Məhkəmə qərarları › İş №2-1(102)-1249/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1249/2017

31.05.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1249/2017 31.05.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1249/17) Bakı şəhəri 31 may 2017-ci il Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Sevda Hüseynova, Xəqani Məmmədovdan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinə qarşı 56 yaşdan, yəni 26 noyabr 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 26 noy abr 2009-cu il tarixdən 26 noyabr 2010-cu il tarixədək olan müddət üçün əmək pensiyasının məbləğinin, həmçinin 26 noyabr 2010-cu il tarixdən bu günə qədər ödənilən əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin 26 noyabr 2009-cu tarixdə qüvvədə olan tələblərinə uyğun orta aylıq əmək haqqı ilə hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-103/2017 saylı iş üzrə 30 yanvar 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 31 may 2017-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaç ı 26 noyabr 1953-cü ildə anadan olmuşdur. Cavabdeh sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. 17 dekabr 1971-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı 01 noyabr 1971-ci ildə əmək fəaliyyətinə başlamış, təhsil almış və 29 fevral 2016-cı il tarixədək müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ona hesablanmış pensiya ilə razılaşmayaraq, cavabdehə müraciət ünvanlamışdır. Cavabdehin 29 iyun 2016-cı il tarixli 39/553 saylı məktubu ilə İri sığortaedənlərlə iş üzrə Departamenti tərəfindən təqdim olunmuş pensiya kapitalı barədə 27 may 2016-cı il tarixli 4 saylı əlavəyə əsasən 01 mart 2016-cı il tarixdən iddiaçının pensiyasının məbləği 349,84 manat (110 manat baza hissəsi + 239,84 manat sığorta hissəsi) düzgün hesablanaraq ödənişin təmin edildiyi əsas götürülərək iddiaçının tələbinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 26 noyabr 1953-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə başlamış, təhsil almış və əmək fəaliyyətinin böyük bir hissəsini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. İddiaçıya 26 noyabr 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Göstərilən hüquq normalarının qarşılıqlı analizi nəticəsində aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəs ində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 16 sentyabr 1998-ci il tarixədək azı 25 il sığorta stajını, o cümlədən 12 il 6 aydan çox zərərli əmək sahəsində iş stajınıtoplamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 1999-cu ilədək 1 il artırılmasını nəzərə aldıqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 56 yaşdan, yəni 26 noyabr 2009-cu il tarixdən təyin edilməlidir. Bundan başqa, 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinə əsasən əmək pensiyası məbləğinin orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulurdu. İddiaçının da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 56 yaşdan, yəni 26 noyabr 2009-cu il tarixdən yarandığından ona təyin edilməli olan əmək pensiyasının məbləği 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinə əsasən orta aylıq əmək haqqı ilə hesablanmalıdır. Göstərilən məsələlərlə bağlı cavabdeh orqana müraciət edilsə də, inzibati orqan bundan imtina etmiş, imtina isə hüquqi cəhətdən tam şəkildə əsaslandırılmamış, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilərək, iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi göstərilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinə qarşı 2004-2005-ci illər üzrə alınmış əmək haqqı son 24 ayın əmək haqqısı kimi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2010-cu il tarixədək tələbinə uyğun yenidən hesablanması və yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan son ra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehə qarşı 56 yaşdan, yəni 26 noyabr 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 26 noyabr 2009-cu il tarixdən 26 noyabr 2010-cu il tarixədək olan müddət üçün əmək pensiyasının məbləğinin, həmçinin 26 noyabr 2010-cu il tarixdən bu günə qədər ödənilən əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin 26 noyabr 2009-cu tarixdə qüvvədə olan tələblərinə uyğun orta aylıq əmək haqqı ilə hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17 noyabr 2016-cı il tarixli iş № 2-1( 85)-1249/2016, (sədrlik edən hakim Zaur Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30 yanvar 2017-ci il tarixli iş № 2-1(105)-103/2017 (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya 26 noyabr 2009-cu ildən pensiya təyin olunmalı olması barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən apelyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. İddiaçının 29 dekabr 2010-cu ildə etdiyi müraciət əsasında cavabdehin qərarı ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququndan istifadə etməməsinə görə cavabdeh məsuliyyət daşımamışdı. Eyni zamanda, həmin dövrdə - 2009-cu ildə “İnzibati icraat haqqında” qanun qüvvəyə minmədiyindən (bu qanun İnzibati Prosessual Məcəllə qüvvəyə mindikdən sonra qüvvəyə minmişdir) birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin inzibati icraat haqqında qanunun normalarına istinad etmə sini əsassız hesab edirik. Qanunla iddiaçının 57 yaşı tamam olan zaman ona pensiya təyin olunduğundan iddia tələbini yuxarıda göstərilənlər nəzərə alınmaqla əsassız və apelyasiya instansiyası məhkəməsinin qərarının maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış hesab edirik. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təm in olunmamasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəs inə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdehin kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçıya 26 noyabr 20 09-cu ildən pensiya təyin olunmalı olması barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən apelyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. İddiaçının 29 dekabr 2010-cu ildə etdiyi müraciət əsasında cavabdehin qərarı ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququndan istifadə etməməsinə görə cavabdeh məsuliyyət daşımamışdı. Eyni zamanda, həmin dövrdə - 2009-cu ildə “İnzibati icraat haqqında” qanun qüvvəyə minmədiyindən (bu qanun İnzibati Prosessual Məcəllə qüvvəyə mindikdən sonra qüvvəyə minmişdir) birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin inzibati icraat haqqında qanunun normalarına istinad etməsini əsassız hesab edirik. Qanunla iddiaçının 57 yaşı tamam olan zaman ona pensiya təyin olunduğundan iddia tələbini yuxarıda göstə rilənlər nəzərə alınmaqla əsassız və apelyasiya instansiyası məhkəməsinin qərarının maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış hesab edirik. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kassasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kassasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 16 sentyabr 1998-ci il tarixədək azı 25 il sığorta stajını, o cümlədən 12 il 6 aydan çox zərərli əmək sahəsində iş stajınıtoplamışdır. İddiaçı 26 noyabr 2010-cu il tarixdən 57 yaşı tamam olduğu gündən 190,63 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş,01 mart 2016-cı il tarixdən isə pensiya məbləği 349,84 manat olmaqla ödənilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Azərbaycan Resp ublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə müvafiq olaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə g örə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə görə isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin sosial təminat hüq uqu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 4.1-ci maddəsinə müvafiq olaraq bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Eyni zamanda 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) düsturla müəyyən edilir. 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyas ı hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı əmək fəaliyyətinin böyük bir hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ü mid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2017-ci il tarixli 2-1(105)-103/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar