Məhkəmə qərarları › İş №2-1(102)-1248/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1248/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1248/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsindən imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olumuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddianı belə əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Çıxarılmış qərarı prosessual cəhətdən əsassız və qeyri-qanunidir. 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən həyata keçirilən yoxlama işinin materiallarında olan hüquqi sənədlərə əsasən İddiaçı MMC-nin Tovuz rayonu, Qo vlar, Şəhriyar 18B ünvanında yerləşən və **********-73032 kodu ilə fəaliyyət göstərən Tovuz 29 Aptekində nəzərdə tutulsa da, faktiki olaraq ünvan 3 ünvanında **********-73018 kodu ilə fəaliyyət göstərən Tovuz 14 Aptekində həyata keçirilmişdir. Bu isə yoxlama planından kənara çıxmaqla vergi əməkdaşları tərəfindən prosessual normaların ciddi surətdə pozulması anlamına gəlir. Yoxlamanın nəticəsi olaraq tərtib olunan xx.xx.2021-ci il tarixli, DVX 007131 saylı aktda “hüquq pozuntusunun” digər əsas əlamətlərindən də biri olan rəsmi subyekti də mövcud olmamışdır. Belə ki, tərtib edilən aktda “hüquq pozuntusunu” törədən kimi Tovuz 29 Aptekin “işçisi” hesab edilən, rəsmi olaraq isə Tovuz 14 Aptekdə 1495 S/K saylı, xx.xx.2020-ci il tarixli işə qəbul əmri ilə satıcı vəzifəsini həyata keçirən X6 imza etmişdir. Bu faktdan görünür ki, “hüquq pozuntusunun” subyekti yanlış təyin edilmiş, deməli “hüquq pozuntusunun” baş verməsi üçün onun digər əsas əlamətlərindən biri olan subyekt də mövcud olmamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunan xx.xx.2021-ci il tarixli, DVX 007131 saylı aktda Tovuz 14 Aptekin satıcısı X3 rəsmi imza etmək səlahiyyəti olmadığı halda akt onun tərəfindən imzalanır.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il saat 14:10-da Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektdə müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat vəsait ödənilmişdir. Ödənilən vəsait müqabilində NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşd ırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat həmin kitaba qeyd edilmişdir. Bununla bağlı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli Akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəllə sinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Sözügedən aktın doğruluğu nümayəndə (işçi) tərəfindən imzalanmışdır. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə” xx.xx.2021-ci il tarixli, **********3731 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli qərarda qeyd edilən ünvanda həyata keçirilməmişdir, halbuki əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktda qeyd edilənlərin doğruluğunu nümayəndə (işçi) öz imzası ilə təsdiq etmişdir. Sahibkarlıq fəaliyyəti həyata keçirilən z aman nəzarət-kassa aparatı texniki səbəbdən obyektdə quraşdırılmamış və operativ vergi nəzarət tədbiri həmin ərəfədə həyata keçirilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-Kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.7-ci bəndinə əsas ən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifələrinə aiddir. Beləliklə, nəzarət-kassa aparatının işləmədiyi, bu barədə vergi orqanına məlumat verilmədiyi və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabının mövcud olmadığı müəyyən edildiyindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin ve rgi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarı ləğv edilmişdir. (hakim: S.İ.Salahova).

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında VM-in 50.2-ci maddəsində göstərilən hər hansı bir əsasa istinad etməmiş, bununla da VMin 50.3-cü maddəsinin tələblərini pozmaqla operativ vergi nəzarətinin keçirilməsi barədə qərarını əsaslandırmamışdır. Cavabdeh obyektdə yoxlama apararkən müvafiq qaydalara riayət etməmiş, qanunvericiliyin tələblərini pozmuşdur.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi- sədrlik edən, K.H.Əkbərov və R.Ə.Səmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri

11. Kassasiya şikayətində göstərilir ki, Baki şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********8765 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılmasi qaydalarına riayət olunmasi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. 12. xx.xx.2021-ci il saat 14:10-da Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən "xxxx" MMC-ya məxsus obyektdə müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X5 0,70 manat vəsait ödənilmişdir. Ödənilən vəsait müqabilində NKA-ya çek vurulmamış və müştəriyə çек təqdim edilməməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparati obyektdə yoxdur. Nəzarət-kassa aparati işləmədiyi dövrdə nəzarət-kassa aparatina aid kitablar (aparılan əməliyyatların uçotu kitabi) obyektdə mövcud idi, lakin hamin qeyd edilən məbləğ qeyd edilməmişdir. 14:12-da 0,70 manat qeyd edilən kitaba qeyd edildi. Bununla da nağd pul hesablaşmalarının aparilmasi qaydalarinin pozulmasi fakti aşkar edilmişdir.

13. Belə olan halda isə vergi orqani tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli АКТ tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərari ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydalar"ının 8.3.16-ci bəndinin tələblərini pozduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Sözügedən aktın doğruluğu nümayəndə tərəfindən imzala nmışdır.

14. Vergi orqani tərəfindən tərtib edilmiş, sözügedən АКТ əsasında "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********3731 saylı qarar qəbul edilmişdir.

15. Məhkəmə qərarında qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri qərarda göstərilən ünvanda həyata keçirilməmişdir və məhkəmə bunu iddiaçı tərəfindən məhkəməyə təqdim olunan işçinin vəzifəyə təyin edilməsi barədə əmrdə iş yerinin "Tovuz 14" apteki qeyd edilməsi ilə əsaslandırır. Qeyd edilən əmr iddiaçının maraqlarınaxidmət etdiyindən əmr iddiaçı tərəfindən tərtib edildiyindən və bu əmrin sonradan da dəyişdirilməsi ehtimalı olduğundan əmr mötəbər sübut kimi qəbul edilməməlidir.

16. Bununla yanasi qeyd edilmişdir ki, satıcı özü ünvanı təsdiq etmi ş və vergi orqani əməkdaşlarının Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanına gəldiyini vurğulamış və xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli Akti və sahibkarliq sahəsində aparılan yoxlamalarin vahid reyestrindən çıxarışı imzalamaqla qeyd edilənləri bir daha təsdiq etmişdir. Hər iki sənəddə obyektin ünvanı qeyd edilmişdir.

17. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 837/04 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixdə əmək müqavilələri əsasında "xxxx" ММС-yə məxsus Tovuz 14 X7 Cəlal qizi satici-aptek vəzifəsində, Tovuz 29 Aptekində isə Yadigarova ilhama 9li qizi operator vəzifəsində işləmişlər. X13 qizi hazirda da satici-aptek vəzifəsində Tovuz 14 aptekində işləyir.

18. Lakin yuxanda qeyd o lunan əməkdaşların əmək müqaviləsi bildirişlərində "Tovuz 14" və ya "Tovuz 29" aptekində işlədiyinə dair hər hansi sübut yoxdur.

19. Həmçinin şikayətdə qeyd edilmişdir ki, hər iki məhkəmə instansiyası **********Pİ0055817 nömrəli nəzarət kassa aparatinin **********-73018 kodu ilə fəaliyyət göstərən "tovuz 14" adlı təsərrüfat subyektində qeydiyyatda olmasini araşdırmamış, qərarlarını əsaslandırarkən bu hal işin mübahisəsiz vəziyyəti kimi təsvir etmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydalar"ının 8.3.15-ci yarım bəndinə əsasən NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və operatora dərhal məlumat vermək istifadəçinin vəzifə lərinə aiddir. Eyni zamanda sözügedən qaydalarn 5.1-ci bəndinə asasan istismar zamani NKA-da nasazliqlar yarandiqda istifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.

21. Məhkəmənin şübhə altina almağa cəhd etdiyi yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar konkret olaraq mövcud olduğu halda, həmin əsasları olmamış, kimi təqdim etmək və nəticədə yoxlamanın təyini əsaslarını sarsitmaq ədalətsiz davranış olmaqla məhkəmə aktinin qanuniliyini və əsaslılığını şübhə altina almışdır.

22. Məhkəmə nəzərə almalıdır ki,, vergi ödəyicisi alıcıdan pul vəsaitinə görə alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanki təqdim etməzsə, bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, uc və daha çox yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasi tətbiq edilir.

23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə etiraz təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xə bərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məlum olduğu kimi, İddiaçı (hazırkı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə məxsus Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən Tovuz 29 adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix ədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

34. Yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur.

35. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli akta, Dövlət Vergi Xidmətinin əməkdaşları böyük dövlət vergi müfəttişləri X9 və X14 tərəfindən İddiaçı MMC-yə məxsus Tovuz rayonu Qovlar, Şəhriyar 18B ünvanda yerləşən Aptek Tovuz 29-da işçi X3 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış **********PC0034410 zavod nömrəli AzSmart markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə saat 14:10-da keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat ödənilmiş, NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat kitaba qeyd edilmişdir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli Qərarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

37. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində iki təsərrüfat obyekti mövcud olmuş, xx.xx.2018-ci il tarixdə uçota alınmış **********-73032 kodlu ünvan 9 ünvanında, xx.xx.2015-ci il tarixdə uçota alınmış **********-73018 kodlu Aptek ünvan 10 ünvanında yerləşmişdir.

38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı operativ vergi nəzarətinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarda göstərilən Tovuz 29 adlı obyektdə deyil, Tovuz-14 adlı obyektdə keçirildiyini, bununla da prosessual pozuntuya yol verildiyini bildirmiş, bu halı sənədləri imzalayan şəxsin Tovuz 14 adlı təsərrüfat obyektində işləməsi ilə əsaslandırmışdır.

39. Belə ki, işdə olan 4CZHH4Z000202 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır.

40. İddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 1495S/K nömrəli əmr ə əsasən, X6 xx.xx.2020-ci il tarixdən ünvan 11 ünvanında fəaliyyət göstərən “ünvan 12yılova ilə bağlanmış əmək müqaviləsində onun iş yeri kimi Tovuz-14 saylı aptek göstərilmişdir.

41. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 837/04 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021- ci il tarixdə əmək müqavilələri əsasında İddiaçı MMC-yə məxsus Tovuz 14 X1 satıcı-aptek vəzifəsində, Tovuz 29 Aptekində isə X10 operator vəzifəsində işləmişlər. X6 hazırda da satıcı-aptek vəzifəsində Tovuz 14 aptekində işləyir.

42. Beləliklə iddiaçının təqdim etdiyi sübutlar S.İsmayılovanın iddiaçının operativ vergi nəzarəti keçirdiyi təsərrüfat obyektində -Tovuz 29-da deyil, digər təsərrüfat oby ektində - Tovuz 14 adlı aptekdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir.

43. Eyni zamanda apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh mübahisəli qərarda göstərilən təsərrüfat obyektində yoxlama aparılmasını təsdiq edən və iddiaçının dəlillərini təkzib edən hər hansı bir sübut təqdim etməməklə yanaşı, operativ vergi nəzarətini keçirən şəxslər də düzgün ünvanda nəzarət tədbirləri keçirmələrini yalnız Şəhriyar küçəsində 1 aptekin olması və bu halın obyektdə olan işçi tərəfindən təsdiq edilməsi ilə əsaslandırmışlar. Halbuki yuxarıda sadalananlara əsasən Şəhriyar küçəsində 1 deyil, 2 təsərrüfat obyektinin olması mübahisəsizdir.

44. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qərara əsasən, cavabdeh iddiaçı tərəfindən m üştərinin aldığı məhsula görə NKA-ya çek vurulmamasına istinad edərək ona maliyyə sanksiyası tətbiq etmişdir.

45. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həm xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli akta, həm də tərəflərin məhkəmə də verdikləri izahatına əsasən, yoxlama günü obyektdə NKA olmamışdır.

46. İddiaçı həmin dövrdə NKA nasaz olduğundan təmirdə olduğunu bildirmiş, bununla bağlı "xxxx" MMC-nin AZS/017/22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışdan görünür ki, s/n:**********Pİ0055817 nömrəli NKA xx.xx.2021-ci il tarixindən AZ Smart MMC şirkəti tərəfindən təmir məqsədilə obyektdən götürülmüşdür. B elə olan halda aydındır ki, NKA-ya çek vurulması mümkünsüzdür.

47. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, NKA (s/n:**********P********) xx.xx.2021-ci il tarixindən həqiqətən də Az Smart MMC şirkəti tərəfindən təmir məqsədi ilə obyektdən götürülmüş və xx.xx.2021-ci ildə təmir olunaraq obyektə qaytarılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 №-li “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Qərarın 5-ci bəndinin 5.2-ci yarımbəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKAnın təmirini təmin etməlidir. Qeyd olunan NKA tələb olunan zamandan daha az müddətdə servis olunaraq obyektə qaytarılmışdır. Bu səbəbd ən servis xidməti zamanı bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməmişdir. Nasaz NKA üzərində təmir işləri aparılan zaman nəzarət mexanizmi qurğusuna heç bir müdaxilə olmadığından orada olan bütün məlumatlar Dövlət Vergi Xidmətinə ötürülməmişdir.

48. Bununla əlaqədar apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5.2-ci bəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 49. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7.9-cu bəndinə əsasən nəzarət-k assa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır.

50. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən nəzarət zamanı vergi ödəyicisi nəzarətkassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması ilə dəqiqləşdirilir, bununla bağlı nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir.

51. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin bu tələblərə əməl etməsi müəyyən olunmur. Belə ki, xx.xx.2021-ci il tarixli aktda nəzarətkassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitabların (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olduğu, lakin həmin məbləğin qeyd edilmədiyi, saat 14:12-də 0,70 manat məbləğin kitaba qeyd edildiyi göstərilmiş, lakin cavabdeh tərəfindən vergi ödəyicisinin STXM-ə və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi, STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması araşdırılmamış, bu barədə aktda hər hansı bir qeyd aparılmam ışdır.

52. Xüsusi olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində şahid kimi izahat verən yoxlayıcı Elsevər Alıyev aktda yazılanları təsdiq edərək, müvafiq məbləğin kitaba qeyd edildiyini göstərsə də, digər yoxlayıcı Nəcəf Eynalov bu məlumatı, o cümlədən aktda aparılan qeydi təkzib etmiş və təqdim edilən əməliyyatların uçotu kitabında vergi ödəyicisini eyniləşdirən hər hansı bir məlumat olmadığından həmin kitabı mötəbər sənəd kimi qəbul etməyərək orada hər hansı bir qeyd aparılmadığını bildirmiş, bununla da yoxlayıcılar məsələ ilə bağlı iki fərqli və ziddiyyətli izahat vermişlər. Bu ziddiyyət cavabdeh tərəfindən verilmiş etirazda da müşahidə olunur. Belə ki, etirazda həmin akta istinad olunaraq müvafiq məbləğin kitaba qeyd olunduğu göstərilsə də, sonda əməliyyatların uç otu kitabı mövcud olmadığından maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunmuşdur.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələrinə istinad edərək, doğru olaraq belə qənaətə gəlmişdir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

54. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti tə min edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-322/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar