Məhkəmə qərarları › İş №2-1(102)-125/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-125/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-125/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bahadur qızının cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X6 iştirakları ilə, İddiaçı Bahadur qızının cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli 2-1(103)-2438/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Bahadur qızı Cavabdehnə qarşı ünvan 1 ünvanındakı yerləşən mənzilinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçıya yanlışlıq nəticəsində tam hesablanmamış 81,66 kv.m sahəsinin dəyəri olaraq 122490 manat məbləğində kompensasiya pulunun və daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında33777 manat məbləğində əlavə kompensasiyanın, cəmi 156267 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ər izəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti 358 saylı, 2015-ci il 11 noyabr tarixli qərar vermişdir. Qərara əsasən Ç.Mustafayev küçəsi, dalan 2, ev 4 ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlak alınması qrupu”nu tə şkil edib və alınan hər bir əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. İddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanındakı mənzili yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 358 saylı qərarın təsirinə düşmüşdür. Bakı şəhəri Cavabdeh onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini MKİS-nin və qiymətləndirici şirkətin əməkdaşları tərəfindən yalnız evdə yaşayan şəxslərin (kirayəşinlərin) sözləri əsasında evin 104-104/1 şərti işarələri ilə kodlaşdırılaraq iki hissəyə bölünüb ölçülməsi işləri aparılmış, evə dair iddiaçıda və MKİS-də olan bütün sənədlərdə evin məxsusluğu atası Bahadur Rzayevə aid olduğu göstərilsə də, 43 saylı MKİS-nin keçmiş rəisi Yusif Əhmədovun qanuna zidd hərəkətləri nəticəsində tərtib etdiyi və söküntü komissiyasına təqdim etdiyi saxta arayışla ölçmə komissiyası tərəfindən yalnız evin 2ci mərtəbəsində olan ümumi sahəsi 30,93 kv metr sahəsinin ona, yəni İddiaçı Bahadur qızına məxsus olduğu hesablanmış, evin 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.66 kv. metr olan hissənin isə evin onlara məxsusluğunu təsdiq edən heç bir sənəd olmadan yalnız daimi yaşamaları və qeydiyyatda olmaları əsas gətirilərək ev faktiki olaraq iki hissəyə bölünməklə, həmin evin bir hissəsi qanunsuz olaraq 104 kodu altında X4 və ailə üzvlərinə təhkim edilməklə evin 81,66 kv. metr hissəsi onların xeyrinə ölçülmüş, nəticədə də məhz bunun əsasında ölçülər rayon icra hakimiyyəti tərəfindən təsdiq olunaraq kompensasiya hesablanmışdır.

3. İddiaçı söküntü işlərində mənzili ilə bağlı saxtakarlıqlara yol verildiyi üçün Yasamal rayon Prokuror luğuna şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Beləliklə də onun və vətəndaş X9 müraciəti əsasında toplanmış material üzrə də Y.E.Əhmədovun cinayət xarakterli hərəkəti üzrə təqib aparılmalı olduğundan 2015-ci il 12 avqust tarixli qərarla qeyd olunan material ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Hər iki epizod üzrə müvafiq evlərdə şəxslərin qeydiyyatda olması ilə bağlı 43 saylı MİS-nin rəisi Yusif Əhmədov tərəfindən vəzifə saxtakarlığına yol verilməsi cinayətinin kifayət qədər tövsifedici əlamətləri olduğundan ********* saylı cinayət işi Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid Məmmədovun 2015-ci il 29 sentyabr tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 313, 320.2 və 178.3.2-ci maddələrinə tövsif edilmiş və istintaq aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna göndərilmişdir.

4. Aparılmış istintaqla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi aparılmadan “xxxx” MMC tərəfindən yalnız evdə yaşayan şəxslərin sözləri əsasında evin 104-104/1 şərti işarələri ilə kodlaşdırılaraq iki hissəyə bölünüb ölçülməsi işləri aparılmış, evə dair vətəndaş İddiaçı və MKİS-də olan bütün sənədlərdə evin məxsusluğu B.Rzayevə aid olduğu göstərilsə də, istintaq tərəfindən müəyyən olunan hallara görə 43 saylı MKİS-nin keçmiş rəisi Yusif Əhmədovun qanuna zidd hərəkətləri nəticəsində tərtib etdiyi və söküntü komissiyasına təqdim etdiyi saxta arayışla ölçmə komissiyası tərəfindən yalnız evin 2ci mərtəbəsində olan ümumi sahəsi 30,93 kv. metr sahəsinin İddiaçı Bahadur qızına məxsus olduğu hesablanmış, evin 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.66 kv.metr olan hissənin isə evin onlara məxsusluğunu təsdiq edən heç bir sənəd olmadan yalnız daimi yaşamaları və qeydiyyatda olmaları əsas gətirilərək ev faktiki olaraq iki hissəyə bölünməklə, həmin evin bir hissəsi qanunsuz olaraq 104 kodu altında X4 və ailə üzvlərinə təhkim edilməklə evin 81,66 kv. metr hissəsi onların xeyrinə ölçülmüş, nəticədə də məhz bunun əsasında ölçülər rayon icra hakimiyyəti tərəfindən təsdiq olunaraq kompensasiya hesablanmışdır. Ölçülərin yanlış olmasını cinayət işi üzrə ifadəsi alınmış bir sıra şəxslər, o cümlədən X16 da öz ifadəsində təsdiq etmiş, evin ümumiyyətlə 2-ci mərtəbəsində yerləşən tikililərin bütövlükdə İddiaçı Bahadur qızına məxs us olduğunu, qohumları Zərniyə və onun ailə üzvlərinin həmin evdə məcburi köçkünlər kimi müvəqqəti qeydiyyatda olduqlarını bildirmişdir. Odur ki, kompensasiyanın düzgün hesablanmaması və evin 81,66 kv.m. sahəsinin pulunun iddiaçıya ödənilməməsi səbəbindən itkiyə getmiş 81,66 kv.m. sahənin kompensasiyasını təşkil edən 122.490 manat pulun ona yenidən hesablanaraq ödənilməsi haqqında cavabdeh orqan olan Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh iddiaçıya 2018-ci il 19 dekabr tarixli M-275-152 nömrəli imtina məktubu vermişdir. Həmin imtina məktubunda ona yanlış olaraq yarımçıq hesabladıqları 30,93 kv.m. sahənin pulunun razılaşma olmadığından müvafiq depozit hesabına qoyulduğunu, 2017-ci il 27 yanvar tarixdə onun yaşayış sahəsinin qalan iddia etdiyi hissəsinin pul məbləğini isə vətəndaş Zərniyə Babayeva ilə Cavabdeh arasında razılıq əldə edilməsi səbəbindən ona ödənilməsi, dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsinin mümkün olmadığını cavabdeh bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları:

5. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi, həmin ünvanda yerləşən yaşayış evinə görə 47395 manat məbləğ depozit hesabına (mübahisə həll olunanadək Cavabdeh depozit hesabına) qoyulmaqla ünvan 1 ünvanı nda yerləşən fərdi yaşayış evinin boşaldılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1911/2017 saylı 2017-ci il 14 aprel tarixli qanuni qüvvəsini almış qərarı mövcuddur.

6. İş materiallarından məlum olur ki, iddiaçının sözügedən evə dair hüquq müəyyənedici sənədi yoxdur və Mənzil Kommunal İstismar Sahəsinin arayışından da məlum olur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olsa da, həmin evdə yaşamamış və buna görə qeydiyyatı yalnız formal xarakter daşıyır.

7. Məhkəmənin qərarı olmadan Zərniyyə Babayeva qeydiyyatda olduğu ünvan 6 saylı evdən qeydiyyatdan çıxarılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4005/2015 saylı, 2015-ci il 10 noyabr tarixli qərarından görünür ki, Yasamal rayon Polis İd arəsinin İstintaq Şöbəsinin 2014-cü il 13 oktyabr tarixli qərarı ilə X7 müraciəti əsasında X2 ünvan 6 saylı evə qeydiyyata alınması məqsədi ilə həmin ünvanda qeydiyyatda olan X10 adından notarial qaydada razılıq verilməsi barədə Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və X13 saxta sənəd təqdim etməsi faktı ilə əlaqədar cinayət işi başlanması, həmin qərarla X2 barəsində Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsinə ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4005/2015 saylı, 2015-ci il 10 noyabr tarixli qərarına əsasən, Yasamal rayon Polis İdarəsinin X2 Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 2, ev 4-də olan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanunsuz hesab edilmiş və həmin ünvana qeydiyyata alınması vəzif əsi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və X13 həvalə edilmişdir.

9. İddiaçı ərizə ilə 2016-cı il 18 mart tarixdə məhkəməyə müraciət edərək 2015-ci il 10 noyabr tarixli qərarın onun maraqlarına toxunduğunu əsas gətirərək adıçəkilən qərarın surətinin ona təqdim olunmasının xahiş etmişdir. Lakin, 1 saylı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)4005/2015 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən ərizəsi rədd edilmişdir. Belə ki, məhkəmə həmin qərardadla sözügedən evinin ümumi sahəsi 30,93 kv. metr olan 2-ci mərtəbəsində digərləri ilə yanaşı İddiaçı Bahadur qızı, ümumi sahəsi 81,66 kv. metr olan 1-ci və 2-ci mərtəbəsində isə digərləri ilə yanaşı X2 qeydiyyatda olmasını və həmin ünvanda yerləşən evin 81, 66 kv. metr olan sahəsinin İddiaçı hər hansı aidiyyəti olmadığını müəy yən etmişdir.

10. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə isə digər hüquqlar kimi istifadə hüququ da habelə daşınmaz əmlaka digər hüquqlar kimi qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Lakin istər iş materiallarında, istərsə də iddia ərzində iddiaçının bu barədə sübutunu əks etdirən mötəbər sənəd və ya digər əsas mövcud deyildir. 11. ünvan 6 ünvanında yerləşən evin 81,66 kv.m. sahəsinin iddiaçıya hər hansı aidiyyəti olmadığından iddiaçıya bu sahəyə görə kompensasiya ödənilməsi tələbi əsassız olduğundan iddi a tələbi rədd olunmalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 avqust tarixli 2-1(81)906/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən 81.66 kv.m olan fərdi yaşayış evinin X8 məxsus olması və həmin evin İddiaçı Bahadur qızı tərəfindən atası X3 vərəsəlik qaydasında qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinin 30.93 kv.m olan hissəsinə dair 47.395,0 manat məbləğ depozit hesabına (mübahisə həll olunanadək Cavabdeh depozit hesabına) qoyulmaqla evin boşaldılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan, İddiaçı Bahadur qızının hazırkı iddia tələbi əsassızdır və təmin olunm amalıdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli, 2-1(103)-2438/2019 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində, həmçinin qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına istinad olunaraq Cavabdeh İddiaçı təyin edilən kompensasiya məbləğinin depozit hesabına yerləşdirilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilməmişdir. Həmin məbləğin könüllü olaraq iddiaçı tərəfindən götürülüb-götürülməməsi və nəticədə də Cavabdeh iddiası üzrə depozitə yerləşdirilməsi barədə qərardan şikayət verilməməsi hazırki iddianın əsaslı olub-olmamasına dair sübut təşkil etməmişdir. İddiaçı ona kompensasiyanın düzgün hesablanmaması və söküntü komissiyasının üzvləri, 43 saylı MKİS-nin vəzifəli şəxslərinin cinayə t məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə şikayət ərizəsi üzrə Yasamal Rayon Prokurorluğunda başlanılmış cinayət işi üzrə uzun müddət istintaq aparılmış, onun nəticəsini də iddiaçı gözləməyə məcburiyyət qarşısında qalmışdır. Pulun depozitə qoyulması barədə Cavabdeh iddiası hazırki iddia tələbinin mahiyyəti ilə eynilik təşkil etməmişdir.

19. X2 qeydiyyatda alınması çün əsas olmuş sənədin saxta olmasını nəzərə alaraq onun ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması məqsədi ilə tədbirlərin görülməsi xahiş olunmuşdur. Eyni zamanda Yasamal RPİ- nin arxivində olan fəri uçot kartoçkasına əsasən, X5 2014-cü il 15 avqust tarixdə yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, X1 yolla ünvan 7 ünvanından qeydiyyata düşməsi və cinayət törətm əsi tam sübuta yetirilmişdir. Bundan sonra həmin şəxsin ünvan 7 ünvanına qeydiyyata düşməsi əsaslı ola bilməz.

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 81.66 kv.m olan fərdi yaşayış evinin X8 məxsus olması və həmin evin İddiaçı Bahadur qızı tərəfindən atası X3 vərəsəlik qaydasında qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçı tərəfindən faktiki istifadə edildiyindən vərəsəlik qaydasında həmin əmlakın qəbul edilməməsi hazırki işə heç bir aidiyyəti olmamışdır. Kompensasiya həmin ünvanda müvəqqəti qeydiyyatda olan şəxslərə deyil iddiaçıya ödənilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 58.7-ci maddəsinin tələ blərini pozaraq sübutları düzgün qiymətləndirməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

23. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İPM: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vu rulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.

9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslı lığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın əsassız olmasına dair gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, iddiaçının atası X11 7 nəfər ailə üzvü ilə birlikdə 1 May (hazırkı Ç.Mustafayev) küçəsi, dalan 2, ev 4 ünvanda yerləşən 1 otaqlı, sahəsi 19.7 kv.m. olan mənzildə 1981-ci ilədək yaşamış, daha sonra isə ona ünvan 8 ünvanda yerləşən 63 saylı mənzil verilmiş, 1 May (hazırkı Ç.Mustafayev) küçəsi, dalan 2, ev 4 ünvanda yerləşən 1 otaqlı, sahəsi 19.7 kv.m. olan mənzildə isə X17 və X12 qalmışdır.

29. İşdə olan, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfındən xx.xx.2016-cı il t arixdə tərtib olunmuş “Qiymətləndirmə Aktı”na əsasən Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 1 ünvanda mülkiyyətdə və istifadədə olan (104/1 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, nəzərdə tutulan bütün əlavələrlə birlikdə cəmi 47.395,0 (qırx yeddi min üç yüz doxsan beş manat 0 qəpik) manat məbləğində qiymətləndirilmişdir. 30. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1911/2017 saylı xx xxxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yer ləşən fərdi yaşayış evinə görə 47.395,0 manat məbləğ depozit hesabına (mübahisə həll olunanadək Cavabdeh depozit hesabına) qoyulmaqla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayətinin verilməsi işin materiallarından müəyyən edilmir. 31. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4005/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən Yasamal rayon Polis İdarəsinin X2 Yasamal rayonu, Ç.Mustafayev küç., dalan 2, ev 4-də olan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanunsuz hesab edilmiş və həmin ünvana qeydiyyata alınması vəzifəsi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və X13 həvalə edilmişdir.

32. İddiaçı Bahadur qızı ərizə ilə xx.xx.2016-cı il tarixində məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli qərarın onun maraqlarına toxunduğunu əsas gətirərək adı çəkilən qərarın surətinin ona təqdim olunmasını xahiş etmişdir. 1 saylı İnzibatiİqtisadi Məhkəmənin 2-1(81)4005/2015 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən ərizəsi təmin edilməmiş, məhkəmə həmin qərardadla sözügedən evinin ümumi sahəsi 30,93 kv. metr olan 2-ci mərtəbəsində digərləri ilə yanaşı İddiaçı Bahadur qızı, ümumi sahəsi 81,66 kv. metr olan 1-ci və 2-ci mərtəbəsində isə digərləri ilə yanaşı X2 qeydiyyatda olmasını və həmin ünvanda yerləşən evin 81,66 kv. metr olan sahəsinin İddiaçı hər hansı aidiyyəti olmadığını müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası razılaşır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.1.2-cı maddəsinə əsasən, alınan torpaqda yaşayan və ya ondan istifadə edən “Torpaqların dövlə t ehtiyacları üçün alınması haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir.

34. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının istifadəsində olmuş yaşayış sahəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh iddiası təmin edilərək 47.395,0 manat məbləğ iddiaçının depozit hesabına qoyulmaqla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Başqa sözlə, iddiaçının, - o, mülkiyyətçi olmasa da, - istifadəsində olan yaşayış sahəsinə görə əvəz almaq hüququ tanınmışdır.

35. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının kompensasiya ödənilməsini iddia etdiyi, ünvan 10 ünvanında yerləşən evin 81,66 kv. m sahəsinə aidiyyəti təsdiq olunmadığından, iddia tələbi əsassızdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmış, iş üzrə toplanmış sübutlara qiymət verilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 dekabr tarixli, 2-1(103)-2438/2019 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar