Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1249/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı oğlunun cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeyd edilməklə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiаçı İddiaçı oğlunun (xx.xx.1959-cu il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeyd edilməklə müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)-1385/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli, 25 yanvar 2021-ci il tarixli protokolundan çıxarışdan görünür ki, iddiaçı MTK-ya üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Mehdi Mehdizadə küçəsi, ev 5 ünvanında yerləşən 2 girişli, 17 mərtəbəli yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m. olan 3 otaqlı 117 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. 2. "xxxx" MTK tərəfindən verilmiş 41-m nömrəli, 25 yanvar 2021-ci il tarixli maliyyə arayışına əs asən Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Mehdi Mehdizadə küçəsi, ev 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m. olan, 3 otaqlı, 117 saylı qeyri-yaşayış sahəsinin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. 3. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllədə, Mehdizadə 5 ünvanında yerləşən 117 saylı qeyri-yaşayış sahəsinin sxemi tərtib və təsdiq edilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 137 nömrəli, 15 aprel 2009-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu şimçek) Telenov – 2) küçəsi, 1197-ci məhəllədə, M.Mehdizadə küçəsi, 5 saylı ünvanda, 17 mərtəbəli, 2 girişli yaşayış binası (+ texniki mərtəbə, 1-c i mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir.
5. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeyd edilməklə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlakın binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 137 saylı 15 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul ediməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış və ya qeyri-yaşayış sahəsi ol ması barədə məlumat yoxdur. Həmçinin, texniki mərtəbə binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulan sahənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş planı təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 ünvanında yerləşən 2 girişli, 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşən 3 otaqdan ibarət qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeyd edilməsi və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə q ərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Mehdi Mehdizadə şimçek) Xocalı,Telnov- 2) küçəsi, ev 5 ünvanında yerləşən və tikintisi "xxxx" MTK tərəfindən başa çatdırılaraq, 14 aprel 2009-cu il tarixində müvafiq aktla istismara qəbul edilmiş 2 girişli 17 mərtəbəli binanın texniki mərtəbəsinin bir hissəsində yerləşən 154 kv.m sahəsi olan 3 (çü) otaqlı, 117-saylı qeyri-yaşayış adlanan, ancaq faktiki yaşayış üçün tam yararlı sahəni əldə edərək uzun müddətdir həmin sahədə öz ailəsi ilə birgə yaşayır. Adı keçən sahənin pay dəyəri/qiyməti illər boyu tərəfindən tam ödənildikdən sonra, "xxxx" MTK-nın digər üzvlərinin ümumi iclasının qərarı ilə bu sahə mülki qanunvericiliklə nəzərdə tutulduğu kimi, onun mülkiyyətinə ke çmişdir. zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti koorperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti koorperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Bununla belə, faktiki uzun müddət yaşadığı bu qeyri-yaşayış sahəsi yaşayış/mənzil fonduna aid olmadığından, bu sahənin (faktiki mənzilinin) dövlət reyestrində yasayış/mənzil sahəsi kimi qeydə alınması və bu barədə ona müvafiq çıxarışın verilməsi hazırda mümkünsüzdür. Belə ki, bunun üçün ilk növbədə adı gedən daşınmaz əmlakınqeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə cavabdehin müvafiq qərarı tələb olu nur. Qeyd etdiyi kimi, bunun üçün cavabdehə müraciət etmişdir. Müraciəti cavabdeh tərəfindən 30 gün əvvəl qəbul edilmiş (qəbz əlavə edilir) və onun əsasında sonuncu qeyd olunan mənzil sahəsinə hətta müvafiq baxış keçirmiş və bunun nəticəsi olaraq rəy hazırlamışdır. Bununla belə, yerində keçirilmiş baxış üzrə hazırlanan rəyə əsasən müvafiq qərar qəbul edilməmiş, bunun səbəbi, yaxud bundan imtina edilməsi ona bildirməmişdir. Baxmayaraq ki, mənzili (faktiki yaşayış sahəsi) yaşayış üçün tam yararlıdır və onun daşınmaz əmlakı kimi dövlət Reyestrində qeyd olunmamasına, eyni zamanda qeyri-yaşayış statusunda qalmasına heç bir əsas yoxdur. Cavabdehin hərəkət (hərəkətsizliyi) onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, onun və ailəsinin qanuni mənafelərinə ziddir.
8. Cavabdeh iddiaya dair yazılı etir az təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
9. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********95 nömrəli, 20 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 5 saylı evin texniki mərtəbəsində yerləşən 114, 116, 118 saylı mənzillər dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məktuba əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 1 fevral 2021-ci il tarixli müayinə (şıxab) aktından görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşməsi, istismara qəbul aktına əsasən mənzillərin ümumi say tərkibinə daxil olmaması, mənzildən yaşayış sahəsi kimi istifadə olunması, mənzil kimi kommunal və texniki parametrlərə uyğun gəldiyi qeyd edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5127/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ayrılmış sözügedən qeyri-yaşayış sahəsi İstismara Qəbul Aktına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müayinə aktına əsasən 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. Həmin qeyri-yaşayış sahəsi mənzillərin ümumi say tərkibinə daxil deyildir. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı iş materialla rında mövcud deyildir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə eyni mərtəbədə (texniki mərtəbədə) yerləşən digər qeyri-yaşayış sahələrinin mənzil – yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasına münasibətdə isə qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması, inzibati orqanların mövcud inzibati praktikası əsasında həyata keçirilməmiş, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən rəsmiləşdirilmişdir. Bundan başqa, həmin mənzillərin dövlət qeydiyyatına alınması, mövcud inzibati praktika əsasında olsa idi belə, inzibati orqanlar həmin praktikanın formalaşmasında qanunun tələblərinə riayət etdikləri təqdirdə, bərabərlik prinsipi və inzibati praktika məhkəmə tərəfindən mötəbər qiymətləndirilə bilərdi.
12. İddiaçı tərəfindən apellyasiya şikayəti verilə rək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)-1385/2022 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-5127/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)-1385/2022 nömrəli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün həmin məhkə məyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apelyasiya şikayətində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən işin halları araşdırılmamış, cavabdehin təqdim etdiyi sənədlər ziddiyyətli olsa da, birtərəfli qaydada cavabdehin mövqeyinə üstünlük verilmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 20 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 5 saylı evin texniki mərtəbəsində yerləşən 114, 116, 118 nömrəli mənzillər dövlət reyestrində qeydiyyatdan keçmişdir. Yəni, həmin mərtəbədə mövcud olan 3 əmlak dövlət reyestrində qeydiyyatdan keçib. Cavabdehin məhkəməyə bundan sonra təqdim etdiyi digər 16 sentyabr 2021-ci il tarixli arayışından isə görünür ki, baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlak binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası"nın aktında texniki mərtəbənin yaşayış və ya qeyri-yaşayış sahəsi olması barədə məlumat yoxdur. Cavabdehin digər 11 noyabr 2021-ci il tarixli arayışında isə söhbət həmin binanın bu mərtəbəsindəki digər (həmin mərtəbədə mövcud olmayan sayca dördüncü olan 111 nömrəli) mənzildən gedir. Belə olan halda, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması məqsədilə məhkəmə yerində müayinə, baxış keçirməli və iddia predmetini dəqiqləşdirməli idi.
17. Apellyasiya instansiyası məhkəməsi İPM-in 11. 1, 12.1-ci maddələrinin tələblərini pozmuş, Mülki Məcəllənin 139, 139-1.1.6, 178.8-ci, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.6-cı, eləcə də Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2-ci maddəsinə əsasən yaşayış binasını n tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daş ıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sah əsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1-ci maddəsin əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qe yri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı nəliriçek) sahə yaşayış sahəsi olduqda onun texniki pasportu), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planını təqdim edir. 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfin dən bu Məcəllənin 21.2- ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahə yə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktın sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
21. İ nzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şika yətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bu Qərarın 19-20-ci bəndlərində istinad olunan normaların tələbləri baxımından iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı is tinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri sayır.
29. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən maddi hüquq normalarına görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilm əsinə Mənzil Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun ünvan 1 ünvanındakı 2 girişli, 17 mərtəbəli binanın texniki mərtəbəsində yerləşən 3 otaqdan ibarət qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qərarı nə cavabdehə, nə də məhkəməyə təqdim olunmamışdır. Belə keçirilməni təsdiq edən hər hansı süb ut iş üzrə materiallara əlavə olunmamışdır.
30. Bundan başqa, texniki mərtəbədə yerləşən 114, 116, 118 nömrəli mənzillərin dövlət reyestrində qeydiyyata alınması yuxarıda istinad olunan normaların tələblərinin ziddinə olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi mütləq qaydada qeydiyyata alınması və bu barədə ona müvafiq çıxarışın verilməsi üçün əsas qismində çıxış edə bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz inzibati praktikaya və hərəkətlərə əsaslana bilməz. Eləcə də həmin şəxslər qanunsuz hərəkətlərə əsaslanaraq bərabərlik prinsipinə istinad etməkdə haqlı sayıla bilməzlər.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi qeydiyyata alınmaqla ona müvafiq çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçının həmin tələbini təmin etməkdən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
32. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(103)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.