Məhkəmə qərarları › İş №2-1(102)-1247/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1247/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1247/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2-1(102)-1247/2024 Açar sözlər: iddianın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-409/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. 12 aprel 2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı X13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş arayışa əsasən, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşə n ümumi sahəsi 871,6 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 527,9 kv.m. olan A Şəfa sanatoriya binası yataq korpusunun 1/2 hissəsini (zirzəmi, 1 və 2ci mərtəbələrin və mansartı tən yarıdan olmaqla binanın girişdən sağ tərəfi, Şirvan prospekti tərəf) və 4.450 kv.m. torpaqdan həmin hissələrin yerləşdiyi tikintialtı torpaqdan 263,950 kv.m. torpağını X6, yerdə yalan torpaqdan isə 2.500 kv.m. tikintialtı olmayan hissədən Hüseynov İlqar Nəsrəddin oğlunun mülkiyyətinə verməklə qeyri-yaşayış binasının digər satılmayan hissələrini və torpağı öz mülkiyyətində saxlayır. Satılan daşınmaz əmlak xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasında satıcıya məxsusdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tə rəfindən xx.xx.2014-cü il tarixdə 4Ə-1-52 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş Bölgü planına görə, satan X2: 0,168605 ha, 435.8 kv.m. A sanatoriya binası; alan X14 438.8 kv.m, A Sanatoriya binası, sahəsi 0.026395 ha; alan Hüseynov İlqar Nəsrəddin oğlu, sahəsi 0,25 ha kimi bölünmüşdür. Bölgü planı X13, X14 və Hüseynov İlqar Nəsrəddin oğlu tərəfindən imzalanmaqla, təstiq edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871,6 kv.m. sahədən ibarət 0,195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435,8 kv.m. və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X7, qeyri-yaşayış binasının 435.8 kv.m. və torpaq sahəsinin 0,026395 ha üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır. 4. 21 avqust 2018-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı X4 şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında ona məxsus olan 435.8 kv.m. və torpaq sahəsinin 0,026395 ha hissəsini alıcı İddiaçı mülkiyyətinə vermiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m. sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m. və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində X7, qeyri-yaşayış binasının 435.8 kv.m. və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə 0306-N3-62 nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinə görə, cəmiyyətin hüquqi ünvanı Naftalan şəhəri, Şirvan prospekti 31, təsisçisi (iştirakçısı) X8r. 6. "xxxx" MMC-nin təsisçisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən, təsisçi Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıx arışa əsasən Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m. sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m. və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində "xxxx" MMC-nin, qeyri-yaşayış binasının 435.8 kv.m. və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.

8. AR İN ƏMDX DƏDKR 7 saylı Bərdə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubuna görə, Naftalan şəhəri Şirvan prospekti 31 nömrəli ünvanda yerləşən "xxxx" MMC-nin paylı mülkiyyətində olan qeyri-yaşayış binasına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəyə baxılmış, qeyd edilən "xxxx" MMC-nin paylı mülkiyyətinə dövlət reyestrin dən çıxarışın ləğv edilməsi ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə hər hansı bir məhkəmə qərarı daxil olmamışdır. Odur ki, ərizənin icrası təmin olunmamışşdır. 9. "xxxx" MMC-nin 18 avqust 2022-ci il tarixli qərarı ilə MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1223/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

12. Birinci instansiy a məhkəməsinin qərardadının əsaslarına görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin dairəsində hüquqi şəxsin təsisçisinin hər hansı qərarı öz əksini tapmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Cavabdeh orqan ümumi birgə mülkiyyətdə olan əmlak payını digər şəxsin adına qeydə alarkən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bu hal isə qeyd olunan payın müvafiq reyestrdə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qərarından üçüncü şəxs apellyasiya şikayəti vermişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-409/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər A.İsgəndərova (sədrlik edən), R.Mamedov və A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Hazırda iddia tələbinin predmeti məhz hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən aparılmış qeydiyyatın ləğvidir....... mülki qanunvericiliyin normalarına əsasən paylı ümumi mülkiyyət hüququnun məzmununu təşkil edən səlahiyyətlərədən biri mülkiyyətçilərin hər birinin öz payları barəsində sərəncam səlahiyyətidir. Ümumi əmlak barəsində sərəncam səlahiyyətindən fərqli olaraq, belə səlahiyyətin həyata keçirilməsi üçün m ülkiyyətçilərin razılığı tələb olunmur. Mülkiyyətçinin öz payı üzrə sərəncam səlahiyyəti onu öz mülahizəsinə görə özgəninkiləşdirməsini və digər hüquqi hərəkətlərin edilməsini ifadə edir. Payı özgəninkiləşdirmə həm əvəzli, həm də əvəzsiz xarakterdə ola bilər. Beləliklə, bu səlahiyyət əsasında paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər (MM-in 215-ci maddəsinin 6-cı bəndi). Pay həm üçüncü şəxsə, həm də paylı mülkiyyətin qalan mülkiyyətçilərinə satıla və ya dəyişdirilə bilər. Açıq hərracdan satış halı istisna olmaqla, paylı mülkiyyətin yerdə qalan iştirakçılarının payı almaqda (və ya dəyişməkdə) üstünlük hüququ vardır (MM-in 218-ci maddəsinin 1-ci bəndi). Göründüyü kimi qanunvericilikdə payın yalnız satı lması zamanı üstünlük hüququnun olması və imperativ qaydada nəzərə alınması qeyd edilmişdir. Hazırki halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X18 Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixli, 0306-№3-62 qeydiyyata alınmış "xxxx" Məhdud Məsluiyyətli Cəmiyyətinin nizamnaməsindən məlum olur ki, cəmiyyətin təsisçisi (iştirakçısı) X8r və o, öz mülkiyyətində olan əmlak payını əvəzsiz olaraq təsisçisi olduğu MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qoymuşdur, bu isə mülki qanunvericilikdə nəzərdə tutulmuşdur.... Hazırki iş üzrə "xxxx" MMC-nin təsisçisi X13 bir iştirakçı olduğundan və cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini təkbaşına həyata keçirdiyindən xx.xx.2021-ci il tarixli qərarı qəbul etməkdə tam səlahiyyətli olmuş, əvəzsiz olaraq Na ftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır. Bu qərar qəbul edilən zaman iddiaçının subyektiv hüququna toxunma halı olmamışdır. Belə ki, iddiaçının adıçəkilən qərar qəbul edilən zaman hazırki əmlak üzrə MM-nin 218-ci maddəsinə əsasən üstünlük hüququ olmamış, F.Qocayev öz mülkiyyətində olan payı təsisçisi olduğu "xxxx" MMC-yə “daşımışdır”. Odur ki, mülkiyyət hüququ və bundan irəli gələn əsaslı mənafelərinə xələl gəlmədiyindən iddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir bu isə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi anlamına gəlir.... Bundan başqa, iş üzrə tərəflərin izahatları və iş materialları araşdırılarkən "xxxx" MMC-nin təsisçisi Feruz Qocayev tərəfindən təsis payının üçüncü şəxsə satılmasından iddiaçı tərəfin məlumatsız olması inandırıcı hesab edilmir. Belə ki, iş materiallarına əlavə edilən 02 may 2023-cü il tarixli aktdan görünür ki, Naftalan şəhər sakinləri və Şafa sanatoriyasında işçilər X9, X11, X12, X21, X19 öz imzaları ilə təsdiq edirlər ki, Şəfa sanatoriyasının rəhbəri X1 satması barədə qonşu Şəfa-2 sanatoriyasının rəhbəri İddiaçı məlumat vermişdir. Rəqsanənin həyat yoldaşı Ağayev Mübariz də bu işdən məlumatlı idi. Bir ildən artıq danışıqlar getmiş, ancaq onlar imtina etmişlər. X25 Vidadinin yanında sanatoriyanı ala bilməyəcəklərini demişdir. Bununla yanaşı, kollegiyaya təqdim olunan foto şəkillərdə də müəyyən dövrlər üzrə əsaslı təmir işlərinin aparılmasının məlum olduğu müəyyən edilmişdir.” KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, maraqlı şəxsin apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinə görə, X26 şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m. qeyri-yaşayış binası və 0.195 ha torpaq sahəsindən ibarət əmlakın özünün mülkiyyətində olan pay hissəsini, yəni həmin ünvanda yerləşən 435,8 kv.m. qeyriyaşayış binasını və 0,168 ha torpaq sahəsini "xxxx" MMC-nin nizamnamə kapitalına əmlak şəklində yerləşdirərkən Mülki Məcəllənin tələblərini pozaraq hüquqdan sui istifadəyə yol vermişdir. Feruz Qocayevin ümumi paylı mülkiyyətdə olan Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m. qeyri-yaşayış binası və 0.195 ha torpaq sahəsindən ibarət əmlakın özünün mülkiyyətində olan pay hissəsini, yəni həmin ünvanda yerləşən 435,8 kv.m. qeyri yaşayış binasını və 0,168 ha torpaq sahəsini digər mülkiyyətçinin razılaşması olmadan "xxxx" MMC-nin nizamnamə kapitalına əmlak şəklində yerləşdirməklə öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş vermədən alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satması Mülki Məcəllənin 215 və 218-ci maddələrinə zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı üçüncü şəxs in etirazında şikayətin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin qərardadının qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 64.8. Təsərrüfat cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər; Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir; Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vu rulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai mün asibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəal arının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli Qərar: “Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir.” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 06 yanvar 2017-ci il tarixli Qərar: “İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması h aqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünl ük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarı: “Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir. Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından ə həmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Belə ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır.”

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərar: Bənd

17. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyəned ici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərar: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; Bənd

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər; Bənd 8.5. İddianın mümkün sayı lmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır; Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

25. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, a pellyasiya instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. c) İşə baxılması qaydası

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

29. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin un iversal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

30. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzif ələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

31. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.

32. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. “X10rşı” iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuled ilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (“Luordo İtaliyaya qarşı” iş üzrə 17 oktyabr 2003-cü il tarixli Qərar).

35. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci madd əsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).

36. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

37. İPM-də mə hkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır.

38. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.

39. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün x idməti vəzifəsinə görə yoxlamalıdır.

40. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır.

41. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzib ati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun.

42. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

43. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir idd iada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar.

44. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

45. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

46. Məhz bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanun la qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.

47. Hazırkı iş üzrə iddia fakti ki cəhətdən fiziki şəxsin paylı mülkiyyətdə olan daşınmaz əmlakda ona məxsus payı özünün bir iştirakçı olduğu təsərrüfat cəmiyyətinin nizamnamə kapitalına qoyması, apellyasiya instansiyası məhkəməsinin qərarı isə bu hərəkətin Mülki Məcəllənin norma və tələblərinə zidd olmaması ilə əsaslandırılmışdır. Başqa ifadə ilə, iddiaçı öz iddia tələbini, yəni bərpasını arzuladığı hüquqlarının pozulmasını cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) yaxud qərarları ilə deyil, onun da paylı mülkiyyətçi olduğu ümumi mülkiyyətdə olan daşınmaz əmlakın digər mülkiyyətçisinin Mülki Məcəllənin 215 və 218-ci maddələri ilə müəyyən edilən öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırır.

48. Göründüyü kimi, hazırkı iddianın predmetini mülki hüquq münasibətləri, maddi hüquqi əsasını isə Mülki Məcəllən in ümumi mülkiyyət hüququnu tənzimləyən normaları təşkil edir. Belə olan halda, hazırkı mübahisənin məhkəmə aidiyyəti Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının (§24) 17-ci bəndinin təsiri altına düşür. Həmin bənddə məhkəmələrə izah edilmişdir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

49. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli və 24 aprel 2019cu il tarixli qərarları (§23) ilə verilən hüquqi şərhlər də bu yöndə olmuşdur.

50. Belə olan halda, a pellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə ümumən düzgün olmuşdur.

51. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-409/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar