Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1249/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi, işin hallarının hərtərəfli araşdırılması prinsipinin tələblərinin pozulması ) Hakimlər: Səyyad Kərimov (sədrlik edən və məruzəçi hakim), Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Ülkər Hüseynovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2, üçüncü şəxs Əlizadə Kamran Ziyad oğlunun və vəkili V əkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin planölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2021-ci il tarixli 2-1(103)-28/2021 nömrəli qərarından üçüncü şəxs Əlizadə Kamran Ziyad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Depart amenti tərəfindən verilmiş 24 avqust 2001-ci il tarixli 000033 saylı və 25 avqust 2001-ci tarixli 002504 saylı şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin və 1076,6 kv.m. torpaq sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X4 30 avqust 2017-ci il tarixli, ******* saylı reyestr çıxarışı və eyni tarixli texniki pasport verilmişdir. İddiacının bildirdiyinə görə, cavabdeh orqan tərəfindən qeyd olunan çıxarış və texniki pasport verilərkən İddiaçınə məxsus olan binanın ərazisinə və torpaq sahəsinə müdaxilə edilmiş və nəticədə onun hüquqları pozulmuşdur. İddiaç ı 19 dekabr 2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-sxemi barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: 1.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu” təsdiq edən şəhadətnaməyə əsaslanaraq vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması üçün 18 may 2016-cı il tarixdə DƏDRX Bakı şəhər Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən 2 iyun 2016-cı il tarixli məktubla çı xarışın və texniki pasportun verilməsindən imtina olunmuşdur. İmtina məktubunda bildirilmişdir ki, ərizəçinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikilinin inşa olunaraq istifadə edildiyi məlum olmuşdur və bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Ziyad Əliyev həmin imtina məktubuna əsaslanaraq qeyd olunan tikilinin sökülməsi tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə araşdırma zamanı təqdim edilmiş 29 iyun 2017-ci il tarixli 5852 nömrəli ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq məktubundakı məlumatlar, torpaq sahəsinin faktiki ölçüsünün plan-sxemdə göstərilən ölçülərə uyğun olmaması, ayrıc aktı və kadastr planının olmaması- nəzərə alınaraq, 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnaməyə əsasən X4 məxsus 109,24 kv.m torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 1 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, yuxarıda göstərilən ekspertiza rəyinə əhəmiyyət verməyən Nərimanov rayon məhkəməsi iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. İddiacı (İddiaçı kiçik müəssisəsinin təmsilçisi Rza Ramazanov) həmin qətnamədən apellyasiya şikayəti vermişdir və həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə icraatı zamanı iş üzrə iddiaçı qeyd olunan torpaq sahəsinə dair cavabdeh tərəfindən ona verilmiş 30 avqust 2017-cı ıl tarixli ******* saylı r eyestrdən çıxarışı və eyni tarixli texniki pasportu məhkəməyə təqdim etmişdir. İddiaçı daha sonra bildirir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair X3 adına qeydiyyat aparılması, həmin reyestrdən çıxarışın və texniki pasportun verilməsi qanunsuz sayılmalıdır. Belə ki, reyestrdən çıxarış və texniki pasport verilərkən cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə baxış keçirilməmiş, sahənin qonşuluqda yerləşən sahələrlə sərhədləri dəqiqləşdirilməmış, mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün onun plan-sxemində qeyd olunan ölçülərə uyğun olmadığı, torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıc aktı və kadastr planının tərtib olunmadığı nəzərə alınmamışdır. Bununla da, cavabdeh tərəfindən İddiaçınə məxsus olan binanın ərazisinə və torpaq sahəsinə müdaxilə olunmuş və o nun hüquqları pozulmuşdur. Bu qanunsuz hərəkət iddia ərizəsinə əlavə olunmuş digər sənədlərlə də təsdiqini tapır. Belə ki, əvvəlki mülki iş üzrə təqdim edilmiş 29 iyun 2017-ci il tarixli 5852 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, 5 noyabr 1998-cı il tarixli 000087 nömrəli şəhadətnaməyə əsasən X4 məxsus 109,24 kv.m torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 2 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib - tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda ekspertlərin müəyyən edə bilmədiyi torpaq sahəsinin sərhədlərini cavabdehin yerində araşdırma aparmadan necə müəyyən etdiyi anlaşılmazdır. Bundan başqa, torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikinti inşa olunaraq ıstifadə olunmasını əsas gətirərək, həmi n torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edən cavabdehin sonradan mülki məhkəmə araşdırması aparılmasına məhəl qoymadan hansı səbəbdən Ziyad Əliyevin adına mübahisəli torpaq sahəsinə dair reyestrdə qeydiyyat aparması, müvafiq reyestrdən çıxarış və texniki pasport verməsi də aydın deyil. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli 2-1(82)51/2019 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş reyestdən çıxarış və digər sənədlər (o cümlədən texniki pasport) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin həmin üçüncü şəxsə verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə əsasında tərtib olu nmuş, iddiaçının məhkəmə icraatında gətirdiyi dəlillər təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş, lakin zəruri mütəxəssis rəyi alınmadığından ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi aktların ləğvi və etibarsız sayılması ilə bağlı xüsusatlar məhkəmə icraatında müəyyən edilməmiş, cavabdehin həmin sənədlərin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olduğu isbat olunmamıdır.
4. İddia tələbi təmin edilməyən iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2-1(103)28/2021 saylı qərarı ilə İddiaçı apelya siya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir.
6. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə yeni qərar qəbul edilmiş və iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X3 adına aparılmış, Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilmiş 30 avqust 2017-ci il tarixli çıxarış və digər sənədlər iddiaçının faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m. hissədə ləğv olunmuşdur. İddia qalan hissədə təmin olunmamışdır.
7. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehin 02 iyun 2016-cı il tarixli imtina məktubu na əsasən, Ziyad Əliyev Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Həmin mülki iş üzrə məhkəmə icraatı davam edərkən, imtina məktubundan 5 ay sonra cavabdeh üçüncü şəxs X3 hüquqlarını dövlət qeydiyyatına almış, onun adına 30 avqust 2017-ci il tarixli çıxarış və texniki pasport vermişdir. Apelyasiya məhkəməsi işin qeyd edilən bu halına əsasən, yəni cavabdehin öz məktublarında qeyd etdiyi maneə ilə əlaqədar imtinasının ardından, üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması, sonuncu məktubda qeyd olunan 22,1 kv.m torpaq sahəsinin həqiqətən X3 xüsusi mülkiyyətində olan 109 kv.m torpaq sahəsi daxilində deyil, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsin adına qeyri-qanuni apardığı koordinatlar daxilində olması qən aətinə gəlmişdir.
8. Apelyasiya Məhkəməsi həmçinin 27 noyabr 2020-ci il tarixli, 10-1164 saylı ekspert rəyinin nəticə hissəsinə istinad edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 05 noyabr 1998-ci il tarıxli 000087 saylı şəhadətnamə və şəhadətnaməyə əlavə olunmuş plan-sxemlə, ünvan 2 ünvanda yerləşən 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinə dair 06 may 2006-cı il tarixli və 30 avqust 2017-ci il tarixli çıxarışlarda göstərilən ölçülər arasında uyğunsuzluq mövcuddur. Nəticədə cavabdeh tərəfindən üçüncü şəxs X3 adına verilmiş 30 avqust 2017-ci il tarixli çıxarışda və eyni tarixli texniki pasportda qeyd olunmuş ölçülər, torpaq sahəsinin ölçüsü və faktiki vəziyyətinə dair ilkin sənədlərdə nəzərdə tutulmuş məlumatlarla eynilik təşkil etmir.
9. Bundan əlavə, Apelyasiya Məhkəməsi yenə ekspertin qeyd edilən rəyinə istinadla hesab etmişdir ki, cavabdeh tərəfindən X3 adına verilmiş 30 avqust 2017-ci il tarixli texniki pasporta əsasən üçüncü şəxsin istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunur.
10. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ünvan 2 ünvanda yerləşən üçüncü şəxsə məxsus 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsininin sərhədlərini ilkin sənədlər əsasında müəyyən etmək mümkün olmadığı halda, cavabdeh tərəfindən 30 avqust 2017-ci il tarixdə üçüncü şəxsə ilkin sənədlərə uyğun olmayan çıxarışın və texniki pasportun verilməsi, həmin üçüncü şəxsin istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sa həsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi ilə nəticələnmişdir.
11. Üçüncü şəxs həmin qərardan kasasiya şikayəti verərək apelyasiya məhkəməsinin 05.04.2021-ci il tarixli 2-1(103)-28/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
12. Üçüncü şəxs kasasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum Ziyad Əliyev mülkiyyət hüququ əsasında ona məxsus 109 kv.m. torpaq sahəsinin şəhadətnaməsini və 134 saylı Pavilyonun şəhadətnaməsini cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasını yə vahid əmlaka aid ç ıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 02 iyun 2016-cı il tarixli məktubla Ziyad Əliyevə məxsus 109,24 kv.m. torpaq sahəsinin bir hissəsinin başqa şəxs tərəfindən zəbt edilərək üzərində tikili inşa edildiyini bildirmişdir.
13. Ziyad Əliyevin müraciətinə cavab olaraq, cavabdeh 30 mart 2017-ci il tarixli, **********49 saylı məktubunda qeyd edir ki, Ziyad Əliyevin mülkiyyətində olan (05 noyabr 1998-ci il tarixli şəhadətnaməyə əsasən) 109.24 kv.m torpaq sahəsindən 22.1 kv.m torpaq sahəsi digər fiziki şəxs tərəfindən zəbt edilərək istifadə edilməkdədir və həmin sahədə əlavə olaraq 1 mərtəbəli tikili inşa edilmişdir.Cavabdeh ilkin özəlləşdirmə sənədlərini əsaslanaraq Ziyad Əliyevə məxsus torpaq sahəsinin zəbt olunmasını göstərmişdir.
14. Ziyad Əliyev həmin məktub əsasında Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 15 avqust 2017-ci il tarixli 2(005)-654/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq Ziyad Əliyevə məxsus Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər Əbülfət Əliyevin və qeyrilərinin öz vəsaitləri hesabına sökülməsi, habelə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
15. Məhkəmə icraatı gedişində Ziyad Əliyev Azərbaycan cavabdehə şikayət ərizələri ilə müraciət etmiş və nəticədə mübahisəli torpaq sahəsinin şəhadətnaməsini təhvil verərək çıxarış almışdır.
16. Bundan sonra “Saf’ çoxsahəli kiçik müəssisəsi, heç bir subyektiv hüququ olmadan 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏD RX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq üçüncü şəxs Ziyad Əliyevə məxsus torpaq sahəsinin plan-sxemi barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsini xahiş etmişdir.
17. Mübahisəli torpaq sahəsi dövlət əmlakı olmuş və özəlləşdirmə yolu ilə dövlətdən satın alınmışdır. Həmin torpaq sahəsinə Dövlət Əmlak Komitəsi şəhadətnamə verilmişdir. Bu səbəbdən, işə baxmış 1-ci instansiya və apelyasiya məhkəmələri tərəfindən Dövlət Əmlak Komitəsi iş üzrə cəlb olunmalı və ilkin özəlləşdirmə sənədləri Dövlət Əmlak Komitəsindən tələb olunmalı idi. Lakin, Bakı Apellyasiya Məhkəməsi bizim dediklərimizə əhəmiyyət verməmiş və nəticədə qanunsuz və qeyri-obyektiv qərar qəbul etmişdir.
18. İddiaçı tərəfindən məhkəməyə mübahisə li torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə iddiaçının hüququnun olub-olmamasını araşdırmamış, iddiaçının hansı hüquqlarının pozulmasını qeyd etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi qərarını əsaslandırarkən 27 noyabr 2020-ci il tarixli, 10-1164 saylı ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin rəydə Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən X3 adına verilmiş 134 saylı pavilyona dair ilkin sənədlərə əsasən sərhədləri müəyyən etmək mümkün olmadığı üçün, Z.Əliyevin adına verilmiş sənədlərdə göstərilən mübahisəli torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi və üzərində olan tikililərin üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Tərəfimizdən iddiaçıya mə xsus ərazinin texniki pasportu məhkəməyə təqdim edilmiş və həmin texniki pasportda iddiaçıya məxsus ərazi dəqiq koordinatlarla göstərilmişdir. Həmin ərazinin Ziyad Əliyevə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyri-mümkündür. Ekspert rəyində torpaqların üst-üstə düşüb-düşməməsi müəyyən olunmadığı halda, məhkəmə həmin ekspert rəyinə istinad edərək qərar qəbul etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Üçüncü şəxs və vəkili kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. 22.İddiaçının vəkili kasasiya şikayətini qəbul etmədiyini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Kasasiya şikayətinin mümkünlüyü 24.Kasasiya şikayəti mümkündür. Kasasiya şikayəti vaxtında verilmişdir (İPM-in 94.1-ci maddəsi) və formal tələblərə uyğundur (İPM-in 94.2-ci maddəsi). Kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Mübahisələndirilən məhkəmə qərarı ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
25. Ali Məhkəmənin İnzibati Kollegiyası, iş üzrə məhkəmə icraatının materiallarını, üçüncü şəxsin, onun vəkilinin, iddiaçının vəkilinin izahat və çıxışını dinləyərək, məhkəmə qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruru hesab edir.
26. Məhkəmə araşdırması birtərəfli aparılmış, İddiaçı kiçik müəssisəsinə aid hüquqmüəyyənedici və digər sənədlər araşdırma obyekti olaraq tədqiq olunmamış, məhkəmə qərarında həmin sənədlərə ümumiyyətlə istinad edilməmişdir. 27.Üçüncü şəxs kassasiya şikayətində onun tərəfindən İddiaçı kiçik müəssisəsinə aid ərazinin texniki pasportunun məhkəməyə təqdim olunduğunu və həmin texniki pasportda iddiaçıya məxsus ərazinin dəqiq koordinatlarının göstərildiyini bildirərək, həmin ərazinin Ziyad Əliyevə məxsus torpaq sahəsi ilə üst -üstə düşməsini istisna etmiş və iş üzrə obyektiv araşdırma aparılmasını xahiş etmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. MPM-in 76.1-ci maddəsinə əsasn tərəflərin tələb və etirazlarını əsaslandıran hall arın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şikayət verilmiş işə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin normaların tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur.Hərtərəfli araşdırma prinsipinin pozulması məhkəmə qərarının mahiyyətinə və üçüncü şəxsin hüquqlarının tanınmasına təsir edəcək səviyyədədir. 29. “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri və s. üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Azərbaycan Respublikası İqtisadi İnkişaf Naz irliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya verilmiş 24 avqust 2001-ci il tarixli 000033 saylı və 25 avqust 2001-ci tarixli 002504 saylı şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi və 1076,6 kv.m. torpaq sahəsi onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi ilə bağlı Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən 23 avqust 2001-ci il tarixli 000046 saylı texniki pasport tərtib edilmişdir.
31. Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən 134 saylı pavilyon Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci tarixli Şəhadətnaməyə əsasən X1. 13 sentyabr 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsasən həmin pavilyonun ümumi tikintialtı sahəsi 37.63 kv.m. təşkil edir. Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 05 noyabr 1998-ci il tarixli 000087 saylı Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 109,24 kv.m olan 134 saylı pavilyon X3 mülkiyyətindədir. 32. 06 may 2006-cı il tarixli MN 006160 saylı çıxarışa əsasən Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında istifadədə olan 0,01269 ha torpaq sahəsində yerləşən 115,6 kv.m. ümumi, 104,7 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası X3 mülkiyyətinə verilmişdir. Həmin çıxarışa əlavə olunmuş 134 saylı pavilyonun torpaq sahəsinin plan-sxeminə əsasən ümu mi sahə 109,24 kv.m., tikintialtı sahə 37,63 kv.m., sərbəst sahə 71,6 kv.m. təşkil edir.
33. Cavabdeh tərəfindən 30 avqust 2017-cı ıl tarixli ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında 0,01269 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,6 kv.m. qeyri-yaşayış binası X3 mülkiyyətindədir.Həmin çıxarışa əlavə olunmuş eyni tarixli texniki pasporta əsasən,qeyri-yaşayış binasının sahəsi torpaqqayırma sənədləri üzrə 109,24 kv.m., faktiki istifadə üzrə 161.8 kv.m. və əsas tikinti üzrə 132,0 kv.m. təşkil edir.
34. Apelyasiya məhkəməsi cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş çıxarışların, xüsusilə də 30 avqust 2017-cı ıl tarixli ******* saylı çıxarışın daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas qismində çıxış edən hü quqmüəyyənedici sənədlərə, yəni Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci tarixli 7172 saylı şəhadətnaməyə, 13 sentyabr 1997-ci ildə tərtib edilmiş texniki pasporta, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu” təsdiq edən 05 noyabr 1998-ci il tarixli 000087 saylı Şəhadətnaməyə, habelə sonuncu sənədlərdə əks olunmuş məlumatlara uyğun olaraq verilib – verilmədiyini araşdırmamışdır. Eyni zamanda hüquqmüəyyənedici ilkin sənədlər əsasında üçüncü şəxsə məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən olunmamışdır.
35. Araşdırma İ ddiaçı kiçik müəssisəsinə münasibətdə də həyata keçirilməli, məhkəmə tərəfindən həmçinin iddiaçıya aid hüquqmüəyyənedici və digər sənədlər də tədqiq edilməli, həmin sənədlərdə olan məlumatlar dəqiqləşdirilməli və qeyd olunan sənədlər əsasında iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilməli idi.
36. Məhkəmə iş materiallarında olan ekspert rəyinə əsaslanaraq X3 adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərdəki məlumatlarla, 30.08.2017-ci il tarixldə verilmiş çıxarışda və texniki pasportda nəzərdə tutulmuş məlumatların eyni olmadığını qeyd etsə də, həmin uyğunsuzluğun səbəblərini və nədən qaynaqlandığını müəyyən etməmişdir. Məhkəmə həmin halın müəyyən edilməsi məqsədi ilə cavabdehin izahatını almalı, cavabdehin və və cəlb edilən mütəxəssisin iştirakı ilə yerin də torpaq sahələrinə baxış keçirməli, torpaqların faktiki sərhədlərinin hüquqmüəyyənedici sənədlərə uyğunluğunu yoxlamalı idi. Dövlət Əmlak Komitəsinin mövqeyi öyrənilməli və ilkin özəlləşdirmə sənədləri (alqı-satqı müqavilələri və əlavə edilən digər sənədlər) Dövlət Əmlak Komitəsindən tələb olunmalı idi.
37. Bundan əlavə, 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinin sərhədlərinin ilkin sənədlərə görə müəyyən edilməsinin mümkün olmadığını qeyd edən məhkəmə, 30 avqust 2017-ci il tarixdə üçüncü şəxsə verilmiş çıxarış və texniki pasport nəticəsində X3 istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi qənaətinə gəlir. Halbuki torpaq sahələrinin üst-üstə düşməsini iddia etmək üçün həmin torpaqların sərhədləri ən azından bəlli olmalıdır. Digər tərəfdən, konkret halda üst-üstə düşmə ən azından iki həmsərhəd torpaq sahəsinin olmasını nəzərdə tutur. Bu baxımdan iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin səbəbini müəyyən etmək üçün yalnız üçüncü şəxsə aid sənədlərin tədqiq olunması obyektiv və hərtərəfli araşdırma prinsipinin tələbləri baxımından yetərli sayıla bilməz. Bu faktının səbəbini müəyyən etmək üçün həm üçüncü şəxsə, həm də iddiaçıya məxsus hüquqmüəyənedici sənədlər araşdırılmalı, üst-üstə düşmənin qeyd olunan sənədlərdən yoxsa cavabdehin hərəkətlərindən qaynaqlandığı aydınlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, araşdırmanın nəticəsi mübahisənin məhkəmə aidiyyatına və mübahisə predmetinin məzmununa birbaşa təsir göstərə bilən fakto rdur.
38. Üçüncü şəxsin müraciətinə cavabında cavabdeh 30 mart 2017-ci il tarixli, **********49 saylı məktubunda qeyd edir ki, Ziyad Əliyevin mülkiyyətində olan (05 noyabr 1998-ci il tarixli şəhadətnaməyə əsasən) 109.24 kv.m torpaq sahəsindən 22.1 kv.m torpaq sahəsi digər fiziki şəxs tərəfindən zəbt edilərək istifadə edilməkdədir və həmin sahədə əlavə olaraq 1 mərtəbəli tikili inşa edilmişdir. Məhkəmə qeyd edilən halı araşdırmamış, bununla bağlı cavadehin izahatını almamış, məktubda göstərdiyi faktı necə və hansı sənədlər əsasında müəyyən etdiyini aydınlaşdırmağı cavabdehdən tələb etməmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəmə yə göndərilməlidir. İşə təkrar baxılması zamanı məhkəmə tərəfindən, bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq müəyyən edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara alır: Üçüncü şəxs Əlizadə Kamran Ziyad oğlunun kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2021-ci il tarixli 2-1(103)-28/2021 saylı qərarı ləğv edilir. Şikayət qalan hissədə təmin edilmir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.