Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1249/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “növbəti hərbi rütbənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-456/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1996-cı ildən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
2. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir.Qeyd olunan təqdimatın nəticəsinin öyrənilməsi üçün 26 yanvar 2022-ci il tarixində ünvanladığı ərizəyə bu günədək heç bir cavab verilməmişdir...”
3. Daha sonra Müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə” Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” b əndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «növbəti polkovnik hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1996-cı ildən 2022-ci ilədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, “Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində heç bir qüsuru olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə o na “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik" ştat kateqoriyalı Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə” Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində intizam qaydasında cəzalandırılmamış, ehtiyata buraxıldığı günədək üzərində heç bir cəza olmamış və 2021-ci il üzrə sonuncu attestasiya balı 97.158 (100 üzərindən) olmuşdur. Əlavə olaraq sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində, Azərbayc an Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli 0256t nömrəli əmri ilə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə Görə” və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 oktyabr 2021-ci il tarixli 0256t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medaları ilə təltif olunmuşdur. Qeyd olunanları nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Əlavə olaraq, 18 may və 24 avqust 2021-ci il tarixlərində ehtiyata buraxılması barədə aparılan söhbətlər zamanı xx.xx.2021- ci il tarixində söhbət vərəqəsində “polkovnik-leytenant” hərbi rütbəsində olma müddətinin başa çatdığını nəzərə alaraq, növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi ilə birlikdə ehtiyata buraxılması barədə müraciətləri yazılı olaraq öz əksini tapmışdır. Buna baxmayaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarıldığı 15 yanvar 2022-ci il tarixədək qanunla müəyyən olunmuş qaydada ona növbəti “polkovnik” hərbi rütbəsi verilməmiş, növbəti hərbi rütbənin verilməsinin təxirə salınması ilə bağlı fərdi söhbət aparılmamış və səbəbləri izah edilməmişdir. Qeyd olunan təqdimatın nəticəsinin öyrənilməsi üçün 26 yanvar 2022-ci il tarixində ünvanladığı ərizəyə bu günədək heç bir cavab verilməmişdir...”
6. Cavabdeh iddia ərizəsinə y azılı etirazında iddianı əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır:
7. İddiaçıya növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi barədə təqdimatı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. 21 gün əvvəl isə xx.xx.2021-ci il tarixdə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə isə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona növbəti hərbi rütbəsinin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməmiş, təqdimat geri qaytarılmışdır. Bundan sonra 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazir inin müvafiq əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 "j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə tanış olmuş və əmri icra etmişdir. Belə olan halda, iddiaçı barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə həmin dövrdə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 5 (beş) ay 1 (bir) gün vaxt keçdikdən sonra barəsində qə bul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır...”
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim-M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “cavabdeh orqan xx.xx.2021ci il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyi nəzərə alınaraq ona növbəti hərbi rütbənin verilməməsi ilə bağ lı qərar qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Buna görə də, cavabdeh tərəfindən qəbul edilən qərar işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur...”
10. Cavabdeh apel lyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-456/2023 saylı, (hakimlər C.Yusifov -sədr/məruzəçi, P.Hüseynov və Ş.Məmmədova ) qərarla cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası hesab etmişdir ki, Müdafiə Nazirinin, onun polkovnikleytenant rütbəsində ehtiyata buraxılmasını ehtiva edən 24 noyabr 2021-ci il tarixli 01679 saylı həmin əmri iddiaçı tərəf indən onun üçün əlverişsiz olan hissəsində mübahisələndirməmiş və hal-hazırda həmin əmr qüvvəsindədir. Həmin əmrin qüvvədə olması isə polkovnik hərbi rütbəsinin verilməsi barədə hazırkı iddiasını uğursuz və tələbinin təmin edilməsini istisna edir. Beləliklə, iddiaçı tərəfindən İPM-in 14.3-ci maddəsinin tələbinə müvafiq olaraq, arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun.Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işin hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddianın təmin olunması barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmaq üçün raportla müraciət etdiyi vaxt ehtiyata buraxılmağı ilə əlaqədar onunla söhbətləşmələr zamanı, ona polkovnik hərbi rütbəsi verilməsini tələb etmişdir. Hətta xx.xx.2021 -ci il tarixdə iddiaçıya növbəti polkovnik hərbi r ütbəsi verilməsi üçün müvafiq təqdimat onun xidmət keçdiyi idarədən, yuxarı instansiyaya göndərilmişdir. İddiaçı tərəfindən hər iki söhbətləşmə zamanı ona polkovnik rütbəsinin verilməsinin səbəblərinin ona bildirilməsi xahiş edilsədə, ona bu barədə heç bir məlumat verilməmiş və inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona hərbi rütbənin verilməməsi ilə bağlı qərar qəbul etmişdir.
15. Həmçinin, Apellyasiya Məhkəməsi "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 42, 46-maddələrinin tələbləri pozmaqla qərar qəbul etmişdir. Beləki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsi nin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.
16. Həmin Əsasnamənin 46-cı maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olan hərbi qullquçuların “polkovnik-leytenant" hərbi rütbəsində olma müddəti 6 (altı) il olaraq müəyyən olunmuşdur və bu müddət həmin rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.
17. Bundan başqa Apellyasiya məhkəməsinin iddiaçının polkovnik leytenant rütbəsində ethiyata buraxılmasını ehtiva edən 24 noyabr 2021-ci il tarixli, 01679 saylı əmrin iddiaçı tərəfindən mübahisələndirmədiyindən və həmin əmrin qüvvədə olduğundan iddiasının uğursuz olması qənaəti ilə razılaşmırıq. 18. "Hərbi qulluqçuların statusu haqqında" AR Qanunun 16-cı maddəsinin 1-ci bəndinə hərbi qulluqçu "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir.
19. Məhkəmənin nəzərinə çatdırırıq ki, həmin əmrin qüvvədə olması, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququnu məhdudlaşdıra bilməz.Eyni zamanda hərbi qulluqçunun növbəti hərbi rütbənin vaxtında verilməsi hüququndan məhrum etməməlidir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-456/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanunun 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsini özündə əks etdirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun (23 dekabr 2011-ci il № 274-İVQ) 30.1-ci maddəsinə əsasən hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmə tkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərinə müvafiq qaydada verilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: 41.“hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə nişanları ilə birgə paqonlar verilməklə elan edilir.
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilmə si xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 73.3 Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırma nın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi 26.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia üzrə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət buraxılmış, lakin birinci instansiya məhkəməsi iddiaçının müvafiq ərizəsinə xx.xx.2022-ci il tarixli, 2-1(112)-6840/2022 saylı qərardadla buraxılmış prosessual müddəti bərpa etmişdir. 27.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «növbəti polkovnik hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022 -ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. 29.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26 yanvar 2023-cü il tarixli, 21(103)-456/2023 saylı, qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı iddia tələbi rədd edilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi haz ırkı inzibati mübahisəni həll edərkən istər prosessual (İPM-nin 14.3, 73.1, 73.3, 73.3.1, 73.3.2, 73.3.3-cü maddələri), istərsədə maddi hüquq normaları (“İnzibati icraat haqqında” qanunun 2.0.7-ci maddəsi, “ Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 30-1, 31.2-ci maddələri, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 41, 42-ci bəndləri, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”nin (20, 80 və s.) normalarında da (mm.20, 80 və s.) düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
32. Bununla əlaqədar qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda adıçəkilən nor malara istinadən haqlı olaraq qərarında vurğulamışdır ki, “Beləliklə də hərbi vəzifədə olmanın və hərbi xidmət keçmənin təsbit olunduğu imperativ normalardan göründüyü kimi, hərbi rütbələrin verilməsi diskression səlahiyyətləri çərçivəsində qanunla müəyyən olunan şərtlər daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan bir qiymətləndirilməni ehtiva edən bir institutu özündə əks etdirir. Yəni, hərbi qulluqçuya növbəti hərbi rütbə verilməli olub-olmamasını qiymətləndirmək səlahiyyəti inzibati orqana verilən bir diskression səlahiyyətdir.”
33. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2021-ci ilin iyun ayında iddiaçıya növbəti “polkovnik" hərbi rütbəsinin verilmə vaxtı çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə barəsində Müdafiə Nazirliyinin Şəxsi He yət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat verilsə də, bundan 21 gün əvvəl onun xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etməsi və xx.xx.2021ci il tarixdə də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında israrlı istəyi müsbət qiymətləndirilməmiş, həmin təqdimat geri qaytarılmışdır.
34. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, daha sonra, 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 "j” bəndinə (öz arzusu ilə) əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsindən, polkovnik-leytenant rü tbəsində, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
35. Bu baxımdan apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, “X2, onun polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmasını ehtiva edən 24 noyabr 2021-ci il tarixli 01679 saylı həmin əmri iddiaçı tərəfindən onun üçün əlverişsiz olan hissəsində mübahisələndirməmiş və hal-hazırda həmin əmr qüvvəsindədir. Həmin əmrin qüvvədə olması isə polkovnik hərbi rütbəsinin verilməsi barədə hazırkı iddiasını uğursuz və tələbinin təmin edilməsini istisna edir.“
36. Belə ki, iddiaçı tərəfindən İPM-in 14.3-ci maddəsinin tələbinə müvafiq olaraq, arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünr ki, məhkəm ə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun.
37. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı halhazırda hərbi qulluqçu deyil və onun hərbi vəzifəsi yoxdur, buna görə də iddiaçıya yuxarıda göstərilmiş, hüquq normalarına müvafiq olaraq hər hansı bir hərbi rütbənin verilməsi (konkret halda “ polkovnik” ) qanuna uyğun deyil, belə ki, iddiaçıya hərbi rütbənin verilməsi o zaman mümkün olardı ki, iddiaçı hərbi xidmətdə olub hər hansı bir hərbi vəzifə daşısaydı, yəni iddiaçı hərbi xidmətdən öz arzusu ilə ərizə vermək əvəzinə, işini davam etdirməli və növbəti hərbi rütbənin (“polkovnik”) verilməsini tələb etməli idi.
38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-456/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 21(103)-456/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.