Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1248/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi”; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Binə bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 121 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,78 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2906/2023 nömrəli qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binə qəsəbəsində yerləşən 7800 kv.m torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texni ki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)1336/2014 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Binə bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 121 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 7800 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadı və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Məhkəmə qərarı icra edilməklə iddiaçının 0,7722 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır.
4. İddiaçı xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinin 0,20 ha hissəsini X2, tərəflər arasında AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və X4 0,20 ha torpaq sahəsi, iddiaçının isə 0,5722 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adlarına müvafiq olaraq RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlar hazırlanmışdır.
5. X8, X5 və X3 vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin xx.xx.2014-cü il tarixli 2-1(82)-1336/2014 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişlər. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)1336/2014 nömrəli qərardadı i lə X8, X5 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)1336/2014 nömrəli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)1336/2014 nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan inzibati iş (İddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X8, X5 və X3) qarşı əmrin və qərarların etibarsız sayılması tələbinə dair iddia) üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)13/2017 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 9. 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)13/2017 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
10. Üçüncü şəxs X8 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1336/2014 nömrəli qərarına dair icrada dönüş edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(82)-13/2017 nömrəli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1336/2014 nömrəli qərarının icrasına dönüş edilmiş, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının Binə bələdiyyəsinin 14 noyab r 2006-cı il tarixli 121 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 7800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir.
12. İddiaçı və cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)1199/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
13. X9 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(82)-13/2017 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismin də cəlb olunması barədə ərizəsi təmin edilməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(82)-13/2017 nömrəli qərardadı ilə üçüncü şəxsin məhkəmə qərarının icrasına dönüş edilməsi barədə ərizəsi qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 21(82)-1336/2014 nömrəli qərarının icrasına qismən dönüş edilmiş, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının Binə bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 121 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,5722 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir.
16. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə qərarının icrasına dönüşlə bağlı qərardadından, X9 isə birinci instansiya məhkəməsinin üçüncü şəxs qismində cəlb olunması barə də ərizənin təmin edilməməsi barədə qərardadından apellyasiya şikayətləri vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2906/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən (məhkəmə qərarının icrasına dönüşlə bağlı) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin məhkəmə qərarının icrasına dönüş edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. X9 apellyasiya instansiya məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1223/2024 nömrəli qərardadı ilə X4 (üçüncü şəxs qismində cəlbetmə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin üçüncü şəxs qismində cəlbetməyə dair ərizənin təmin edilməməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. X9 apellyasiya instansiya məhkəməsinin həmin qərardadından da kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
22. Məhkəmə kollegiyası hesab edir ki, X4 şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə, onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, bu hüquq mütləq deyildir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. La kin qoyulan məhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
25. İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: - 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; - 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi, ərizəçi X6 münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə ərizəçi X4 tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları şəxslərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 27. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin nor mada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” 26.
28. Hazırkı qərardadla X1 və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,20 ha torpaq sahəsinə dair hissə üzrə isə qərarın icrasına dönüş edilməsindən imtina edil miş, yəni ərizəçi X4 əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, ərizəçi X4 apelyasiya instansiyası məhkəməsinin hazırkı qərardadından kassasiya şikayəti vermək hüququ da istisna edilir.
29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarix li, 2-1(103)-2906/2023 nömrəli qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.