Məhkəmə qərarları › İş №2-1(102)-125/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-125/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-125/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işlədiyi peşənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsu si Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “dövlət qulluqçusu kimi 14 illik iş stajının nəzərə alınması və 2005-ci ildən 2019-cu ilə qədər almadığı pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)155/2021 saylı, 30 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 17.10.1966-cı ildən 21.08.1967-ci ilə qədər Az.SSR Bak.YEK.Avto Nəqliyyat Nazirliyi yük yerinin qəbuledicisi ekspeditoru, 10.09.1969-cu ildən 01.10.1969-cu ilə qədər Az.Res.Bakı Mexanikləş dirilmiş hesablar Fabrikində sexdə operator, 24.10.1969-cu ildən 20.10.1973-cü ilə qədər Azərbaycan Dəmir Yolları mexanikləşdirilmiş hesab fabrikində elektromontyor, 19.03.1975ci ildən, 03.11.1983-cü ilə qədər Azərbaycan SSR Ticarət Avadanlıqları İstehsalı Kombinatında mühəndis, usta, 01.11.1983-cü ildən, 12.12.1990-cı ilə qədər Az.SSR Yüngül Sənaye Nazirliyində energetika şöbəsində baş mexanik, əsaslı tikinti və sosial inkişaf idarəsində aparıcı mühəndis, 12.12.1990-cı ildən 27.08.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində baş mütəxəssis işləmişdir.

2. İddiaçı DSMF-nin Nərimanov rayon şöbəsinə 01.11.2019-cu il tarixli ərizə ilə müraciət edərək Yüngül Sənaye Nazirliyinin mərkəzi aparatında 14 illik iş stajı olması ilə bağlı həmin müddətin dövlət qulluqçusunun iş stajı kimi nəzərə alı nmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.

3. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.11.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya 17.10.2005-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluğu stajı 7 il 1 ay (01.11.1983-cü ildən 12.12.1990-cı ilə qədər) təşkil edir. 10.12.1990-cı ildən 27.08.1997-ci ilə qədər işlədiyi dövr Azərdövlətkonserni müəssisəsi Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət qulluqçuları siyahısında nəzərdə tutulmadığından həmin illər iddiaçı üçün dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 28 noyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensi ya təyin edilməsi zamanı iddiaçının dövlət qulluqçusu kimi 14 illik iş stajının nəzərə alınması və 2005-ci ildən 2019-cu ilə qədər almadığı pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi iş stajı 14 il təşkil edir. Belə ki, o, 1983-cü ilin 1 noyabr tarixindən, 27 avqust 1997-ci ilə qədər Azərbaycan Yüngül Sənaye Nazirliyində işləmişdir. Lakin cavabdehin iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, Azərbaycan Yüngül Sənaye Nazirliyinin adı dəyişdirilərək “Xalq üçün Mallar” Konserni adlandırıldığına görə iddiaçının da dövlət qulluqçusu statusu dəyişmişdir. Halbuki nazirliyin adının dəyişməsinə baxmayaraq iddiaçı həmin kol lektiv və həmin Hökumət evində dövlət qulluqçusu statusunda işləməkdə davam etmişdir. İddiaçı 2005-ci ilin 17 oktyabr tarixində pensiyaya çıxmışdır və iddiaçıya dövlət qulluqçusu kimi 14 il dövlət qulluğu stajına görə deyil, yalnız 7 il 1 ay dövlət qulluğu stajına görə pensiya təyin edilmişdir. Bunun nəticəsində 2-ci qrup əlil olan iddiaçıya maddi ziyan dəymişdir.

6. Bakı İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli qərardadı ilə cavabdeh Аzərbаycаn Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112 )-1990/2020 saylı iş) 22 iyul 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 12.12.1990-cı ildən 27.08.1997-ci ilə qədər işlədiyi “Xalq üçün Mallar” Konserni “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş dövlət qulluğunun aparıldığı orqanlar sırasına daxil deyildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı təsdiq edilmişdir. Lakin “Xalq üçün Mallar” Konsernində iddiaçının tutduğu vəzifənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. İşin apellyasiya icraatı zamanı 29.12.2020-ci il tarixdə məhkəmə tərəfindən işin obyektiv həlli məqsədilə Azər baycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlanaraq iddiaçının 12.12.1990-cı ildən 27.08.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində baş mütəxəssis vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi qəbul edilib-edilməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. 11. 12.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 10.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “19901997-ci illər üzrə “Xalq üçün mallar” Azərbaycan Dövlət Konserninin hüquqi statusu və strukturunu müəyyən edən sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən sorğuya cavab olaraq “Xalq istehlakı mallarının i stehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserninin yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 27 sentyabr 1990-cı il tarixli 450 nömrəli qərarı Mərkəzə təqdim edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserninin Nizamnaməsi”nin 1-ci hissəsinə əsasən Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserni “Dövlət müəssisələri (birlikləri) haqqında” SSRİ Qanununa əsasən Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin müəssisə, birlik və təşkilatlarının bazasında yaradılmışdır. Həmin Nizamnamənin 8-ci hissəsinə əsasən “Xalq üçün mallar” Azərbaycan dövlət konserni təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət gö stərmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmədiyindən (təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən) “Xalq üçün mallar” Azərbaycan dövlət konserni dövlət orqanı statusuna malik olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının 1990-1997-ci illərdə “Xalq üçün mallar” Azərbaycan dövlət konsernində aparıcı mühəndis və baş mütəxəssis vəzifələr ində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir.”

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X5, 2-1(103)-155/2021 saylı iş) 30 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 iyul 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı 17 may 2021-ci tarixdə qərarın surətini almış, 14 iyun 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun tərtib edilmişdir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir (-). Maddə

7. Dövlət orqanı anlayışı 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. (-). Maddə

9. Dövlət qulluğu vəzifəsinin anlayışı Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparat larında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci m addəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunv ericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya).

18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvaci binin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

23. İddiaçı müxtəlif yerlərdə, o cümlədən 03.11.1983-cü ilə qədər Azərbaycan SSR Ticarət Avadanlıqları İstehsalı Kombinatında mühəndis, usta, 01.11.1983-cü ildən 12.12.1990-cı ilə qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində energetika şöbəsində baş mexanik, əsaslı tikinti və sosial inkişaf idarəsində aparıcı mühəndis, 12.12.1990-cı ildən 27.08.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində baş mütəxəssis işləmişdir.

24. İddiaçının dövlət qulluğu stajı 7 il 1 ay (01.11.1983-c ü ildən 12.12.1990-cı ilə qədər) nəzərə alınaraq 17.10.2005-ci ildən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.

25. İddiaçı Yüngül Sənaye Nazirliyinin mərkəzi aparatında 14 illik iş stajı olması ilə bağlı həmin müddətin dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 10.03.2021-ci il tarixli məktubunda bildirmişdir ki, 1990-1997-ci illər üzrə “Xalq üçün mallar” Azərbaycan Dövlət Konserninin hüquqi statusu və strukturunu müəyyən edən sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən sorğuya cavab olaraq “Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azə rbaycan dövlət sənaye kommersiya konserninin yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 27 sentyabr 1990-cı il tarixli 450 nömrəli qərarı Mərkəzə təqdim edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserninin Nizamnaməsi”nin 1-ci hissəsinə əsasən Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserni (bundan sonra – “Xalq üçün mallar” Azərbaycan dövlət konserni) “Dövlət müəssisələri (birlikləri) haqqında” SSRİ Qanununa əsasən Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin müəssisə, birlik və təşkilatlarının bazasında yaradılmışdır. Nizamnamənin 8-ci hissəsinə əsasən “Xalq üçün mallar” Azərbaycan dövlət konserni təsərrüfat hesabı və özünümaliyyələşdirmə prins ipləri əsasında fəaliyyət göstərmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmədiyindən (təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən) “Xalq üçün mallar” Azərbaycan dövlət konserni dövlət orqanı statusuna malik olmamışdır. Qeyd edilənlərə əsasən İddiaçı 1990-1997-ci illərdə “Xalq üçün mallar” Azərbaycan dövlət konse rnində aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir. 27. “Dövlət qulluğu haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanının yuxarıda qeyd edilən tələblərinə əsasən “Xalq üçün mallar” Azərbaycan dövlət konserni dövlət orqanı statusuna malik olmadığından, iddiaçının həmin konserndə işlədiyi müddət də dövlət qulluğu sayıla bilməz.

28. Odur ki, “Xalq üçün mallar” dövlət konsernində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.

29. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

30. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-155/2021 saylı 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar