaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda, 25 il ümumi staja və 12 il 6 ayı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən iş stajına malik olduğu tarixdə güzəştli şərtlərlə pensiya yaşı 57 yaş olmuşdur. Apellyasiya məhkəməsi işə baxarkən bu halları nəzərə almadığından, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 1
7. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)743/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən): Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hes abın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;... 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir;... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınla r - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Bənd 3.10. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. M addə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. X1 Məhkəməsinin hüquqi mövq eyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi vacib sayır.
27. Hazırkı işdə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Buna görə də həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının ümumilikdə, 27 il 1 ay 9 gün ümumi sığorta stajı olmuşdur.
29. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcbu ri dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.
31. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2 009-cu illərdəki dövr onun ümumi sığorta stajına daxil edilmədiyindən həmin dövr xüsusi sığorta stajına da daxil edilə bilməz. Belə olan halda isə aydın olur ki, iddiaçının ümumilikdə 12 il 3 ay 12 gün xüsusi sığorta stajı olmuş, o, qanunvericiliyə əsasən zəruri olan güzəştli iş stajı şərtini ödəməmişdir.
32. Eyni zamanda qeyd edilməlidir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 40800 manat (144+(65-60)×12)=204 (gözlənilən pensiya ödənişi müddəti); 204×200 (əmək pensiyasının minimum məbləği) = 40800) olmalıdır. Lakin işdən aydın olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manatdır.
33. Qeyd edilməlidir ki, cavabdeh bu məbləği ƏPQ-nin 27.1-ci maddəsinə əsasən iddiaçının qəbul etdiyi 15 il 28 gün stajını nəzərə almaqla hesablamış və indeksləşdirmə aparmaqla müəyyən etmişdir. Məhkəmə iddiaçının 27 ildən artıq ümumi sığorta stajının olduğunu müəyyən etsə də, həmin dövrün pensiya kapitalına çevrilməsi ilə də tələb olunan pensiya kapitalının əldə edilməsi qeyri-mümkündür. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı qanunvericiliklə tələb olunan pensiya kapitalına dair şərti də ödəmir.
34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəm ə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-743/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.